Məhkəmə qərarları › İş №e-2(004)-361/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-361/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-361/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxslər "xxxx" ASC və Abşeron rayonu İcra və Probasiya Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxslər "xxxx" ASC və Abşeron rayonu İcra və Probasiya Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin X7 barədə 171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs BOKT ASC-nin ona qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, 40000 manat məbləğində əsas borcun, 12434,99 manat məbləğində faiz borcunun, cəmi 53431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində, ümumi sahəsi 66,1 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(012)-3001/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borcun, 12434,99 manat məbləğində faiz borcunun, cəmi 53431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində, ümumi sahəsi 66,1 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 100000 (yüz min) manat məbləğində müəyyən edilməsi, iddia tələbi üzrə ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması hissədə rədd edilməsi qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-247/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiymətinin 100000 (yüz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi; ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 160000 (yüz altmış min) manat müəyyən edilməsi; Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin tutulacaq cəmi kredit məbləğinin 53431,99 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi; tutulacaq cəmi kredit məbləğinin 52431,99 (əlli iki min dörd yüz otuz bir, doxsan doquz) manat yazılması, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3001/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin, iddianın qismən təmin edilməsi, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, iddia tələbinin ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-247/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədi icra ounmaq üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon icra və Probasiya şöbəsinin 17/751191634 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh MMC tərəfindən ipoteka predmeti olan, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evi hərraca çıxarılmış və Cavabdeh MMC-nin 171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli X7 barədə protokoluna əsasən, 102000 (bir yüz iki min) manata Maraqlı şəxs BOKT ASC-yə satılmışdır. Qeyd edilən protokol əsasında onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə dair Maraqlı şəxs BOKT ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hesab edir ki, "xxxx" MMC-nin X7 barədə 171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolu qanunsuz və etibarsızdır. Belə ki, Abşeron rayon icra və Probasiya şöbəsi icra sənədi üzrə ona heç bir məlumat verməmiş, əmlakın açıq hərracda satılacağı barədə onu məlumatlandırmamış, həmçinin hərracı həyata keçirən Cavabdeh MMC hərracın keçirilməsi barədə ona heç bir məlumat verməmiş, onun hərracda iştirakını təmin etməmişdir. Onun rəsmi qeydiyyat ünvanı ünvan 2raq ünvan 3 ünvana da, bildiriş göndərilməmiş, həmçinin Abşeron rayon icra və probasiya şöbəsi onun mobil telefonunu əldə edib ona məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh MMC tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur, belə ki, hərrac keçirilərkən iddiaçının iştirakı təmin edilməmişdir. İddiaçıya Cavabdeh MMC tərəfindən heç bir məktub və ya bildiriş çatdırılmamışdır, iş materiallarında da bu hal aydın görünür. Onalrın əmlakın hərracdan satılmasından icra şöbəsinə gedərkən xəbəri olub, icra şöbəsi tərəfindən isə onlara gec məlumat verilib. Bundan başqa qeyd edir ki, hazırda işə məhkəmədə baxılan dövrdə iddiaçı tərəfindən müvafiq qətnamə ilə tutulması qət edilmiş məbləğdə pul vəsaitinə Abşeron Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. Məhkəmənin işi barışıq yolu ilə həll olunmasına dair təklifindən sonra da bank tərəfindən müsbət razılıq verilməmişdir. Göstərilənlərə əsasən, qeyd olunanların nəzərə alınması və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Abşeron rayon İcra Şöbəsindən Cavabdeh MMC-yə ünvanlanmış 17/751191634N saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 160000 (bir yüz altmış min) manata olmaqla, Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında, 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.metr olan bağ evinin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 28 iyul 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı 1274/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd etmişdir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) dərc olunmuşdur. Hazırki etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 1501/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, 16 avqust 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 1624/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Maraqlı şəxs BOKT ASC xx.xx.2022-ci il tarixli, 0229/22 nömrəli məktubla ipoteka predmetini təklif edilən 102000 (yüz iki min) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 171/22 saylı, “X7 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin 1672/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə sifarişçi İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində, eləcə də iddiaçının hazırki iddia ərizəsində qeydiyyat ünvanı olaraq qeyd etdiyi ünvanına (yəni ünvan 6rilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Eyni zamanda qeyd olunur ki, sözügedən bildirişlərin borclunun ünvanına çatmaması barədə müvafiq zərfləri təhvil alandan sonra borclunun satılan əmlakına (yəni, ünvan 7 ünvanına da müvafiq məktublar tərəflərindən göndərilmişdir. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının hərracın keçirilməsi barədə məlumatı olub. Belə ki, o, bütün prosesi yaxından izləyirdi, çıxmış bütün qətnamələr və qərardadlardan şikayətlər vermişdir. Tərəflərindən 102000 manat ödənilərək həmin əmlak əldə edilmişdir. Bundan başqa əmlakın alınması prosesində əlavə xərcləri də ödəmişlər. Əmlak tərəflərindən alındıqdan sonra qalıq məbləğ, yəni 42728 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Abşeron rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borcun, 12434,99 manat məbləğində faiz borcunun, cəmi 53431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq iddiaçı Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində, ümumi sahəsi 66,1 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 100000 (yüz min) manat məbləğində müəyyən edilməsi, iddia tələbi üzrə ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdeh İddiaçı tutulması hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-247/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiymətinin 100000 (yüz min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi; ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 160000 (yüz altmış min) manat müəyyən edilməsi; Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin tutulacaq cəmi kredit məbləğinin 53431,99 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi; tutulacaq cəmi kredit məbləğinin 52431,99 (əlli iki min dörd yüz otuz bir manat doxsan doqquz qəpik) manat yazılması, Abşeron Rayon Məhkəməsinin 2(012)-3001/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin, iddianın qismən təmin edilməsi, 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, iddia tələbinin ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi haqqında Abşeron rayon İcra Şöbəsinin 17/751191634N saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu Cavabdeh MMC-yə daxil olmuş və Cavabdeh MMC tələbkar Maraqlı şəxs BOKT ASC və borclu İddiaçı Abşeron rayon İcra Şöbəsinin 17/751191634N saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinin xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının həm qeydiyyatda olduğu ünvan 8 ünvanına, həm də faktiki yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanına göndərilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) elan verilmişdir. Cavabdeh MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Abşeron rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh MMC cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndi, Əzim Əzimzadə küçəsi, ev 18 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Maraqlı şəxs BOKT ASC həmin əmlakı 102000 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X7 barədə 171/22 saylı, 24 avqust 2022-ci il tarixli Protokola əsasən, sözü gedən ev tələbkar Maraqlı şəxs BOKT ASC-yə 102000 manata satılmasına dair, Cavabdeh MMC ilə "xxxx" BOKT ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. "xxxx" BOKT ASC tərəfindən artıq məbləğ borclunun depozit hesabına ödənilmişdir. İşin halları ilə o da müəyyən edilmişdir ki, işə məhkəmədə baxılan müddətdə xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən müvafiq məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş məbləğ, yəni 52431,99 manat Abşeron Rayon İcra Şöbəsinin depozitinə ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) elan verilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən, iddiaçının müvafiq məhkəmə qətnaməsi ilə cavabdehdən, yəni hazırki iddiaçıdan tutulması qət edilmiş 52431,99 manat məbləğində pul vəsaitin artıq Abşeron Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsinə dair dəlillərinə münasibət bildirərək hesab edir ki, bu hal hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, işin halları ilə müəyyən olunur ki, müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra uzun müddət borclu tərəfindən müvafiq qətnamənin icra olunması istiqamətində heç bir tədbir görülməmiş və yalnız müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, iş məhkəmənin icraatında olan zaman qeyd olunan məbləği icranın depozit hesabına ödəmişdir. Məhkəmə hesab edir ki, bu hal özü özlüyündə tərəflər arasında razılığa gəlinərək işin barışıqla həll edilməsinə səbəb olardı, hansı ki, məhkəmə tərəfindən barışıq üçün verilmiş vaxt ərzində tərəflər arasında barışıq əldə olunmamışdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxslər "xxxx" ASC və Abşeron rayonu İcra və Probasiya Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxslər "xxxx" ASC və Abşeron rayonu İcra və Probasiya Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair "xxxx" MMC-nin X7 barədə 171/2022 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar