Məhkəmə qərarları › İş №e-2(004)-354/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-354/2022

05.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-354/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və əldə edilmiş pulun paylara uyğun bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və əldə edilmiş pulun paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağın tikili ilə üzbəüz, arxa darvaza girişindən olan hissəsinin ona verilməklə, torpaq sahəsinin paylara uyğun olaraq hər birinə 1/3 hissədə natura qaydasında bölünməsi; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, 15 saylı evin 2 saylı mənzilin onun 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; Tbilisi prospekti, ev 49B, 134 saylı mənzil üzərində onun 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satış pulunun onun 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə paylara uyğun bölünməsi; “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı X8 rəngli) avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun olaraq 1/6 hissədə onun, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 və digərilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüquqlarının tanınması, reyestr qeydyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 2(004)-5527/2019 saylı, 19 noyabr 2019- cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X5 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən bağ evi üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatı və onun əsasında verilmiş çıxarış ləğv edilmiş, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən bağ evinə, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 2 saylı mənzilin 1/2 hissəsinə (mərhum X4 məxsus olan pay) və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobilə qanun üzrə vərəsəlik hüquqları tanınmış, ünvan 1 ünvanda yerləşən bağ evi və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzili üzərində İddiaçı 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə pay hüquqları müəyyən edilməsi, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000 il buraxılışlı X8 rəngli) avtomobil və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüquqları tanınmış, “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000 il buraxılışlı X8 rəngli) avtomobil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqları müəyyən edilməsi, Qətnamə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlaklara dair göstərilən qaydada İddiaçı, Cavabdeh2 və Cavabdeh1 adlarına notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Əmlaklar paylı mülkiyyətdir. Birgə istifadə edəcəkləri, eləcə də bölüşdürülməsi barədə aralarında hər hansı razılıq əldə edilməmişdir. Hazırda həmin əmlakın natura qaydasında bölünməsini, natura qaydasında bölünməsi mümkün olmadığı təqdirdə isə əmlakın hərraca çıxarılması və satış pulunun paylara uyğun ödənilməsini istəyir. ünvan 3 ünvanda yerləşən bağ evi 21 ha torpaq sahəsindən və evdən ibarətdir. Torpaq üzrəində olan tikilidən imtina etmişdir. Bu barədə notariat qaydada razılığı da vardır. Torpaq sahəsi giriş- çıxışı ayrılmaqla 3 hissəyə natura qaydasında bölünə biləndir. Bununla bağlı o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Nümayəndə gəlmiş və torpağın natura qaydada bölünməsinin mümkün olması qeyd edilmişdir. Lakin sahələrin ayrılması üçün digər mülkiyyətçilərin razılığı lazımdır. Lakin digər mülkiyyətçilər isə buna razılıq verməkdən imtina edirlər. Torpaq sahəsinin tikili ilə üzbəüz, arxa darvaza girişindən olan hissəsini, tam qıraq hissədəki torpaq sahəsini istəyir. Cavabdehlərin ucbatından torpağın naturada ayrılmasını həyata keçirə bilmir. Cavabdehlər notarial qaydasında buna razılıq verdiyi halda, o, torpaq sahəsini natura qaydasında ayıra bilir, lakin belə bir razılıq əldə edilməmişdir. Ona görə də torpağın natura qaydasında ayrılmasını istəyir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 2 saylı mənzili üzərində onun 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə pay hüquqları müəyyən edilmişdir. Əmlakın natura qaydasında bölünməsini, natura qaydasında mümkün olmadığı təqdirdə hərraca çıxarılmasını, satış pulunun paylara uyğun bölünməsini istəyir. Tbilisi prospekti, ev 49B, 134 saylı mənzil üzərində onun 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqları müəyyən edilmişdir. Əmlakın natura qaydasında bölünməsini, natura qaydasında mümkün olmadığı təqdirdə hərraca çıxarılmasını, satış pulunun paylara uyğun bölünməsini istəyir. “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində onun 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə pay hüquqları tanınmışdır. Həmin avtomobilin natura qaydasında bölgüsü qeyri-mümkündür. Aralarında da bununla bağlı hər hansı bir razılıq yoxdur. Bu səbəbdən həmin avtomobilin hərraca çıxarılmasını, satış pulunun paylara uyğun bölünməsini istəyir. “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000 il buraxılışlı X8 rəngli) avtomobil üzərində 1/6 hissədə onun, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqları qanun üzrə vərəsəlik hüquqları tanınmışdır. Həmin avtomobilin natura qaydasında bölgüsü qeyri-mümkündür. Aralarında da bununla bağlı hər hansı bir razılıq yoxdur. Bu səbəbdən həmin avtomobilin hərraca çıxarılmasını, satış pulunun paylara uyğun bölünməsini istəyir. İşə məhkəmə iclasında baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə verərək, ünvan 3 bağın tikili ilə üzbəüz, arxa darvaza girişindən olan hissəsi ona verilməklə, toıpaq sahəsinin paylara uyğun olaraq hər birinə 1/3 hissədə natura qaydasında bölünməsi; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, 15 saylı evin, 2 saylı mənzili onun 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; Tbilisi prospekti, ev 49B, 134 saylı mənzil üzərində onun 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satış pulunun onun 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000-ci il buraxılışlı X8 rəngli) avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun olaraq 1/6 hissədə onun, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar tərəfindən paylarının alınması cavabdehlərə təklif edilsə də, sonuncular tərəfindən onların təklifi ilə bağlı hər hansı müsbət və ya mənfi cavab gəlməmişdir. Belə ki, cavabdehlər onlara məxsus hissələri almaq istəyirlərsə bu barədə danışıb razılaşa bilərlər. Hazırda da, onlara aid hissələrin satılması ilə bağlı cavabdehlərə təklif irəli sürür və hesab edir ki, razılıq olarsa iş üzrə barışıq sazişi bağlana bilər. Yox əgər bu mümkün deyilsə, qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, göründüyü kimi hazırda miras mülkün vərəsələr arasında real bölgünün aparılmasında razılığa gəlinməmişdir. Onlar tərəfindən iddiaçıya əmlakların bölünməsi ilə təklif irəli sürülmüşdür. Belə ki, İddiaçı və Cavabdeh2 Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzilindən onların vərəsəlik üzrə hər birinə düşən 1/6 hissədəki paylarından və Bakı səhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilindən onlara vərəsəlik üzrə hər birinə düşən 1/6 hissədəki paylarından hüquqlarını müdafiə etdiyi Cavabdeh1 xeyrinə imtina etsinlər. Bununla əlaqədar olaraq Cavabdeh1 da Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 nömrəli bağ evindən ona vərəsəlik qaydasında verilmiş paydan, həmçinin RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobildən və ’’Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobildən vərəsəlik qaydasında ona düşən paydan İddiaçı və Cavabdeh2 xeyrinə imtina edə bilər. Eyni zamanda iddiaçının öz payının satışı ilə onlara etdiyi təklif ilə razı deyillər. Belə ki, iddiaçının təklif etdiyi qiymət ilə çox şişirdilmişdir. Bundan başqa əgər bağ evi tərəflər arasında naturada bölünəcəksə, o zaman ünvan 1 bağın tikili ilə üzbəüz, hissəsi arxa darvaza girişindən olan tərəfi İddiaçı verilməli, orta hissə iddiaçının qardaşı Cavabdeh2, tikili olan hissədə torpaq sahəsinin Zaremaya ayrılmaqla paylara uyğun olaraq hər birinə mübahisəli torpaq sahəsinin ümumi sahəsi 0.21 ha təşkil etdiyi nəzərə alınmaqla bu zaman qərardadda qoyulmuş sualda göstərilən pay üzrə torpaq sahəsinin 1/3 hissəsi aşağıdakı kimi müəyyən olunması məqsədə uyğun hesab edilməklə, ümumi sahə üzrə 1/3 hissə - 0.07 ha (0.21 x 1/3) natura qaydasında bölünməlidir. Əgər qeyd etdikləri şəkildə bölgü aparılmayacaqsa, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 da, iddia tələbinə etiraz edərək bildirdi ki, sözü gedən mağaza qeyriyaşayış sahəsi deyildir. Belə ki, həmin əmlak yaşayış evi olmuş, sonradan oranı qeyriyaşayış sahəsi kimi istifadə etmişlər və ora zoo maqazin olmuşdur. O, sözü gedən maqazini tərəflərin rəhmətlik ataları ilə birlikdə işlətmişdir. Mağazanın yarısı ona məxsusdur. Hazırda iddiaçı tərəfindən ona mazağada olan hissəsinin satılması barədə edilmiş təklif ilə razı deyildir. Belə ki, sözü gedən hissəni qeyd edilən məbləğdə almağa hazırda maddi imkanı yoxdur. Ola bilər ki, icra mərhələsi zamanı həmin hissəsinın alınması ilə bağlı razılığa gələ bilərlər. Lakin hal-hazırda isə əmlakın bölünməsinə etiraz edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin bildirişin cavabdehə çatıdırlması mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini cəlb edərək ilkin iddia üzrə cavabdeh Məmmədova Zarema Osmanovna və Bakı şəhəri, 7 saylı Xüsusi Notariat Ofisinə qarşı “reyestr qeydiyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı X1rşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilmə, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X5 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən bağ evi üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi; İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən bağ evinə, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzilin 1/2 hissəsinə (mərhum X4 məxsus olan pay) və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması; ünvan 1 ünvanda yerləşən bağ evi və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə pay hüquqlarının müəyyən edilməsi; Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzili üzərində İddiaçı 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; İddiaçı, Cavabdeh2 və Cavabdeh1 “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı X8 rəngli) avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüquqlarının tanınması; “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı X8 rəngli) avtomobil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; qətnamənin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlaklara dair göstərilən qaydada İddiaçı, Cavabdeh2 və Cavabdeh1 adlarına notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5278/2020 saylı, xx.xx.2020-ci iı tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 501 məhəllə, ev 15, mənzil 2-nin ½ hissədə hüquqi sahibi Cavabdeh3, 1/6 hissədə İddiaçı, 1/6 Cavabdeh2, digər 1/6 hissədə isə Cavabdeh1dır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissədə hüquqi sahibi Cavabdeh2, 1/3 hissədə İddiaçı və digər 1/3 hissədə hissədə isə Cavabdeh1dır. Pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin naturada bölünməsi, digər daşınmaz və daşınar əmlakların isə ona aid hissəsinin satılması barədə təklif ünvanlamışdır. Məhkəmə Ekspertizasə Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/888 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 982 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən iddiaçıya aid 1/3 pay hissəsini real naturada ayrılması mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin daxilində torpaq saşəsinin eni boyunca 42,90m uzunluqda sərhəd hasarı çəkilməlidir, (bax rəyə əlavə olunmuş plan sxemə). Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilənin paylarına uyğun şəkildə naturada iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə Ekspertizasə Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4194 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 982 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən 1/3 pay hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzilindən iddiaçıya 1/6 hissədə məxsus payının ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini cəlb edərək ilkin iddia üzrə cavabdeh Məmmədova Zarema Osmanovna və Bakı şəhəri, 7 saylı Xüsusi Notariat Ofisinə qarşı “reyestr qeydiyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı X1rşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı ləyaqətsiz vərəsə hesab edilməklə vərəsəlik hüququndan məhrum edilmə, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X5 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən bağ evi üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi; İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən bağ evinə, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzilin 1/2 hissəsinə (mərhum X4 məxsus olan pay) və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması; ünvan 1 ünvanda yerləşən bağ evi və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə pay hüquqlarının müəyyən edilməsi; Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzili üzərində İddiaçı 1/6, Cavabdeh2 1/6 və Cavabdeh1 1/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; İddiaçı, Cavabdeh2 və Cavabdeh1 “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı X8 rəngli) avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüquqlarının tanınması; “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı X8 rəngli) avtomobil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı mənzil üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi; qətnamənin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlaklara dair göstərilən qaydada İddiaçı, Cavabdeh2 və Cavabdeh1 adlarına notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5278/2020 saylı, xx.xx.2020-ci iı tarixli qərarına əsasən də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2813/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 501 məhəllə, ev 15, mənzil 2, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evi və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı mənzil üzərində tərəflərin paylarına uyğun mülkiyyət hüququ tanınaraq, sonunculara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin naturada bölünməsi, digər daşınmaz və daşınar əmlakların isə ona aid hissəsinin satılması barədə təklif ünvanlamış, cavabdehlər tərəfindən bu təklifə münasibət bildirilməmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və əldə edilmiş pulun paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, cavabdehlər isə iddia tələbinə edir. Mülki işin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən onlara aid olan hissələrin alınması cavabdehlərə təklif edilsə də, cavabdehlər bundan imtina etmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/888 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 982 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən iddiaçıya aid 1/3 pay hissəsini real naturada ayrılması mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin daxilində torpaq saşəsinin eni boyunca 42,90m uzunluqda sərhəd hasarı çəkilməlidir, (bax rəyə əlavə olunmuş plan sxemə). Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilənin paylarına uyğun şəkildə naturada iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4194 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 982 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən 1/3 pay hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzilindən iddiaçıya 1/6 hissədə məxsus payının ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satış pulunun onun 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi; “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı (2000-ci il buraxılışlı X8 rəngli) avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun olaraq 1/6 hissədə onun, Cavabdeh2 1/6 hissədə və Cavabdeh1 4/6 hissədə paylara uyğun olaraq, natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, sözü gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq ekspertizanın təyin edilməsinə zərurət olmadığından, məhkəmə həmin avtomobillər üzrə ekspertizanın keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə iddia tələblərini qismən təmin edərkən məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/888 saylı və xx.xx.2022-ci il tarixli, 10/4194 saylı ekspert rəylərini də, nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin İddiaçı mülkiyyətində olan 1/3 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılmalı; Renaul Espace markalı minik, **-ET-*** dövlət nömrə nişanlı; Mercedes S320 markalı, **-VF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri; Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzili açıq hərracdan satılmalı; əldə olunan vəsait İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilməli; Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilin satışından əldə olunan vəsait isə İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin İddiaçı mülkiyyətində olan 1/3 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın. Renaul Espace markalı minik, **-ET-*** dövlət nömrə nişanlı; Mercedes S320 markalı, **-VF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri; Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzili açıq hərracdan satılsın. Əldə olunan vəsait İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilin satışından əldə olunan vəsait İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar