Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3168/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxslərə icarəyə verilən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı MMMC-yə təhvil verilməsi və bu mümkün olmayacağı təqdirdə həmin qeyri-yaşayış sahəsinə mütənasib olan kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və bu mümkün olmayacağı təqdirdə həmin qeyri-yaşayış sahəsinə mütənasib olan kompensasiyanın ödənilməsindən ibarətdir.
5. Göründüyü kimi, iddiaçının tələbi qeyri-yaşayış sahəsinin sahibliyə verilməsi barədədir.
6. MPM-in 39-cu maddəsinin tələblərinə əsasən isə daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddialar müstəsna qaydada daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilir. Sözügedən daşınmaz isə ünvan 1 ünvanında yerləşir.
7. Göründüyü kimi, işin məhkəmə aidiyyəti müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
8. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyindən geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçınə qaytarılsın. İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə