Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-331/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3476,09 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 55,40 manat dövlət rüsumu, ümumilikdə 3531,49 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında hərəkətdə olarkən manevretmə qaydalarını pozmuş, nəticədə “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışla “Hyundai Sonata” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələrində (manevretmə qaydalarının pozulması, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3576,09 manat maddi zərər dəymişdir. 20.09.21-ci il tarixli “Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi”-ə əsasən, “Hyundai Elantra” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığorta” növü üzrə sığortalanmışdır və 18.10.21-ci il tarixli sığorta hadisəsi üzrə müvafiq şirkət tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasında “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3576,09 manat məbləğində ziyan üçün 3476,09 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. (100 manat sığorta şəhadətnaməsinə əsasən azadolma məbləğidir) Odur ki, İAS220250 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3476,09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilən faktlardan aydın olduğu kimi, X6 hadisə vaxtı “Hyundai Sonata” markalı, **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Onu da qeyd etmək lazımdır ki, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmamış şəxs olduğundan onun barəsində Yasamal RPİ-nin tərəfindən İXM-nin müvafiq maddəsi ilə tədbir görülməmiş və sözügedən hadisə ilə əlaqədar tədbir görülməsi üçün material Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, №3461/d saylı aktda göstərilmişdir ki, müvafiq işə komissiyada baxılmış, X2 xəbərdarlıq edilmiş və şəxs nəzarətə götürülmüşdür. Beləlikə, hadisənin baş verməsində təqsirli olan X4 yetkinlik yaşına çatmamış şəxs olduğundan, “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104-cü maddəsinə əsasən, azyaşlının valideyni – Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC (sığortaçı) ilə Cavabdeh (sığortalı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinə əsasən “Hyundai Sonata” markalı, **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə (xx.xx.2021-xx.xx.2022) sığortalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 3476,09 manat məbləğində ödənişi "xxxx" ASC-nin hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 3576,09 manat məbləğində ödənişi X5 hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta Ödənişi aktından görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Hyundai Sonata” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə edən X4 manevretmə qaydalarını pozmuş, nəticədə “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3576,09 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan X25 xx.xx.2022-ci il tarixli Qüsur Aktından görünür ki, “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3576,09 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində rəhbərlik etdiyiniz Şirkətdə icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış Hyundai Sonata markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış Hyundai Elantra markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Tərəflərindən sığortalanmış avtomobilə dəymiş ziyanla bağlı Fiziki şəxs-X9 (servis) tərəfindən təqdim olunan zərər aktına uyğun olaraq həmin avtonəqliyyat vasitəsinə 3576.09 AZN ziyan dəyməsi müəyyən olunmuşdur. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 3576.09 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanları və icbari sığorta haqqında qanunvericiliyinin tələblərini rəhbər tutaraq 3476.09 AZN məbləği bu məktubu aldıqdan sonra 7 iş günü müddətində "xxxx" Sığorta Şirkəti ASC-nin aşağıda göstərilən bank hesabına köçürülməsinə göstəriş verilməyi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən “Hyundai Elantra» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin hesablanması məqsədi ilə keçiriləcək qiymətləndirmə prosesində nümayəndəsinin iştirakını təmin etməyi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus “Hyundai Elantra» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC-nin təyin etdiyi təmir müəssisəsində təmir edilməsinə etiraz olunmadığı bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X7 və Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hyundai Sonata” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfinizdən idarə olunarkən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında baş vermiş yol nəqliyyat hadisəsində “Hyundai Elantra» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı avtomobil idarəetmə hüququ olmadan idarə edilmişdir. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3 maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişi sizdən alınacaqdır. İş materiallarında olan AZ-İİ 009463 Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X8r. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücülük hüququ olmayan X1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İ.Talıblı küçəsi ev 30, mənzil 30 ünvanında qeydiyyatla yaşayan Həsənov X18 istifadəsində olan “Hyundai Sonata" markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil yetkinlik yaşına çatmamış oğlu X27 tərəfindən idarə olunarkən törətmiş olduğu yolnəqliyyat hadisəsinə dair toplanmış material qanunvericiliyə əsasən tədbir görülməsi məqsədi ilə aidiyyatı üzrə sizə göndərilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin "xxxx" ASCyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İ.Talıblı küçəsi ev 30, mənzil 30 ünvanında qeydiyyatla yaşayan Həsənov X18 istifadəsində olan “Hyundai Sonata" markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil yetkinlik yaşına çatmamış oğlu X27 tərəfindən idarə olunarkən törətmiş olduğu yol-nəqliyyat hadisəsinə dair xx.xx.2021-ci il tarixli 1372- 011/21 SH nömrəli məktubunuza Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasında baxılmışdır. Həsənov X10 valideyni ilə profilaktik söhbət aparılarkən ona məktubda qeyd olunan halın bir daha təkrar olunmaması ilə bağlı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən sonuncu xəbərdarlıq edilmiş, Həsənov Mir X3 tərəfindən nəzarətə götürüldüyü bildirilmişdir və bir daha belə hal baş verərsə komissiya tərəfindən müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 54 saylı mütəxəssis rəyindən görünür ki, “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2506 manat müəyyən edilmişdir. Mütəxəssis rəyindən görünür ki, ekspertiza xərci 300 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1104-cü maddəsinə əsasən, On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Qeyd edilən maddənin ikinci bəndinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış Hyundai Sonata markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil, Atəşgah Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış Hyundai Elantra markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücülük hüququ olmayan X1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Hadisə baş verərkən X4 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmamış şəxs olduğundan onun barəsində Yasamal RPİ-nin tərəfindən İXM-nin müvafiq maddəsi ilə tədbir görülməmiş və sözügedən hadisə ilə əlaqədar tədbir görülməsi üçün material Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, №3461/d saylı aktda göstərilmişdir ki, müvafiq işə komissiyada baxılmış, X2 xəbərdarlıq edilmiş və şəxs nəzarətə götürülmüşdür. xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 3476,09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisənin baş verməsində təqsirli olan X4 yetkinlik yaşına çatmamış şəxs olduğundan, “Hyundai Elantra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104-cü maddəsinə əsasən, azyaşlının valideyni – Cavabdeh 3476,09 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 55,40 manat dövlət rüsumu, ümumilikdə 3531,49 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri, eyni zamanda iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 54 saylı mütəxəssis rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 2506 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq - 45,06 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2506 (iki min beş yüz altı) manat və ödənilmiş 45,06 (qırx beş manat altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-331/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-331/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver