Məhkəmə qərarları › İş №e-2(004)-322/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-322/2025

23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-322/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinin ictimai iaşə obyekti kimi istifadə olunmasının cavabdehlərə qadağan edilməsi və s" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinin ictimai iaşə obyekti kimi istifadə olunmasının cavabdehlərə qadağan edilməsi və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən (“İzmir” restoranı) ictimai iaşə obyekti olaraq, o cümlədən restoran, kafe, yeməkxana, bar, gecə klubu, şadlıq sarayı kimi istifadə edilməsinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 20, yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, giriş 123, M7, m4 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçı qeyd olunan mənzildə 35 ildən artıq bir çox məktəbdə müəllim işləmiş qaynanası və iki azyaşlı övladları ilə yaşayır. Həmin mənzilin yerləşdiyi binaya bitişik ərazidə, yəni ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “İzmir” restoranı kimi fəaliyyət göstərir. “İzmir” restoranı restoranı və onun altındakı 32875 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur və həmin daşınmaz əmlakın Cavabdeh1 məxsusluğu bir daha Bakı şohori Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-455/2023 saylı qətnaməsində müəyyən olunmuş hallarla öz təsdiqini tapır. Cavabdeh tərəfindən özünə məxsus “İzmir” restoranı kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsi müxtəlif şəxslərə qısa və uzun müddətə icarəyə verilir və həmin restoranının fəaliyyəti yüksək səs-küylə, kəskin qoxuyla, antisanitar vəziyyətlə müşahidə edilir. Bu səbəbdən iddiaçı və onun ailə üzvləri, eləcə də digər sakinlər öz mülkiyyətində olan mənzillərində rahat yata, dincələ bilmir, uşaqlar isə dərs tapşırıqlarını yerinə yetirə bilmir, “İzmir” restoranından gələn yüksək səslər, müsuqi səsi, restoranın havalandırma borusundan çıxan kəskin qoxulu tüstü səbəbindən hər gün iddiaçının və onunla yaşayan qaynanasının, eləcə də həmin binanın digər sakinlərinin orqanizminə daxil olur və sinir sisteminə mənfi təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir və s. Xüsusilə qeyd edir ki, səhər saatlarından başlayaraq gecə saat 03:00-dək “İzmir” restoranında səs-küy səviyyəsinin 82-92 dBA qədər olduğu mütamadi müşahidə edilir. Dəfələrlə, “İzmir” restoranını işlədən şəxslərə edilmiş xəbərdarlıqlara baxmayaraq, onlar tərəfindən buna heç bir məhəl qoyulmamış və öz fəaliyyətini davam etdirməkdədir. Həmin hallarla bağlı müxtəlif dövlət qurumlarına edilmiş müraciətlər də nəticəsiz qalmışdır. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Monitorinq İdarəsi tərəfindən iddiaçıya və digər sakinlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan da qeyd olunur ki, “İzmir” restoranının fəaliyyəti zamanı yaranan yüksək səs-küy və tüstünün sakinlərə narahatlıq yaratması ilə bağlı idarənin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı restoranın mətbəxində manqaldan istifadə edildiyi, lakin tüstü bacasına zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaz-toztutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Bundan əlavə, ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində PCE-322A (seriya nömrəsi 1********) cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrinə əsasən səs-küy səviyyəsinin 66-69 dBA (norma -60.0 dBA) təşkil edərək ətraf mühit üşün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olunmuşdur. Bundan əlavə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya vo Təbii Sərvətlər İdarəsi tərəfindən iddiaçıya və digər sakinlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan da qeyd olunur ki, “İzmir” restoranının fəaliyyəti zamanı yaranan yüksok səs-küyün narahatlıq yaratması ilə bağlı yenidən birgə monitorinq keçirilmişdir. Keçirilon monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində ölçmə işləri aparılmış, mövcud vəziyyət qanunamüvafiq sənədləşdirilərək ətraf mühitə yayılan səs-küy səviyyəsinin yol verilə bilən norma həddində saxlanılmasının və digər ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması məqsədilə “İzmir” restoranının icarədarı N.Babayevo icrası məcburi olan müddotli “Mocburi Göstoriş” verilmişdir. Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 28-ix-24 saylı məktubunda isə qeyd olunur ki, iddiaçının şikayət ərizəsi əsasında rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma nəticəsində restoranın icarədarı X5 əməlində AR İXMnin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri olması əsası ilə barəsində AR İXM-nin 275.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Azorbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Bundan başqa, Yasamal Rayon Polis İdarosinin 27-ci Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli vo xx.xx.2024-cü il tarixli məktublarında bildirilir ki, 11.06.24-cü il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı “İzmir” restoranının nəzarətçisi vəzifəsində çalışan X2 şöbosinə dəvət olunaraq izahatı alınmışdır. Onunla sakinlorin haqlı narazılığına səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə profilaktik söhbətlər aparılmış, şifahi xəbərdarlıq edilmişdir. Qeyd olunur ki, çoxsaylı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir ki, səs-küyün uzunmüddətli təsiri insan sağlamlığına mənfi təsir göstərir. İlk əvvəl belə hesab edirdilər ki, səs-küy əsasən eşitmə qabiliyyətinin pisləşməsino səbəb olur, lakin sonradan sübut edildi ki, eşitmo yalnız “qapıdır” ki, səs-küy onun vasitəsi ilə orqanizmə daxil olur və sinir sisteminə təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir, görmənin itiliyi pozulur, diqqot zəifloyir, eyni ölçüdə fiziki yükləmə zamanı enerji sərfiyyatı yüksəlir, psixiki reaksiya sürəti ləngiyir. Ciddi əsaslar mövcuddur ki, bütün dünyanın tibbi statistikası ilə qeydiyyata alınan əsəb və ürəkdamar xəstəliklərini insan orqanizminə səs-küyün təsiri ilə əlaqələndirilir. İnsanların sağlamlığının zərərli sosküyün təsirindən qorumaq mühüm problemlərdən biridir. Bu problemin həllindo aparıcı rol sanitariya normalaşdırılmasına, yəni səs-küyün elmi əsaslarla yol verilən həddinin müəyyən edilməsinə məxsusdur, hansı ki, bu zaman uzun illər ərzində səs-küyün gündəlik sistematik təsiri insan orqanizminin xəstəliklərinə səbəb olmur vo normal fəaliyyətinə mane olmur. Göründüyü kimi, mənbələrin yaratdığı küyün ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə küy normalarını müəyyənləşdirən normativ sənədlər qəbul edilmişdir. Küyün normalaşdırılmasında məqsəd onun zərərli təsirinin qarşısını almaq üçün eşitmənin pisləşməsinə (pozulmasına), “küy xəstəlikləri” adlandırılan sağlamlığın patoloji hallarının yaranmasına və əmək fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olan küy səviyyələrini müəyyənləşdirməkdir. Sanitar normalar və qaydalara görə insana birbaşa və ya dolayı yolla ziyanlı və xoşagəlməz təsiri olmayan, onun əmək fəaliyyətini azaltmayan, sağlamlığı və əhval ruhiyyəsinə təsir göstərməyən küy səviyyəsi icazə verilən səviyyə sayılır. Küyə həssaslıq yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən, cari psixofiziki vəziyyətdən, bəzi milli mental xüsusiyyətlərdən, ətraf mühit şəraitindən (havanın temperaturu və nəmliyi, yağıntı, küləyin sürəti və qulağa nisbətən istiqaməti və s.) və s. asılı olduğu üçün normalar ən həssas fərdlərin audiometrik reaksiyaları nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitar gigiyenik normalaşdırma eyni zamanda küyün intensivliyini, spektral tərkibini, təsir müddəti və dozasını tənzimləməklə yanaşı onun mənfi təsirlərindən qorunması üçün normativ mühafizə qaydalarını da müəyyənləşdirir. Cavabdeh tərəf etiraz təqdim edərək, bildirdi ki, İddiaçı Cavabdeh1 qarşı iddia qaldıraraq ünvan 1 ünvanında, 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən (“İzmir” restoranı) ictimai iaşə obyekti olaraq, o cümlədən restoran, kafe, yeməkxana, bar, gecə klubu, şadlıq sarayı kimi istifadə edilməsinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır və təmin olunmamalıdır. İddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, Cavabdeh1 ümumiyyətlə həmin iş üzrə iddiaya cavab verməli olan şəxs deyildir. O əmlakın mülkiyyətçisidir. Bir mülkiyyətçi kimi öz əmlakını icarəyə verərək gəlir əldə edir. Yəni əmlakı icarəyə götürərək onu restoran kimi istifadə edən şəxs icarəçidir. Cavabdeh1 orada hər hansı restoran fəaliyyəti göstərmirki hazırkı iş üzrə də cavabdeh olsun, prosessual məcburiyyət tədbirinə məruz qalsın. Göründüyü kimi hazırkı iddia üzrə iddiaçının Cavabdeh1 münasibətdə müvafiq subyektiv hüququ yoxdur. Qeyd etdi ki, hazırkı iddia mahiyyət etibarı ilə məhz cavabdehi qısqanclıq zəmnində incitmək məqsədi dayışır. Belə ki, əmlak paylı mülkiyyətdədir və digər mülkiyyətçi Cavabdeh2 cavabdeh kimi qeyd olunmamışdır. Əgər iddiaçıya qarşı mülki hüquq pozuntusu törədilmişsə, buna görə məsuliyyəti məhz təqsirli olaraq zərər vuran şəxs daşımalıdır. Cavabdeh1 isə bir icarəyə verən şəxs kimi sözügedən məsələyə heç bir aidiyyatı yoxdur.Çünki, o restoran işlətmir, özünəməxsus musiqi aləti yoxdur ki, restoranda ifa etsin və musiqiçi deyildir. Həmçinin sözügedən obyekt restoran kimi fəaliyyət göstərir, icarəçi normal fəaliyyət şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Musiqilər açıq havada deyil, qapalı restoranın daxilində həyata keçirilir. Belə olan halda iddiaçının qonşu təsirinə dözmək vəzifəsi vardır. İşin digər hallarına gəldikdə isə iddiaçı 7-ci mərtəbədə yaşayır və necə olur ki, ondan aşağı və ya yuxarı mərtəbələrdə yaşayan şəxslərin hər hansı narazılığı olmadığı təqdirdə iddiaçı səsə-küyə görə təsirə məruz qala bilir. Hesab edir ki, iddiaçı Həyat Palaca MTK-nın təkidi və təsiri ilə hazırkı iddianı qaldırmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələr aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti və kassasiya şikayəti versə də məhkəmə qətnaməsi qanuni qüvvəsində qalmış və icraya yönləndirilərək icra edilmişdir. Həmin işə üçüncü şəxs kimi qoşulmaq barədə iddiaçı ərizə vermişdir. Hansı ki, həmin iş üzrə iddiaçının hər hansı hüquqlarının pozulmasından söhbət belə gedə bilməz. Bu bir başa hüquqdan sui-istifadədir. Nəticə etibarı ilə "xxxx" QSC məhkəmə qərarının icrasına maneəçilik törətmək, cavabdehin mənəvi iradəsini, əzmini qırmaq, geri çəkilməyə məcbur etmək üçün iddiaçını hazırkı iddianı qaldırmağa vadar etmişdir. Həmin sui-istifadə ilə bağlı işgüzar nüfuza vurulan zərərlə bağlı Həyat Palaca MTK-ya, hazırkı iş üzrə iddiaçıya qarşı müvafiq iddia qaldırılacaqdır. Onu da qeyd etdi ki, iddiaçı mütəmadi olaraq restoranın həyətini zibil qabı kimi istifadə edərək oraya yumurta, kartof kimi ərzaqlar atmışdır. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmçinin iddiaçı onun cavabdeh tərəfindən hansı hüququnun pozulduğunu sübut edə bilməmişdir. Bununla belə əlavə olunmuş texniki pasportdan da göründüyü kimi İzmir restoranı hələ 2001-ci ildən fəaliyyət göstərir. İddiaçının yaşadığı bina isə 2010-cu ildə tikilib başa çatmış, 2013cü ildən isə sakinlərin yerləşdirilməsi başlanılmışdır. Yəni İzmir restoranı mövcud olanda heç iddiaçının yaşadığı bina mövcud deyildi. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, ünvan 1 ünvanında, 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən (“İzmir” restoranı) ictimai iaşə obyekti olaraq, o cümlədən restoran, kafe, yeməkxana, bar, gecə klubu, şadlıq sarayı kimi istifadə edilməsinin cavabdehlərə qadağan olunması, eləcə də həmin qeyri-yasayış sahəsindən norma həddindən artıq səviyyədə səs-küyün və qoxunun yayılmasımın qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əsasən ilin yay fəslində, may ayından başlayaraq sentyabr ayının axırına kimi restoranın həyətində musiqi, çalğı alətləri gec saatlara kimi istifadə edildiyindən iddiaçı ilə yanaşı bina sakinlərini səs-küy narahat edir. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin qismən təmin edilməsi barədə qərar qəbul edildikdən sonra “İzmir” restoranında axşam saat 23:00-dan sonra musiqi alətlərindən istifadə olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh və müstəqilə tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəməyə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 33, mənzil 30 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., giriş 123, M7, m4) İddiaçı xüsusi mülkiyyətindədir. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin hər birinə ½ hissədə məxsus olmaqla Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2 ilə X12 arasında bağlanmış 27 fevral 2024-cü il tarixli İcarə müaviləsinin mətnindən görünür ki, İcarəyə verənlər (mülkiyyətçilər) onlara məxsus sahəni - ünvan 1 ünvanında yerləşən İzmir restoranını üç il müddətinə aylıq 5000 manat icraə haqqı olmaqla icarəyəçiyə (X8) icarəyə vermişdirlər. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Monitorinq İdarəsi tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış 3-14-25/2-M-212-3/2024 saylı, 25 iyun 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 168 “Çağrı mərkəzi"nə ünvanladığınız İzmir parkında yerləşən “İzmir" restoranının fəaliyyəti zamanı yaranan yüksək səs-küy və tüstünün sakinlərə narahatlıq yaratması ilə bağlı müraciətlərinizə əsasən 14 və 17 iyun 2024-cü il feixlərində restoranın icarədarı Pərviz adlı şəxsin iştirakı və 11 saylı Regional Ekologiya və “əbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə tərəfimizdən monitorinq keçirilmişdir.Monitorinq müddətində müəyyən olunmuşdur ki, “İzmir” restoranında sifariş əsasında açıq havada banketlər təşkil olunur.X15 restoranın həyətində keçirilən tədbirlər zamanı yaranan səs-küyün bina sakinlərini narahat etdiyini şifahi olaraq bildirmişdir. 14 iyun 2024-cü il tarixində keçirilən monitorinq zamanı restoranda tədbir olmadığı üçün ölçmə işlərinin aparılması mümkün olmamışdır. Restoranın nümayəndəsi 17 iyun 2024-cü il tarixində tədbir olacağını qeyd etdiyi üçün X15la növbəti monitorinqin iyun tarixində keçiriləcəyi barədə razılıq əldə edilmişdir. 17 iyun 2024-cü il tarixində keçirilən monitorinq zamanı iştirakınızın təmin edilməsi məqsədilə sizinlə əlaqə saxlanılmış, lakin iştirak etməyəcəyinizi bildirmişsiniz. Keçirilən növbəti monitorinq zamanı restoranın mətbəxində manqaldan istifadə edildiyi, lakin tüstü bacasına zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaz-toztutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, monitorinq müddətində restoranın tüstü bacasında tüstü müşahidə edilmədiyi üçün atmosfer havasına atılan zərərli qazın miqdarını müəyyən etmək məqsədilə ölçmə işlərini aparmaq mümkün olmamışdır. Bundan əlavə, ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində PCE-322A (seriya nömrəsi 1********) cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən səs-küy səviyyəsinin 66-69 dBA norma-60.0 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan ekoloji nöqsanlarla bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunmuşdur.” 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 31 iyul 2024-cü il tarixli məktubun sürətindən görünür ki, “Tərəfindən “İzmir restoranından gələn yüksək səs-küyün narahatlıq yaratması” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə və Nazirliyin elektron poçtuna daxil olmuş eyni məzmunlu kollektiv müraciətinizə X17 Monitorinq İdarəsinin əməkdaşlarının, şikayətçilər adından araşdırmada iştirak edən İzmir Residence yaşayış binasının komendantının və restoranın icarədarı X5 iştirakı ilə birgə tərəfimizdən yerində araşdırılaraq monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində ölçmə işləri aparılmış, mövcud vəziyyət qanunamüvafiq sənədləşdirilərək ətraf mühitə yayılan səs-küy səviyyəsinin yol verilə bilən norma həddində saxlanılmasının və digər ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması məqsədilə İzmir” restoranının icəradarı N. Babayevə icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir.” AR DİN Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi tərəfindən X4 ünvanlanmış 01 avqust 2024-cü il və 21 avqust 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı “İzmir” restoranının nəzarətçisi vəzifəsində çalışan X3 şöbəsinə dəvət olunaraq izahatı alnımışdır. Onunla sakinlərin haqlı narazılığına səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə profilaktik söhbətlər aparılmış, şifahi xəbərdarlıq edilmişdir. Bakı şəhəri Yasamal Rayon X1 ünvanlanmış 07 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, ’'İzmir" restoranında yüksək səviyyədə səs-küy səbəbi ilə hüquqların pozulması barədə şikayət ərizəsi əsasında rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma nəticəsində restoranın icarədarı X5 əməlində Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri olması əsası ilə barəsində Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəs ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin: sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və s kimi hüquqları vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli fərmanının 2.3-cü bəndinə görə nüfuzedən səsküyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. Həmin cədvələ əsasən gündüz vaxtı kafe, restoran, yeməkxanaların zallarında səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən norması 65 decibeldir. AR İXM-nin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 521-ci maddəsinə görə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 20 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hazırki mübahisənin mahiyyətini cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 paylı mülkiyyətində olub icarə müqaviləsi əsasında X8 icarəyə verildikləri ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi - “İzmir” restoranın ictimai iaşə obyekti kimi istifadə edilməsinin, eyni zamanda qeyri-yaşayış sahəsindən norma həddindən artıq səviyyədə səs-küyün və qoxunun yayılmasının qadağan edilməsi tələbidir. İş materiallarına əlavə edilmiş dövlət orqanlarının iddiaçıya ünvanladığı çoxsaylı cavab məktublarına əsasən cavabdehlər tərəfindən icarəyə verilən obyektdə səs-küy normalarının pozulması təsdiq olunur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərlə “İzmir” restoranında səs-küyün səviyyəsinin 90 Decibeldən çox olması təsdiq olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-426/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(004)-4966/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında yerləşən 0.32875 ha torpaq sahəsində fəaliyyət göstərən “İzmir” restoranının ərazisində (o cümlədən açıq havada) hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək musiqi səsləndirilməsi, musiqi alətlərindən istifadə edilməsi və canlı musiqi ifa edilməsi ilə bağlı bütün hərəkətlərin edilməsi Cavabdeh1 və üçüncü şəxlərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-808/2024 saylı, xx.xx.2024-cü il tarixli qırardadı ilə İddiaçı və cavabdeh X11 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 16(004)-426/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 17 yanvar 2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı hazırda “İzmir” restorana məxsus qapalı hissədə yalnız restoran fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Cavabdeh2 nümayəndəsi X10 bildirmişdir ki, yalnız yay aylarında (may-sentyabr ayları) açıq məkandan restoran kimi istifadə olunur, həyətdə musiqi alətlərindən istifadə olunur, qalan aylarda restoranın qapalı hissəsində musiqi alətlərindən istifadə olunur. İddiaçı verilən suala cavab olaraq bildirdi ki, müvəqqəti təminat tədbiri tətbiqi ilə əlaqədar axşam saat 23:00-dan sonra musiqi alətlərindən istifadə olmayıb, hazırda ümumiyyətlə musili səsi gəlmir, restoran ərazisindən səs-küy və qoxu gəlmir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla əmlakından öz mülahizəsinə uyğun o şərtlə istifadə edə bilər ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında 0.32875 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsində (“İzmir” restoranında) hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək musiqi səsləndirilməsi, musiqi alətlərindən istifadə edilməsi və canlı musiqi ifa edilməsinin təşkili cavabdehlərə qadağan edilməli; həmin ünvanda fəaliyyət göstərən “İzmir” restoranında səhər saat 07:00-dan axşam saat 23:00-dək ətraf-mühitə yayılan səsin səviyyəsinin 60 dBA-dan yüksək olması cavabdehlərə qadağan edilməli; iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsində (“İzmir” restoranında) hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək musiqi səsləndirilməsi, musiqi alətlərindən istifadə edilməsi və canlı musiqi ifa edilməsinin təşkili cavabdehlərə qadağan edilsin. Həmin ünvanda fəaliyyət göstərən “İzmir” restoranında səhər saat 07:00-dan axşam saat 23:00-dək ətraf-mühitə yayılan səsin səviyyəsinin 60 dBA-dan yüksək olması cavabdehlərə qadağan edilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar