Məhkəmə qərarları › İş №e-2(004)-3624/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3624/2025

30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3624/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Cavabdeh,eyni zamanda digər cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin cavabdehlər "xxxx" MTK və Cavabdeh2 qarşı "tikinti və icazə sənədlərinin verilməsi, müqavilənin, maliyyə arayışının və protokolun etibarsız hesab edilməsi, əmlakın cavabdehlərin qanunsuz sahibliyindən geri alınması" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMMC cavabdehlər "xxxx" MTK, X17 və Cavabdeh2 qarşı "tikinti və icazə sənədlərinin verilməsi, müqavilənin, maliyyə arayışının və protokolun etibarsız hesab edilməsi, əmlakın cavabdehlərin qanunsuz sahibliyindən geri alınması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTKnın üzərinə Bakı ş, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19 a saylı binanın layihəyə uyğun şəkildə təhvil verilməsi, tikinti və icazə sənədlərinin verilməsi öhdəliyinin qoyulması, Cavabdeh1 MTK ilə X6 arasında imzalanmış 02 iyun 2010-cu il tarixli müqavilənin, maliyyə arayışı və protokolun etibarsız hesab edilməsi, cavabdehlər X18 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş binanın mansardının İddiaçı istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 8 saylı binanın sakinlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmış və xx.xx.2022ci il tarixli 11**-MM-*** saylı qeyri- kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmışdır. Müəyyən edilmişdir ki, binanı tikən və mülkiyyətçilərə satan Cavabdeh1 MTK bu günə kimi binanın əmlakını iddiaçıya təhvil verməmiş, binanın tikinti sənədlərini, kommunal xidmətlərlə imzalanmış müqavilələri və icazələri təhvil verməmişdir. Cavabdehin direktoru olmuş Cavabdeh2 binanın yanğın sistemini nasaz vəziyyətə salmış, şlanqı kəsərək aparmışdır. Bunlardan başqa, cavabdeh qanunsuz olaraq binanın ümumi istifadədə olan əmlakını başqa şəxslərə satmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın sədri Cavabdeh2 ünvan 8 saylı binanın damını (texniki mərtəbə) qanunsuz olaraq zəbt etmiş, binanın həmin hissəsi ilə bağlı qızı Çerpanova Kəmalə (Şəxsiyyət vəsiqəsindəki adı Kamilə) Abbasovnanın adına 02 iyun 2010-cu il tarixli saxta müqavilə, maliyyə arayışı və protokoldan çıxarış hazırlamışdır. Belə ki, həmin saxta sənədlərdən binanın texniki mərtəbəsində 50 kv.m sahənin X7 payçısı olması müəyyən edilir. Bundan əlavə, ünvan 8 üvanında 96a saylı mənzilə dair saxta daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğu aşkar edilmişdir. Həmin çıxarışın saxta olub-olmamasını yoxlamaq üçün tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda ünvan 8 üvanında 96 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilmədiyi göstərilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə digər cavabdeh X7 xx.xx.2019-cu tarixində vəfat etməsi müəyyən edilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh X7 ölməsi səbəbilə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərisini nəzərə alaraq, cavabdeh X7 cavabdehlər sırasından çıxarılması qərarını almışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, tikilinin hüquq müəyyənedici sənədi yoxdur. Çıxarış saxtadır və tikili qanunsuzdur. Cavabdehin mülkiyyətində başqa əmlak var. Sənədlər də qarşı tərəfdən tələb olunub. Seyfin qırılmasından xəbərdar olmamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, sənədləri onlara sakinlər verib, onların əsli yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 32 saylı mənzil onun mülkiyyətindədir. Hazırda mübahisə predmeti olan mənzil isə binanın mansardında yerləşir. Kürəkəni vəfat edəndən sonra qızı da xərçəng xəstəliyi tapmış və 2019-cu ilin sentyabrda vəfat etmişdir. Onun vəfatından sonra yetim qalmış övladlarına, yəni nəvələrinə baxmaq üçün həyat yoldaşı ilə birlikdə mansarddakı mənzilə yerkışmiş və orada yaşamağa başlamışlar. Özü pensiyadadır, həyat yoldaşı işləmir. Mülkiyyətindəki mənzili isə nəvələrinə baxmaq üçün kirayəyə vermişdir. Qeyd etmişdir ki, "xxxx" MTK fəaliyyətini tamamilə dayandırıb. Bəzi mənzillər hələ ki, özəlləşdirilmədiyinə görə qeydiyyatdan çıxarılmayıb. Həmin mənzilləri MMMC deyil, yalnız MTK özəlləşdirə bilər. O, MTK-ın direktorudur. Komendant seçilməsi barədə sənədlər var idi və onlar MMMC-dədir. Binanın tikintisində iştirak etmişdir və 10 ilə yaxın komendantı olmuşdur. Təxminən 3-4 il bundan əvvəl binanın qabağında butka düzəldilib və bütün sənədlər orada idi. Açarları da mühafizəçidə olub. MMMC yaradılandan sonra qıfıl vurdular və onu oraya daxil olmağa qoymadılar. Orada seyf də var idi. Onun içərisində çıxarış, təhvil-təslim sənədləri, çertjoylar var idi. O, əməliyat olundu və bir müddət sonra şəxsi sənədlərini əldə etməyə gəldi. Lakin, seyf açılmışdı. Saxta sənədin hansı sənəd olduğunu bilmir. O, sənəd saxtalaşdırmamışdır. Kommunalın quraşdırılması üçün sənədləri təqdim etmişlər, sayğaclar quraşdırılıb. Yalnız işıq ümumi xəttdən təmin edilir. İddiaçının sayğacı aprel ayında 7 gün işləyib. Sərfiyyat aktlarda göstərilib. Həmçnin, karğüzarlığın aparılması barədə təlimata əsasən akt həmin vaxta və yerdə vəziyyəti əks edirən sənəddir. Həmin sənəd 3-4 nəfərin iştirakı ilə tərtib edilir. Təqdim etdiyi aktlardan məlum olur ki, sərfiyyat düzgün hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 MTK-nın ümumi yığıncağının 02 iyun 2010-cu il tarixli 54 saylı protokolundan çıxarışdan görünür ki, X5 üzvlüyə qəbul edilməsi və onun Cavabdeh1 firmasının binasında Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin payçısı olmasına dair qərar qəbul edilmişdir. Onun ailə tərkibi 4 nəfərdən ibarətdir: özü, həyat yoldaşı Hacıyev R.H., oğlanları Hacıyev U.R., Hacıyev T.R. Cavabdeh1 MTK ilə payçı X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin satılması haqqında 02 iyun 2010-cu il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, M. Seyidov küçəsi 3142-ci məhəllədə yaşayış binasının damında yerləşən (Lift avadanlıqlarının yerləşdiyi yerə yaxın) 50,0 kv.m. qeyri yaşayış sahəsini "Payçı”ya verməyi öz üzərinə götürmüş, "Payçı" isə ona verilən qeyri yaşayış sahəsinin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə qəbul etməyi öz üzərinə götürmüşdür. Göstərilən qeyri yaşayış sahəsi 50,0 kv.metrdən ibarətdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, qeyri yaşayış sahəsinin dəyəri 5000 (beş min) manat təşkil edir. Cavabdeh1 MTK tərəfindən X10 verilmiş maliyyə arayışından görünür ki, X14 "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal r-nu M.Seyidov k-si 3142-ci məhəllədə yerləşən bir girişli 19a saylı yaşayış binasının texniki mərtəbəsində yerləşən 50,0 kv.metr qeyri yaşayış sahəsinin payçısıdır və MTK-ya 5,0 min manat (beş min) ödəməklə heç bir borcu qalmamışdır. Arayış DƏDRX-nə təqdim etmək üçün verilmişdir. Bakı Şəhər İcra Hakimiyəyəti Başçısınının xx.xx.2011-ci il tarixli 2/4 nömrəli sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3142-ci məhəllədə 17 mərtəbəli 1 girişli yaşayış binası (1-ci mərtəbəsində qeyriyaşayış sahəsi) istismara qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X3 X8 görünür ki, İddiaçı 23 avqust 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İdarə heyətinin tərkibinin aşağıdakı kimi təsdiq olunması: X20, X22, X24, X15, X25; təftiş komissiyasının aşağıdakı tərkibdə təsdiq olunması: X21, X28; X11 idarə heyətinin sədri seçilməklə "xxxx" MMMC-nin sədrinin yenidən seçilməsi faktını Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün müraciət ərizəsinin verilməsi üçün səlahiyyət verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin yığıncağının xx.xx.2024-cü il tarixli qərarı və digər sənədlər əsasında dəyişikliklər xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin dəyişikliyə əsasən, qanuni təmsilçi X16r (yenidən seçilmişdir). Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86-05301-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2, mənzil 96a ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.m., yaşayış sahəsi 38,8 kv.m, yardımçı sahə 18,8 kv.m olan 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1520 nömrəli reyestr kitabının 138872 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən çıxarış ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilə aid olmaqla Cavabdeh2 mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən 96a saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi Şəxsi məhkəmənin sorğusuna 3-53-3/2-6384/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin elektron bazasında Cavabdeh2 adına qeydə alınan **********961 nömrəli abonent kodunun məlumatları (abonent kodu, ünvanlar, müqavilə tarixi ,sayğac nömrəsi) məhkəməyə təqdim olunur. Lakin, qeyd edilmiş digər vətəndaş X7 adına isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin elektron bazasında abonent kodu müəyyən olunmamışdır. Həmin məktuba əlavə edilmiş abonent kartından görünür ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh2 (abonent kodu **********961) ilə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün xx.xx.2019-cu il tarixdə 42410943 nömrəli müqavilə bağlanmışdır. “Azəriqaz” İB məhkəmənin sorğusuna 14-2-2-4/2-847/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 6aşayan Cavabdeh2 və X12 adına istehlakçı hesab kodunun olub-olmaması barədə "Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış (daxil olma: xx.xx.2025-ci il tarixli, 14-2-2/1-10997/2025) saylı müraciətə aidiyyəti üzrə Bakı Regional Qaz İstismarı İdarəsində (daxil olma: xx.xx.2025-ci il tarixli, 14-2-2/3-11-13249/2025) baxılmışdır. Məktubda göstərilən (abonent kodu: **********10961, sayğac nömrəsi: **********0) mənzildə quraşdırılan məişət qaz sayğacı X2 Sistemində istehlakçı kimi xx.xx.2019-cu il tarixdə X9 adına qeydiyyatda alınmış və hal hazırda həmin şəxsin adına qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 7 ünvanında 4 nəfər ailə tərkibi ilə birlikdə yaşayan X7 (abonent kodu: **********10961) adına Smart F-4 X36 tipli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi Şəxsi məhkəmənin sorğusuna 3-53-3/2-7203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin elektron bazasında Cavabdeh2 adına qeydə alınan **********961 nömrəli abonent kodunun məlumatları (abonent kodu, ünvanlar, müqavilə tarixi, sayğac nömrəsi) təqdim olunur. Müqavilə xx.xx.2019-cu il tarixinə təsadüf etdiyi üçün sənədlər mövcud olmadığından tərəflərindən təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən X4 reyestri məlumatlarından görünür ki, Cavabdeh1 MTK İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Qanuni təmsilçisi Cavabdeh2dur. Reyestrdən çıxarış sonuncu dəfə xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə tərəfindən iş üzrə xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19a üvanında yerləşən 96a saylı mənzilə İddiaçı MMMC-nin sədri X13 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, mənzil binanın sonuncu mərtəbəsində koridorun sonunda yerləşir. Müəyinə keçirilən mənzilin bir hissəsi isə binanın damında yerləşir. Mənzilin girişində koridor, onun qarşısında qonaq otağı, sağ tərəfində isə yataq otağı mövcuddur. Yataq otağının yanında mətbəx yerləşir. Mətbəxdən digər yataq otağına keçid mövcuddur. Mətbəxin bir hissəsi və yataq otağı binanın damında yerləşən hissədə tikilmişdir. İddiaçı MMMC-nin sədri X23 bildirmişdir ki, cavabdeh damda kiçik bir tikinti edib və orada yaşayırlar. Həm koridorun sonu, həm də əlavə tikilidə yaşayırlar. Cavabdeh özünün mülkiyyətində olan 32 saylı mənzili kirayəyə verib. Binanın layihə sənədləri iddiaçıda var, amma damdakı tikilinin binanın layihə sənədlərinə uyğun tikilib-tikilmədiyini bilmirlər. Onlar tikintidən narazı deyil, onun hüquqi statusunun bilinməsini istəyirlər. Belə ki, kimin mülkiyyətində olmasını, icarəyə götürülübgötürülməməsini, kimə məxsus olmasını müəyyənləşdirmək istəyirlər. Həmçinin, cavabdehin yaşamasına da etiraz etmirlər. Cavabdeh2 həyat yoldaşı isə həmin binada cavabdehə məxsus başqa mənzildə qızının kirayə müqaviləsi əsasında yaşadığını, həmçinin, mübahisəli mənzilə 8 il əvvəl köçdüklərini, mənzilin mərhum qızı tərəfindən alındığını bildirmişdir. Onu da qeyd etmişdir ki, bina sakinləri və qonşularla hər hansı bir mübahisələri yoxdur. Qonşularla münasibətləri yaxşıdır. Onların mübahisəli tikilidə yaşamalarına heç bir qonşu etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən, Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 49-1.2-ci maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. 49-1.3-cü maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. 49-1.4-cü maddəsinə əsasən əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. 109.1-ci maddəsinə əsasən, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən, Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-2.1-ci maddəsinə əsasən, Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109-2.2-ci maddəsinə əsasən, Kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə təmsil olunmalıdırlar. 109-3-cü maddəsinə əsasən, Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 110.1-ci maddəsinə əsasən, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 111.1-ci maddəsinə əsasən, Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2-ci maddəsinə əsasən, Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 112.2-ci maddəsinə əsasən, Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. 112.3-cü maddəsinə əsasən, Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən, Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4-cü maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 37.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 109.1-ci maddəsinə əsasən, Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən, Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.4-cü maddəsinə əsasən, Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 109.5-ci maddəsinə əsasən, Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 113.1-ci maddəsinə əsasən, Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın ümumi yığıncağının 02 iyun 2010-cu il tarixli 54 saylı protokoluna əsasən, X5 üzvlüyə qəbul edilməsi və onun Cavabdeh1 firmasının binasında Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin payçısı olmasına dair qərar qəbul edilmişdir. Cavabdeh1 MTK ilə payçı X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda tikilən yaşayış binasındakı qeyriyaşayış sahəsinin satılması haqqında 02 iyun 2010-cu il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, M. Seyidov küçəsi 3142-ci məhəllədə yaşayış binasının damında yerləşən (Lift avadanlıqlarının yerləşdiyi yerə yaxın) 50,0 kv.m. qeyri yaşayış sahəsini "Payçı”ya verməyi öz üzərinə götürmüş, "Payçı" isə ona verilən qeyri yaşayış sahəsinin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə qəbul etməyi öz üzərinə götürmüşdür. Göstərilən qeyri yaşayış sahəsi 50,0 kv.metrdən ibarətdir. Cavabdeh1 MTK tərəfindən X10 verilmiş maliyyə arayışından görünür ki, X14 "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal r-nu M.Seyidov k-si 3142-ci məhəllədə yerləşən bir girişli 19a saylı yaşayış binasının texniki mərtəbəsində yerləşən 50,0 kv.metr qeyri yaşayış sahəsinin payçısıdır və MTK-ya 5,0 min manat (beş min) ödəməklə heç bir borcu qalmamışdır. Bakı Şəhər İcra Hakimiyəyəti Başçısınının xx.xx.2011-ci il tarixli 2/4 nömrəli sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3142-ci məhəllədə 17 mərtəbəli 1 girişli yaşayış binası (1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsi qərara alınmışdır. Cavabdeh1 MTK İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Qanuni təmsilçisi Cavabdeh2dur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş X3 X8 görünür ki, İddiaçı 23 avqust 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı tikinti və icazə sənədlərinin verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, müqavilənin, maliyyə arayışının və protokolun etibarsız hesab edilməsi, əmlakın cavabdehlərin qanunsuz sahibliyindən geri alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə tərəflər arasında danışıqlar getdiyini, barışığın mümkünlüyünü qeyd etdiyi üçün məhkəmə tərəflərə vaxt verməklə məhkəmə iclasını təxirə salmış, lakin tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə iddianın tikinti və icazə sənədlərinin verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, işin hallarından da göründüyü kimi cavabdeh "xxxx" MTK ünvan 8 ünvanında yerləşən binanı inşa etmiş və mənzilləri mülkiyyətçilərə satmışdır. iddiaçı "xxxx" MMMC müvafiq qərarlar əsasında yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh "xxxx" MTK isə binanın tikinti layihəsini və istismara icazə sənədlərini bu günə qədər MMMC-yə təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin əsasən, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradıldıqda, mənzil tikintisi kooperativi binanın bütün əmlakını (o cümlədən texniki sənədlərini) MMMC-yə təhvil verməyə borcludur. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" MTK-nın üzərinə ünvan 8 ünvanda inşa edilmiş binanın tikinti layihəsinin, tikinti obyektinin istismarına icazə sənədinin iddiaçı "xxxx" MMMC-yə təqdim edilməsi vəzifəsi qoyulmalıdır. Cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında sənədlərin onda olmadığını, seyfin qırıldığını və sənədlərin binanın sakinləri tərəfindən götürüldüyünü bildirsə də, qeyd edilən halları sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Məhkəmə iddianın müqavilənin, maliyyə arayışının və protokolun etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissələrdə də əsaslıdır. Belə ki, həmin sənədlər ünvan 8 ünvanlı binanın damında (texniki mərtəbəsində) yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, binanın damları, fasadlar, daşıyıcı konstruksiyalar və s. sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunur və onların özgəninkiləşdirilməsi qadağandır. Bu əmlak binanın istismarı və ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Məhkəmə qeyd edir ki, "xxxx" MTK tərəfindən ümumi mülkiyyət obyekti olan texniki mərtəbə hissəsinin (damın) satılması barədə müqavilə bağlanılması və buna dair maliyyə arayışının verilməsi, habelə həmin şəxsin payçı olması barədə protokol qərarının qəbul edilməsi, qanunvericiliyin normalarına ziddir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə payçı X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda tikilən yaşayış binasının damında yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin satılması haqqında 02 iyun 2010-cu il tarixli müqavilə, həmiş qeyri-yaşayış sahəsinə dair payçı X5 borcunun olmamasına dair Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışı, həmçinin Cavabdeh1 MTK-nın ümumi yığıncağının X5 üzvlüyə qəbul edilməsi və onun Cavabdeh1 firmasının binasında Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin payçısı olmasına dair 02 iyun 2010-cu il tarixli 54 saylı protokolu etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin “qanunsuz olaraq zəbt edilmiş binanın mansardının cavabdehlərin qanunsuz sahibliyindən geri alınması” hissələrinə münasibətdə hesab edir ki, iddia bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 96a saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. “Azəriqaz” İB-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 14-2-2-4/2-847/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla müəyyən edilmişdir ki, məktubda göstərilən (abonent kodu: **********10961, sayğac nömrəsi: **********0) Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19A ünvanında quraşdırılan məişət qaz sayğacı X2 Sistemində istehlakçı kimi xx.xx.2019-cu il tarixdə X9 adına qeydiyyatda alınmış və hal hazırda həmin şəxsin adına qeydiyyatdadır. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 19A ünvanı (mansard) 2019-cu ildən Çerpanovların sahibliyində və istifadəsində olmuşdur. İddiaçı 23 avqust 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, binanın dam örtüyü, mansardı çoxmənzilli binanın ümumi əmlakının tərkib hissəsidir və bütün sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Dam örtüyündə hər hansı dəyişiklik və ya istifadə yalnız digər mülkiyyətçilərin hüquqlarını pozmamaq şərtilə mümkündür. Məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman, İddiaçı MMMC-nin sədri X23 bildirmişdir ki, onlar tikintidən narazı deyil, onun hüquqi statusunun bilinməsini istəyirlər. Belə ki, kimin mülkiyyətində olmasını, icarəyə götürülüb-götürülməməsini, kimə məxsus olmasını müəyyənləşdirmək istəyirlər. Həmçinin, cavabdehin yaşamasına da etiraz etmirlər. Cavabdeh2 həyat yoldaşı isə həmin binada cavabdehə məxsus başqa mənzildə qızının kirayə müqaviləsi əsasında yaşadığını, həmçinin, mübahisəli mənzilə 8 il əvvəl köçdüklərini, mənzilin mərhum qızı tərəfindən alındığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 ailəsi ilə (yoldaşı və nəvələri ilə birlikdə) binanın mansarında yaşaması digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 8 ünvanda inşa edilmiş binanın tikinti layihəsinin, tikinti obyektinin istismarına icazə sənədinin iddiaçı "xxxx" MMMC-yə təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalı, Cavabdeh1 MTK ilə payçı X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda tikilən yaşayış binasının damında yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin satılması haqqında 02 iyun 2010-cu il tarixli müqavilə, həmiş qeyri-yaşayış sahəsinə dair payçı X5 borcunun olmamasına dair Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışı etibarsız hesab edilməli, Cavabdeh1 MTK-nın ümumi yığıncağının X5 üzvlüyə qəbul edilməsi və onun Cavabdeh1 firmasının binasında Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin payçısı olmasına dair 02 iyun 2010-cu il tarixli 54 saylı protokolu etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 8 ünvanda inşa edilmiş binanın tikinti layihəsinin, tikinti obyektinin istismarına icazə sənədinin iddiaçı "xxxx" MMMC-yə təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" MTKnın üzərinə qoyulsun. Cavabdeh1 MTK ilə payçı X14 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda tikilən yaşayış binasının damında yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin satılması haqqında 02 iyun 2010-cu il tarixli müqavilə, həmiş qeyri-yaşayış sahəsinə dair payçı X5 borcunun olmamasına dair Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışı etibarsız hesab edilsin. Cavabdeh1 MTK-nın ümumi yığıncağının X5 üzvlüyə qəbul edilməsi və onun Cavabdeh1 firmasının binasında Mirəli Seyidov küçəsi, 3142-ci məhəllə ünvanda yerləşən 50 kv.m qeyri yaşayış sahəsinin payçısı olmasına dair 02 iyun 2010-cu il tarixli 54 saylı protokolu etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar