Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-354/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, İlkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X27, X50, X28, X35, X79, X105, X6, X64, X36, X51, X80, X22, X7, X14, X23, X65, X15, X37, X38, X81, X66, X29, X39, X4, X82, X8, X95, X30, X83, X67, X84, X106, X68, X9, X69, X24, X70, X31, X52, X25, X32, X85, X40, X26, X53, X41, X54, X16, X17, X55, X33, X56 və Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X34 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X27, X50, X28, X35, X79, X105, X6, X64, X36, X51, X80, X22, X7, X14, X23, X65, X15, X37, X38, X81, X66, X29, X39, X4, X82, X8, X95, X30, X83, X67, X84, X106, X68, X9, X69, X24, X70, X31, X52, X25, X32, X85, X40, X26, X53, X41, X54, X16, X17, X55, X33, X56 və Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 1/5 nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv. metr torpaq sahəsini və 2 otaq yəni 57.9 kv. metr tikilidən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması barədə ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 1/5 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət olaraq 2 otağı iddiaçı kimi ona məxsusdur. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən mülkün yerləşdiyi paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsində yerləşən və mülkiyyətdə olan 137.5 kv. metr tikililərindən ibarətdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi mülkiyyətdə olan 137.5 kv. metr tikilinin və mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0,0406 ha. göstərilmişdir, (Daşınmaz Əmlakın Reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 aprel 2023-cü il) Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri 4 (dörd) payçıdan ibarətdir. Qədirli küçəsi, ev 1/5 ünvanı hazırda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) X85 – 2 otaq 2) İddiaçı-2 otaq; 3) Cavabdeh2- 3 otaq, y/s-39.1kv.m., k/s-8.2 kv.m; 4) Cavabdeh3- 1 otaq, y/s-20.0 kv.m; adlarına qeydiyyatdan keçmişdir və mülkiyyətlərində olması məlum olmuşdur. Bu iddia ərizəsilə məhkəməyə müraciət etmək ərəfəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanına dair müvafiq məlumatların verilməsi barədə vəkil sorğusu verilmişdir. “Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə” vəkil sorğusuna cavab verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 oktyabr 2022-ci il tarixli **********86 nömrəli məktubunda yazılmışdır ki, “Məlumatların təqdim edilməsi haqqında Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanına aid müvafiq məlumatların təqdim edilməsinə dair sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, Bakı şəhəri, Qədirli küçəsi, ev 1/5 (ü/s 261.4 kv.m, y/s 205.7 kv.m) ilk dəfə tarixsiz olaraq Xanım İsmayıl qızı və X86 adlarına qeydiyyatdan keçmişdir. xx.xx.1978-ci il tarixdə X86 vəfatından sonra mülkün ½ hissəsinə 1 saylı DNK-da 2265 və 2266 saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X42 vərəsəlik qəbul etmiş və xx.xx.1979- cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1994-cü il tarixdə Xanım İsmayıl qızının vəfatından sonra mülkün ½ hissəsinə 5 saylı DNK-da 2v-2a-231 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2 vərəsəlik qəbul etmiş və xx.xx.1994-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997-ci il tarixdə S.İ.Musabəyova "B" tikilidə 6 otaqlı mənzilin 2 otağını 12 saylı DNK-da 3m-A-4-648 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən İddiaçı Məmmədtağı oğluna bağışlamış və o, xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997-ci il tarixdə S.İ.Musabəyova "B" tikilidə 6 otaqlı mənzilin 4 otağını 12 saylı DNK-da 3m-6-1100 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən X58 bağışlamış və o, xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixdə X18 vəfatından sonra 12 saylı DNK-da 2v-1-272 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün ½ hissəsinə X19 vərəsəlik qəbul etmiş və xx.xx.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixli Yasamal rayon məhkəməsinin (İş N2-822/98) qətnaməsinə əsasən Cavabdeh2 "B" tikilinin 8 saylı sahəsi 12.2m² olan yaşayış sahəsi, 7.4m² olan dəhlizinə mülkiyyət hüququ tanınmış və o xx.xx.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 294 saylı sərəncamına əsasən Cavabdeh2 məxsus əlavə tikililər qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X71 28 saylı DNK-da 48-2-304 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 3 otaqdan 1 otaq 20.0m² X3 və o xx.xx.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2007-ci il tarixdə X72 19 saylı DNK-da 40-145 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən mülkün 1 ot. 20.0 kv.m hissəsini X1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-311/2016 saylı icra vərəqəsinə əsasən X5 məxsus hissə qeyd olunan fərdi yaşayış evindən naturada ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1F saylı fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,043 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş 4ə-2494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi sahəsi 137,5 kv.m təşkil edən (naturada ayrıldıqdan sonra) Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanının 1 otaq, y/s- 20,0 kv.m təşkil edən hissə Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə bəhs edilən fərdi yaşayış evinin yerləşdiyi 0,0406 ha torpaq sahəsi payçıların xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri 19 saylı NOnun 48-340 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülkün 2 otağı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ümumi sahəsi 137,5 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanı hazırda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) İddiaçı-2 otaq; 2) Cavabdeh2- 3 otaq, y/s-39.1kv.m., k/s-8.2 kv.m; 3) Cavabdeh3- 1 otaq, y/s-20.0 kv.m; 4) Cavabdeh1-2 otaq. Bu günədək mülkün ona düşən hissəsinin payının naturada real bölgüsü aparılmamışdır. Lakin mülkiyyətçilərin hamısının eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkün naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Bu da bir çox hallarda çətinlik yaradır, belə ki alqı-satqı, ipoteka, girov qoyulması və sair hallarda. Mülki qanunvericilik onlara imkan verir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X85 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 1/5 nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin ona düşən hissəsinə, yəni 115 kv. metr torpaq sahəsindən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddianı qismən qəbul edərək, ekspert rəyinə uyğun olaraq payın naturada ayrılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini geri götürdüyünü, ərizənin nəzərə alınaraq müvafiq qərardad çıxarılmasını xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-354/2025 nömrəli qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 2 otaq X34 adına xx.xx.2023-cü il tarixdə, 2 otaq İddiaçı adına, 3 otaq (y/s 39.1 kv.m, k/s 8.2 kv.metr) Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə və 1 otaq (y/s 20 kv.metr) Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 092085 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən yaşayış evindən 2 otaq İddiaçı, 4 otaq X34, ½ hissə X11 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan X85 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 137.5 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən göstərilən hissəni, yəni satıcı X85 (2 otaq) –alıcı Cavabdeh1 mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 152000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan nüsxənin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otağı, ümumi sahəsi 59.7 kv.metr kimi qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-34079/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Qədirli küçəsi, ev 1/5 (ü/s 261.4 kv.m, . s 205.7 kv.m) ilk dəfə tarixsiz olaraq Xanım İsmayıl qızı və X86 adlarına qeydiyyatdan keçmişdir. xx.xx.1978-ci il tarixdə X86 vəfatından sonra mülkün 1/2 hissəsinə 1 saylı DNK-da 2265 və 2266 saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X42 vərəsəlik qəbul etmiş və xx.xx.1979- cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1994-cü il tarixdə Xanım İsmayıl qızının vəfatından sonra mülkün 1/2 hissəsinə 5 saylı DNK-da 2v-2a-231 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X2 vərəsəlik qəbul etmiş və xx.xx.1994-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997-ci il tarixdə S.İ.Musabəyova “В" tikilidə 6 otaqlı mənzilin 2 otağını 12 saylı DNK-da 3m-A-4-648 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən İddiaçı Məmmmədtağı oğluna bağışlamış və o xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1997-ci il tarixdə S.İ.Musabəyova “B" tikilidə 6 otaqlı mənzilin 4 otağını 12 saylı DNK-da 3m-6-1100 saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən X44 bağışlamış və o xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixdə X18 vəfatından sonra 12 saylı DNK-da 2v-1-272 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinə X19 vərəsəlik qəbul etmiş və xx.xx.1998-ci il tarixdə zeydiyyat vəsiqəsi almışdır. xx.xx.1998-ci il tarixli Yasamal rayon məhkəməsinin (İş N2-822/98) qətnaməsinə əsasən Cavabdeh2 “B” tikilinin 8 saylı sahəsi 12.2m2 olan yaşayış sahəsi, 7.4m2 olan dəhlizinə mülkiyyət hüququ tanınmış və o xx.xx.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 294 saylı sərəncamına əsasən Cavabdeh2 məxsus əlavə tikililər qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə X71 28 saylı DNK-da 4ə-2-304 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 3 otaqdan 1 otaq 20.0m2 X3 və o xx.xx.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2007-ci il tarixdə X72 19 saylı DNK-da 4ə-145 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən mülkün 1 ot. 20.0 kv.m hissəsini X1. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-311/2016 saylı icra vərəqəsinə əsasən X5 məxsus hissə qeyd olunan fərdi yaşayış evindən naturada ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1F saylı fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,043 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş 4ə-2494 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi sahəsi 137,5 kv.m təşkil edən (naturada ayrıldıqdan sonra) Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanının 1 otaq, y/s- 20,0 kv.m təşkil edən hissə Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə bəhs edilən fərdi yaşayış evinin yerləşdiyi 0,0406 ha torpaq sahəsi payçıların xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri 19 saylı NO-nun 4ə-340 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülkün 2 otağı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ümumi sahəsi 137,5 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanı hazırda bu sadalanan şəxslərin adlarında qeydiyyatdadır: İddiaçı-2 otaq; Cavabdeh2- 3 otaq, y/s-39.1kv.m., k/s-8.2 kv.m; Cavabdeh3- 1 otaq, y/s-20.0 kv.m; Cavabdeh1-2 otaq. İş materiallarında olan arayışa əsasən vətəndaş X85 xüsusi mülkiyyətdə olan Qədirli küçəsi, 1/5 nömrəli evin 69 kv.m sahəsi olan mənzilində yaşayır. Vəəndaşın ailəsi 4 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: X85, X23, X56 və X57. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5804 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sənəd ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1491 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X124 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X21 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ekspertiza baxışında iştirak etmədiyindən həmin şəxslərin paylı mülkiyyətində olan tikililərə baxış keçirilməsi və tədqiqat aparılması mümkün olmamışdır. ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin üzərində X34 payı mövcud olub-olmamasının müəyyən edilməsi “tikinti- texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı Qərardadına əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014- cü il 4 aprel tarixli Qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evi İddiaçı (2 otaq), cavabdehlər Cavabdeh1 (2 otaq), Cavabdeh2 (3 otaq; y/s-39.1 kv.m, k/s 8.2 kv.m) və Cavabdeh3 (1 otaq; y/s 20 kv. m) ümumi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 1/5 nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv. metr torpaq sahəsini və 2 otaq yəni 57.9 kv. metr tikilidən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1491 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X124 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-X21 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, ümumi paylı mülkiyyətdə olan əşyanın naturada ayrıla bilən olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi faktiki vəziyyətinə uyğun naturada ayrılmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 manat məbləğində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında 0.0406 torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137.50 kv.m olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi faktiki vəziyyətinə uyğun naturada ayrılsın. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X13, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********000003003944, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-354/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-354/2025
05.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver