Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3520/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıl iddia tələbini onunla əsaslandırmışdırlar ki, cavabdeh Məmmədova (Əliyeva) Mehriban Famil qızı mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilinə ailə üzvləri ilə birlikdə mənzil 2007-ci ilin aprel ayında alından sonra qeydiyata düşmüşdür. Dörd il sonra 2011-ci ildə cavabdeh el adəti ilə ailə qurmuş, rəsmi nikaha düşərək həyat yoldaşı X5 evinə gəlin köçmüşdür. Hal-hazırda üç azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən şəxsi mənzillərində yaşayırlar. Lakin buna baxmayaraq cavabdeh mülkiyyətində olan mənzilində hələ də qeydiyyatda qalmaqdadır, bu azmış kimi ondan xəbərsiz xx.xx.2012-ci il təvəllüdlü oğlu X10 və xx.xx.2021-ci il təvəllüdlü qızı X3 da mənzilinə qeydiyyata saldırmışdır ki, bu da onun mülkiyyət və sahiblik hüququnu pozur. Cavabdeh on bir ildir ki, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçmüşdür. Belə olan halda mülkiyyətində olan mənzildən onun və azyaşlı övladlarının istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh, onun himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü azyaşlı oğlu X7 və xx.xx.2021-ci il təvəllüdlü qızı X2 Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda oluğu ünvan üzrə bildirişlər göndərilmişdir (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nörməli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, 18 saylı evin 12 nömrəli mənzili tam mülkiyyət hüququ üzeə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nörməli arayışından görünür ki, Cavabdeh, X1 Brilyant Elxan qızı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07.056.2022-ci il tarixli aktndan görünür ki, X8, X9 və X14 akt tərtib edərək İddiaçı qızı Məmmədova (Əliyeva) Mehriban Famil qızının 2011-ci il tarixdə el adəti ilə ata evindən ərə getdiyini və həmin zamandan hazıradək atasına məxsus Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, 18 saylı evin 12 nömrəli mənzilində yaşamadığını təsdiq etmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 2, 14 saylı mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiqlənmiş 4Ə-616 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Cavabdeh adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 12 saylı mənzil İddiaçı adına 2007-ci il tarixdə tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdeh, iddiaçının ailə üzvü olaraq mənzilə qeydiyyata alınmış, 2011-ci il tarixdə isə ərər gedərək sözü gedən mənzili tərk etmiş və özünə başqa yaşayış yeri seçmişdir. İşin halları ilə eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, ev 2, 14 saylı mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin daha sonra Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusu K.A.Rəhmanov tərəfindən təsdiqlənmiş 4Ə-616 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Sonuncunun 2011ci il tarixdən mübahisəli mənzildə yaşamaması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ əldə etməsini zərəri edən əsaslar artıq aradan qalxdığından, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 18 saylı evin 12 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməlidir (itirilmiş hesab edilməlidir). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 18 saylı evin 12 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilsin (itirilmiş hesab edilsin). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-3520/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3520/2022
12.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver