Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3171/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh2 qarşı “İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması və nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh2 qarşı “İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması və nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Vəkil tərəfindən tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin nəticə hissəsinin 2-ci hissəsi (nəqliyyat vasitəsinin DYP-nin cərimə meydançasından çıxarılması) mülki icraat qaydasında baxılmalı olan tələb deyildir. Müəyyən edilir ki, mübahisənin əsasında İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş inzibati tənbehdən doğan hüquq münasibəti (cərimə tətbiq edilməsi və nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi) çıxış edir. Göstərilən xüsusatların mülki icraat qaydasında mübahisələndirilməsi yolverilən deyildir. Müvafiq inzibati tənbeh haqqında qərarın məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə qeyd edir ki, iddiaçının eyni məzmunlu iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-1578/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. İddiaçı izah edilir ki, müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh2 qarşı “İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması və nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 71.2 (yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3171/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3171/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver