Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3345/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə (açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, üçüncü şəxs X5 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs X4 oğlu, X9 və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi olmaqla hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 14, mənzil 23 ünvanında yerləşən xüsusi mülkiyyət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1080/2023 nömrəli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ Dolları məbləğdə pul tutularaq Məlik-X3 ödənilməlidir.
3. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1080/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır.
4. xx.xx.2023-cü il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.
5. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzil, Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsu, Quba şəhərində yerləşə 0,3 ha torpaq sahəsi və Qusar rayonu, Çilingər kəndində yerləşən 0,12 ha sahələrinin üzərinə həbs qoyulması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 55 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 420000 manat təşkil edir.
7. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifarişinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzilin satılması ilə bağlı hərracın keçirilməsi ilkin satış qiyməti 420000 manat olmaqla “X11” MMC-yə sifariş edilmişdir.
8. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı xx.xx.2025-ci il tarixli sifarişindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzilin ilkin qiyməti 420000 manat, minimum satış qiyməti 294000 manat müəyyən edilmişdir.
9. xx.xx.2025-ci il tarixli hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
10. xx.xx.2025-ci il tarixli ipoteka predmeti olmayan əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzil 294000 manata X9 tərəfindən əldə edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbinin dəlilləri
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 14 nömrəli evin 23 nömrəli mənzilinin satışı ilə bağlı keçirilən hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddianın əsaslarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1080/2023 nömrəli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pul tutularaq Məlik-X3 ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli küçəsi 14 nömrəli evin 23 nömrəli mənzilini “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aşkar etmiş, həmin Qanun tələbini pozmaqla qiymətləndirici dəvət etmiş və mənzilin real bazar qiymətindən aşağı qiymətlə satılması üçün əvvəlcə "xxxx" MMC-yə, sonradan Cavabdeh MMC-yə sifariş vermişdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli küçəsi 14 nömrəli evin 23 nömrəli mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndiricinin dəvət olunması və sifariş verilməsindən iddiaçı xəbərsiz olmuşdur. Bununla yanaşı sonradan məlum olmuşdur ki, ümumiyyətlə Nərimanov rayon İcra şöbəsi “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasını pozmuşdur. Halbuki, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” (bundan sonra – Qayda) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 61-ci və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru tərəfindən elektron hərracda satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. Nərimanov rayon İcra şöbəsi və Cavabdeh MMC öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “İcra haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, o cümlədən bu Qaydanı rəhbər tutmalı olsa da tutmamışlar. Cavabdeh MMC Qaydanı pozmaqla iddiaçının hərracda iştirakını təmin etməmişdir. İddiaçı ümumiyyətlə hərracın keçirilməsindən və son satış qiymətindən məlumatı olmamışdır. İddiaçının hərracda iştirakı məhdudlaşdırılmışdır və keçirilən hərrac proseslərindən məlumatsız olmuşdur. Belə ki, “420000 manat ilkin satış qiyməti qoyulan mənzil 294000 manata satılılır və iddiaçı mənzilinin 126000 manat aşağı qiymətə satılmasına razı olur”. Bu ağlabatan deyil, hərracın keçirilməsi prosesi Qaydaya uyğun aparılmamışdır. Qaydanın 4.3-cü bəndinə əsasən hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır. Qaydanın bu tələbini Cavabdeh MMC yerinə yetirməmişdir. Qaydanın 4.10-cu bəndinə əsasən hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir. Protokoldan görünür ki, protokol elektron imza ilə təsdiq olunmayıb, bu da ona birdaha dəlalət edir ki, hərracın nəticələri qanunsuzdur. İddiaçı hərracın Cavabdeh MMC-də keçirilməsindən xəbərsiz olmuşdur. Hərrac "xxxx" MMC-də aparıldığı barədə məlumatı olmuşdur. İddiaçıya portalda qeydiyyatdan keçərək kabinet yaratması və hərracda iştirak etmək hüququ barədə Cavabdeh MMC tərəfindən bildiriş verilməmişdir. Qeyd etmək istəyir ki, elektron hərrac Qaydanın 2-ci bəndi (hərrac barədə sifarişin və elanın verilməsi), 3-cü bəndi (hərracın təşkili), 4-cü bəndi (hərracın keçirilməsi) pozulmaqla keçirilmişdir.
b) iddiaya etirazın dəlilləri
13. Üçüncü şəxs Sonra Əmirova iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Etirazın əsaslarına görə, belə ki, iddiaçı iddia edir ki, guya hərracın keçirilməsindən xəbəri olmamışdır. Halbuki hərrac təşkilatının bildirişini şəxsən alması müəyyən olunmuşdur. Həmçinin aprel ayında iddiaçı ilə birgə yaşayan həyat yoldaşı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, əmlakın hərracda olması barədə məlumatı əmlak hərraca çıxmamışdan əvvəl, yəni mart ayında evə baxış keçirmək üçün hərrac təşkilatının əməkdaşları və alıcılar gəldikdə bilmişdir. Bu isə ərizəçi İddiaçı qiymətləndiricinin dəvət olunması və sifariş verilməsindən xəbərsiz olması barədə qeydlərinin yalan olduğunu təsdiq edir. İddiaçı qeyd edir ki, əmlakı ondan xəbərsiz 126000 manat aşağı qiymətə satılmışdır və buna onun razılığı olmamışdır. Halbuki "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 nömrəli, xx.xx.2024-cü il tarixli Kollegiya Qərarı-nın 4.8-ci bəndinə əsasən İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir. İşin hallarından da göründüyü kimi hərracın qalib alıcısı X9 hərraca çıxarılmış əmlakın ümumi dəyəri olan 420000 manatın 70 faizini (294000 manat) ilk hərracda qanunvericiliyin tələbi əsasında təklif etmiş, başqa təklif verən olmadığından qalib alıcı olmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, hərrac baş tutduqdan sonra elektron protokol əvəzinə əllə imzalanmış protokol təqdim edilmişdir. Halbuki hərrac baş tutduqdan sonra tərəflər arasında elektron protokol tərtib edilmiş və həmin protokol məhkəməyə təqdim edilmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki iclaslarda iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək iddiaya etirazla eyni məzmunlu izahat vermişdir.
17. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclasda iştirak etməmişlər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
19. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 61.1. İcra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır: 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi; 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması; 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması. Maddə 61.3. Sifarişə aşağıdakılar barədə məlumatlar və sənədlər (elektron formada) əlavə edilir: 61.3.1. elektron hərraca çıxarılan əmlakın bazar qiyməti; 61.3.2. icra sənədi; 61.3.3. əmlak üzərinə həbs qoyulması barədə sənəd; 61.3.4. daşınmaz əmlak və ya rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlak satıldıqda, həmin əmlaka dair hüquqmüəyyənedici və texniki sənədlər; 61.3.5. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər; 61.3.6. əmlakı ətraflı təsvir edən video və ya foto görüntü; 61.3.7. əmlakın satış qiymətinin, bu Qanunda nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödəniləcəyi icra xidmətinin depozit hesabına dair məlumat; Maddə 62.1. Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir; Maddə 62.2. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir; Maddə 62.3. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar elektron hərraca çıxarıldıqda, sifariş formalaşdırıldığı gündən 5 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir; Maddə 62.4. Elektron hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər iştirak edə bilərlər; Maddə 62.5. Elektron hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını və beh məbləğini ödəməli və ya beh məbləğində bank qarantiyasını təqdim etməlidirlər; Maddə 62.6. Elektron hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi (lakin 30.000 manatdan çox olmamaqla), daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi (lakin 5000 manatdan çox olmamaqla) həcmində müəyyən edilir; Maddə 62.7. Elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır; 62.8. İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir; Maddə 62.9. Elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir; Maddə 62.10. Elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır; Maddə 62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir; Maddə 62.12. Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir; Maddə 62.13. Elektron hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və o, elektron hərracın qalibi statusunu itirir. Bu halda növbəti yuxarı qiymət təklif etmiş şəxs (olduğu halda) elektron hərracın qalibi hesab edilir; Maddə 62.14. Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər; Maddə 62.15. İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən sonra bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur; Maddə 62.16. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur; Maddə 62.17. Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra” informasiya sistemindən X1 Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür və həmin gün elektron hərracın qalibinə bu barədə bildiriş göndərilir; Maddə 62.18. aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır: 62.18.1. elektron hərracın iştirakçısı olmadıqda; 62.18.2. elektron hərracda iştirak edən şəxs (şəxslər) tərəfindən elektron hərrac bitənədək bu Qanunun 62.8-ci maddəsinə uyğun təklif verilmədikdə; 62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə; 62.19. Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir; 62.20. Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1- 2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; Maddə 62.21. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilir; Maddə 62-1.1. Hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlak borclu (sahiblik edən digər şəxs) tərəfindən alıcıya (əldə edənə) təhvil verilməlidir; Maddə 62-1.2. Əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunulan digər şəxslər arasında mübahisə yarandıqda daşınmaz əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası: Bənd 2.3. Təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir. Bənd 2.4. Təşkilatçı tərəfindən verilən elanda sifarişdə göstərilənlərdən başqa Portala aşağıdakı məlumatlar əlavə edilir: 2.4.1. hərracda iştirak üçün müraciət müddəti; 2.4.2. hərracın başlanma və bitmə tarixi və vaxtı; 2.4.3. hərrac addımı (hərracın predmeti olan əmlakın minimum satış qiymətinin 1%dən az, 3%-dən artıq olmayaraq); 2.4.4. hərracda iştirak üçün behin məbləği; 2.4.5. behin və əmlakın satış qiymətinin birdəfəlik ödənilməsi tələbi; 2.4.6. beh məbləğinin bank qarantiyası formasında təqdim edilə bilməsi ilə bağlı məlumat. Bənd 2.5. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar istisna olmaqla, təşkilatçı sifarişi aldığı gündən sonra 30 təqvim günündən gec olmayaraq ilk hərrac, ilk hərrac baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq birinci təkrar hərrac, bu hərrac da baş tutmadığı, yaxud hərracın nəticələri ləğv olunduğu gündən sonra 10 təqvim günündən gec olmayaraq ikinci təkrar hərrac avtomatlaşdırılmış qaydada keçirilir. Bənd 2.6. Bu Qaydanın 2.7-ci bəndində göstərilən məhsullar hərraca çıxarıldıqda, təkrar hərraclar barədə elanlar Portalda yerləşdirildiyi gündən sonra 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmamaqla avtomatlaşdırılmış qaydada keçirilir. Bənd 2.7. Qanunun 50.6-cı maddəsinin ikinci abzasına müvafiq olaraq hərrac predmeti tez xarab olan (yararlılıq müddəti 60 təqvim günündən tez başa çatan) məhsullar olduqda sifarişçi təşkilatçıya sifarişlə bağlı sənədləri 3 təqvim günü müddətində təqdim etməlidir; Bənd 4.2. İştirakçı hərracda şəxsən iştirak etməlidir. İştirakçı hərrac başlayanadək hərracda iştirakdan imtina edə bilər; Bənd 4.3. Hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır; Bənd 4.4. Hərrac iştirakçıları hərracın davam etdiyi müddətdə istənilən vaxt hərraca qoşula bilərlər; Bənd 4.5. İştirakçı hərrac addımına uyğun olaraq əmlakın satış qiymətini artırmaqla təklif verə bilər; Bənd 4.6. İştirakçının təklif etdiyi qiymət hərrac addımına uyğun olmadıqda təklif qəbul edilmir və bu barədə iştirakçıya “elektron kabinet” vasitəsi ilə məlumat verilir; Bənd 4.7. Hərrac 7 təqvim günü davam edir. İştirakçı təklifi həmin müddətin başa çatmasının sonuncu dəqiqəsində verdikdə hərracın müddəti 5 dəqiqə uzadılır. Həmin 5 dəqiqə ərzində yenidən təklif verildikdə hərracın keçirilməsi müddəti bu təklifin verildiyi vaxtdan daha 5 dəqiqə uzadılır. Bu proses sonuncu təklifin verilməsindən 5 dəqiqə ərzində yeni təklif verilməyənədək davam edir; Bənd 4.8. İlk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir; Bənd 4.9. Hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir; Bənd 4.10. Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, İcra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş protokol müqavilə qüvvəsinə malikdir; Bənd 4.11. Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir; Bənd 4.12. Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir;
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1080/2023 nömrəli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ Dolları məbləğdə pul tutularaq Məlik-X3 ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icra müddəti ərzində icra edilməməsi səbəbindən borclunun əmlakları üzərinə həbs qoyulmuş, barəsində hazırkı mübahisə olan əmlak 420000 manat məbləğdə qiymətləndirilmiş, əmlak hərraca çıxarılmış, hərracda satılaraq xx.xx.2025-ci il tarixli hərracın yekunları barədə protokol tərtib edilmişdir.
20. İddiaçı hərracın nəticələrinin ləğv edilməsi barədə hazırkı tələbini onunla əsaslandırır ki, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasının tələbləri pozulmuşdur.
21. Lakin, məhkəmə araşdırması ilə keçirilmiş hərracla bağlı pozuntu faktı öz təsdiqini tapmır.
22. İddiaçının birinci dəlili ondan ibarətdir ki, hərracda iddiaçının iştirakı təmin edilməmiş, keçirilmiş hərraclardan məlumatsız olmuşdur.
23. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, iddiaçının hərracda iştirak etməməsi və ya hərracdan məlumatsız olması faktı həqiqətən mövcuddursa bu onun öz ehtiyatsızlığından irəli gəlmişdir. Məhkəmə tərəfindən araşdırılan icra işi materiallarından məlum olur ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış, sonradan borclunun əmlakları üzərinə həbs qoyulmuş, mübahisəsi gedən mənzilin qiymətləndirilməsi keçirilmiş, qiymətləndirilmə prosesində evin fotoşəkilləri çəkilmiş, borclu özü icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Bu proseslərdən sonra əmlakın hərracda satılacağı aşkar nəticədir və borclunun hərrac barədə məlumatsızlığı bu konteksdə formal mülahizədir.
24. Digər tərəfdən, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydasının 2.3-cü bəndinə əsasən təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt (olduqda) vasitəsilə bildiriş göndərir.
25. Göründüyü kimi, qaydalarda ümumiyyətlə borcluya poçt vasitəsi ilə bildiriş çatdırılması nəzərdə tutulmamışdır. Təşkilatçının üzərinə düşən öhdəlik 5 iş günü müddətdə elanı portalda yerləşdirməkdir ki, məhkəmənin yoxlaması ilə məlum olmuşdur ki, belə bir elan portala yerləşdirilmişdir.
26. Əmlakın bazar qiymətinin fərqli qiymətə satılması pozuntu deyil. Adıçəkilən qaydanın 4.3-cü bəndinə əsasən ilk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir.
27. Qaydanın 4.3-cü bəndinə əsasən hərrac iştirakçılara elektron bildirişdə göstərilən tarixdə və vaxtda hərracın predmeti olan əmlakın ilkin qiyməti və minimum satış qiyməti göstərilməklə “hərrac başlandı, minimum satış qiymətindən az olmayan qiymət təklif et” elanı ilə avtomatik olaraq başlanır. Bu tələbə əməl edilməməsi barədə dəlil isə anlaşılan deyil, ümumiyyətlə bu barədə hər hansı tutarlı mülahizə irəli sürülməmişdir.
28. İddiaçının növbəti dəlili yekun protokolun elektron imza ilə təsdiq olunmaması barədədir, lakin təqdim olunmuş yekun protokolun elektron imza vasitəsi ilə qalib alıcının iştirakı ilə imzalandığı həmin protokolun özündən aydın görünür.
29. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdehnə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə