Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3244/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, onların vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.000 ABŞ dolları pul, Cavabdeh1 6.000 ABŞ dolları və 700 manat pul, ödədiyi 244 manat dövlət rüsumu və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun keçmiş gəlini, Cavabdeh2 gəlinin bacısı, Cavabdeh1 isə Cavabdeh2 əridir. Cavabdeh2 anası Elmira ilə birlikdə 2018-ci ilin yayında onun yaşadığı ünvan 1 ünvana gəlmişlər. Lalə və Elmira ona bildirmişlər ki, Samir Alıxovla birlikdə bizneslə məşğul olmaq istəyirlər, onlara pul lazımdır, onu da biznes işinə şərik edəcəklər, gəlirləri olacaq və onun qoyduğu sərmayəni qısa müddətdə qaytaracaqlar. Bunun üçün Laləyə 20.000 ABŞ dolları, Elmiraya 10.000 ABŞ dolları lazımdır. Ondan həmin məbləği istəmişlər. Cavabdeh3 da demişdir ki, həqiqətən onlar bizneslə məşğuldurlar. O, onlara inanmış şifahi razılaşma əsasında Laləyə 20.000 ABŞ dolları, Elmiraya 10.000 ABŞ dollarını pul vermişdir. Lalənin əri Cavabdeh1 2012-2013-cü ildə ona məxsus olan Sumqayıt şəhərində yerləşən 4 ədəd qarajdan birini dostu üçün almaq istədiyini ona demişdir. Bildirmişdir ki, qarajı satandan sonra ona 13.000 ABŞ dolları pul verəcəkdir. Bu söhbətdən sonra Samir qarajı sataraq ona 6.000 ABŞ dolları vermişdir və demişdir ki, alıcı pulun qalanını da 5-6 aya verəcək. Aradan xeyli müddət keçməsinə baxmayaraq Samir pulun qalan hissəsini verməmişdir. O, Samirə dəfələrlə zəng edəndən sonra, Samir 1000 manat pulu onun sürücüsü X1 vasitəsilə ona göndərmişdir. Sonradan ona borclu qaldığı 6.000 ABŞ dolları və 700 manatı bu günə qədər verməmişdir. Lalə də ondan aldığı 20.000 ABŞ dollarını qaytarmaqdan imtina edir. Cavabdehlər onun pullarını mənimsəyərək, ona qarşı dələduzluq etmişlər. Lalənin həmin pulları ondan alması barədə Samirin etirafı flaşkarta yazılmışdır. Həmin danışıq zamanı o, bildirir ki, 20.000 ABŞ dolları ona yox, Laləyə verilib, qarajdan qalan 7.000 ABŞ dollarıkı var, onu manatla hesablayıb, ondan 1000 manatı ödədiyini, 6000 manat qaldığını bildirir. Onun Samirdə 6000 ABŞ dolları və 700 manat, Lalə və Afaq bacılarında isə 20.000 ABŞ dilları pulu qalmışdır. Həmin pulların ona qaytarılması, Samirlə və Lalə ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qaraj üçün ona 14.000 manat verdiyini göstərmişdir, lakin Samir ona 14.000 manat verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul vermədiyinin yalan olduğunu göstərsə də, onun istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20.000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun “Afa” ya, yəni Cavabdeh3 verilməsini təsdiq edir. Baş müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış material üzrə cinayət təqinin başlanılması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verməklə xəbərdarlıq etsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh3 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdi və izahatında bildirdi ki, Cavabdeh2 onun arvadı, Cavabdeh3 baldızı, İddiaçı isə Cavabdeh3 qaynatasıdır. İddiaçı Sumqayıt Dövlət Universitetinin rektoru işləmişdir. Həmin dövrdə İddiaçı universitetin həyətyanı ərazisində yaşayış binaları və qarajlar tikilirdi. İş adamları MTK rəhbərləri İddiaçı özlərinə şərik götürmüşdülər, inşa edilən tikililərin 1/3 hissəsi İddiaçı çatırdı. O, İddiaçıla dost olmuşdur. O, bir neçə yaxın qohumuna İddiaçı ucuz qiymətə mənzil almış və dəyəri İddiaçı ödəmişdir. O, 2013-cü ildə İddiaçı dostu üçün bir ədəd qaraj almaq istədiyini bildirmişdir. İddiaçı razı olmuş və ona qiymət verməmişdir, bildirmişdir ki, neçə istəyirsən verərsən. Həmin vaxt şərikləri qarajları təxminən 18.000 manata satırdılar. O, İddiaçı qaraj üçün 16.000 manat verməyi düşünmüş və pulu 2-3 il ərzində ödəyəcəyini demişdir. 2013-cü ildən 2016-cı ilə kimi 4 dəfəyə 14.000 manat pulu İddiaçı vermişdir. 2017-ci ildə İddiaçı ona bildirmişdir ki, qarajın pulundan 7.000 manat ödənilib, 7.000 manat qalıb. Onun verdiyi 14.000 manatdan 7.000 manatını almasını etiraf etməmişdir. O. qaraj alınması üçün 14.000 manat pul ödəsə də, qaraj və ya qarajın sənədləri İddiaçı tərəfindən ona təqdim edilməmişdir. O, məhkəmədə qaraj almaq istədiyi dostunun adını “Babayev Yaqub” kimi demişdir ki, iddiaçının buna olan reaksiyasını öyrənsin. Bu səbəbdən İddiaçı "xxxx" MTK-dan xx.xx.2023-cü il tarixli arayış alaraq məhkəməyə təqdim etmişdir ki, güya "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qaraj İddiaçı razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satılmışdır. Belə bir arayış verilsə də, qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. Əslində onun Babayev Yaqub adlı dostu yoxdur. Onun qaraj almaq istədiyi dostunun adı X3r. İddiaçı qarajı təhvil vermədiyinə görə, dostu məcbur olaraq xx.xx.2020-ci il tarixdə özü onun vasitəçiliyi olmadan "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı almış və 15.127 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Həmin müqavilə o, məhkəməyə sübut kimi təqdim etmişdir. Onun İddiaçı 6.000 ABŞ dolları və 700 manat borcu yoxdur. Əksinə onun ödədiyi 14.000 manat pulun əvəzində İddiaçı qarajı ona təhvil verməmiş, onun hesabına varlanmışdır. Həmçinin onun arvadı Cavabdeh2 heç vaxt İddiaçı borc istəməmiş və almamışdır. Onun borc almağa ehtiyacı da olmamışdır. İddiaçı onun və arvadı Cavabdeh2 ona borcu olmasına dair məhkəməyə hər hansı bir yazılı sübut təqdim edə bilməmişdir. İddiaçı gəlini Cavabdeh3 əri Emil Qəhramanova qarşı məhkəmədə əmlak bölgüsünə dair iddia qaldırdığına görə, İddiaçı bu iddianı vermişdir ki, Cavabdeh3 təsir etsin və Cavabdeh3 iddia tələbindən imtina etsin. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə poses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddia tələbində İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2018-ci ildə 20.000 ABŞ dolları pul verdiyini, Cavabdeh1 2013-cü ildə Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətindəki qarajı 13.000 ABŞ dollarına satdığını, Cavabdeh1 ona 6.000 ABŞ dolları və 1000 manat verdiyini, 6.000 ABŞ dolları və 700 manat borclu qaldığını iddia etsə də, bu halı təsdiq edən notariat qaydasında təstiq edilmiş müqavlələri və ya sadə yazılı formada tərtib edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmış sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı "xxxx" MTK-dan xx.xx.2023-cü il tarixdə alaraq məhkəməyə təqdim etdiyi arayışda göstərilmişdir ki, "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində sakinlərə məxsus olan qarajlardan 35 nömrəli qaraj İddiaçı razılığı ilə yaxın qohumu Cavabdeh1 tərəfindən Babayev Yaqub adlı şəxsə öz aralarında razılaşma əsasında satılmışdır. "xxxx" MTK tərəfindən belə bir arayış verilsə də, 35 nömrəli qaraja dair sənədlər (müqavilə, ödəniş sənədi, Babayev Yaqubun şəxsiyyətini təsdiq edən sənədlər) məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh1 dostuna qaraj satdığını iddia etsə də, qaraja dair sənədləri, həmçinin qarajın təhvil verilməsinə dair sənədləri məhkəməyə təqdim etməmişdir. Qaraj daşınmaz əmlak olduğuna görə onun satılması dair yazılı sənədlər əsasında həyata keçirilməlidir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, əslində onun Babayev Yaqub adlı dostu yoxdur. Onun qaraj almaq istədiyi dostunun adı X3r. İddiaçı qarajı təhvil vermədiyinə görə, dostu məcbur olaraq xx.xx.2020-ci il tarixdə özü onun vasitəçiliyi olmadan "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı almış və 15.127 manat pulu "xxxx" MTK-ya ödəmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı müraciəti əsasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış materialdan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında İddiaçı borcları olmadıqlarını və onlardan pul tələb edilməsinin tamamilə əsassız olduğunu qeyd etmişlər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, cavabdehlərin iddiaçıya borclu olmalarını təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.000 ABŞ dolları pulun, Cavabdeh1 6.000 ABŞ dolları və 700 manat pulun, ödədiyi 244 manat dövlət rüsumunun və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 244 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3244/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3244/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver