Məhkəmə qərarları › İş №e-2(004)-3451/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3451/2025

08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3451/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinə qarşı "ödənilmiş təhsil haqqının geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinə qarşı "ödənilmiş təhsil haqqının geri qaytarılması" tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinə ödənmiş 2021-2022-ci təhsil ili üçün 1800 manat (xx.xx.2021 tarixli ********** saylı qəbzlə 900 manat və xx.xx.2021-ci il tarixli ********* saylı qəbzlə 900 manat), 2022-2023-cü təhsil ili üçün 1800 manat (xx.xx.2022 tarixli 12254 saylı qəbz 1500 manat və xx.xx.2023 tarixli ********** saylı qəbzlə 300 manat). 2023- 2024-cü təhsil ili üçün yarım illik (xx.xx.2023 tarixli 140350 saylı qəbzlə 900 manat), cəmi 4500 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası 17 oktyabr 1975-ci il təvəllüdlü Kəlbəcər rayon sakini X7 1993-cü ilin aprel ayında məlum hadisələr zamanı Məcburi Köçkün olmuşdur. X2 14 fevral 2004-cü il tarixdə Bakı şəhər sakini X3 ilə rəsmi nigahla ailə qurubdur. Bu nikahdan iki övladları anadan olmuşdur. O, xx.xx.2004 cü il təvəllüdlü İddiaçı və qardaşı xx.xx.2009-cu il təvəllüdlü X8. X2, qardaşım X8 və iddiaçı Kəlbəcər şəhəri, Dəlidağ küçəsi ev 36 da daimi pasport qeydiyyatındadırlar. X1 qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşayırlar. O, X2 və qardaşı X9 həmin ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar. İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinə ödənişli təhsillə qəbul olmuşdur. Məcburi köçkün kimi təhsil haqqından azad olmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetindən X2nun Məcburi köçkün vəsiqəsindən əlavə onun da Məcburi köçkün vəsiqəsini tələb etdilər. Anasının qeydiyyatı ünvan 2 ünvanında olduğu üçün komitədən bildirdilər ki, istəklərinin müsbət həlli Komitənin imkanı xaricindədir. Belə olan halda ailəsi zərurət əsasında onun təhsil haqqını qohumların köməyi ilə ödədilər və o hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia vermək məcburiyyətində qaldı. Bakı İnzibati Məhkəməsi 14 mart 2024-cü il tarixli qərarı ilə ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoydu. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Regional idareetmə və status şöbəsinin 29 may 2024–cü il tarixli protokoluna əsasən ona (İddiaçı) AA seriyalı 503544 nömrəli məcburi köçkün statusunun təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəni verənədək ailəsi onun təhsilinin davam etməsi üçün qohumların köməyi ilə onun “təhsil haqqını” ödədilər. O, ailəsinin və qohumların köməyi ilə ödənilən həmin vəsaitin geri alınması üçün xx.xx.2024-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazi cənab Emin Əmrullayevə ünvanladığı məktuba bu günə qədər heç bir cavab verilməyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ödədiyi təsil haqqının geri qaytarılması ilə əlaqədar 21 aprel 2025-ci il tarixli məktubla müraciət etdi. Cavabdeh tərəfindən 14/01 nömrəli 24 aprel 2025-ci il tarixirli məktubuna əsasən müraciətinə imtina verilmişdir. Cavabdeh imtina səbəbini onunla əlaqələndirmişdir ki, o, imtiyaz və güzəştin tətbiq edilməsi üçün zəruri olan sənədləri univerisitetə təqdim etdiyi andan sonra təsil haqqı ödənişindən azad edilmişdir. Əlavə olaraq qeyd edir ki, sənədin təqdim olunmasından əvvəl ödənilmiş vəsaətin geri qaytarılması tələbi qanuna müvafiq deyildir. Bir daha məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi ilə məhkəmə çəkişmələri uzun sürmüşdür. Nəticədə pozulmuş konstitusyon hüququ məhkəmə tərəfindən bərpa edilərək haqqı olan məcburi köçkün statusu tanınmışdır. Hesab edir ki, cavabdehin verdiyi imtina əsassızdır. Məhz yuxarıda qeyd etdiyi faktlara əsaslanaraq cavabdehin imtina məktubunun ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirakı edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən cavabeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, tələbə universitetlərinə qəbul olarkən onun məlumatları cavabdehə gəlib. Tələbələr ya dövlət sifarişi ilə yada ödənişli təhsil almaqdadırlar. Özləri ödəməli olan tələbələr, güzəştli şəxslərin təhsil haqqını müvafiq qurumlar ödəyir. Vəsiqənin cavabdehə təqdim edilməsini həmişə gözləyirlər. Əgər 1 ay gec təqdim edilsə belə, təhsil haqqı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qaytarılır. İddiaçı tərəfindən vəsiqə gec təqdim edildiyi üçün Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi təhsil haqqını ödəməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı 360281 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, vəsiqə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən X5 verilmişdir. xx.xx.2021-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakultəsinə 416973******2043 nömrəli kart hesabına 901,35 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə 416973******2043 nömrəli kart hesabından 900 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 13021 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakultəsinə 1500 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 417358******8453 nömrəli kart hesabından təhsil ödənişi olaraq 300,45 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 7568 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakultəsinə 900 manat pul ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia təmin edilərək, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. AA seriyalı 503544 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, vəsiqə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14/01 nömrəli məktubdan görünür ki, tələbələr məcburi köçkün olması haqqında Azərbaycan Respublikası Qaçqınların ə X6 üzrə Dövlət Komitəsinin verdiyi rəsmi sənədi universitetə təqdim etdiyi vaxtdan rektorun əmri ilə imtiyazlı tələbələr kateqoriyasına aid edilir və qanunla nəzərdə tutulmuş güzəşt və imtiyazlara malik olur. İmtiyaz verən sənədlər əmrlə birlikdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilir, Nazirlik dövlət büdcəsinin hesabına həmin vəsaiti ADMİU-ya ödəyir. İddiaçı imtiyaz və güzəştin tətbiq edilməsi üçün zəruri olan sənədləri Universitetə təqdim etdiyi andan sonra təhsil haqqı ödənişindən azad edilib. Sənədin təqdim olunmasından əvvəl ödənilmiş vəsaitin geri qaytarılması tələbi qanuna müvafiq deyildir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetinə ödənişli təhsillə qəbul olmuşdur. Məcburi köçkün kimi təhsil haqqından azad olmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisitetindən X2nun Məcburi köçkün vəsiqəsindən əlavə onun da Məcburi köçkün vəsiqəsini tələb edilmişdir. İddiaçının anasının qeydiyyatı ünvan 2 ünvanında olduğu üçün ona məcburi köçkün statusu verilməməmiş, bu səbəbdən İddiaçı 2021-2023-cü illər üzrə təhsil haqqını ödəmiş, daha sonra hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6542/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia təmin edilərək, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Regional idareetmə və status şöbəsinin 29 may 2024-cü il tarixli protokoluna əsasən ona (İddiaçı) AA seriyalı 503544 nömrəli məcburi köçkün statusunun təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəni verənədək təhsilinin davam etməsi üçün təhsil haqqını ödəmişlər. Daha sonra iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ödədiyi təsil haqqının geri qaytarılması ilə əlaqədar 21 aprel 2025-ci il tarixli məktubla müraciət etdi. Cavabdeh tərəfindən 14/01 nömrəli 24 aprel 2025-ci il tarixirli məktubuna əsasən müraciətinə imtina verilmişdir. Hazırda iddiaçı 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü təhsil ili üçün yarım illik ödədiyi təhsil haqqının ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin hallarına əsasən İddiaçı cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Qaçqın və X6 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ödənilmiş təhsil haqqının geri qaytarılması" tələbini irəli sürmüşdür. Lakin qeyd edilməlidir ki, cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsi dövlət ali təhsil müəssisəsi olmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu isə onu deməyə əsas verir ki, baxılan iş üzrə iddiaçının tələb etdiyi təhsil haqqının ödənilməsi tələbi cavabdehə qarşı deyil, üçüncü şəxs kimi işə cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə yönəlməlidir. Cavabdeh isə yalnız qeyd olunan qurumdan alınan maliyyə məbləğləri əsasında iddiaçıya aidiyyatı qaydada güzəştin tətbiqini həyata keçirmək səlahiyyətinə malikdir. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsi göstərmiş və tələbini ona qarşı yönəltmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən isə iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hazırki iş üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı deyil, üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı qardırılmalıdır. Müvafiq orqan isə sözügedən tələbə münasibətdə inzibati orqan kimi çıxış etdiyindən və mübahisənin təbiəti həmin münasibətlərdən irəli gəldiyindən işə aidiyyatı qaydada inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən artıq təhsil haqqının ödənilməsi tələbinə dair iddiaya onun əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddianın əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olub-olmadığı barədə məsələyə məhz həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinə qarşı "ödənilmiş təhsil haqqının geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” Publik hüquqi şəxsinə qarşı "ödənilmiş təhsil haqqının geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar