Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-365/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6500,00 manat (altı min beş yüz manat) məbləğində vəsaitin, 85,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 məxsus, Cavabdeh2 istifadəsində olan, Cavabdeh1 tərəfindən idarə olunan X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədilmiş və **-BH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X3 və Əliyev Nurlan Ruslan oğlu xəsarət almışdır. Hadisə ilə bağlı tərtib olunmuş MN0408202 və MN0408203 saylı İnzibati tənbeh vermə haqqında Qərarlara əsasən Cavabdeh2 və X16 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1 və 327.1 , 332.2ci maddələri ilə təqsirli bilinmişdir. Göründüyü kimi sürücü X16 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. (sürücünün sürücülük vəsiqəsi olmamışdır). Sığorta hadisəsi nəticəsində **-BH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə vurulan zərər və X3 və Əliyev Nurlan Ruslan oğlunun sağlamlıqlarına yetirilən yüngül xəsarət əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a və “İcbari sığortalar haqqında” Qanuna əsasən müvafiq olaraq **-BH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə 10797.00 manat (on min yeddi yüz doxsan yeddi), X3 və Əliyev Nurlan Ruslan oğlunun sağlamlığına yetirilən yüngül xəsarət nəticəsində isə 1500.00 manat (bir min beş yüz) məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli “Sığorta aktı”larına əsasən X3 və Əliyev Nurlan Ruslan oğlu sağlamlıqlarına yetirilən yüngül xəsarətə görə 1500.00 manat (bir min beş yüz) və xx.xx.2020cü il tarixli “Sığorta aktı”na əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000.00 manat (beş min), ümumilikdə isə 6500.00 manat (altı min beş yüz manat) sığorta ödənişi zərərçəkənlərin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Bakı şəhəri Xətai RPİ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixində sığorta hadisəsi baş vermiş və "xxxx" ASC tərəfindən zərərçəkmiş avtonəqliyyat vasitəsinə və həmin avtonəqliyyat vasitəsində xəsarət alan X4 və Əliyev Nurlan Ruslan oğluna sığorta ödənişi həyata keçirilmişdir. Hadisə tərəflərindən araşdırılmış və sürücü - X10 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi müəyyən edilmiş və bu səbəbdən ona qarşı subroqasiya hüququ yaranmışdır. Müvafiq iş üzrə Xətai Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılaraq cinayət işi rədd edilmiş, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi Xətai RPİ-nin DYPŞ-nə tapşırılmışdır. Müvafiq iş üzrə inzibati tədbirin görülməsi xahiş olunmuşdur. İş materialllarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Plastik kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində yüngül dərəcəli xəsarət almış faydalanan şəxs X2 750 manat sığorta ödənişinin alınması üçün plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığa dəymiş zərəri aradan qaldırılması üçün 750 manat sığorta ödənişi X1 şəxsi hesabına köçürülür. İş materialllarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Plastik kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində yüngül dərəcəli xəsarət almış faydalanan şəxs X13 750 manat sığorta ödənişinin alınması üçün plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığa dəymiş zərəri aradan qaldırılması üçün 750 manat sığorta ödənişi X11 şəxsi hesabına köçürülür. İş materialllarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Plastik kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zədələnmiş Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi -faydalanan şəxs X12 5000 manat sığorta ödənişinin alınması üçün plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində zədələnmiş Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat sığorta ödənişi X8 şəxsi hesabına köçürülür. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” yol nəqliyyat hadisəsi nəticəsində Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği, ehtiyat hissələrinin dəyəri 7877 manat, zəhmət haqqı 2920 manat olmaqla, cəmi 10797 manat müəyyən edilmişdir. İş materiallarında olan AB seriyalı 77185 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PPA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən Taleh Kamilovun mülkiyyətində olan Kia Rio markalı, X444MT190 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə "xxxx" ASC -də sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, yol nəqliyyat hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü X14 və X10 hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığından materiallar üzrə cinayət işinin başlanmasının AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən X16 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 , 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, X5 mülkiyyətində olan, Cavabdeh1 tərəfindən idarə olunan X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi xx.xx.2019cu il tarixdə Xətai rayonu, N.Tusi küçəsində X7 mülkiyyətində olan Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqqumuşdur. Hadisə nəticəsində X3 və Əliyev Nurlan Ruslan oğlunun sağlamlığına yüngül zərər dəymişdir. Həmçinin, Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Araşdırma zamanı Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 mülkiyyətində olan, Cavabdeh1 tərəfindən idarə olunan X444MT190 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Xətai rayonu, N.Tusi küçəsində X7 mülkiyyətində olan Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqqumuşdur. Hadisə nəticəsində X3 və Əliyev Nurlan Ruslan oğlunun sağlamlığına yüngül zərər dəymişdir. Həmçinin, Volkswagen Touareg markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarına əsasən yol nəqliyyat hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü X14 və X10 hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığından materiallar üzrə cinayət işinin başlanmasının AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi qərara alınmışdır. Hadisə ilə bağlı tərtib olunmuş MN0408202 və MN0408203 saylı İnzibati tənbeh vermə haqqında Qərarlara əsasən Cavabdeh2 və X16 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1 və 327.1 , 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. Göründüyü kimi sürücü X16 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. (sürücünün sürücülük vəsiqəsi olmamışdır). Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC tərəfindən X3 və Əliyev Nurlan Ruslan oğlu sağlamlıqlarına yetirilən yüngül xəsarətə görə 1500.00 manat (bir min beş yüz) və xx.xx.2020-cü il tarixli “Sığorta aktı”na əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000.00 manat (beş min), ümumilikdə isə 6500.00 manat (altı min beş yüz manat) sığorta ödənişi zərərçəkənlərin hesabına köçürülmüşdür. "xxxx" ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər tərəfindən müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə, həmçinin Cavabdeh2 istifadəsində olan avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmək üçün Cavabdeh1 verdiyinə görə, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 85,40 (səksən beş manat qırx qəpik (85+0,40=85,40) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 85,40 (səksən beş manat qırx qəpik (85+0,40=85,40)) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-365/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-365/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver