Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3157/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı məxsus ** MG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 Bluetec markalı minik avtomobilini öz işçisi Cavabdeh2 adına keçirilməsi ilə qeydiyyat və həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı minik avtomobil İddiaçı məxsus olmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı avtomobilin idarə olunmasını və üzərində sərəncam verilməsini 7E-38215 nömrəli etibarnamə ilə Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 bu etibarnamədən istifadə edərək İddiaçının mülkiyyətində olan Mercedes Benz E220 Bluetec markalı minik avtomobilini öz işçisi Cavabdeh2 adına keçirmişdir. Belə ki, mövcud hal Cavabdeh1 tərəfindən iddiaçının heç bir razılığı və xəbəri olmadan həyata keçirilmişdir. Mövcud situasiyada Cavabdeh1 tərəfindən etibardan sui-istifadə edilmiş və iddiaçıya cavabdehin belə bir hərəkət etməkdə niyyətinin nə olduğu məlum olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, sözügedən avtomobili Cavabdeh1 dəyərini ödəməklə Fərid adlı şəxsdən alıb. Avtomobilin ilkin sahibi X3 olub və o da baş etibarnamə əsasında avtomobilə dair hüquqları X4 verib. Fərid də öz növbəsində maşını cavabdehə satıb və maşının bütün dəyərini Cavabdeh1 ödəyib. İddiaçı ilə cavabdehin aralarında avtomobili taksi xidmətində istifadə etmək üçün razılığa gəliblər, lakin iddiaçı razılığa düzgün əməl etmədiyindən Günel maşının qaytarılmasını tələb edib. Bununla bağlı tərəflər arasında bir sıra anlaşılmazlıqlar olub və nəticədə iddiaçı avtomobili qaytarıb və cavabdehə sözügedən avtomobilə dair baş etibarnamə verib. İddiaçının arqumenti etibarnamənin açıq və birmənalı məzmunu ilə ziddiyyət təşkil edir. İddiaçı etibarnamədə qeyd olunan səlahiyyətlərə baxmayaraq, cavabdehin onun razılığı olmadan hərəkət etdiyini sübut edən heç bir yazılı dəlil təqdim edə bilməyib. Əksinə, etibarnamənin özü cavabdehin qanuni hərəkətləri üçün dəlildir. Bunlarla yanaşı DYP-nin məhkəmənin sorğusuna verdiyi cavabdan və təqdim etdiyi sənədlərdən də tam sübut olunur ki, kim-kimə nə vaxt hansı etibarnaməni verib. Bundan başqa, ilkin alqı-satqı zamanı və sonrakı alqı-satqı zamanı ərizədə və alqı-satqı müqaviləsində cavabdehin adı və imzası var. Bu fakt da özülüyündə əslində avtomobilin Cavabdeh1 məxsus olmasını və dəyərinin onun tərəfindən ödənilməsini sübut edir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 19 may 2025-ci il tarixli, 3-13-16/2- 101252/2025 saylı məktuba əlavə edilmiş qeydiyyat hərəkətləri barədə çıxarışdan görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı avtomobil ilkin olaraq X1 mülkiyyətində olmuş, etibarnamə ilə X6, İddiaçı, X5, Cavabdeh1 istifadəsinə verilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətinə keçmiş, etibarnamə ilə Cavabdeh1 verilmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə Cavabdeh1 təmsilçiliyi ilə Cavabdeh2 satılmış, xx.xx.2025-ci ildən xx.xx.2026-cı il tarixə olan müddətə Cavabdeh1 etibarnamə ilə istifadəyə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi X3 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh1 təmsilçiliyi ilə Cavabdeh2 satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 7E-38215 reyestr nömrəsi il qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi barəsində Cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi ilkin olaraq X1 mülkiyyətində olmuş, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Daha sonra, həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli, 7E-38215 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə ilə Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh1 təmsilçiliyi ilə xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, yenidən xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsi Cavabdeh1 etibarnamə əsasın istifadəsinə verilmişdir. Hazırda iddiaçı xx.xx.2025ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin onun həqiqi iradəsini ifadə etmədiyindən etibarsız sayılmasını və həmin əqdə əsaslanan qeydliyyat hərəkətlərinin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, iddia ərizəsindən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da bəllli olur ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh1 etibarnamə vermişdir. Belə olan halda, yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Cavabdeh ona verilmiş təmsilçilik səlahiyyətindən istifadə etməklə öz xeyrinə nəqliyyat vasitəsinə özgəninkilşdirmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsini Cavabdeh2 satsa da, həmin şəxs tərəfindən yenidən cavabdehə etibarnamə verilməklə, nəqliyyat vasitəsi onun istifadəsində qalmağa davam etmişdir. Bu hal bir qayda olaraq tərəflər arasında həqiqətən alqı-satqı müqaviləsinin bağlanma niyyətinin olmadığını, müqavilənin təmsilçinin özü barəsində bağlandığını təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilə etibarsız hesab edildiyindən, onun əsasında verilmiş qeyd də ləğv edilməlidir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında ifadə edilə mövqeyə əsasən Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə (Cavabdeh1 təmsilçiliyi ilə) Cavabdeh2 arasında bağlanmış 11 aprel 2025-ci il tarixli “Mercedes Benz E220 Bluetec” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməli və bununla əlaqədar aparılmış qeyd ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə (Cavabdeh1 təmsilçiliyi ilə) Cavabdeh2 arasında bağlanmış 11 aprel 2025-ci il tarixli “Mercedes Benz E220 Bluetec” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və bununla əlaqədar aparılmış qeyd ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3157/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3157/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver