Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3126/2024 07.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni tərəflər arasında, yəni, iddiaçı Cavabdeh Məhdud Məsuliiyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin İddiaçı mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən İddiaçı hər ay kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-1377/2024 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun icraatındadır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e- 2(004)-1377/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Cavabdeh Məhdud Məsuliiyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin İddiaçı mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən İddiaçı hər ay kirayə haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarix saat 09:45-ə təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Məhdud Məsuliiyətli Cəmiyyətinə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair e-2(004)- 3126/2024 nömrəli və iddiaçı Cavabdeh Məhdud Məsuliiyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin İddiaçı mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən İddiaçı hər ay kirayə haqqı ödənilməsi” tələbinə dair e-2(004)-1377/2024 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e-2(004)-1377/2024 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair e-2(004)-3126/2024 nömrəli və iddiaçı Cavabdeh Məhdud Məsuliiyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin İddiaçı mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən İddiaçı hər ay kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-1377/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və mülki işə e-2(004)-1377/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3126/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3126/2024
07.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver