Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-343/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 2060 manat məbləğində sığorta ödənişi, 40,60 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2101 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 idarə etdiyi "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq sığorta hadisəsinə uğramışlar. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 2060 (iki min altmış) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN Bakı şəhər X14 İdarəsi tərəfindən araşdırma aparılmış və Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 469.3, 327.1 və 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsindən görünür ki, "xxxx" markalı **-KS-*** dövlət eydiyyat nişanlı avtomobil ASC-də əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X4 idarə etdiyi "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 469.3, 327.1 və 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2060 (iki min altmış) manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ASC tərəfindən "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat qeydiyyat nışanlı avtomobilə dəymiş zərərə görə 2060 (iki min altmış) manat məbləğində sığorta ödənişi edilmişdir. İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat vasitəsi baş verən anda “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. Həmçinin, avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Cavabdeh1 yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara əsasən AR İXM-nin 469.3-cü maddəsi ilə tənbeh olunmuşdur. xx.xx.2023-cü il tarixli, BS-S- 23/2244 saylı geriyə tələb məktubundan müəyyən edilir ki, ödənilmiş 2060 (iki min altmış) manat sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Hesab edir ki, avtomobilə dəymiş zərərin məbləği 364 manatdır. Avtomobillə bağlı X7 etibarnamə vermişdir. O isə Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə iclasında iştirak edən ekspert X10 izahatında bildirmişdir ki, onlar iş materiallarında olan hər iki qüsur aktına nəzər yetirir və hər ikisinə öz mövqelərini bildirirlər. Ekspert əmtəəşünas yalnız iş materiallarında olan məlumatlara görə avtomobilə dəymiş ziyanı müəyyən edir. Həmin məlumatlar avtoservis müəssisələri tərəfindən tərtib edilmiş qüsur aktlarından ibarətdir. Ekspert əmtəəşünas qüsur aktlarında olan hissələrə nəzər yetirir və onların nə qədər düzgün qiymətləndirilməsini nəzərə alaraq, dəymiş ziyanı müəyyən edir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında bir neçə detal, yəni arxa bufer, arxa buferin orta işığı, arxa buferin orta nikeli, park radar göstərilmişdir. “X9 Mərkəzi” MMC-nin rəyində isə arxa buferin alt hissəsində olan işıqlandırıcı göstərilmişdir. Birinci qüsur aktında həmin hissələr dəyişildiyi halda qiymət müəyyən edilmiş, digər qüsur aktında isə cəmi bir dəyişilməli hissə göstərildiyi üçün qiymətlərdə fərq yaranmışdır. Servis müəssisələrinin səviyyəsindən asılı olaraq, hər hansı bir detalın təmir olunması və ya dəyişdirilməsi mümkündür. Ekspert əmtəəşünas bunu müəyyən edə bilmədiyindən hər iki qüsur aktına istinad edilmişdir. Ekspert əmtəəşünas fotoşəkillərə əsasən qiymətləndirmə aparmır. Onlar yalnız ixtisaslaşmış servis müəssisələri tərəfindən tərtib edilmiş qüsur aktı əsasında qiymətləndirmə aparırlar. Çünki ekspert fotoşəkilə əsasən hissənin təmir edilməli və ya dəyişilməli olduğunu, arxa hissəsində hər hansı detalın sıradan çıxmasını müəyyən edə bilmir. Ola bilər ki, hər hansı usta həmin hissəni təmir edə bilir, digər isə dəyişdirilməsinə üstünlük verir. Hər hansı bir detal sıradan çıxıbsa, onun təmiri sual altındadır. Ümumilikdə ixtisaslaşmış servis müəssisələrində həmin detallar bilavasitə dəyişdirilir. Yəni ki, buferin vəziyyətindən asılı olaraq dəyişdirilməsi daha məqsədəuyğundur. Cavabdeh1 oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2060 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AC 306854 seriya nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sürücülük hüququ verən sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X3 mülkiyyətində olan "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu sürücülük hüququ olan X5 etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək etibarlıdır. İş materiallarında olan BD042893 seriya nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək sürücülük hüququ verən sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 40,60 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X1 mülkiyyətində olan "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 tərəfindən etibarnaməsiz olaraq idarə olunan “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində X3 mülkiyyətində olan "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 469.3, 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 469.3, 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törtməkdə təqsirli bilinmiş və 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı 2060 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat vasitəsi baş verən anda “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli, BS-S-23/2244 saylı geriyə tələb məktubundan müəyyən edilir ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ödənilmiş 2060 (iki min altmış) manat sığorta ödənişinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş zərərin hesablanması aktından görünür ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2060 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X9 Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, sifarişçinin təqdim etdiyi məlumatlar əsasında həyata keçirilmiş qiymətləndirmə işinin nəticəsi olaraq, "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 370 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 9/9320 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1450 manat məbləğində müəyyən edilmişdir. nəzəri hesablama yolu ilə, iş materiallarında olan X9 Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 364 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair Bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan, X8 tərəfindən etibarnamə əsasında idarə edilən "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 tərəfindən etibarnaməsiz olaraq idarə olunan “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində X3 mülkiyyətində olan "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X3 mülkiyyətində olan "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 469.3, 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törtməkdə təqsirli bilinmiş və 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı 2060 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə ödənilmiş 2060 (iki min altmış) manat sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə, həmçinin Cavabdeh2 mülkiyyətində olan avtomobili etibarnamə vermədən idarə etmək üçün Cavabdeh1 verdiyinə görə, iddiaçı "xxxx" ASC sığorta ödənişini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 9/9320 nömrəli ekspert rəyinin nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1450 manat məbləğində müəyyən edilmiş hissəsini əsas götürərək, yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin 1450 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə iclasında iştirak edən ekspert X10 izahatında bildirmişdir ki, onlar iş materiallarında olan hər iki qüsur aktına nəzər yetirir və hər ikisinə öz mövqelərini bildirirlər. Ekspert əmtəəşünas yalnız iş materiallarında olan məlumatlara görə avtomobilə dəymiş ziyanı müəyyən edir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında bir neçə detal, yəni arxa bufer, arxa buferin orta işığı, arxa buferin orta nikeli, park radar göstərilmişdir. “X9 Mərkəzi” MMC-nin rəyində isə arxa buferin alt hissəsində olan işıqlandırıcı göstərilmişdir. Birinci qüsur aktında həmin hissələr dəyişildiyi halda qiymət müəyyən edilmiş, digər qüsur aktında isə cəmi bir dəyişilməli hissə göstərildiyi üçün qiymətlərdə fərq yaranmışdır. Servis müəssisələrinin səviyyəsindən asılı olaraq, hər hansı bir detalın təmir olunması və ya dəyişdirilməsi mümkündür. Ekspert əmtəəşünas bunu müəyyən edə bilmədiyindən hər iki qüsur aktına istinad edilmişdir. Çünki, ekspert fotoşəkilə əsasən hissənin təmir edilməli və ya dəyişilməli olduğunu, arxa hissəsində hər hansı detalın sıradan çıxmasını müəyyən edə bilmir. Ola bilər ki, hər hansı usta həmin hissəni təmir edə bilir, digər isə dəyişdirilməsinə üstünlük verir. Hər hansı bir detal sıradan çıxıbsa, onun təmiri sual altındadır. Ümumilikdə ixtisaslaşmış servis müəssisələrində həmin detallar bilavasitə dəyişdirilir. Yəni ki, buferin vəziyyətindən asılı olaraq dəyişdirilməsi daha məqsədəuyğundur. Bu səbəbdən də məhkəmə məhz iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən ekspertiza tərəfindən "xxxx" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci kimi müəyyən edilmiş 1450 manat məbləğini əsas götürür. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1450 (bir min dörd yüz əlli) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmçinin, ödənilmiş dövlət rüsumu işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41 (40,60+0,40=41) (qırx bir) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1450 (bir min dörd yüz əlli) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 41 (40,60+0,40=41) (qırx bir) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-343/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-343/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver