Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-339/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinin açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinin açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2, yaşayış sahəsi 40,8 m2, yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ½ hissəsinin iddiaçılar İddiaçı2 və X4 ödənilməsi, vəsaitin qalan ½ hissəsinin X10 vərəsələri arasında miras payı kimi bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, xx.xx.2014 tarixli RX seriya ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ev üzərində İddiaçı2 (1/4 hissədə), X1 (1/4 hissədə) və cavabdehlərin mərhum atası X10 (1/2 hissədə) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X5r. Cavabdehlər, atalarının ölümündən 1 il 6 ay keçməsinə baxmayaraq, atalarından qalan miras əmlak üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hərəkət etmirlər. Bu isə iddiaçıların mülkiyyət hüquqlarını pozur. İddiaçılar, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən evin ½ hissəsinin mülkiyyətçisi olmuş X10 qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müraciət edərək, evin ¼ hissəsinin mülkiyyətçiləri kimi onların hər birinə, evin dəyərinin ¼ hissəsini təşkil edən 45.000 manat vəsait ödənilməsi müqabilində evdə mülkiyyət hüquqlarından imtina etməyi təklif etmişlər. Həmin təklifə cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. Hazırki mərhələdə iddiaçılar həmin əmlakın açıq hərracdan satılaraq, əldə olunan məbləğdən mülkiyyət paylarına uyğun hissəni götürmək niyyətindədirlər. Bu səbəbdən, iddiaçılar əmlakın hərracdan satılmasını və satışdan əldə olunan məbləğdən paylarına düşən hissənin onlara ödənilməsini zəruri hesab edirlər. Əmlak üzərində mülkiyyət hüququnun paylı olması və ½ paya münasibətdə vərəsəlik məsələsinin cavabdehlər tərəfindən öz aralarında həll edilməməsi, əmlakın hərracdan satılmasına maneə deyildir. Cavabdehlər tərəfindən miras payına dair vərəsəlik məsələsinin həll edilməməsi, iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına əsas ola bilməz. Hazırki mübahisənin predmeti olan əmlakın bölgüsünün aparılmasına dair iddiaçıların tələbi, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-368/2014 saylı qətnaməsi ilə təmin edilməmiş, evin bölgüsünün aparılmasının mümkün olmadığı qət edilmişdir. Bu səbəbdən, MM-nin 220.6-cı maddəsinə uyğun olaraq, hazırda iddiaçıların mülkiyyət hüquqlarının reallaşması, yalnız evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ½ hissəsinin iddiaçılara ödənilməsi, vəsaitin qalan ½ hissəsinin X10 vərəsələri arasında miras payı kimi müəyyən edilməsi yolu ilə mümkündür. İddiaçılar cavabdehin qanunsuz davranışı nəticəsində istifadə hüquqları mövcud olan yaşayış sahəsindən məhrum olduqlarından, onların yaşayış sahəsindən istifadə hüquqları məhkəmə qaydasında təmin olunmalı və məhkəmənin qətnaməsi əsasında onlar həmin mənzilə köçürülməlidirlər. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində yazdığı kimi ona göndərdikləri təklifi almamışdır. Onun ünvanına göndərilmiş, məhkəmənin geyd etdiyi təklifi və poçt zərfini o almamışdır. Belə olan halda, ona təqdim edilmiş kimi iddianın əsası kimi işə baxılması çox kobud prosessual pozuntudur. Hətta, göndəriblərsə, poçt ona təqdim etməmişdir. O, iddiaçılarla razılaşmadığını deməmişdir. Real bazar qiyməti ilə onlarla razılaşmağa hər an, hər dəqiqə razıdır. İddiaçılar tərəfindən ona təklif göndərilməmiş və o həmin təklifi almamış işin icraata qəbul edilməsinin özü də çox ciddi prosessual hüquq pozuntusudur. Həmin təklif poçtla göndərilibsə, poçt xəbərnaməsində onun imzası olmalıdır. O, isə heç bir məktubu, təklifi qəbul etməmişdir. O, iddiaçılarla razılaşır. Ancaq, iş materiallarında evin real bazar dəyərinin məbləği barədə heç bir ekspertiza keçirilməmiş və evin bazar qiyməti müəyyən edilməmişdir. Məhkəmə araşdırmasından bəlli olur ki, məhkəmə iddianı təmin edəcəkdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ona göndərilmiş məhkəmə bildirişində cavabdeh Rəhman və Cavabdeh1lar Qazax rayonunda qeydiyyatda olan şəxslərdir. Onun mülkiyyətində olan evin natural bölgüsü ilə bağlı hər hansı məhkəmə araşdırması aparılmadığı halda, onun təmir edib, genişləndirdiyi evin bölgüsünün mümkünlüyü ilə bağlı müvafiq ekspertizalar təyin edilmədiyi halda, hazırki tələbə baxılması Konstutisiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Qərarına ziddir. Bundan başqa, ona hər hansı təklif də göndərilməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, evin naturada bölünməsi mümkün olmamış və bununla bağlı qanuni qüvvəyə minmiş Qazax rayon Məhkəməsinin 2(023)-368/2014 saylı, 29 oktyabr 2014-cü il tarixli qətnaməsi mövcuddur. Orda evin real bölgüsünün mümkün olmaması və buna dair hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə vardır. Həmin iş iddiaçılarla Aydın Bayramov arasında əvvəlki ev üzrə olmuşdur. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Ancaq, iddiaçılar Aydın Bayramova qarşı öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək barədə iddia qaldırmamış, digər qanunsuz iddia qaldırmışlar. Bu isə, həmin iddianın rədd edilməsini zəruri edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissəsi iddiaçıların, ½ hissəsi isə cavabdehlərin atası X10 mülkiyyətində olmuşdur. X16 vəfat edəndən sonra əmlakın onun mülkiyyətində olan hissəsi vəssiyyətnamə üzrə vərəsəsi Cavabdeh3 qızı X2 mülkiyyətinə keçmişdir. Buna qədər iddiaçılar ilə cavabdelərin atası arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olmaması barədə məhkəmə nəticəyə gəlmişdir. İş materiallarında məhkəmənin bu nəticəyə gəlməsinə əsas olan məhkəmə tikinti-texniki ekspertizasının rəyi də mövcuddur. Ekspert də fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olmaması nəticəsinə gəlmişdir. Qeyd edilənlər onu görsətir ki, iddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçiləridir, ancaq öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Çünki əmlak ayrıca əmlak deyil. Ona görə də, əmak açıq hərracdan satılmaqla satış pulunun ½ hissəsi iddiaçılara ödənilməsi qanuni və əsaslı hesab edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi 1/4 hissədə İddiaçı2, ¼ hissədə İddiaçı1 və 1/2 hissədə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ölüm haqqında elektron şəhadətnamədən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)- 368/2014 nömrəli qətnaməsinə əsasən X1 və İddiaçı2 X11 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbi qismən təmin edilməsi, X9 və İddiaçı2 ümumi mülkiyyətdə olan Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanda yerləşən iki mərtəbəli ümumi sahəsi 76,4 kv m, yaşayış sahəsi 40,8 kv m, yardımçı sahəsi 35,6 kv m olan 2 yaşayış otağından və təsərrüfat damından ibarət fərdi yaşayış evinə istifadəyə maneçilik aradan qaldırılmsı və onların həmin evə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X10 X4 və qeyrilərinə qarşı evə dair tərtib olunmuş texniki pasportun, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2014-cü il tarixli 18340 saylı rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən evin yaşayış və qeyri-yaşayış sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri aparılmış ölçü işləri nəticəsində iş materiallarında olan texniki pasportun ölçülərinə uyğun olduğu, X3 və İddiaçı2 paylarına düşən 1\4 hissəsinin yaşayış və yardımçı sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri hər birinə ayrı-ayrılıqda ümumi sahədən 31,5 kv.m, yaşayış sahəsindən 10,2 kv.m, yardımçı sahədən 21,3 kv.m və həyətyanı torpaq sahəsindən 186 kv.m düşdüyü, ünvan 2 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi planlı yerləşməsini, otağların təyinatlığını, tikililərin qarşı tərəfdən küçə ilə əhatə olunan hissədə yerləşməsini, eləcə də iki yaşayış otağından ibarət olduğunu nəzərə alaraq evin və həyətyanı torpaq sahəsinin tərəflər arasında üç hissəyə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2., 2.4 və 2,7 bəndlərinin eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünavanlanmış təklifin və məxaric qəbzlərinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən evin İddiaçı2 və İddiaçı1 məxsus hər birinin ¼ hissədə payının dəyəri olaraq 45000 manat, cəmi 90000 manat məbləğində pul kompensasiyasının ödənilməsi təklif edilmişdir. İş materiallarında olan Qazax rayon notariat ofisinin 23 noyabr 2022-ci il tarixli 1095 nömrəli məktubunun surətindən görünür ki, vərəsələrin müraciəti əsasında X10 ölüm faktı ilə əlaqədar Qazax rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik işinin məhkəmədə baxılması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qazax Rayonu İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xx-xx/1652 nömrəli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3 Təsərrüfatbaşına uçot kitabına əsasən həqiqətən ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)- 1351/2021 nömrəli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh3 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qazax rayon notariat ofisinə qarşı “vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun verilməsi" tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi, ünvan 5anında yerləşən evin 1/6 hissəsi və VAZ- 2101 markalı, 35BC508 dövlət qeydiyyat nömrəli avtomobil üzərində Cavabdeh3 vərəsəlik hüququnun tanınması, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 5anında yerləşən evin 1/12 hissəsi üzərində X2 vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(023)- 1351/2021 nömrəli qərardadına əsasən, Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi, “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi üzrə Cavabdeh3 vərəsəlik hüququnun tanınması” sözlərinin “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 1/6 hissəsi üzrə Cavabdeh3 vərəsəlik hüququnun tanınması” kimi oxunması və “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 5anında yerləşən evin 1/12 hissəsi üzərində X2 vərəsəlik hüququnun tanınması” sözləri “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 5anında yerləşən evin 5/6 hissəsi üzərində X2 vərəsəlik hüququnun tanınması” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(023)- 1351/2021 nömrəli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 nömrəli qətnaməsi 09 mart 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamədən hal-hazıradək apellyasiya şikayəti verilməmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 125,9 kv.m olan əmlak üzərində İddiaçı1 3/12 hissədə, X2 5/12 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. Belə ki, Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)-368/2014 nömrəli qətnaməsinə əsasən X1 və İddiaçı2 X11 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbi “evin real bölgüsünün aparılması” hissəsində təmin edilməmiş, həmçinin ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, iddiaçılar cavabdelərə kompensasiyanın ödənilməsini təklif etsə də, cavabdehlər buna razı olmamışdır. Məhkəmə Cavabdeh3 iddiaçıların öz payının dəyərinin ona ödənilməsi barədə təkliflərini almaması barədə mülahizəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan poçt qəbzinə əsasən təklifin ünvan 6 ünvanına göndərilməsi, Cavabdeh3 qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşaması təsdiq edilir. Həmçinin qeyd edilən təklif Elektron Məhkəmə informasiya sisteminə iş materialları ilə birlikdə əlavə edilmiş, Cavabdeh3 və X2 Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetləri mövcud olmaqla həmin təkliflə tanış olmaq və təkliflə razı olduqları halda bununla bağlı fikir bildirmək imkanları olmuşdur. Bundan əlavə, Cavabdeh3 və X2 məhkəməyə ünvanlanmış ərizələrinin məzmunundan onların təklif barədə məlumatlı olması aydın olur. Qeyd edilənlərə əsasən təsdiq edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (ümumi sahəsi 125.90 kv.m olan) İddiaçı2 3/12 hissə (1/4 hissə) və İddiaçı1 3/12 hissə (1/4 hissə), Cavabdeh3 1/12 hissə ( 1/2 hissəsinə dair 1/6 hissəsi) X2 5/12 hissə (1/2 hissəsinə dair 5/6 hissəsi) payı müəyyən edildiyindən və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 125.90 kv.m olan) paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 125.90 kv.m olan) açıq hərracda satılmalı, fərdi yaşayış evinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 3/12 hissəsi İddiaçı2, 3/12 hissəsi İddiaçı1, 1/12 hissəsi Cavabdeh3, 5/12 hissəsi X7 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 125.90 kv.m olan) açıq hərracda satılsın. Fərdi yaşayış evinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 3/12 hissəsi İddiaçı2, 3/12 hissəsi İddiaçı1, 1/12 hissəsi Cavabdeh3, 5/12 hissəsi X7 verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-339/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-339/2023
14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver