Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3551/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, BədirovaAybənis Nadir qızı və Cavabdeh3 14.400 manat məbləğində kompensasiya verilməklə eyni vaxtda icra edilmək şərti ilə onların Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi 75 saylı evə olan istifadə hüququn xitam verilməsi və onların həmin evdən çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi 75 saylı evin 4/16 hissəsi (bir otaq istisna) İddiaçı mülkiyyətindədir. Bakı Şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, 75 saylı evin əvvəlki mülkiyyətçilər (mülki iş üzrə tərəflər) Adıgözəlov U.V; İbrahimov Z.A; Adıgözəlova Q.V və İskəndərov S.A arasında fərdi yaşayış evinin istifadə qaydası müəyyən edilmişdir. Qeyd olunan qətnamə ilə evin 2-ci mərtəbəsində yerləşən 1 saylı otaq (21 kv.m.), 2 saylı otaq (4.1 kv.m.), 12 saylı otaq (20.1 kv.m) 14 saylı otaq (12.3 kv.m.) ümumi yaşayış sahəsi 57.5 kv.m. sahə, eyni zamanda yardımçı sahələr 9 saylı (8.1 kv.m.), 13 saylı (2.8 kv.m.) 16 saylı (5.8 kv.m), 17 saylı 4.8 (kv.m.) və 18 saylı (1.8 kv.m) ümumi 23.3 kv.m sahə İbrahimov Z.A istifadəsinə verilmişdir. İddiaçı ilə İbrahimov Z.A arasında 08 yanvar 1988-ci il tarixdə 12 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin əsasında o, qeyd olunan sahəyə mülkiyyət hüququ əldə etmişdir. Daha sonra İddiaçı onun mülkiyyətində və istifadəsində olan hissədən bir otağı (20.1 kv.m) X1. Hazırda İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Belə ki, onun mülkiyyətində olan, məhkəmə qətnaməsi ilə istifadə qaydası müəyyən edilmiş sahədə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası mülkiyyət toxunumlmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdehlər mübahisəli evə 2009-cu ildən əvvəl qeydiyyata düşdüyündən, onların həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. Cavabdeh1 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə İbrahimov Z.A. arasında bağlanmış xx.xx.1988-ci il tarixli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və onun bu evə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddia üzrə cavabdehlərə 14400 manat məbləğində kompensasiya verilməklə onların Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 75 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı bu iddiası tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun heç vaxt bu mənzildə mülkiyyət hüququ olmamışdır. Bilindiyi kimi mülkiyyət hüququnun üç elementi vardır ki, o, bunlardan heç birindən istifadə etməmiş və hal-hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edənə qədər cavabdehlər onu rəsmiyyətdə bu mənzilə dair adına DƏDRX-dən çıxarışın olduğunu bilməmişlər. Həmçinin onunla İbrahimov Z.A. arasında xx.xx.1988-ci il tarixli alqı-satqı müqaviləsindən də xəbərləri olmamış, yalnız bu iddia ərizəsini oxuduqdan sonra bilmişlər. Bu mənzil Cavabdeh1 mərhum valideynləri anası X3 və atası Cavabdeh3 Abı oğlu tərəfindən bu evin ilkin mülkiyyətçiləri Ələkbərova Pikə və onun həyat yoldaşı Ələkbərov Əbülfəzdən almışlar. Onun mərhum valideynləri 1948-ci ildə bu evi almışlar. O da 1956-cı ildə bu evdə anadan olmuşdur. Həmin vaxtlar çox mənzillərin sənədi olmadığı üçün evlərin alqı-satqısı alan və satan şəxslər arasında şahidlərin iştirakı ilə tərtib olunmuş akt vasitəsilə icra olunurdu. Onun mərhum valideynləri də evin mülkiyyətçilərindən bu mənzili həmin qaydada almışlar. Bu evdən istifadə ilə əlaqədar heç bir problem olmadığı üçün, həm də həmin vaxtlar sənədləşmə işləri çox çətin olduğu üçün mərhum valideynləri bu evin alqı-satqısını rəsmiləşdirməyiblər, lakin hamıya məlumdur ki, bu ev onlara məxsusdur. Bu ev rəsmi sənədlərdə 57 kv.m göstərilsə də, onlar tərəfindən həmin mənzilin sahəsi 10 kv.m artırılmışdır. Eyni zamanda İddiaçı İbrahimov Zaman arasında bağlanmış xx.xx.1988ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə icra olunmuşdur. Belə ki, həmin vaxt həm Cavabdeh1, həm ilkin iddia üzrə cavabdehlər bu evdə daimi pasport qeydiyyatında olmuşlar. Qanunvericiliyin tələbinə görə də hər hansı bir mənzil satılarkən həmin mənzildə daimi pasport qeydiyyatında olan şəxslərin notariat qaydada təsdiq olunmuş razılığı tələb olunur, lakin bu alqı-satqı müqaviləsi onların razılığı və xəbəri olmadan gizlincə şəkildə icra olunmuşdur. Eyni zamanda qanunvericiliyin tələbinə görə paylı mülkiyyətdə olan əmlak satılarkən ilk öncə öz payını satan şəxs digər payçılara bu barədə məlumat verməli və yalnız həmin payçılar onun payını almaqdan imtina etdikdə, onda həmin payçı öz əmlakını başqa şəxsə sata bilər. İddiaçı məhkəməyə təqdim etdiyi DƏDRX-dən çıxarışdan da görünür ki, həmin bu daşınmaz əmlakın 8 nəfər payçısı var. Təbii ki, bu alqı-satqı müqaviləsi bu payçıların da razılığı və xəbəri olmadan bağlandığı üçün etibarsız hesab edilməlidir. Eyni zamanda həmin bu mənzil faktiki olaraq Cavabdeh1 və onun ailəsinə məxsus olduğu halda, qeyri-qanuni yollarla İddiaçı adına rəsmiləşdirilmişdir. Bir halda ki, o, bu mənzilə görə bir manat da pul ödəməmiş, bir gün də olsun bu mənzildə yaşamamış və sahiblik və eyni zamanda istifadə hüququndan istifadə etməmişdir. O, yalnız qeyri-qanuni yollarla bu mənzili gizlincə şəkildə adına keçirərək, halhazırkı vəziyyətdə bu ərazinin söküntü altına düşdüyünü eşitdiyi üçün hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 özü doğulduğu gündən yəni, 1956-cı ildən bu günə kimi yəni 69 ildir ki, fasiləsiz olaraq bu evdə yaşayır. Digər cavabdeh olan gəlinləri Cavabdeh2 isə 40 ilə yaxındır ki, bu evdə yaşayır. Digər cavabdehlər isə bu evdə doğulmuş və bu günə kimi də həmin evdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin sözügedən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi üçün 15000 manat məbləğində kompensasiya verməyə razı olduğunu, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və qarşılıqlı iddianı qəbul etməyərək, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı qəbul etməyərək, ilkin iddianin rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən dublikatına əsasən Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən 2 mərtəbəli, 16 otaqlı, ümumi sahəsi 306.75 kv.m olan xüsusi mülkiyyət kimi 4/16 hissədən 1 otaq X22 adına xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə, 4/16 hissədən qalan hissə İddiaçı adına xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə, 3/16 hissədə 1 otaq X34, 3/16 hissədə 1 otaq X40 adına xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə, 3/16 hissədə 1 otaq X4 adına xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə, 4/16 hissədə X6 adına xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə, 4/16 hissədə X17 adına xx.xx.2007-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə, 1/16 hissədə X35 adına xx.xx.2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər: X7 (xx.xx.1999); Cavabdeh4 (xx.xx.1987); Cavabdeh2 (xx.xx.1958); X8 (xx.xx.1993); X55 (xx.xx.2016); X56 (xx.xx.1997); X57 (xx.xx.1978); X36 (xx.xx.2015); X74 (xx.xx.2016); X41 (xx.xx.1979); X58 (xx.xx.2017); X59 (XX.XX.1933); X37 (xx.xx.1959); Cavabdeh1 (xx.xx.1956); X48 (xx.xx.1959); X60 ( xx.xx.1989); X65 (xx.xx.1985). İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 61 nömrəli arayışa əsasən X49 xx.xx.1972-ci il tarixindən M.Fətəli küçəsi 75 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-14886 nömrəli məktubuna əsasən Cavabdeh4 xx.xx.2014-cü il, Cavabdeh2 xx.xx.2008-ci il, X49 xx.xx.2005-ci il və Cavabdeh3 isə xx.xx.2008-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi ev 75 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-40313/2025 nömrəli müraicətə cavab məktubuna əsasən Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 1988-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departanenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 61 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli, 025 nömrəli sorğuya cavab məktubuna əsasən vətəndaşlar - X49, Cavabdeh2, Cavabdeh4 və X14 rayonu X85 küçəsi, 75 ünvanda yerləşən fərdi yaşayış evində müxtəlif illərdə qeydiyyata düşməklə daimi pasport qeydiyyatındadırlar. 1. bacı - X49, (tavəllüdü-xx.xx.1956 il), daimi pasport qeydiyyatı tarixi - xx.xx.1972 il, 2. qardaşı - X76, (təvəllüdlü-xx.xx.1954 il), qeydiyyat tarıxixx.xx.1982 il. Ölüb, (ölüm tarixi - xx.xx.2023 il), 3. qardaşı arvadı - Cavabdeh2, (təvəllüdlüxx.xx.1958 il), qeydiyyat tarixi- xx.xx.1987 il, 4. qardaşı oğlu - Cavabdeh4, (doğum tarixixx.xx.1987 il), 5. qardaşı oğlu - Cavabdeh3, (doğum tarixi -xx.xx.1985 il). İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 193114 nömrəli müqaviləyə əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 4/16 hissədən 1 otağını X2. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-47272/2025 nömrəli məlumat verilməsi barədə sorğuya cavab məktubuna əsasən ünvan 6 ünvanı xx.xx.1988-ci il tarixdə 1/4 hissəsi X6, 1/4 hissəsi X5, 1/4 hissəsi X18 və 1/4 hissəsi isə X9 adlarına qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X71 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-34658/2025 nömrəli məlumatın və sənədlərin surətinin verilməsi barədə müraciətə cavab məktubuna əsasən Bakı şəhəri 12 saylı DNK-nın xx.xx.1988-ci il tarixli 1kn-D-58 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Zaman İbrahimovun 1/4 (4/16) hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-496 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 4/16 hissəsindən 1 otağı X23 adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evi mülkiyyətlərindədir: X41 - 4/16 hissədən 1 otaq; İddiaçı - 4/16 hissədən qalan hissə; X37 - 4/16 hissə; X61 -1/16 hissə; X24 - 3/16 hissənin 1 otağından 1/5 hissə; X39 - 3/16 hissənin 1 otağından 1/5 hissə; X19 - 3/16 hissənin 1 otağından 1/5 hissə; X10 - 3/16 hissənin 1 otağından 1/5 hissə; X25 - 3/16 hissədən 1 otaq; X29 - 3/16 hissənin 1 otaqından 1/5 hissə; X48 - 4/16 hissə; X50 - 3/16 hissədən 1 otaqdan 1/6 hissə; X42 - 3/16 hissədən 1 otaqdan 4/6 hissə; X43 - 3/16 hissədən 1 otaqdan 1/6 hissə. İş materiallarında olan Oktyabr Rayon Xalq Məhkəməsinin 241 nömrəli xx.xx.1987-ci il tarixli qərarına əsasən iddia təmin olunaraq, Bakı şəhəri, Mirzə Fətəli küçəsindəki 75 saylı evin 1-ci mərtəbəsində 19.6 kv.m sahəsi olan 1 saylı, №5 - sahəsi 12.7 kv.m, №6 - 10.5 kv.m sahəsi, ümumi sahəsi 50.8 kv.m olan yaşayış sahəsi və 11.9 kv.m olan №14, 5.9 kv.m olan №16, 7.3 kv.m olan № 4, 49 m2, ümumi sahəsi 39 kv.m. sahəsi olan №8 saylı otaqlar X11 ayrılması, X12 1-ci mərtəbədəki №13 - 17.6 kv.m, №12 - 13 kv.m, № 11 ümumi sahəsi 4.5 kv.m, ümumi sahəsi 35.1 kv.m olan №19 və №10 saylı otaqlar ayrılması, X13 2-ci mərtəbədən: sahəsi 21,4 kv.m olan №3, 9,3 kv.m olan №4, 8,5 kv.m sahəsi olan №5, sahəsi 13,12 kvadratmetr olan №10 nömrəli, ümumi sahəsi 62.9 kv.m və 6 saylı yardımçı otağı 12.3 kv.m, 7 saylı 3.9 kv.m, 8 saylı 3.4 kv.m, ümumi sahəsi 19.6 kv.m.olan otaqlar ayrılması, X20 2-ci mərtəbədə: №1 - 21.0 kv.m, №2 - 4.1 kv.m, №14 - 12.5 kv.m, №12 -20.1 kv.m. ümumi sahəsi 57.5 m2, və ümumi sahəsi 8.1 kv.m olan 9 saylı, 2.8 kv.m olan 13 saylı, 5.8 kv.m olan 16 saylı, 4.8 kv.m sahədə olan 17 saylı, 18 saylı ümumi sahəsi 18 kv.m olan otaqlar ayrılması qərara alınmışdır. Pilləkən və darvazanın keçidi tərəflərin ümumi istifadəsinə buraxılmalıdır. İş materiallarında olan xx.xx.1963-cü il tarixli müqaviləyə əsasən ev sahibi X66 iki otaqdan ibarət olan evin birinci mərtəbədə Məcidov S.M. və Məcidov N.M - a kirayə verdi. Ev kirayəsi hər ayda beş manat olmaq şərtilə. Ev sahibi Ələkbərova B.Ə. qızı Məcidovları bir ilin müddətində 10 mart 1964-cü ilə qədər ev kirayəçindən azad edir. X33 və X21rı ev sahibi X77ma üç min beş yüz manat (3500) m. vermişdir. X64 və Nurəddin Mustafa oğlanları kirayə verilən evdən köçüb getməli olsalar, onda ev sahibi X26rı Seyfəddin və Nurəddin Məcidovlara verilən pulun yarısını yəni bir min yeddi yüz əlli manatını qaytarmalıdırlar. Hərgah ev sahibi Ələkbərova B.Ə. X16 və Nurəddin Mustafa oğlanlarından tələb etsə ki, tutduqları evi boşaltsınlar, o zaman ev sahibi kirayəçilərə Məcidovlara alınan pulun hamısını yəni üç min beş yüz manatı qaytarmalıdır. Göstərilən otaqlar Məcidovlara qanuni olaraq verilib. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2025-ci il tarixli, ƏEM/M 33- 223/25 nömrəli hesabata əsasən Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən 2 mərtəbəli, ümumi girişli, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 54.8 kv.metr ümumi, 36.1 kv.metr yaşayış, 18.7 kv.metr köməkçi sahədən ibarət 2 otaqlı hissənin aylıq kirayə qiyməti: 400,0 (dörd yüz) manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli rəyinə əsasən qiymətləndirmə predmeti Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən mənzilin hazırki dövrə orta aylıq kirayə haqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat məbləğində xidmət haqqı iş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bundan başqa iş materiallarına Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin fotoşəkilləri əlavə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli Qərarının 49cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Əmlakdakı payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin, ümumi paylı mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamadıqda və onların ünvanı məlum olmadıqda da təsdiq edilə bilər. Notarius bu halı müvafiq informasiya sistemləri vasitəsilə əldə edilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənəd və ya Əhalinin Dövlət Reyestri və yaxud “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004-cü il 12 aprel tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Həmin qərarda qeyd edilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, 75 saylı evin əvvəlki mülkiyyətçilər (mülki iş üzrə tərəflər) Adıgözəlov U.V; İbrahimov Z.A; Adıgözəlova Q.V və İskəndərov S.A arasında fərdi yaşayış evinin istifadə qaydası müəyyən edilmişdir. Qeyd olunan qətnamə ilə evin 2-ci mərtəbəsində yerləşən 1 saylı otaq (21 kv.m.), 2 saylı otaq (4.1 kv.m.), 12 saylı otaq (20.1 kv.m) 14 saylı otaq (12.3 kv.m.) ümumi yaşayış sahəsi 57.5 kv.m. sahə, eyni zamanda yardımçı sahələr 9 saylı (8.1 kv.m.), 13 saylı (2.8 kv.m.) 16 saylı (5.8 kv.m), 17 saylı 4.8 (kv.m.) və 18 saylı (1.8 kv.m) ümumi 23.3 kv.m sahə İbrahimov Z.A istifadəsinə verilmişdir. Hazırki iş üzrə İddiaçı ilə İbrahimov Z.A arasında 08 yanvar 1988-ci il tarixdə 12 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin əsasında o, qeyd olunan sahəyə mülkiyyət hüququ əldə etmişdir. Daha sonra İddiaçı onun mülkiyyətində və istifadəsində olan hissədən bir otağı (20.1 kv.m) X1. Hazırda Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi 75 nömrəli ev 4/16 hissədən qalan hissə (bir otaq istisna) İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı İddiaçı ilə İbrahimov Z.A. arasında bağlanmış xx.xx.1988-ci il tarixli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və onun bu evə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Fərdi yaşayış evindən istifadə hüququ isə həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə müəyyənləşdirilməlidir. Məhkəmə cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən mənzilin hazırki dövrə orta aylıq kirayə haqqı məbləği 400 (dörd yüz) manat müəyyən olunmuşdur. Sözügedən yaşayış sahəsinin aylıq kirayə haqqının 400 manat müəyyən olunduğunu nəzərə alsaq, iddiaçı tərəfindən təklif olunan 15000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir (400*36 =14400 manat). Məhkəmə iddiaçı tərəfindən təklif edilən 15000 manat kompensasiya məbləğininin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təxminən 3 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyini nəzərə alaraq hesab edir ki, cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddiasına münasibətdə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman istədikləri hüquqi nəticələr doğurur. Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 (4/16) hissəsinin paylı mülkiyyət hüququ ilə X18 mülkiyyətində olması, ona məxsus olan payın notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılması, həmin əmlakın iddiaçının mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınması alqı-satqı müqaviləsinin etibarlılığına şübhə yaratmır. Qeyd edilən müqavilə üzrə hər bir tərəf öz iradəsini ifadə etmiş, müqavilə notariat qaydasında təsdiq edilmiş və alqı-satqı müqaviləsi qanunun tələb etdiyi şərtlərə uyğun olaraq tərtib edilmişdir. Həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən yuxarıda göstərilən şərtlərə əməl edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna İddiaçı tərəfindən 15.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılmalı və Cavabdeh1 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X96 küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna İddiaçı tərəfindən 15000 (on beş min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3551/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3551/2025
04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver