Məhkəmə qərarları › İş №e-2(004)-3258/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3258/2024

04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3258/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdeh X5 qarşı “audit prosedurların aparılmasına dair aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “audit prosedurların aparılmasına dair aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh, fərdi sahibkarlıq subyekti X6 tərəfindən İddiaçı barəsində qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli Audit prosedurlarının aparılmasına dair aktın əsassız olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunur ki, cavabdeh, fərdi sahibkar X1 əsasında mal – pul dövriyyəsinin aparmış və nəticədə onun, fərdi sahibkar X4 45.558,90 ( qırx beş min beş yüz əlli səkkiz manat doxsan qəpik) manat pul borcunun olması və ya ödənilməmiş pul məbləği ehtimallar əsasında 07 noyabr 2023 – cü il tarixli Audit prosedurlarının aparılmasına dair akt qəbul edilmişdir. Cavabdeh tərəfindən barəsində qəbul edilmiş bu aktı tamamilə əsassız, ədalətsiz və qərəzli hesab edir. Belə ki, mallar ona fərdi sahibkar X2 qaiməsi olaraq hər dəfəsində verilmişdir və o satılan malların dəyərini hər dəfəsində kart hesablarına köçürmə yolu ilə ödəmişdir. Cavabdehin hansı maddi subut və konkret əsaslarla barəmdə bu cür akt qəbul etməsi ona məlum deyildir, hesab edir ki, hər bir akt və ya auditor rəyinin əsaslanmalı olduğu müəyyən maddi subutlar mövcüd olmalıdır və malların qaiməsiz təhvil verilməsi hallında cavabdeh bu aktı birtərəfli qaydada və qərəzli olaraq qəbul etmişdir. Hesab edir ki, cavabdeh fərdi sahibkarlıq subyekti X6 tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli Audit prosedurlarının aparılmasına dair akt əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, iddiaçı və cavabdeh vergi ödəyicisidirlər. (İddiaçı VÖEN **********), (X6 VÖEN **********) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəyə nəticə etibarilə şəxslərin subyektiv tərkibi və münasibətlərin xarakteri nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh X5 qarşı “audit prosedurların aparılmasına dair aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, həmçinin məhkəmə aidiyyəti üzrə bu tələbə Yasamal Rayon Məhkəməsində deyil, kommersiya məhəməsində baxılmalı olduğundan iddiaçı tərəfindən ödənilmiş 227 (iki yüz iyirmi yeddi) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X5 qarşı “audit prosedurların aparılmasına dair aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar