Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3591/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı "mənzildən əşyaların çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı "mənzildən əşyaların çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 64 saylı mənzilindən Cavabdeh məxsus avadanlıqların və əşyaların çıxarılması və əldən çıxmış faydaya görə 800 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyim 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021ci il tarixli, 2(012)-2569/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, icraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, Cavabdeh ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli, yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmuş, Cavabdeh mənzildən məcburi şəkildə çıxarılmağı təmin olunsa da, mənzildə yerləşən avadanlıqlar və əşyalar ona məxsus mənzildə qalmaqdadır. Hal-hazırda Cavabdeh məxsus avadanlıqların onun mənzilində qalması onun mənzilindən istifadə etməyinə maneəçilik törədir. xx.xx.2024-cü il tarixli tərtib olunmuş aktdan da göründüyü kimi, borclu qeyd olunan evdə olan əşyaları götürmək istəmədiyindən, həmin evdə olan əmlaklar siyahıya alındı və saxlanc üçün tələbkarın etibarnamə üzrə nümayəndəsi X2 təhvil verilmişdir. Borclu icra sənədində qeyd olunan mənzildən çıxarıldı. Bununla da icra sənədində göstərilən icra təmin olunmuşdur. Evdə olan əşyalar siyahıya alındı və aktda əlavə edildi. Evdə qiymətli əşya aşkar olunmadı. O, dəfələrlə cavabdehə ona məxsus əşyalarının çıxarılmasını xahiş etmiş, lakin o həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların ona məxsus mənzildə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun mənzilindən istifadə etmək hüququnu məhdudlaşdırır. Bundan başqa hazırda ona məxsus mənzili kirayə verməkdə çətinlik çəkir, belə ki, Cavabdeh məxsus avadanlıqla və əşyaların onun mənzili kirayə verməyinə maneə yaradır. Hal-hazırda həmin ərazidə onun mənzilinin aylıq kirayə haqqı 400 manat təşkil etməkdədir. Cavabdeh əgər ona məxsus mənzildən əşyalarını vaxtında boşaltsaydı, icra məmuru tərəfindən mənzilin ona təhvil verdiyi gündən yəni, 02 aprel 2024-cü il tarixdən hər ay 400 manat olmaqla ümumilikdə cəmi 800 manat məbləğində gəlirimdən məhrum olmazdı. Bunun nəticəsində əldən çıxmış faydanı 800 manat məbləğində təyin edir. Beləliklə, göründüyü kimi, Cavabdeh məxsus avadanlıqların və əşyalarını ona məxsus ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 64 saylı mənzilimdən çıxarılmadığından onun mənzilə dair mülkiyyət hüquqlarını tamamilə pozmuşdur. Yuxarıda qeyd etdiyi kimi, mübahisə predmeti olan ona məxsus ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 64 saylı mənzildən Cavabdeh məxsus avadanlıqların və əşyaların çıxarılmamışdır. Cavabdeh əgər ona məxsus mənzildən əşyalarını vaxtında boşaltsaydı, icra məmuru tərəfindən mənzilin mənə təhvil verdiyi gündən yəni, 02 aprel 2024-cü il tarixdən hər ay 400 manat olmaqla ümumilikdə cəmi 800 manat məbləğində gəlirimdən məhrum olmazdı. Bunun nəticəsində əldən çıxmış faydanı 800 manat məbləğində təyin edirəm. Belə olduğu halda mənə məxsus mənzilin mənim olmağıma və qanunla onun hüquqları qanunvericləklə qorunmasına baxmayaraq, məhkəmə MM-nin qeyd olunan tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş “maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Abşeron rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2011 saylı qətnaməsinin sürətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Abşeron LTD 2013 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, icraçı Abşeron LTD 2013 MMC ilə payçı Cavabdeh arasında bağlanmış Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi; Cavabdeh ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli, yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması; iddia ərizəsinin qalan hissədə təmin edilməməsi; Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2569/2011 saylı qətnaməsi ilə Cavabdeh ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli, yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. Hazırda İddiaçı iddia edir ki, Cavabdeh tərəfindən müvafiq mənzil (əşyaları ilə birlikdə) gec boşaldıldığından ona maddi zərər dəymiş, cavabdeh tərəfindən əldən çıxmış fayda olaraq, 800 manat məbləğində tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində həmin ərazidə kirayə haqqının 400 manat olduğunu bildirmişdir. Məhkəmə gedişatında iddiaçının nümayəndəsindən əldən çıxmış faydanı təsdiq edə biləcək hər hansı bir sübut (həmin ərazidə müvafiq mənzillərin aylıq kirayə haqqının məbləğini göstərən arayış və s.) təqdim edə bilməyəcəyini bildirmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəf öz tələbinin istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3591/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraata “mənzildən əşyaların çıxarılması” hissəsində Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı "mənzildən əşyaların çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi “maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3591/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3591/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver