Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3180/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 16 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra şöbəsi cəlb edilməklə, cavabdehlər Cavabdeh1 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 16 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququna dair qeydlər (Çıxarış- Qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********00-06301) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı məxsus olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7955/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsindən Cavabdeh1 QSC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3580/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi üzrə 21 iyun 2023-cü il tarixdə İcra vərəqəsi verilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə və qeyrilərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Yasamal Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 QSC xx.xx.2022-ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokolu 16 saylı Ucar Ərazi İdarəsinə təqdim etməklə mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirməyə nail olmuşdur (Çıxarış- Qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********00-06301). Hazırki iddia İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinin davamıdır. Halbuki, qeyd edilən Protokol məhkəmənin yekun qərarına əsasən etibarsız hesab edilmişdir. Bu barədə yalnız Cavabdeh1 QSC-nin icrada dönüş edilməsinə dair Yasamal Rayon Məhkəməsinə ərizə verməsindən sonra məlumatlı olmuşdur. İddiaçıın nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, məhkəmənin baxış iclasında üzürlü səbəbdən, Bakı şəhərindən kənarda olduğundan iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 16 Saylı Ucar Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 Saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon İcra şöbəsinə qarşı "hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məkəməsinin 2(103)-7955/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məkəməsi Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 QSC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məkəməsinin 2(103)-7955/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********00-06301 nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində Cavabdeh1 QSC-nin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qərarları iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququna dair qeydlər (Çıxarış- Qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********00-06301) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair "xxxx" ASC-yə verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3180/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3180/2024
16.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver