Məhkəmə qərarları › İş №e-2(004)-3141/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3141/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3141/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nizami qızının katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 7411 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 94,51 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, O.Xəlilov küçəsi ilə hərəkət edən zaman “Audi A4 minik” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ilə “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (manevr etmə qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Audi A4 minik” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilə 12 595 (on iki min beş yüz doxsan beş) manat maddi zərər dəymişdir. MİB1900039 saylı sığorta şəhadətnaməsinə və AKS220058 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 12 295 (on iki min iki yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətimizin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəfimizdən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4 884 (dörd min səkkiz yüz səksən dörd) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 7 411 (yeddi min dörd yüz on bir) manat təşkil etmişdir. Buna görə də iddiaçı hesab edir ki, “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və ondan 7 411 (yeddi min dörd yüz on bir) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 94,51 (doxsan dörd manat, əlli bir qəpik) manat dövlət rüsumu, ümumilikdə 7 505, 51 (yeddi min beş yüz beş manat, əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməlidir Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, O.Xəlilov küçəsi ilə hərəkət edən zaman “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr etmə qaydalarının pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən sığorta aktları tərtib edilmiş, “Audi A4 minik” markalı, **-MR- *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin 12 295 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğin 4,884 manatı “Hyundai Verna minik” markalı, **-ZU- *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olduğundan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər üzrə təmir və ehtiyyat hissələri üzrə hesablanmış ümumi məbləğ 12,595 manatdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 941112 saylı elektron qaimədən görünür ki, “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir kartı üzrə görülmüş işlərin və ehtiyat hissələrin dəyəri 10,673,73 manat, ƏDV üzrə 1921,27 manat olmaqla yekun 12,595 manat "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan Rabitəbank ASC-nin xx.xx.2022-ci il tarixli, İB**********_000097_220405 və xx.xx.2022-ci il tarixli, İB**********_000097_220405 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 12,595 manat pul vəsaiti ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKS ******* saylı sığorta ödənişi aktından görünür ki, Sığortaçı "xxxx" ASC tərəfindən sığorta predmeti “Audi A4 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə MİB1900039 saylı Kasko sığorta şəhadətnaməsi üzrə sığortalı X1 ödəniləcək məbləğ 12,595 manat olmuşdur. Sığortalı X3 həmin sığorta ödənişi aktını imzalayaraq "xxxx" ASCyə qarşı heç bir iddiasının qalmadığını təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 12,595 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdeh idarə etdiyi “Hyundai Verna minik” markalı, **-ZU- *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta üzrə sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4,884 manat ödənilmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə müəyyən edilmiş 7,411 manat məbləğində pul vəsaiti, 94,51 manat dövlət rüsumu olmaqla ümumilikdə 7,505,51 manat tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 7 411 (yeddi min dörd yüz on bir) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 94,51 (doxsan dörd manat, 51 qəpik) manat dövlət rüsumu, ümumilikdə 7 505, 51 (yeddi min beş yüz beş manat, 51 qəpik) manat tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar