Məhkəmə qərarları › İş №e-2(004)-360/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-360/2023

12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-360/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20000 (iyirmi min) manat pul və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2 dekabr 2009-cu il tarixdə MUR- AY MMC-nin direktoru Cavabdeh1 ilə ünvan 1 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin blok 3 mərtəbə 10, ümumi sahəsi 112 m2 olan 66 nömrəli mənzilin alınmasına görə müqavilə bağlamışdır. Evin ümumi dəyəri 36960 (otuz altı min doqquz yüz altmış) manat təşkil etmişdir, lakin razılığa əsasən ilkin ödəniş kimi tərəflər aasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən cavabdeh həmin vaxt "xxxx" MMC-nin xəzinədarı olan Cavabdeh2 20000 manat pul ödənilmiş və bu barədə ona həmin vaxt kassa mədaxil qəbzi də verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlər adı qeyd edilən mənzili ondan başqa bir neçə şəxslərə satmışlar. Cavabdehlərin məhz bu kimi əməllərinə görə barələrində dələduzluğa görə cinayət işi açılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli, 1(101)-556/2015 saylı hökmü ilə Cavabdeh1 15 il müddətə, Cavabdeh2 isə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hal-hazırda cavabdehlər azadlıqdadırlar. Ona görə də məhkəməyə müraciət etmək üçün zərurət yaranmışdır. Bundan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər ondan evə görə aldıqları pulu qaytarmamışlar. Cavabdehlər öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də onlar buna məhəl qoymurlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən də o ağır maddi vəziyyətə düşmüş, ona maddi zərə dəymiş və onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı X4 və İddiaçı məhkəməyə ərizə ünvanalyaraq əsl olmayan tərəfin yəni X1 əsl olan İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə xx.xx.2022-ci il tarixli X4 əsl İddiaçı ilə əvəz edilmiş, İddiaçı qismində işə cəlb edilmişdir. (xx.xx.2022-ci il tarixli protokol) Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20000 (iyirmi min) manat pul və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qardaşı ev almaq istədiyi üçün cavabdehə müraciət etmişlər. Evi almaq məqsədilə ilkin olaraq 20000 manat ödəmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin mənzil bir neçə şəxsə satılmışdır. Onu məhkəməyə çağırmışlar, orada Səhliyar özü ondan 20000 manat aldığını təsdiqləmişdir. Mənzilin alınmasına dair müqaviləni qardaşı bağlasa da, pulu o ödəmişdir, yəni pul ona məxsus idi. Məhkəməyə təqdim etdiyi hökmdən də göründüyü kimi o, zərərçəkmiş şəxs qismində tanınmışdır. 20000 manat məbləğdən bu günə kimi ona heç bir ödəniş edilməmişdir. Səhliyar azadlığa çıxdıqdan sonra ona pulu qaytarması ilə bağlı müraciət edilsə də, o bundan imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Tələbə yoldaşları yeni Yasamaldan ev aldıqlarını bildirmişlər, o da ev almaq qərarına gəlmişdir. Ofisə getdiyində ondan mənzil üçün 36960 manat pul istəmişlər, 20000 manat pulu qardaşından almış və evə görə 20000 manat ilkin ödəniş edilmişdir. Müqavilə onunla bağlansa da pulu qardaşı ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, icraçı MUR- AY MMC-nin direktoru Cavabdeh1 ilə payçı X4 araqsında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin blok 3 mərtəbə 10, ümumi sahəsi 112 m2 olan 66 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kvadrat metr sahə üçün 330 manat təşkil edir, sahəsi 112 kv m olan mənzil üçün cəmi 36960 manat ödənilməlidir. MUR-AY MMC tərəfindən verilmiş 788080 nömrəli mədaxil qəbzindən görünür ki, X4 20000 (iyirmi min) manat məbləğində pul ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-556/2015 saylı hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinmiş, Cavabdeh1 15 il müddətinə, Cavabdeh2 isə 12 il müddətinə azadlıqdan məhrum edilməsi hökm edilmişdir. Hökmdə müəyyən edilmişdir ki, Cavabdeh1 Balxan oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə yaradaraq həmin dəstənin üzvləri ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2006-cı il tarixdə Mur-Ay MMC təsis edib özünü həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edərək tamah niyyəti ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə X3, Cavabdeh2 və digərləri ilə qabaqcadan birləşib yaratdığı sabit cinayətkar qrup –mütəşəkkil dəstə halında Mur-Ay MMC tərəfindən müvafiq icra orqanlarının icazəsi olmadan ünvan 2 ünvanında 16 mərtəbəli bir və üç girişli 2 yaşayış binasının tikintisinə başalmış, özləri və ya tanışları vasitəsilə, habelə qəzetlərdə elan verməklə satışa çıxardıqları 2 bina üzrə cəmi 317 bir, iki və üç otaqlı mənzillərə və qeyri-yaşayış sahələrinə müştərilər cəlb edib Bəybala Sultanov, Novruz Muxtarov, S.Səfərovun, sonradan isə həm də V.Söhbətov və Cavabdeh2 müştərilərə həmin mənzil və qeyri-yaşayış sahələrini təklif edərək sonuncuların bəyəndikləri əmlakları razılaşdırılmış qiymətlərlə adlarına sənədləşdirəcəkləri, bu əmlaka görə bir və ya bir neçə dəfəyə ödənilən pul vəsaitlərini alıcılardan qəbul edərək Cavabdeh1 çatdıracaqları, ödənilən pulun bir hissəsinin verilməsi müqabilində Qalib Memmədbəylinin nüfuzlu tanışlarının köməyi ilə onların qanunsuz fəaliyyətlərinə himayədarlıq edəcəyi barədə razılığa gəlib rolları bölüşdürdükdən sonra Cavabdeh1 əvvəlcədən hazırlanmış, lakin doldurulmamış mənzillərin alqı-satqısına dair müqavilə, pul ödənilməsi haqqında maliyyə arayışları və kassa mədaxil orderlərinin qəbzləri blanklarını öz imzası və "xxxx" MMC-nin möhürü ile təsdiq edərək onlara vermiş, Beybala Sultanov, Novruz Muxtarov, Seyfəddin Səfərov, Vaqif Söhbətov və Sehliyar Ağayev, bəzi hallarda ise Cavabdeh1 özü 2006-cı ilin iyun ayından 2010-cu ilin noyabr ayınadak olan müddət ərzində müxtəlif vaxtlarda Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 34a, ünvan 3 ünvanlarında yerləşən ofislərində müştərilərin etibarından sui-istifadə edərək onların hər birini ayrı-ayrılıqda aldadıb onlara təklif etdikləri mənzil və qeyri-yaşayış sahasinin rekvizitlərinə dair bilə-bilə saxta məlumatlar daxil etdikləri müqavilə, maliyyə arayışı va digər rəsmi sənədlər tərtib etməklə alqı-satqını resmiləşdirmiş və bu yolla bir mənzili müxtəlif qiymətlərlə bir neçə dəfə, yəni binaların inşa layihələrində nəzərdə tutulmuş cəmi 317 mənzil və qeyri-yaşayış sahəsini təkrarən 105 payçıya cemi 145 defa satmaqla, o cümlədən İddiaçı 3 girişli binada 10-cu mərtəbədə yerləşən 112 kvadratmetr sahəsi olan 66 nömrəli mənzilin 36960 manata satılmasına dair 02 dekabr 2009-cu il tarixli müqaviləni qardaşı X1 adına rəsmiləşdirərək ondan 20000 manat pul vəsaitini almaqla, Cavabdeh1 öz qulluq mövqeyindən istifadə edərək özgənin pul vəsaitini ələ keçirmiş, həmin pulun bir hissəsini isə qanunsuz fəaliyyətlətində himayədarlıq etdiyinə görə Q.Məmmədbəyliyə verərək, digər hissəsini isə aralarında bölüşdürməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Həmin hökmlə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmış və ona vurulmuş 20000 manat məbləğində ziyan vurulması müəyyən edilmiş və ziyanla bağlı mülki mühakimə icraatı qaydasında şikayət etmək hüquqlarının izah edilməsi hökmdə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin bu hərəkətlərinə əsassız varlanmanı və hüquqdan sui-istifadəni tənzimləyən mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan da göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının hesabına əmlak (pul) əldə edilmiş və nəticədə cavabdehlər əsassız varlanmış və iddiaçıya zərər vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar