Məhkəmə qərarları › İş №e-2(004)-3222/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3222/2025

06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3222/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası cavabdeh "xxxx" MMC-yə qarşı tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. İddia ərizəsi apellyasiya şikayəti formasında tərtib edilmişdir. İddia ərizəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası MPM-in apellyasiya icraatı ilə bağlı müvafiq maddələrinə istinad edilmiş, iddiaçı və cavabdeh barədə məlumatlar göstərilməmiş, tələbin nəticə hissəsi qeyd edilməmişdir. Tələbin mahiyyəti, faktiki əsasları qeyrimüəyyəndir. “Elektron məhkəmə” informasiya sistemində iddiaçı qismində Azərbaycan Respublikası qeyd edilmişdir. Ehtimal olunur ki, iddiaçı yanlış qeyd edilmişdir. İddia tələbi üzrə dövlət rüsumu ödənilməmişdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İzah olunur ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla iddia ərizəsi ilə cavabdehin ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası cavabdeh "xxxx" MMC-yə qarşı tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İzah olunur ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla iddia ərizəsi ilə cavabdehin ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar