Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3145/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X4 direktoru X1 ona qarşı qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmək hüquqlarının kobud şəkildə pozulması ilə bağlı X3 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin İnzibati tənbeh vermə haqqında 25 fevral 2025-ci il tarixli MN № ******* Qərarını qüvvədə saxlamış X3 Xidmətinin xx.xx.2025-ci il tarixli (İş №-3-17-5/1-Q-15364/2025) qərarını ləğv edib, dəyişdirilərək İnzabati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsinə dair (İnzibati Xətalar Məcəlləsinin 192.1 və 193-cü maddələri) qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı X3 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X4 direktoru X2 Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq etmə ilə bağlı məsələyə baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə tənzimləndiyinə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, o, qeyd edilən tələblə əlaqədar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3145/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3145/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver