Məhkəmə qərarları › İş №e-2(004)-3562/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3562/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3562/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC BOKT-un nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı ("xxxx" MMC və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun olmaması və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı ("xxxx" MMC və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun olmaması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən İddiaçı tələb olunan 505159 manat əsas borc, 427544 manat faiz borcu, cəmi 932703 manat məbləğində borcun silinməsi və İddiaçı cavabdeh “Aqrarkredit" QSCyə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 505.159 manat əsas kredit borcunun, 427.544 manat hesablanmış faiz borcunun, cəmisi 932.703 manat məbləğində borcun silinməsi, İddiaçı Cavabdeh QSC-yə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən etibarən formalaşmış gecikmə günlərinin silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh QSC-nə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kredit tarixçəsinin öyrənilməsi məqsədilə "Azərbaycan Kredit Bürosu” MMC-yə müraciət etmişdir. "Azərbaycan Kredit Bürosu” MMCnin İddiaçı verdiyi çıxarışdan görünür ki, guya onun 505.159,00 manat əsas borc, 427.544 manat faiz borcu, cəmi isə 932.703 manat məbləğində aktiv krediti mövcuddur. Həmin çıxarışdan həmçinin görünür ki, qeyd olunan məbləğ guya xx.xx.2020-ci il tarixdə Cavabdeh QSC ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi çıxarşda göstərilənlər əsassızdır, həqiqətə uyğun deyil. Onun Cavabdeh QSC-yə heç bir borcu yoxdur, ola da bilməz. Onun “Aqrarkredit" QSC-yə, "xxxx" ASC-yə (AR Prezidentinin müvafiq Fərmanı ilə bağlı "xxxx" ASC-yə məxsus bəzi borclar üzrə tələb hüququ Cavabdeh QSC-yə ötürülmüşdür) və ya hər hansı başqa banka heç bir kredit borcu yoxdur, ola da bilməz. Belə ki, 18 aprel 2022-ci il tarixli çıxarışda göstərilmiş kredit müqaviləsindən və ya borcdan onun xəbəri yoxdur. O, belə bir müqavilə imzalamayıb, kredit təşkilatından kredit götürməyib. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə "xxxx" MMC-nin verdiyi çıxarışda göstərilən xx.xx.2021-ci il tarixli kredit müqavilənin və bununla bağlı digər sənədlərin (mövcud olduğu halda) ona təqdim edilməsi barədə yazılı formada Cavabdeh QSC-yə müraciət etmişdir. Lakin bu günədək həmin ərizəyə cavbadeh tərəfindən cavab verilməmişdir. Bu hal bir daha təsdiq edir ki, onunla Aqrarkredit’ QSC iarasında kredit müqaviləsi bağlamamışdır və Cavabdeh QSC-yə borc yoxdur. Ona həmin borcun hesablanması əsassızdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" QSC ilə kredit müqaviləsi bağlamamış, QSC-dən hər hansı məbləğdə borc almamışdır. Belə olan halda, İddiaçı cavabdeh "Aqrarkredit” QSC qarşısında hər hansı öhdəliyi də yarana bilməzdi. Lakin buna baxmayaraq, cavabdeh "xxxx" QSC, onun hesabına əsasız varlanmaq məqsədi güdərək, iddiaçının üzərinə mövcud olmayan öhdəlik qoymuşdur ki, bu öhdəliyin həcmi - 932.703,00 manatdır. Həmin məbləğin 505.159 manatı əsas borc, 427.544 manatı faiz borcu təşkil edir. Həmçinin, SF-9335 nömrəli, xx.xx.2022-ci il tarixli reyestr çıxarışında göstərilir ki, guya onun tərəfindən kreditin ödənilməsi ilə bağlı 685 gün gecikmə günləri mövcuddur. Halbuki, onun tərəfindən ümumiyyətlə kredit götürülmədiyinə görə sistemdə onun adına gecikmə günlərinin yazılması hüquqlarını pozur. Bununla belə, sistemdə gecikmə günlərinin göstərilməsi onun tərəfindən geləcəkdə yeni kreditlərin götürülməsində və banklara müraciət edilməsində süni maneələr törədir və problemli müştəri kimi qələmə verilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh QSC BOKT-un nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 24 oktyabr 2017-ci il tarixli akta əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı qarşı tələb hüququ Cavabdeh QSC BOKT-yə güzəşt edilmişdir. Onlarda olan sənədlər məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Azərbaycan Kredit Bürosu” MMC tərəfindən verilmiş SF-9335 nömrəli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı 505.159,00 manat əsas borc, 427.544 manat faiz borcu olmaqla, cəmi 932.703 manat məbləğində aktiv krediti mövcuddur. Həmçinin görünür ki, qeyd olunan borc xx.xx.2020-ci il tarixdə verilmiş kredit əsasında yaranmışdır. Kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi xx.xx.2020-ci il, faizlərin gecikdirildiyi günlərin sayı 685 gün qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı İddiaçı dair sənədlər SFK- VKK-12 saylı 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə verilmişdir. SFK- VKK-12 saylı 24 oktyabr 2017-ci il tarixli təhvil-təslim aktında İddiaçı "xxxx" ASC-yə 274961,24 avro əsas borcu, 232715 avro faiz borcu olmaqla, cəmi 507676,24 avro borcu qaldığı göstərilmişdir. Həmçinin borc müqaviləsinin olmadığı, borcalan tərəfindən kreditin nağd vəya köçümə yolu ilə alınmasını təsdiq edə sənədlərin təqdim edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, maddi hüquq normalarının məzmunundan göründüyü kimi, öhdəliyin yaranması əsaslarından biri kimi tərəflər arasında bağlanmış müqavilə çıxış edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında qeyd edilən tarixdə kredit götürülməsinə dair hər hansı bir kredit müqaviləsi bağlanması barədə razılaşma olmamış və müqavilə bağlanmamışdır. Belə ki, Azərbaycan Kredit Bürosundan çıxarışda borcun olduğu, kreditin verilmə tarixinin xx.xx.2020-ci il tarixi göstərilmişdir. 24 oktyabr 2017-ci il tarixli akta əsasən "xxxx" ASC tərəfindən İddiaçı qarşı tələb hüququ Cavabdeh QSC BOKT-yə güzəşt edilmişdir. Lakin nə "xxxx" ASC, nə də Cavabdeh QSC BOKT tərəfindən cavabdeh tərəfindən kredit müqaviləsi və iddiaçıya borc verilməsini təsdiq edən kassa məxaric orderi məhkəməyə təqdim edilə edilməmiş, ümumiyyətlə borcun hansı müqavilə əsasında yarandığı göstərilə biliməmişdir. Həmçinin, İddiaçı qarşı tələb hüququ xx.xx.2017-ci il tarixli akt əsasında təhvil verilsə də, Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı aktiv kredit borcunun xx.xx.2020-ci il tarixdə verilmiş kredit əsasında yarandığı, kreditin ilkin və son müqavilə üzrə bitmə tarixi xx.xx.2020-ci il göstərilmişdir ki, gələcəkdə veriləcək kreditə dair tələb hüququnun yaranmış əsas və faiz borc məbləğinin göstərilməklə güzəşt edilməsi də absurddur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, kredit götürülməsinə dair hər hansı bir kredit müqaviləsi bağlanması barədə razılaşma olmadığından və müqavilə bağlanmadığından iddiaçının Cavabdeh QSC BOKT qarşısında icra edilməmiş öhdəliyi də növcud deyildir. Mövcud olmayan kredit müqaviləsi əsasında iddiaçının adına kredit sistemində borcunun və kreditin ödənilməsi ilə bağlı gecikmə günlərinin göstərilməsi onun hüquqlarını pozur və gələcəkdə hər hansı bankdan kredit götürməsinə maneçilik yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Ona görə də, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 505.159 (beş yüz beş min yüz əlli doqquz) manat əsas kredit borcu, 427.544 (dörd yüz iyirmi yeddi min beş yüz qırx dörd) manat hesablanmış faiz borcu olmaqla, cəmi 932.703 (doqquz yüz otuz iki min yeddi yüz üç) manat məbləğində borc silinməli, İddiaçı Cavabdeh QSC-yə borcunun olmaması barədə məlumatın və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən etibarən formalaşmış gecikmə günlərinin silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 505.159 (beş yüz beş min yüz əlli doqquz) manat əsas kredit borcu, 427.544 (dörd yüz iyirmi yeddi min beş yüz qırx dörd) manat hesablanmış faiz borcu olmaqla, cəmi 932.703 (doqquz yüz otuz iki min yeddi yüz üç) manat məbləğində borc silinsin. İddiaçı Cavabdeh QSC-yə borcunun olmaması barədə məlumatın və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən etibarən formalaşmış gecikmə günlərinin silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar