Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3192/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə X1 şəxs “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati prosessual qanunvericilik çərçivəsində inzibati məhkəmədə baxılır. Məhkəmə nəzərə alır ki, iddiaçının müvafiq iddia tələbi inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmamışdır (iddiaçı tərəfindən müvafiq qərarlar əlavə edilmişdir). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2- 1(112)-3138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə nəzərə alır ki, iddiaçının müvafiq iddia tələbi inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmamışdır (iddiaçı tərəfindən müvafiq qərarlar əlavə edilmişdir). Məhkəmə iddiaçıya izah edir ki, o, hazırki iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında (işəgötürən hüquqi ünvanının olduğu müvafiq məhkəməyə iddia qaldırmaqla) məhz işəgötürənə (keçmiş) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Çünki, mübahisə predmeti olan maliyyə əməliyyatı işəgötürənin həyata keçirtdiyi maliyyə əməliyyatlarının tərkib hissəsi kimi çıxış edir. Hazırki iddia ərizəsində qeyd olunan cavabdehlər inzibati orqanlar olduğundan və iddia olunan münasibət həmin orqanların publik fəaliyyətindən doğduğundan həmin mübahisəyə mahiyyəti üzrə mülki icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya müvafiq iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3192/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3192/2024
03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver