Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3194/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati prosessual qanunvericilik çərçivəsində inzibati məhkəmədə baxılır. Məhkəmə nəzərə alır ki, iddiaçının müvafiq iddia tələbi inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmamışdır (iddiaçı tərəfindən müvafiq qərarlar əlavə edilmişdir). Məhkəmə iddiaçıya izah edir ki, o, hazırki iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında (işəgötürən hüquqi ünvanının olduğu müvafiq məhkəməyə iddia qaldırmaqla) məhz işəgötürənə (keçmiş) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Çünki, mübahisə predmeti olan maliyyə əməliyyatı işəgötürənin həyata keçirtdiyi maliyyə əməliyyatlarının tərkib hissəsi kimi çıxış edir. Hazırki iddia ərizəsində qeyd olunan cavabdehlər inzibati orqanlar olduğundan və iddia olunan münasibət həmin orqanların publik fəaliyyətindən doğduğundan həmin mübahisəyə mahiyyəti üzrə mülki icraat qaydasında baxıla bilməz. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya müvafiq iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3194/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3194/2024
03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver