Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3494/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişindən qalan 2878.41 AZN (iki min səkkiz yüz yetmiş səkkiz manat qırx bir qəpik) məbləğin və ödənilmiş 48.78 AZN (qırx səkkzi manat yetmiş səkkiz qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2021 -ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Honda Accord” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı, ** BR ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********9853 nömrəli sığorta şəhadətnaməsinin və ******* nömrəli sığorta aktının çıxarışından görünür ki, “Mercedes Benz” markalı, ** BR ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Honda Accord” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021 -ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirliməsi barədə hesabata əsasən, “Mercedes Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6800 AZN (altı min səkkiz yüz manat) məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 9355 saylı ödəniş tapşırığından aydın olur ki, “Atəşgah“ Sığorta ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Mercedes Benz” markalı, ** BR *** markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 6700 AZN (altı min yeddi yüz manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı protokolun surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 332.1 və 327.1 -ci maddələri ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiva hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş 1-1876/21 nömrəli sığorta ödəniş aktından görünür ki, 6700 AZN (altı min yeddi yüz manat) məbləğin 3721.59 AZN (üç min yeddi yüz iyirmi bir manat əlli doqquz qəpik) hissəsi “Honda Accord’* markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən “Atəşgah“ Sığorta Şirkəti ASC-nə ödənilmişdir. İş materiallarına əlavə edilmiş qalıq borc barəsində arayışa əsasən 100 manat Cavabdeh tərəfindən ödənilmiş və onun 2878.41 AZN (iki min səkkiz yüz yetmiş səkkiz manat qırx bir qəpik) borcu qalmışdır. Ödənilmiş sığorta ödənişindən qalan 2878.41 AZN ( iki min səkkiz yüz yetmiş səkkiz manat qırx bir qəpik) məbləğ Cavabdeh iddiaçı “Atəşgah*’ Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, onunla cavabdeh arasında müqavilə bağlandığı, 100 manat ödəniş etdiyini, hazırda maddi durumunda çətinliklərin olması ilə əlaqədar iddia tələbinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nüçayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2024-cü il tarixli “Borcun etiraf edilməsi” haqqında müqavilədən görünür ki, İkinci Tərəf(Cavabdeh) Birinci Tərəf- İddiaçı Sığorta Şirkəti ASC-də Nəqliyyat vasitəsinin könüllü sığortası şəhadətnaməsi ilə sığortalanmış, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Honda Accord” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C180” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma hadisəsi nəticəsində zərər yetirmiş, subroqasiya hüququ qaydasında avtomobilə 6700 AZN (altıx min yeddi yüz manat) borc məbləği olmuş, "xxxx" ASC İcbari sığorta şirkətiniz olaraq subroqasiya qaydasında dəymiş zərərin 3721.59 AZN (üç min yeddi yüz iyirmi bir manat əlli doqquz qəpik) ödəniş etmiş, 2978.41 AZN (iki min doqquz yüz yetmiş səkkiz manat qırx bir qəpik) məbləğində borc yaranmış, zərərvuran 2382.7 AZN (iki min üç yüz səksən iki manat yetmiş qəpik) borcun olduğunu etiraf edir, qalan 595.71 AZN (beş yüz doxsan beş manat yetmiş bir qəpik) bağışlanmasını təklif edir. X3 Tərəfə 2382.7 AZN (iki min üç yüz səksən iki manat yetmiş qəpik) borcu hazırkı müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş müddətdə və qaydada qaytarmağı öhdəsinə götürür. Göstərilən qaydada borcun ödənilmədiyi təqdirdə Birinci tərəf İkinci tərəfdən bağışlanmış borc məbləğini ödənilməyən borc hissəsinə əlavə edərək subroqasiya hüququ qaydasında iddia qaldıra bilər. X3 Tərəf-in bu müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı başlıca əqdlərdən irəli gələn heç bir etiraz irəli sürə bilməz. 25 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən “Atəşgah Sığorta Şirkəti" ASC-yə 100 manat məbləğində pul köçürülmüşdür. AR Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan, "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanmış “Accord” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən könüllü sığorta növündə sığortalanmış “Mercedez Benz” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avomobillə 12 oktyabr 2021-ci il tarixdə toqquşaraq, sonuncuya 6800 manat dəyərində zərər vurmuşdur. İddiaçı sığorta şirkəti franşiza məbləği çıxmaqla 6700 manat sığorta ödənişini zərərçəkən X1 ödəmişdir. Nəticə etibarilə, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsində AR İXM-nın 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinən Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə 6700 manat məbləğin 3721,59 qəpik məbləğində hissəsi ödənilmişdir. Tərəflər (İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh) arasında 24 aprel 2024-cü il tarixli Borcun etiraf edilməsi haqqında müqavilə bağlanmış, Cavabdeh 2978,41 manat borcun 595,71 manat məbləğində bağışlanmasını təklif etməklə, 24 ay müddətinə, hər ay 100 manat ödəniş etməklə, 2382,7 manat məbləğində pulu qaytarmaq öhdəliyi götürmüş, həmin məbləğin cəmi 100 manatını ödəmiş, qalan məbləği ödəməkdən yayınmışdır. Nəticədə İddiaçı Sığorta Şirkəti ASC bağışlanmış borc məbləğini ödənilməyən borc hissəsinə əlavə edərək, subroqasiya qaydasında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin sığorta hadisəsində təqsirli olduğu, iddiaçı şirkətin sığorta ödənişini zərərçəkənə ödəməsi təsdiq olunduğundan, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ əsaslıdır. Odur ki, iddia tələbi əsaslı olub təmin edilməli, Cavabdeh 2878.41 (iki min səkkiz yüz yetmiş səkkiz manat qırx bir qəpik) manat pul və ödənilmiş 48.78 (qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2878.41 (iki min səkkiz yüz yetmiş səkkiz manat qırx bir qəpik) manat pul və ödənilmiş 48.78 (qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3494/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3494/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver