Məhkəmə qərarları › İş №e-2(004)-3265/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3265/2021

12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3265/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Beat Media MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (“Beat Media MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“Beat Media MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçının istifadəsinə verilmiş 050 261 34 49 mobil telefon nömrəsi qanunsuz olaraq bağlanılmasına görə ödədiyi 30 manat və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi, etdiyi qanunsuz hərəkətlərə görə cavabdehin üzərinə iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nömrə istifadəsinə verilən kimi iddiaçı tərəfindən 30 manat ödənilmişdir. Buna baxmayaraq, nömrə bağlanmışdır. Cavabdehlə əlaqə saxladıqdan sonra 15 manat kart borcuna görə nömrənin bağlandığı məlum olmuşdur. Əlavə 30 manat ödənilməlidir ki, nömrə açılsın. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən iddia tələbinin artırılmasını, cavabdehə iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələrinin digər xidmətlərə qoşmasının qadağan olunması və buna görə həmin nömrələr üzrə tutulmuş pulun hesablanaraq iddiaçıya ödənilməsi, iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələr vasitəsilə qısa nömrələrə, o cümlədən 012 kodu ilə başlanan nömrələrə zəng etdikdə iddiaçıya verilmiş biznes paketindən əlavə olaraq xidmət haqqının tutulması nəticəsində dəymiş zərərin hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, cavabdehə iddiaçının istifadəsində olan 050 270 85 88 və 050 261 34 49 mobil nömrələr vasitəsilə qısa nömrələrə, o cümlədən 012 kodu ilə başlanan nömrələrə zəng etdikdə iddiaçıya verilmiş biznes paketindən əlavə olaraq xidmət haqqının tutulmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi F.Eminov iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd etmişdir ki, ********** nömrəsi ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. "Azercell" ilə İddiaçı arasında 10.03.2021-cı il tarixdə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ********** nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Abunə Müqaviləsinin 8.1.-ci maddəsinə əsasən Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitini aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, "Azercell" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Bu zaman Abunəçi ona gələn zəngləri qəbul edə bilir, lakin özü heç kəslə bağlantı qura bilmir. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği "Azercell"ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır. Bu qayda "Azercell" tərəfindən birtərəfli surətdə və sərbəst olaraq dəyişdirilə bilər. Belə ki, Abunə Müqaviləsinin 4.5.-ci maddəsinə əsasən "Azercell" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir". Göründüyü kimi, kredit limiti keçildikdə nömrənin bağlanması "Azercell"-in öhdəliyi deyil, hüququdur. 17 mart 2021-ci il tarixində abunəçiyə 0 kredit limiti təyin edilmişdir. Kredit limiti 0 olduğundan 11 aprel 2021—ci il tarixi saat 22:41-də limit keçmə halı baş vermiş və ********** nömrəsinə xidmət göstərilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. 12 aprel 2021-ci ildə Abunəçinin müraciəti nəzərə alınaraq ona 30 manat kredit limiti təyin edilmiş və nömrəyə xidmət göstərilməsinə qoyulmuş məhdudiyyət aradan qalıdırılmışdır. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, abunəçinin istifadəsində olan ********* nömrəsində ödənilməmiş borc vardır və bu nəzərə alınaraq 22 aprel 2021-ci il tarixində kredit limiti sıfırlanmışdır. Kredit limiti 0 olduğu üçün 22 aprel 2021-ci il saat 16:26-da abunəçiyə aşağıdakı məzmunda sms göndərilmişdir: "Hormetli abuneci, istifade limitinizi kecdiyinize gore nomrenizin xetti birterefli baglanib. Xahis edirik avans odeyesiniz. Balans melumati ucun 650-ye zeng et". Tərəflər arasında bağlanmış Abunə Müqaviləsinin 6.4-cü maddəsinə uyğun olaraq, nömrədə (digər müqavilələr əsasında Abunəçinin adma rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği son ödəmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği onun depozitindən, "AZERCELL" tərəfindən müəyyən edilən müddətdə tutulur. 11.3-cü maddəyə uyğun olaraq isə "AZERCELL" Xidmətlərindən istifadə üə bağlı ödənilməmiş borcu olan Abunəçi ilə digər əlavə bir və ya daha çox nömrənin istifadəsi barədə müqavilə bağlamaqdan imtina etmək hüququna malücdir və belə imtinaya görə məsuliyyət daşımır. Araşdırılan halda isə Azercell abunəçi ilə * müqavilə bağlamaqdan imtina etməmiş və onun avansından pul silməmişdir. Lakin kredit limiti təyin edilərkən abunəçinin başqa nömrədə olan ödənilməmiş borcunu nəzərə alaraq, abunəçinin ********** nömrəsində də borc yaratmaması üçün ona 0 kredit limiti təyin edilmişdir. Göründüyü kimi, Azercell sadəcə müqavilə ilə ona verilmiş hüquqdan istifadə etmişdir. Abunəçi 12 aprel 2021-ci ildə 30 manat kredit limiti təyin edilməsi üçün ərizə imzalayıb göndərmişdir. Həmin ərizənin sonuncu abzasmda da bildirilir ki, "xxxx" MMCnin öz mülahizəsinə əsasən nömrəyə təyin etdiyi kredit limiti məbləğində dəyişiklik edəcəyi (həmçinin kredit limiti məbləğinin sıfırlanması) barədə xəbərdardır. İddiaçı iddia ərizəsində qeyd edir ki, bu nömrə cavabdehin başqa nömrəsindəki borca görə bağlanıb. Halbuki belə deyildir. Cavabdeh sadəcə fakturalı nömrənin iş prinsipini düzgün başa düşməmişdir. Kredit limitinin 0 olması o deməkdir ki, abunəçinin istifadəsində olan paketin həcmindən asılı olmayaraq onun avansmdakı məbləğ 0 olduqda kredit limiti aşılmış hesab edilir və kredit limitini aşmaya görə nömrə birtərəfli bağlanır. Bu halda da nömrə 0 kredit limitinin aşılmasına görə bağlanmış və abunəçi tərəfindən ödəniş edildikdən sonra açılmışdır. Ümumiyyətlə, alət kimi kredit limiti həm operatorun, həm də abunəçinin maliyyə maraqlarmm qorunmasına yönəlmişdir. Kredit limiti təyin etməklə operator abunəçinin xidmətdən istifadə üzrə xərclərinin artmamasına nəzarət edir, abunəçi isə kredit limiti vasitəsilə öz maliyyə intizamına nəzarət edir. Kredit limitini aşmaya görə nömrənin bağlanması o deməkdir ki, operator abunəçinin də maliyyə maraqlarını qoruyaraq göstərilən xidmətlərə görə onun xərclərini məhdudlaşdırmış olur. Abunəçinin istifadəsində olan **********88 nömrəsində "xxxx" MMC tərəfindən təqdim edilən Likemechat xidməti aktiv olub. LikemeChat xidmətinə X9 8 cihazından internet reklamın yönlündirdiyi qoşulma səhifəsi vasitəsilə qoşulma baş verib və xidmət ilə bağlı 12.12.2020-ci il tarixində saat 15:11-də Abunəçiyə aşağıdakı məzmunda sms göndərilmiş və çatdırılmışdır: "LikemeChat xidmetine uğurla VİP status aidiniz. Qoşulma haqqi - 0.35 qep/gun. Xidmetden imtina etmek ucun http://rsubs.eom/r/KBFNİi -linke keçin (odenissizdir). Ve ya STOP sozunu 4050 nomresine gonderin (odenissizdir). Etrafli melumat ucun 6067 nomresine zeng edin". Xidmət 18 may 2021-ci ildə deaktiv edilib və müştəri məmnuniyyətini təmin etmək məqsədilə xidməti göstərən şirkət tərəfindən xidmət haqqı olaraq cəmi 11 manat 20 qəpik abunəçiyə bərpa edilmişdir. Xidməti göstərən şirkət tərəfindən bildirilib ki, bu müddət ərzində onlara abunəçidən heç bir şikayət daxil olmamışdır. Abunəçi iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə Ərizəsinin tələb hissəsində 3-cü bənddə tələb edir ki, 012 ilə başlayan nömrələrə edilən zənglərlə bağlı biznes paketindən əlavə tutulmuş xidmət haqqı ona ödənilsin. Lakin bu zənglərə görə hər hansı əlavə sərfiyyat baş verməyib və zənglərin dəyəri biznes tarif paketi ilə verilmiş dəqiqələrdən silinmişdir. Qeyd etmək lazımdır ki, 012 ilə başlayan nömrələr sabit (PSTN) telefon nömrələridir və bu nömrələrə edilən zənglər şəbəkəxarici 1000 dəqiqə həcminə daxildir. 012 kodu ilə başlayan nömrələrə edilən zənglərə görə əlavə xidmət haqqı hesablanmadığından hər hansı zərər də vurulmamışdır. **********88 nömrəsi isə "Azercellim" tarif paketindədir və biznes tarif paketi ona şamil edilmir. Həmin nömrə fakturasız (SimSim) xətdədir və "Azercellim" tarif paketinə qoşulmuşdur. Həmin tarif paketinin şərtlərinə uyğun olaraq şəbəkəxarici hər zəngin dəqiqəsi 0.06 manatdan hesablanır. 012 kodu ilə başlayan nömrələrə edilən zənglər də şəbəkəxarici zəng olduğundan həmin zənglərə bu tarif tətbiq edilir. Abunəçi ancaq balansmda olan məbləğ həcmində xidmətdən istifadə edir. Biznes paketlərində olan güzəştlər "Azercellim" tarif paketinə aid deyildir. Abunəçi iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə Ərizəsinin tələb hissəsində 3-cü bənddə tələb edir ki, **********88 və ********** nömrələrindən 012 kodu ilə başlayan nömrələrə zəng etdikdə biznes paketindən əlavə xidmət haqqının tutulmasının qadağan edilməsini tələb edir. Bu tələb də qanunsuzdur. Belə ki, biznes paketi ancaq ********** nömrəsinə aiddir və paketin şərtinə görə abunəçiyə şəbəkəxarici, o cümlədən 012 ilə başlayan PSTN nömrələrə zəng üçün cəmi 1000 dəqiqə verilmişdir və bu limit bitdikdən sonra xidmət haqqı hər artıq dəqiqə üçün hesablanır. İstifadə edilmiş xidmətə görə xidmət haqqı ödəmək müqavilə ilə Abunəçinin üzərinə qoyulmuş vəzifədir və Abunəçi istifadə etdiyi xidmətə görə xidmət haqqı ödəmək istəmirsə o müqavilədən və xidmətdən imtina edə bilər. **********88 nömrəsi isə biznes paketinə daxil deyildir. Həmin nömrə fakturasız (SimSün) xətdədir və "Azercellim" tarif paketinə qoşulmuşdur. Həmin tarif paketinin şərtlərinə uyğun olaraq şəbəkəxarici hər zəngin dəqiqəsi 0.06 manatdan hesablanır. 012 kodu ilə başlayan nömrələrə edilən zənglər də şəbəkəxarici zəng olduğundan həmin zənglərə bu tarif tətbiq edilir. Abunəçi ancaq balansında olan məbləğ həcmində xidmətdən istifadə edir. Biznes paketlərində olan güzəştlər "Azercellim" tarif paketinə aid deyildir. "xxxx" MMC tərəfindən nə iddiaçı, nə də hər hansı bir 3-cü şəxslər müvafiq məzmunlu Abunə müqavilələri bağlanmasına məcbur edilmir və edilməyib. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı xidmət şərtləri və münasibətləri tənzimləyən müqavilələr standartdır. "xxxx" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərin şəxsiyyətindən, fiziki sağlamlığından, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, mənsub olduğu ölkədən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, digər ictimai birliklərə mənsubiyyətindən, həmçinin abunəçilərin bir- biri barədə öz mövcud rəy, mülahizə və münasibətindən, o cümlədən digər hallardan asıb olmayaraq heç bir fərq qoyulmur, hər hansı məhdudiyyət və yaxud üstün imkanlar tətbiq edilmir. Telekommunikasiya xidmətlərini "xxxx" MMC vasitəsi ilə əldə etmək istəyən şəxslər bunu hamı üçün bərabər olan və hamıya əvvəlcədən bəyan edilmiş həmin şərtlər əsasında əldə edə bilərlər. Həmin şərtlər Azerbaycan Respublikasının qanunvericiliyin»ə uyğun hazırlanıb, müvafiq dövlet orqanları ile razılaşdırılır və tətbiq edilir. Belə ki, Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsi ilə Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər öz əksini tapmışdır. Həmin Qanunun 40.7.-cü maddəsinə əsasən "Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.". Həmçinin də, Abunə Müqaviləsinin şərtləri tətbiq edilməmişdən əvvəl, "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası İqtisadi İnkişaf və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarını Müdafiəsi Dövlət Xidmətindən də müvafiq rəy alınır. 17.04.2011-ci il tarixində Azərbaycan qəzetində Abunə Müqaviləsinin yeni mətni dərc edilməklə yanaşı, həmçmin abunəçilərin diqqətinə çatdırılmışdır ki, yeni müqavilə şərtləri 01.05.2011-ci il tarixindən etibarən tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Müqavilə şərtləri ilə razı olmadığına dair İddiaçı tərəfindən "xxxx" MMC- yə hər hansı müraciət isə daxil olmamışdır. Beləliklə də müvafiq tarixlərdə yeni müqavilə şərtləri İddiaçı istifadəsinə verilmiş ********** nömrəsi ilə bağlı münasibətlərdə tətbiqinə başlamışdır. Eyni zamanda, "xxxx" MMC tərəfindən nə İddiaçı, nə də hər hansı bir 3-cü şəxslər müvafiq məzmunlu Abunə müqavilələri bağlanmasma məcbur edilmir və edilməyib. Abunəçilər hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanın malikdirlər. "xxxx" MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində, abunəçilərə mobil rabitədən istifadə sıxlığına görə, həmçinin abunəçilərin məmnuniyyətini, həmçinin rahatlığmı təmin etmək üçün fakturalı və fakturasız (SimSim) xətt sistemində müxtəlif tarif paketləri təklif edir. Fakturah və yaxud fakturasız (SimSim) xətt sistemlərində, abunəçilər sərbəst olaraq, öz mülahizələrinə əsasən müəyyən etdikləri tarif paketlərini seçə bilərlər. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketlərində Abunəçi və "xxxx" MMC arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq dərhal hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxılır. Fakturalı Xətt sistemində isə Abunəçi və "AZERCELL" arasmda hesablaşmalar "AZERCELL" tərəfindən hər faktura dövrünün sonunda verilən hesab-faktura əsasında həyata keçirilir. Bundan başqa abunəçilərimizə müxtəlif güzəştli danışıq, SMS, internet xidmətləri ilə də bağlı paketlər əldə etmək, müəyyən qrup və kateqoriya abunəçiləri əhatə edən çoxsaylı kampaniya, aksiya və sair tədbirlərdə də iştirak imkanı da verilmişdir. Göründüyü kimi "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə vermiş, rabitə xəttini açaraq ona xidmət göstərmiş, xidmət sonlandırılmış və bu xidmətin müqabilində xidmət haqqı hesablanmışdır. Xidmət haqqının ödənilməsi iddiaçm öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Cavabdeh təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda 41 abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin telekommunikasiya xidmətlərindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat vermək öhdəliyi götürmədiyindən, belə vəzifə qanunla nəzərdə tutulmadığından abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə edə bildiyi üçün, hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanı olduğundan iddiaçının dəlilləri əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında iddia tələbini qəbul etmədiklərini qeyd etmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, abunəçi tərəfindən LikemeChat xidmətinə X9 8 cihazından internet reklamın yönlündirdiyi qoşulma səhifəsi vasitəsilə qoşulma baş verib və xidmət ilə bağlı 12.12.2020-ci il tarixində saat 15:11də Abunəçiyə aşağıdakı məzmunda sms göndərilmiş və çatdırılmışdır: "LikemeChat xidmetine uğurla VİP status aidiniz. Qoşulma haqqi - 0.35 qep/gun. Xidmetden imtina etmek ucun http://rsubs.eom/r/KBFNİi -linke keçin (odenissizdir). Ve ya STOP sozunu 4050 nomresine gonderin (odenissizdir). Etrafli melumat ucun 6067 nomresine zeng edin". Ümumiyyətlə, abunəçi bilərək xidmətin açılış səhifəsinə daxil olub, qaydalar və qiymətlər ilə tanış olmaq üçün kifayət qədər vaxt orada qalıb, bundan sonra “Təsdiqlə” düyməsinə klik edərək xidmətdən istifadə etmək üçün razılığını bildirmişdir. Sonda bildirmişdir ki, xidmət 18 may 2021-ci ildə deaktiv edilib və müştəri məmnuniyyətini təmin etmək məqsədilə onlar tərəfindən xidmət haqqı olaraq cəmi 11 manat 20 qəpik abunəçiyə bərpa edilmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. (İştirak etdiyi məhkəmə iclasında, yəni 27 iyul 2021-ci il tarixdə iddiaçı məhkəmə bildirişinə imza etməklə növbəti məhkəmə iclasının 12 avqust 2021-ci il tarixə saat 14:00-a təxirə salınması barədə xəbərdar edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, həmin iclas tarixinin vaxtı qabaqcadan onunla razılaşdırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdikləri sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 12.04.2021-ci il tarixli, 050 261 34 49 mobil nömrəsi üzrə “kredit limit məbləğinin abonent istəyi ilə dəyişdirilməsi forması”na əsasən görünür ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş, kredit limitinin sıfırlanmasını və ya 30 manat məbləğinədək azaldılmasını xahiş etmişdir. 25.02.2021-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən görünür ki, abunəçi İddiaçı “Biznesim 30” tarifinə qoşulmuşdur. 25.02.2021-ci il tarixli “korporativ paketlərinə və tarif planlarına qoşulma formu”na əsasən görünür ki, 050 261 34 49 mobil nömrəsi üzrə “Biznesim 30” tarifi cari fakturadan etibarən aktiv edilmişdir. 17.05.2021-ci il tarixli GSM Fakturasına əsasən görünür ki, iddiaçı 30,26 manat avans ödəmiş, son ödəmə tarixi isə 19.04.2021-ci il olmuşdur. 17.05.2021-ci il tarixli GSM Fakturasına əsasən görünür ki, iddiaçı 31 manat avans ödəmiş, son ödəmə tarixi isə 19.05.2021-ci il olmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş çıxarışa əsasən görünür ki, 050 270 85 88 mobil telefon nömrəsi üzrə LikemeChat xidmətinə qoşulmuş, VİP status alınmışdır. Qoşulma haqqı günlük 0,35 qəpik müəyyən edilmişdir. 12.12.2020-ci il tarixdə xidmətə abunə olunmuş, 18.05.2021-ci il tarixdə abunəlik ləğv edilmişdir . Məlumatlara əsasən abunəçi bilərək xidmətin açılış səhifəsinə daxil olub, qaydalar və qiymətlər ilə tanış olmaq üçü kifayət qədər vaxt orda qalıb, bundan sonra “Təsdiqlə” düyməsinə klik edərək xidmətdən istifadə etmək üçün razılığını bildirmişdir. X4 8 markalı telefon vasitəsilə həyata keçirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, Cavabdeh MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş sübutlarla iddiaçının LikemeChat xidmətindən istifadə etməsi öz təsdiqini tapır. Çıxarışa əsasən görünür ki, iddiaçı tətbiqdən istifadə şərtləri və xərclərlə tanış olmuş, daha sonra qəbul etmişdir. Cavabdeh MMC-nin əsassız şəkildə iddiaçıdan pul tutması, əsassız şəkildə xidmət haqqı üçün ödəniş çıxılması faktları aşkar edilməmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya xidmət göstərməyi, iddiaçı isə göstərilən xidmət üçün müəyyən məbləğdə xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, İddia tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. İddiaçı iddia tələbinin və digər törəmə tələblərin yaranmasını təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə əsaslandığı sübutlar mötəbər hesab edilmir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə İddiaçı 10.000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsi ilə Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər öz əksini tapmışdır. Həmin Qanunun 40.7.-cü maddəsinə əsasən "Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.". Həmçinin də, Abunə Müqaviləsinin şərtləri tətbiq edilməmişdən əvvəl, "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası İqtisadi İnkişaf və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarını Müdafiəsi Dövlət Xidmətindən də müvafiq rəy alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (“Beat Media MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” barədə tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (“Beat Media MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar