Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3413/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində yerləşən 43 saylı evə dair cavabdeh "xxxx"–nin 26 yanvar 2023-cü il tarixli "X10 barədə 31/23 saylı yekun protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 842/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və X1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə cəmi 59507,19 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının, dövlət rüsumunun tutulması qət edilmiş və icranın təmin edilməsi üçün tələb ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. Həmçinin Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin satışdan əldə olunan vəsait hesabına cavabdehlər İddiaçı və X2 "xxxx" QSC-yə olan borcları ödənilməli, Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində yerləşən və cavabdeh İddiaçı məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və ilkin satış qiyməti onun likvid dəyəri ilə 75 000 manat müəyyən edilmişdir. Bu qətnamə əsasında Sumqayıt Apellyasiya Məhkəməsi icra vərəqəsi qəbul etmiş və icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi heç bir məlumat vermədən "X4" "xxxx"-nə 249672/05 saylı,xx.xx.2022-ci il tarixli sifariş məktubu göndərmişdir. Əmlak Hərrac Mərkəzi ona məxsus olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində yerləşən 0.04ha torpaq sahəsi və üzərində olan 43 nömrəli fərdi yaşayış evinə dair 27 dekabr 2022-ci ildə ilkin hərrac keçirmiş protokolda hərracın iştirakçısı olmadığından güya hərracın baş tutmamasını qeyd etmişdir. Bu hərrac baş tutmadığından Əmlak Hərrac Mərkəzi əmlakın qiymətini 15% aşağı salaraq yenidən 17 yanvar 2023-cü il tarixə hərrac təşkil etmiş, protokol tərtib edərək hərracın baş tutmaması səbəbindən növbəti hərracda ona məxsus evi 25% aşağı qiymətə, yəni 47812.5 manata satmışdır. Bundan sonra cavabdeh Əmlak Hərrac Mərkəzi"nin 26 yanvar 2023-cü il tarixli "X10 barədə 31/23 saylı yekun protokolu tərtib edilərək əmlakını satmışlar. Bütün bunlar baş verən zaman Xaçmaz rayon İcra ve Probasiya Şöbəsi və hərracı keçirən təşkilat ona heç bir bildiriş və xəbərdarlıq etməmişdir. Hesab edirlər ki, cavabdeh "xxxx" tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli X10 barədə 31/23 saylı yekun protokol etibarsız hesab edilməlidir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı Cavabdehnə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 1acın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Yekun olaraq məhkəmə iclaslarının onların nümayəndəsi olmadan keçirilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh MMCyə ünvanladığı Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi hərracın təşkili və keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi, borclular İddiaçı, X6 və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 2442/22 saylı X8 dair bildirişində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 75000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2442/22 saylı X8 dair bildiriş İddiaçı ünvan 4 ünvanına və digər borclu İddiaçı Xaçmaz rayonu, İlxıçı kəndinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” X5 (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi ilə bağlı ilkin satış qiyməti 75000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” X5 (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Xaçmaz Rayon İcra Şöbəsi tərəfindən verilmiş 249672/05 saylı, xx.xx.2022-ci ol tarixli sifariş üzrə tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi, borclular İddiaçı, X6 və tələbkar "xxxx" QSC-yə ünvanlanmış Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 2630/22 saylı X7 dair bildirişində qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi satış qiyməti 63750 manat olmaqla ilkin açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2630/22 saylı X7 dair bildiriş İddiaçı ünvan 4 ünvanına və digər borclu İddiaçı Xaçmaz rayonu, İlxıçı kəndinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” X5 (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi ilə bağlı satış qiyməti 63750 manat olmaqla xx.xx.2023-ci il tarixdə saat 10:00da təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “Birjanews” X5 (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh MMC-nin elanında qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Xaçmaz Rayon İcra Şöbəsi tərəfindən verilmiş 249672/05 saylı, xx.xx.2022-ci ol tarixli sifariş üzrə tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixdə ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (63750 manat) 25 faiz az olmayan qiymətə (47812,5 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin 47812,5 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 31/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən əsasən borclu İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (63750 manat) 25 faiz az olmayan qiymətə 47812,5 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 31/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu İddiaçı ünvan 4 ünvanına və digər borclu İddiaçı Xaçmaz rayonu, İlxıçı kəndinə göndərilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən əmlak xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci ilin sonu 2023-cü ilin əvvəlləri tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Xaçmaz Rayon İcra Şöbəsindən Cavabdeh MMC-yə ünvanlanmış 249672/05 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-842/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 75.000 manata olmaqla Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində olan 43 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 27 dekabr 2022-ci il tarixinə, saat 11:00 təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, X3 və tələbkar "xxxx" QSC-nə 2442/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (www.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 27 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 27 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 63.750 min manata olmaqla, 17 yanvar 2023-cü il tarixinə, saat 11:00-a təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (Portalında) (www,birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda ”Hərracın baş tutmamasına dair” 17 yanvar 2023-cü il tarixli protokolun surətindən görünür ki, 17 yanvar 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasma dair məlumat xx.xx.2023cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 124/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" QSC-ti 24 yanvar 2023-cü il tarixli, 0748 nömrəli məktubla ipoteka predmetini təklif edilən 47.812,5 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X4” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 31/23 saylı “X10 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə “Əmlak Hərrac Mərkəzi" MMC-nin 31/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Birjanews” X5 (www.birjanews.az) yerləşdirilmiş dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Habelə hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 1acın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 31/23 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin olan Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-3413/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3413/2023
28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver