Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3449/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6639 manat əsas və 86.39 dövlət rüsumu, ümumilikdə 6725.39 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan və icarə müqaviləsi əsasında X2 istifadəsində olan qeyri-yaşayış sahəsinə (X7) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən X2 istifadəsində olan qeyri-yaşayış sahəsinə (X7) baş vermiş yanğın hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 10/2394 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (X7) baş vermiş yanğın nəticəsində 7.039 (yeddi min otuz doqquz) manat məbləğində zərər vurulmuşdur. AR Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında qeyd edilmişdir: “Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2, 6.1-ci və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə, saat 13:46-da ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğın hadisəsi daxili elektrik xətlərində qısaqapanma yaranmasından baş vermişdir.” xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən 60,9 m sahəsi olan daşınmaz əmlakını xx.xx.2023-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək X3 icarəyə vermişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ-0174/2023- AKT61/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X3 400 (dörd yüz) manat azadolma və s. məbləğlər çıxılmaqla 6.639 (altı min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, "xxxx" ASC-nin iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı 6.639 manat əsas və 86,39 rüsumu, ümumilikdə 6.725,39 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, bu iddia əsassızdır. İş materiallarından göründüyü kimi, İddiaçı ASC mübahisəli əmlak üzrə xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsini cavabdehlə deyil, başqa şəxslə - əmlakın icarəçisi X5 ilə bağlamışdır. Deməli, cavabdehin hər hansı əqd münasibətində olmadığı iddiaçı qarşısında öhdəliyi də olmamışdır. Bu baxımdan, iddiaçı şirkət əmlakda baş vermiş sığorta hadisəsi ilə əlaqədar iradə ifadəsi ilə qarşılıqlı öhdəliklərin müəyyən olunduğu müqavilə üzrə icarəçiyə qarşı iddia tələbi irəli sürə bilər. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında göstərilir: “Apardığı araşdırma nəticəsində qeyri-yaşayış sahəsinin elektrik təsərrüfatı normativ aktların tələblərinə uyğun olmayan tərzdə çəkildiyini, yəni naqillər bir-birinə soyuq burma üsulu ilə birləşdirilməsini müəyyən etmişdir. Bundan başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 4 işçisi yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişlər. Belə ki, onlar anbar otağını səliqəsiz saxlamaqla, ora yanar konstruksiyalı avadanlıqlar yığmışlar.” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024-cü il cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8458 saylı məhkəmə tikinti-texniki ekspertizasının məlumatında göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar tədqiqat obyektinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı, yanğından sonrakı qalıqları təmizləndiyi və söküntü işlərinin aparıldığı müəyyən edildiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8469 saylı məhkəmə yanğın-texniki ekspertizasının məlumatında göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar tədqiqat obyektinə baxış keçirilərək yanğına səbəb olması güman edilən elektrik qurğularının söküldüyü və təmir işlərinin aparıldığı müəyyən edildiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.” Göründüyü kimi, xx.xx.2023-cü il tarixli yanğın hadisəsi ilə bağlı istintaq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində hadisənin məhz icarəçi – sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 4 işçisi yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 25 may 2001-ci il tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.8-ci bəndinə əsasən, hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırkı qaydaların 1.9.1- 1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər. Həmin bəndlərə görə isə bu tələblərə yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X4 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək; yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək; yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və irişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon X1 Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək və s. aid edilmişdir. Subroqasiya ilə bağlı iddianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalı olduğu halda, hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar xx.xx.2023-cü il tarixli yanğın hadisəsində cavabdehin təqsirini təsdiq etmir. İddiaçı "xxxx" ASC ilə icarəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, 6.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də qeyd olunan yanğın baş vermişdir. Bundan başqa, icarəçi icarə münasibətlərindən irəli gələrək icarə obyektinə sahiblik və istifadə hüququna malikdir və bu mənada hər iki tərəfin sahibkarlıq fəaliyyəti subyekti olduğu icarəyəverən ilə icarəçi arasındakı münasibətlər əmək-hüquqi mübasibətləri deyildir və işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi müəyyən edilən əməyin mühafizəsi qaydaları həmin münasibətlərə tətbiq edilə bilməz. Bu səbəbdən yanğın təhlükəsizliyi qaydaları ilə icarəçinin cavabdeh tərəfindən tanış edilməsi vəzifəsi yalnız tərəflər arasında əmək münasibətlərinin olduğu halda irəli sürülə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə4 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icarəyə verən” Cavabdeh ilə “icarəçi” X5 arasında bağlanılmış icarə müqaviləsinə əsasən icarəyə verən AZ 1009 Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən əmlakı icarəçinin müvəqqəti istifadəsinə verir. İcarə müddəti xx.xx.2023-cü il tarixdən başlayır, xx.xx.2028-ci il tarixdə bitir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş BB 757435 nömrəli sığorta şəhadətnaməsinə əsasən sığortaçı "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sığorta müqaviləsi ilə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında olan qeyri yaşayış sahəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək sığorta məbləği 27943.00 manat, azadolma məbləği 400 manat olmaqla daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, yanğın haqqında aktla və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2, 6.1-ci və “Ticarət və ictiami iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə, saat 13:46-da Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğın hadisəsi daxili elektrik xətlərində qısaqapanmanın yaranmasından baş vermişdir. Lakin yoxlama materialından göründüyü kimi, yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:46-da Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küşəsi 130 ünvanında fəaliyyət göstərən “X7” ofisində baş vemriş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2394 nömrəli, 17 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsindən sonra əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 7039.0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sığorta aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında olan qeyri yaşayış sahəsinə 7039 manat məbləğində zərər dəymişdir və 400 manat azadolma məbləği nəzərə alınmaqla 6639 maat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-239/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1153/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1153/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6639 (altı min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin çıxarışına əsasən "xxxx" ASC tərəfindən X3 6639 manat məbləğində ödəniş köçürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 36.1.1-ci maddəsinə əsasən yanğın, ildırım düşməsi daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2028-ci il tarixədək icarəçi X2 müvəqqəti istifadəsinə vermişdir. Sığortaçı "xxxx" ASC ilə sığortalı X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyri yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta məbləği 27943.00 manat, azadolma məbləği 400 manat olmaqla daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən “X7” ofisində baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh məxsus əmlaka 7.039 manat məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi kimi, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.10.2, 6.1-ci və “Ticarət və ictiami iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə, saat 13:46-da Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyriyaşayış sahəsində yanğın hadisəsi daxili elektrik xətlərində qısaqapanmanın yaranmasından baş vermişdir. Lakin yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmadığından baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Daha sonra X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1153/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6639 manat məbləğində sığorta ödənişi tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-239/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1153/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi səbəbindən xx.xx.2023-cü il tarixdə həmin ünvanda fəaliyyət göstərən “X7” ofisində baş vermiş yanğın hadisəsi nəticəsində X3 6639 manat məbləğində ödədiyi sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən X3 Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyriyaşayış sahəsində baş vermiş yanğın nəticəsində dəymiş zərərə görə ödənilmiş 6639 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 86.39 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 130 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dəymiş maddi zərərə görə 6639 (altı min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 86.39 (səksən altı manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3449/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3449/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver