Məhkəmə qərarları › İş №e-2(004)-3153/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3153/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3153/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Vəliyeva Rəfiqə Şirzad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs qismində cəlb olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh “xxxx” MMC-yə qarşı “pul və məlumatın elektron sistemdən çıxrılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MMC-dən 950 manat və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 300 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun, İddiaçı “xxxx” MMC-nin rəsmi işçisi olmasıyla bağlı məlumatların elektron informasiya sistemindən çıxarılması öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirir ki, İddiaçı 2016-cı ildə işsiz olduğu üçün Yasamal Rayon Məşğulluq İdarəsinə müraciət edərək onlardan onu işə düzəlməsinə köməklik etmələrini xahiş etmişdir. Həmin idarənin əməkdaşları işə düzəlməsi üçün ona “xxxx” MMC-nin əlaqə nömrəsini və ünvanını vermişlər. İddiaçı həmin Şirkətin ofisinə gedərək Şirkətin rəhbərliyi ilə görüşmüş və ona işlə təmin olunacağı, sadəcə bir müddət əmək müqaviləsi olmadan işləməli olduğu bildirilmişdir. İddiaçı işsiz olduğuna görə bu təklifi qəbul etmiş və 2016-cı ilin may-iyun aylarında qeyri-rəsmi olaraq Şirkətdə çalışmışdır. Ondan nə əmək kitabçası, nə də ki, işə qəbul ərizəsi alınmamış, sadəcə şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. Lakin artıq ikinci ay heç bir əmək haqqı almadıqda, habelə digər vətəndaşların da uzun müddət əmək haqqı almadıqlarının şahidi olduqda, eləcə də onunla əmək müqaviləsinın bağlanmayacığını gördükdə şirkətdə işləmək fikrindən daşınmış və rəhbərliyə onların qanunsuz iş gördüklərini bildirərək şirkətlə əməkdaşlıq etməyi dayandırmışdır. Daha sonra o, işsizlər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımını almaq üçün esosial.az internet portalından işsiz kimi qeydiyyatdan keçmək istədikdə ona SMS vasitəsilə bildirilmişdir ki, onun aktiv əmək müqaviləsi mövcud olduğundan onun işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Bu məlumatı aldıqdan sonra İddiaçı məlum olmuşdur ki, o 2016-cı ilin iyun ayında “xxxx” MMC-dən ayrıldıqdan sonra 2016-ci ilin iyulun 1-də mütəxəss kimi həmin şirkətdə rəsmiləşdirilmişdir. İşdən rəsmi qaydada azad olunması üçün şirkətin ünvanına getsə də, onlarla əlaqə saxlamaq istəsə də, onları tapa bilməmişdir. X2 bildirmişlər ki, şirkət fəaliyyət göstərmir. İddiaçı məlumatı olmadan və ərizəsi alınmadan işçi kimi rəsmiləşdirilməsi ona bir sıra problemlər yaratmış, bu səbəbdən o, 2020-ci il aprel, may, iyun, avqust, dekabr aylarında işsizlər üçün nəzərdə tutulmuş dövlət yardımından məhrum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etsə də, oradan cavab almışdır ki, bu məsələnin həlli onların səlahiyyətləri xaricindədir. Mətbuatda yayılmış xəbərlərdə isə qeyd edilir ki, sözügedən şirkətin direktoru Aləmzər Əliyeva dələduzluq və sair cinayət əməllərinin törədilməsində ittiham olunur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 izahat verərək bildirir ki, iddiaya münasibət bildirmir. Texniki cəhətdən və maddi normalara görə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi haqqında bildirişin sistemdən Müfəttişlik Xidməti tərəfindən silinməsi mümkün deyil. Belə ki, AR Əmək Məcəlləsinin tələbinə əsasən bu işəgötürənin vəzifəsidir. Müfəttişlik sistemə nəzarət edir, lakin hər hansı müdaxilə edə bilmir. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il tarixli fərmanına əsasən müfəttişliyin əməkdaşlarının iş yerlərinə gedərək birbaşa yoxlama aparmaq səlahiyyəti yoxdur. Bu da vətəndaşın hüquqlarınının pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 07.05.2020-ci il tarixli, **********3 nömrəli məktuba əsasən hüquqi şəxs olan “xxxx” MMC tərəfindən İddiaçı hüquqlarının pozulması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən işəgötürənlə telefon əlaqəsi yaradılmış, işəgötürən məsələnin qısa müddət ərzində həll olunacağını bildirmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən verilmiş 23.05.2020-ci il tarixli, **********0 nömrəli məktuba əsasən İddiaçı ilə “xxxx” MMC arasında 01.07.2016-cı il tarixli əmək müqaviləsi aktiv olduğundan 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı sonuncu iş yeri “xxxx” MMC olmuş və 02.05.2011-ci il tarixli, 10 №-li əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli vətəndaşın iş yeri haqqında arayışa əsasən İddiaçı ilə “xxxx” MMC arasında 01.07.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqı 140 manat olmaqla müqavilənin müddəti 31.12.2016cı il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Vəkil1 arasında bağlanmış 12.04.2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilmiş, müqavilə bağlandığı vaxt 150 manat, qalan 150 manat isə birinci instansiya məhkəməsinin qəxxxxı elan olunduqdan sonra 2 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında aktiv əmək müqaviləsi vardır. Həmin müqavilənin elektron sistemdə aktiv göstərilməsi nəticəsində iddiaçıya 5 ay ərzində 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh iddiaçının məlumatı olmadan, onunla əmək müqaviləsi bağlamadan əmək müqaviləsinə dair elektron sistemdə qeydiyyat aparmışdır. Bu fakt iddiaçının notariat qaydasında təsdiq edilmiş əmək kitabçasının surəti ilə təsdiqini tapır. Çünki əmək kitabçasında cavabdeh tərəfindən işə götürülməsinə dair məlumat əksini tapmamışdır. Bundan əlavə, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 07.05.2020-ci il tarixli, **********3 nömrəli məktuba əsasən bu məsələ ilə bağlı işəgötürənlə telefon əlaqəsi yaradılmış, işəgötürən məsələnin qısa müddət ərzində həll olunacağını bildirmişdir. Vətəndaşın iş yeri haqqında arayışdan müəyyən olunur ki, müqavilənin müddəti 31.12.2016-cı il tarixədək müəyyən edilmişdir. Sözügedən əmək müqaviləsi sistemdə aktiv göstərildiyindən iddiaçı işsizlər üçün 5 ay ərzində verilmiş maddi yardımdan məhrum olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı eyni zamanda hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 300 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qəxxxxa alır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” MMCdən 950 (doqquz yüz əlli) manat və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, İddiaçı “xxxx” MMC-nin rəsmi işçisi olmasıyla bağlı məlumatın elektron informasiya sistemindən çıxarılması öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 950 (doqquz yüz əlli) manat və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun, İddiaçı “xxxx” MMC-nin rəsmi işçisi olmasıyla bağlı məlumatın elektron informasiya sistemindən çıxarılması öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar