Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3244/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı13, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı1, İddiaçı9, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəlb edilməklə “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı13, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı1, İddiaçı9, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəlb edilməklə “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təsis edilməsi barədə təsisçilərin ümumi yığıncağının xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il qərarların etibarsız hesab edilməsi və onların əsasında verilmiş dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların və binada yaşayan digər sakinlərin xəbəri olmadan, ümumiyyətlə ümumi yığıncaq keçirilmədən xx.xx.2023-cü il tarixdə 1123-MM10-0305 qeydiyyat nömrəsi ilə Cavabdeh dövlət qeydiyyatına alınmışdır. Belə ki, sözügedən MMC-nin yaradılmasından (Qərarların etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi) tam təsadüfən xəbər tutmuşlar. Bununla əlaqədar olaraq bildirirlər ki, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Lakin, ASP MTK-nın rəhbərliyi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2.-ci maddəsi ilə vətəndaşın evini başına yıxmaqda təqsirləndirilən Qalib Məmmədov) kompleksdən yığılan kommunal ödənişləri əldən verməmək üçün, sakinlərin xəbəri olmadan guya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis etmiş, saxtalaşdırılmış protokollarla Cavabdeh dövlət qeydiyyatından keçirilməsinə nail olmuşdur. Həmin qərarlar ləğv olunmalıdır: 1. Ümumi yığıncağın keçirilməsi qaydaları pozulmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 44.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Lakin, ASP MTK rəhbərliyi tərəfindən bu prosedurların heç birinə riayət edilməmişdir. 2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması barədə qərar çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin həqiqi iradəsini ifadə etməmişdir. Belə ki, mənzil mülkiyyətçiləri ümumiyyətlə təsis yığıncağı barədə lazımi qaydada xəbərdar edilməmişlər, iclasda onların iştirakı təmin olunmamış, bununla da mülkiyyətçilərin idarəetmədə səs hüququ pozulmuşdur. 3. İclas ümumiyyətlə keçirilməmişdir. Belə ki, sakinlərin sorğusu əsasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş İdarəsindən təqdim edilmiş sənədlərdən görünür ki, protokol formal olaraq tərtib olunmuşdur, təsisçilər imzalamamışdır, protokola bəzi sakinlərin siyahısı əlavə edilmişdir. Həmin siyahıdakı imzaların protokola aidiyyəti yoxdur. Protokolların hər ikisində eyni sayda, 1185 sahə mükiyyətçisinin ümumi yığıncağın iclasında iştirak etdiyi göstərilmişdir ki, bu həmin protokolların formal tərtib edildiyini göstərir, bundan başqa həmin tarixlərdə Kompleksin ərazisində belə kütləvi tədbir keçirilməmişdir. 4. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adından göründüyü kimi qaraj kimi istifadə olunan zirzəmi mülkiyyətçilərinin müştərək cəmiyyəti deyildir. Mənzil qanunvericiliyi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə yaradılan könüllü ictimai birliyi mənzil mülkiyyətçilərinin ictimai birliyi adlandırır. Aydın məsələdir ki, qaraj mənzil deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Lakin, MTK rəhbərliyi mülkiyyətçilərin ümumi istifadəsində olması nəzərdə tutulan texniki sahəni-zirzəmilərini kiçik sahələrə bölərək 4 nəfərin Şamxal Əsədov, Anar Qurbanov, Müşfiq Mirələmov və Rafiq İslamov adına çoxsaylı müqavilələr tərtib etməklə guya özgəninkiləşdirməklə suni surətdə yetərsay formalaşdırmışdır. Bu gün MTK rəhbərliyi həmin sahədən tam əmlak kompleksi şəklində qaraj kimi istifadə edir. Həmin sahənin müxtəlif mülkiyyətçilər arasında faktiki olaraq bölüşdürülmədiyi açıqaşkardır. 5. Təsis sənədlərindəki uyğunsuzluqlar. Bundan başqa sakinlərin sorğusu əsasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş İdarəsindən təqdim edilmiş sənədlərdən görünür ki, MMMC-nin təsis sənədlərində ziddiyətlər mövcuddur. Belə ki, Nizamnamə və X1 Reyestrindən çıxarışda MMMC-nin təsis yığıncağının xx.xx.2023-cü il tarixdə həyata keçirildiyi göstərilsə də, təqdim olunmuş sənədlərdən ilk dəfə xx.xx.2023cü il tarixdə Yasamal-65 MMMC adı ilə təsis yığıncağının keçirildiyi görünür. Daha sonra isə xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda isə MMMC-nin adının Cavabdehə dəyişdirilməsi qərara alınmışdır. Beləliklə, Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarış və təsdiqlədiyi Nizamnamədə xx.xx.2023-cü il tarixli təsis yığıncağına istinad edilsə də, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ümumi yığıncaq qərarları təqdim edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəfindən mənzil mülkiyyətçilərinin hüquqları pozulmaqla sözügedən qərar qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv edilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, hazırkı mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş cavabdehin təsis edilməsi barədə təsisçilərin ümumi yığıncağının xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il qərarlarının etibarsız edilməsi və onların əsasında verilmiş dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Həsənbəy Zərdabi prospekti 92 A ünvanında yerləşən yaşayış kompleksində (binada) yaşayan sakinlərin xəbəri olmaqla, qiyabi səsvermə yolu ilə yığıncaq keçirilib və xx.xx.2023-cü il tarixdə 1123-MM10-0305 qeydiyyat nömrəsi ilə Cavabdeh dövlət qeydiyyatına alınmışdır. Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Bununla bağlı qanunvericiliyin tələbləri gözlənildiyi üçün, qeydiyyat orqanı tərəfindən Cavabdeh dövlət qeydiyyatına alınmışdır. Hazırkı halda iddiaçılar binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının 1 faizindən çoxunu təşkil etmədiyi üçün, iddia tələbi əsaslı sayıla bilməz. Hazırkı halda binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının 90 faizindən çoxu Cavabdeh dövlət qeydiyyatına alınmasından narazı olmadığı üçün, MMMC-nin fəaliyyətindən razı olduğu üçün iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iddiaçılar İddiaçı13, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı1, İddiaçı9, İddiaçı11, İddiaçı12 iddia ərizəsinin qaytarılması barədə vəsatət verərək, Cavabdeh MMMC-yə qarşı qeydiyyatın ləğvi və qərarların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.6 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı3 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 316-5/2-14-2773/3/2023 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 reyestrindən çıxarışa əsasən Cavabdeh qanuni təmsilçisi X6r. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92a, qapı 4, 5 hüquqi ünvanında qeydiyyatdadır və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında fəaliyyət göstərir. Cəmiyyətin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 204A, M13, m8 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 204A, M13, m8) ünvanında yerləşən ümumi sahəsi 88.90 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44.50 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı11 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 458, (Yeni qaydalarla AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti, giriş 167, M5, m6) ünvanında yerləşən ümumi sahəsi 119.40 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı4 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 668, yeni qaydalarla AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti, 169, M17, m6 ünvanında yerləşən ümumi sahəsi 136.30 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a, mənzil 755, (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti, giriş 157, M9, m2) ünvanında yerləşən ümumi sahəsi 129.40 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı6 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 136.2 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı12 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 93.6 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı9 adına xx.xx.2012ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 80.4 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə İddiaçı10 oğlunun adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 92a, mənzil 979, (Yeni qaydalarla AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti, 155, M18, m4) ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam hissədə X2 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarına əsasən “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilsin; “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsi təsdiq edilsin; “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin icra orqanı olan İdarə heyəti aşağıdakı tərkibdə seçilsin: İdarə heyətinin üzvləri: X10 (sədr), X7, X5. “ünvan 14 ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, qapı 4, 5 müəyyən edilsin; “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı ilə bağlı Ədliyyə nazirliyinə müraciət etmək səlahiyyəti X8 verilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarına əsasən “Yasamal-65” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin adının “Yasamal-72” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə dəyişdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya X9 Qeydiyyatı Haqqında 11**-MM-*** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən “Yasamal-62” mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 47.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. 47.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. 119.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. 119.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri vardır. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 120.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 126.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. 126.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. 133.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir. 133.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir.Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. 13.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. 13.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir. 13.4-cü maddəsinə əsasən hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır. 15.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 16 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli təsis yığıncağının qərarına əsasən “Yasamal-65” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və nizamnaməsi təsdiq edilmişdir. Daha sonra “Yasamal-65” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən cəmiyyətin adı Cavabdehnə dəyişdirilmişdir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 16 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli təsis yığıncağının və xx.xx.2023-cü il tarixli ümumi yığıncağın qərarı və digər sənədlər əsasında 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçılar İddiaçı13, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı1, İddiaçı9, İddiaçı11, İddiaçı12 Cavabdeh təsis edilməsi barədə təsisçilərin ümumi yığıncağının xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il qərarların etibarsız hesab edilməsi və onların əsasında verilmiş dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddiaçılar məhkəməyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizə vermişlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilir. İş materiallarına əsasən müəyyən olunur ki, sahə mülkiyyətçilərinin ümumi sayı 2364, sözügedən ümumi yığıncaqlarda iştirak edən və lehinə səs verən sahə mülkiyyətçilərinin sayı isə 1185 olmuşdur. İddiaçıların həmin ümumi yığıncaqlarda iştirak etməməsi və ya lehinə səs verməməsi ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi üçün əsas deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun və belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Məhkəmə hesab edir edir ki, Cavabdeh ümumi yığıncağının sözügedən qərarlarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən cavabdehə verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçılar İddiaçı13, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı1, İddiaçı9, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəlb edilməklə “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğvi” tələbinə dair iddia təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3244/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3244/2025
14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver