Məhkəmə qərarları › İş №e-2(004)-37/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-37/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-37/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6–da yerləşən mənzilin sahəsinin ona məxsus 1/6 hissə naturada bölünməsi, mənzil köçürülməyinin təmin edilməsi, cavabdehlərə mənzildə yaşamağına qoyulan maneələrin qadağan edilməsi və ya mənzilin naturada bölgüsü mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq mənzildə olan 1/6 hissə payına münasibətdə dəyərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 ünvanında yerləşən və ümumi sahəsi 187,20 m2 olan, həmin yaşayış sahəsinin 2 (iki) otaqlı hissəsi ona məxsusdur və ailəsi ilə birlikdə daimi orda yaşamışdır. Həmin yaşayış sahəsində atası yaşayarkən, o, öz ailəsi ilə birlikdə yaşamışdır. Atası vəfat etdikdən sonra qardaşı və anası həmin yaşayış mənzilində ona yaşamağa imkan verməmiş, onu qovmuşdurlar. Hal-hazırda onu həmin yaşayış sahəsinə buraxmırlar. Hər birinin qeyd edilən mənzil üzərində hüququnun və payının olmasına baxmayaraq, anası Cavabdeh1 və qardaşı X14 ona mənzildən istifadə etməkdə maneələr yaradırlar. Məqsədi isə onu mənzilə olan mülkiyyət hüququndan məhrum etməkdir. Belə olan təqdirdə mülkiyyət hüququ əsasında 1/6 hissəsi ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 olan mənzilin naturada faktiki bölünməklə, həmin mənzilin 1/6 hissəsində payı cavabdehə məxsus olan digər 2/6 hissədən naturada ayrılmalıdır. Bundan başqa yaşamaq üçün maneələr aradan qaldırılmalıdır. Məhkəmə baxışı zamanı keçirələcək müvafiq ekspertiza və s. digər araşdırmadan sonra evin naturada bölgüsü mümkün olmayacağı müəyyən edildiyi təqdirdə mənzil açıq hərracdan satılaraq dəyəri paylara mütənasib ödənilməlidir. O, hal-hazırda öz mülkiyyətindən istifadə edə bilmir, mülkiyyət hüququ pozulur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 fərdi yaşayış evinin zirzəmisinin 3,4,5,6,7,8 və 9 tikililərini və birinci mərtəbəsinin 1,2,3 və 4 tikililərini X3 ½ hissədən ibarət payına aid edilərək onun mülkiyyətində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********31-10301 daşınmaz əmlakın reyestr nömrəli, 25 oktyabr 2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 ünvanda yerləşən 0.0135530 ha torpaq sahəsinin üzərində olan ümumi sahəsi 187.20 kv.m-dən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ½ hissədə X3, 2/6=1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə İddiaçı mülkiyyətindədir. Belə ki, mübahisə edilən mənzil babası Nürməmməd Məlikməmməd oğlunun mülkiyyətində olmuş onun vəfatından sonra isə 1992-ci il tarixdə vərəsəlik qaydasında bərabər paylar əsasında oğlan nəvəsi X3 və qız nəvəsi X4 adına rəsmiləşdirilmişdir, X4 vəfatından sonra miras əmlak oğlanları hazırkı iş üzrə cavabdehlərin adlarına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən fərdi yaşayış evinin zirzəmisinin 3,4,5,6,7,8 və 9 saylı tikililəri, birinci mərtəbəsinin 1,2,3 və 4 saylı tikililəri 1948-ci il tarixdən X3 atasının sonradan isə hazırkı vaxta kimi onun istifadəsindədir. Mübahisəli fərdi yaşayış evinin ideal bölgüsünün həyata keçirilməsinə baxmayaraq, eyni zamanda hər iki ailə fərdi yaşayış evini əvvəlcədən faktiki vəziyyətdə bölünmüş şəkildə tikililərdə yaşamışlar, lakin sonrakı mülkiyyətçilər arasında yaranmış mübahisənin nəticəsi olaraq fərdi yaşayış evinin paylarına uyğun şəkildə real bölgüsü aparılmamışdır. Eyni zamanda, bildirmişdir ki, hazırki vəziyyətdə fərdi yaşayış evinin naturada ayrılması barədə razılıq əldə olunmamışdır. İşə məhkəmə iclasında baxılan zaman müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən, texniki pasporta əsasən 1, 2, 3, 4 və 5 (13.5 kv.m-dən ibarət olan otağın 9 kv.m hissəsinin 10/7320 nömrəli, 28 fevral 2023-cü il tarixli ekspert rəyinə görə, ünvan 2 fərdi yaşayış evinin 1-ci mərtəbənin mülkiyyətçilər arasında naturada bölgü variantındakı sxeminə uyğun 4 və 5 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğunun yaradılması, 5 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğunun bağlanması, 5 nömrəsi ilə işarələnmiş otağın 4 nömrəsi ilə işarələnmiş otaqdan 6 nömrəli işarələnmiş otağa doğru istiqamətdən başlayaq 2.6 kv.m-dən ibarət uzunluğunda irəliləyərək arakəsmənin yaradılması nəzərə alınmaqla) nömrəsi ilə işarələnmiş sahələrinin, fərdi yaşayış evinin zirzəmisində yerləşən, texniki pasporta əsasən 6, 7 və 8 (10/7320 nömrəli, 28 fevral 2023-cü il tarixli ekspert rəyinə görə, ünvan 2 fərdi yaşayış evinin zirzəmi hissəsinin mülkiyyətçilər arasında naturada bölgü variantındakı sxeminə uyğun 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğunun açılması, 8 və 9 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğunun bağlanması nəzərə alınmaqla) nömrəsi ilə işarələnmiş sahələrinin iddiaçı X3 ½ hissədən ibarət payına aid edilərək onun mülkiyyətində saxlanılması və fərdi yaşayış evinin zirzəmisində yerləşən, texniki pasporta əsasən evin 1 və 2 nömrəsi ilə işarələnmiş sahələrinin mülkiyyətçilərin ümumi istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, ekspertiza zamanı tədqiq olunan ünvan 2 fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, evin ümumi sahəsi 187.20 kv.m, texniki pasporta əsasən evin sahəsi 196,6 kv.m., faktiki vəziyyətdə isə evin ümumi sahəsi 173,7 kv.m (fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən 1 nömrəsi ilə işarələnmiş qapı keçidi və 2 nömrəsi ilə işarələnmiş sanitar qovşaq nəzərə alınmadan) təşkil edir. Əgər, ekspert tərəfindən tədqiq olunan obyektin/evin naturada bölgüsü fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 187.20 kv.mdən ibarət sahə üzrə aparılsa idi, bu zaman naturada bölgü nəticəsində tərəflərin paylarına uyğun əldə edəcəyi sahə aşağıdakı kimi təşkil edəcəkdi: X9 (1/2 hissədə)-93.6 kv.m. (187.20 kv.m x ½); Cavabdeh2 (2/6 hissədə)-62,40 kv.m. (187.20 kv.m x 2/6); İddiaçı (1/6 hissədə)-31.20 kv.m. (187.20 x 1/6). Əgər, ekspert tərəfindən tədqiq olunan obyektin naturada bölgüsü fərdi yaşayış evinin texniki pasportunda göstərilən, yəni 196,60 kv.m.-dən ibarət sahə üzrə aparılsa idi, bu zaman naturada bölgü nəticəsində tərəflərin paylarına uyğun əldə edəcəyi sahə aşağıdakı kimi təşkil edəcəkdi: X9 (1/2 hissədə)-86.85 kv.m. (173.7 kv.m. x ½); Cavabdeh2 (2/6 hissədə)-57,90 kv.m. (173.7 kv.m x 2/6); İddiaçı (1/6 hissədə)-28.95 kv.m. (173.7 kv.m x 1/6); Fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, yəni evin texniki pasportunda 1 nömrəsi ilə işarələnmiş qapı keçidi və 2 nömrəsi ilə işarələnmiş sanitar qovşaq mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmaqla 22.9 kv.m. (173.7 kv.m+22.9=196.6 kv.m). İş üzrə verilmiş əvvəlki - 01 iyul 2022-ci il tarixli eskpertiza rəyindən görünür ki, ekspert fərdi yaşayış evinin naturada bölgüsünü çıxarışda göstərilən sahələr üzrə aparıldığını qeyd etsə də, faktiki həmin sahələrə uyğun olmayaraq mülkiyyətçilər arasında naturada bölgü aparmış, eyni zamanda həmin rəydə mülkiyyətçi X3 payına uyğun almalı olan sahəni azaltmış, mülkiyyətçi Cavabdeh2 payına uyğun almalı olan sahəni isə heç bir əsas olmadan artırmış, nəticədə fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına mütənasib olmayaraq və mülkiyyətçilərin mənafeyini pozmaqla, fərdi yaşayış evinin aşağıdakı şəkildə naturada bölgüsü variantını təklif etmişdir: X9 (½ hissədə) 81.8 kv.m. (173.7 kv.m. x 1/2); Cavabdeh2 (2/6 hissədə)- 63,2 kv.m. (173.7 kv.m. x 2/6); İddiaçı (1/6 hissədə)-28.7 kv.m. (173.7 kv.m. x 1/6). Fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən texniki pasportunda 1 nömrəsi ilə işarələnmiş qapı keçidi və 2 nömrəsi ilə işarələnmiş sanitar qovşaq mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmaqla 22.9 kv.m. (173.7 kv.m+22.9=196.6 kv.m). İş üzrə verilmiş sonuncu, 28 fevral 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, ekspert fərdi yaşayış evinin çıxarışında göstərilən sahənin mövcud olmadığını müəyyən etmiş, eyni zamanda X3 payına uyğun almalı sahəni nəzərə almış, naturada bölgünü texniki pasportda göstərilən, yəni 196,6 kv.m-dən ibarət sahə üzrə aparmışdır. Bununla da ekspert sonuncu rəydə fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına mütənasib və mənafeyi nəzərə alınmaqla aşağıdakı şəkildə naturada bölgü variantını təklif etmişdir: X9 (½ hissədə)-86.8 kv.m. (173.7 kv.m. x ½); Cavabdeh2 (2/6 hissədə)-58,20 kv.m. (173.7 kv.m. x 2/6); İddiaçı (1/6 hissədə)- 28.7 kv.m. (173.7 kv.m. x 1/6); Fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən texniki pasportunda 1 nömrəsi ilə işarələnmiş qapı keçidi və 2 nömrəsi ilə işarələnmiş sanitar qovşaq mülkiyyətçilərin ümumi istifadəsində saxlanılmaqla 22.9 kv.m. (173.7 kv.m.+22.9=196.6 kv.m). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 saylı, 28 fevral 2023-cü il tarixli əlavə məhkəmə ekspertiza rəyindən görünür ki, ekspert tərəfindən obyektin tikinti-texniki tədqiqi nəticəsində, mülkiyyətçilərə məxsus olan ideal payları və faktiki yaşadığı sahələri nəzərə alınmaqla, fərdi yaşayış evinin ədalətli və obyektiv naturada bölgüsü variantı mülkiyyətçilərə təklif edilmişdir. Bundan başqa, sonuncu rəydə tədqiq olunan obyektin çıxarışına əsasən, yəni mülkiyyətçilər arasında fərdi yaşayış evinin 187.20 kv.m.-dən ibarət olan ümumi sahəsi üzrə naturada bölgü aparılmasının mümkün olmamasını (faktiki vəziyyətdə belə formada ümumi sahənin olmadığını) nəzərə almış və fərdi yaşayış evinin mülkiyyətçilərin faktiki yaşadığı və texniki pasportunda göstərilən sahələrə uyğun naturada bölgüsünü aparmışdır. Həmçinin fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən texniki pasportda 1 nömrəsi ilə işarələnmiş qapı keçidinin və 2 nömrəsi ilə işarələnmiş sanitar qovşağın mülkiyyətçilərin ümumi istifadəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil dədə-baba evi olmuş, onlar orada yaşamış, böyümüşlər. Atası iddia ərizəsində qeyd olunan hissəni ona vermiş, o da oranı evlənmək üçün təmir elətdirmiş, həyətin içindən ayrıca girişi-çıxışı olmuşdur. Onun istifadəsində 10, 9 və 8 saylı otaqlar olmuşdur. Atasıgil isə 6, 5 və 7 saylı, eləcə də həmin tikilililərin altında yerləşən yarimzirzəmi otaqlarda yaşamış, qardaşı isə həmin zaman hələ evlənməmiş, bağda yaşamısdır. Onun yaşadığı sahəniт altında isə zirzəmi sahəsi yoxdu. Daha sonrada qardaşı evləndikdən sonra atasının istifadəsində olan həmin otaqlarda və aşağı otaqlarda yaşamışdır. Atası 2021-ci ilin aprel ayında koronadan xəstəxanada dünyasını dəyişmişdir. Bundan sonra onlar evin bölgüsü ilə bağlı notariusa getmişlər, onlara bildirilmişdir ki, 6 ay gözləməlidirlər. Anası öz pauından qardaşının xeyirinə imtina etmiş və nəticədə 1/6 hissədə onun, 2/6 hissədə qardaşının mülkiyyət hüquqları qeydə alınmışdır. Sonra ailəsi (qardaşı) dekabr ayında problem yaratmağa başlamış, o da, dayıları ilə məsləhətləşib məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası rəhmətə gedəndən sonra o, söz-söhbət başladığına görə köçüb bağda yaşamağa məcbur olmuş, hal-hazırda da bağda yaşayır. Onun qapısı həyətin içi olduğundan taxta qapıdır, qardaşı oranı sındırıb ora daxil olmuş, eləcədə onun istifadəsində olan 10 saylı otaqla qardaşının istifadəsində olan 6 saylı otağın arasını açaraq 10 saylı otağı zəbt etmişdir. Həyətin qapısı isə dəmirdir, hazırda dəmir qapının açarını da dəyişmişlər. O, qapını aça bilmədiyi üçün polisə müraciət etmiş, lakin polis də məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Naturada ayrılmasnı tələb etdiyi və daim onun istifadəsində olmuş sahə, yəni 10, 9 və 8 saylı otaqlar mülkiyyət hüququ ilə ona aid olan 1/6 payına uyğundur. Lakin qardaşı ona köçüb pz evində yaçamağa maneələr yaradır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının uzun müddətdir ki, mülkiyyət hüququ pozulmuş, faktiki olaraq o, mübahisəli mənzildə yaşaya bilməmişdir. Cavabdehlər və müstəqil tələb irəli sürən şəxsin həmin mənzildə yaşamaqlarını, iddiaçıya isə həmin mənzildə yaşamağa, ondan istifadə etməyə imkan vermədiklərini bildirmişdir. Sonuncu ekspert rəyi ilə razıdırlar. Bildirmişdir ki, həmin ev İddiaçı faktiki yaşayış evidir və bu işin mübahisələndirilməyən halıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ilə onların hər hansı bir mübahisəsinin olmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, artıq iş üzrə iki dəfə ekspertiza keçirilmiş, mənzilə baxış keçirilmiş, tərəflərin faktiki yaşayış yeri məhkəmə tərəfindən müəyyən edilmişdir. Yalnız bir cavabdeh iddia tələbinə əvvəldən etiraz etmiş, məqsəd isə iddiaçının öz mülkiyyətindən məhrum etmək olmuşdur. Hal-hazırda iddiaçının hissəsinin naturada ayrılmasına, orada yaşayışının müəyyən edilməsinə zərurət olduğunu bildirmişdir. Hər iki ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki yaşayış yerində yaşaması məqsədə müvafiqdir. Mübahisə məhkəmədə başlamadıqdan əvvəl 10, 9 və 8 saylı otaqlar iddiaçının faktiki istifadəsində idi. Hesab edir ki, iddiaçının mülkiyyət hüququ məhkəmə tərəfindən qorunmalıdır, onun, mənzildə əvvəlki (ekspert rəyində qeyd olunan) yaşayış yerində yaşamasına yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sonuncu ekspert rəyində təmsil etdiyi şəxsin mənafəyi qismən müdafiə olunur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mübahisəli evin sahəsi 187,02 kv.m.-dir. Ekspert rəyi nəzərə alınsa, təmsil etdiyi şəxsin mənafeyi qismən təmin olunmaqla, 86.08 kv.m. sahə X2 mülkiyyətində saxlanılmış olur. Bu ekspert rəyi ilə razıdırlar və bu şəkildə mülkiyyətçilər arasında evin naturada bölgüsünü məqsədə müvafiq hesab etmişlər. Birinci mərtəbədə yerləşən 4 və 5 saylı otaqlar arasında olan arakəsmə açılır, 5 saylı otağın bir hissəsi bağlanılır, hardasa 2.6 metr məsafədə yerləşən hissə X2 mülkiyyətində saxlanılmış olur. X2 faktiki istifadəsində olan yarımzirzəmi mərtəbədə yerləşən 09 nömrəli otaq isə, birinci mərtəbədə yerləşən və hazırda Cavabdeh2 istifadəsində olan 5 saylı otağın əvəzinə verilir Cavabdeh2 (ekspert rəyi ilə belə müəyyən edilmişdir). Yəni birinci mərtəbədə yerləşən və arasının açılması zəruri olan 4 və 5 saylı otaqlardan, 4 saylı otaq hazırda Zalov Gündüzün, 5 saylı otaq isə Cavabdeh2 istifadəsindədir. Yaranan fərqi aradan qaldırmaq və naturada bölgünü təmin etmək üçün Cavabdeh2 istifadəsində olan 5 saylı otaqdan bir qismi onda saxlanılmaqla qalan hissəsi Zalov Gündüzün istifadəsinə verilməlir. Əslində ekspert rəyində Zalov Gündüzün payının 5 kv.m artdığı qeyd edilsə də, reallıqda isə bu bölgüdə onun payı əksinə azalmış olur. Ona görə də, cavabdehə əlavə kompensasiyanın verilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə Cavabdeh2 problemli insan olduğundan onunla razılaşmaq qeyri mümkündür. Ona görə də, onlar mübahisəni həll etmək üçün bu varianta razıdırlar. Digər cavabdeh, eyni zamanda iddiaçı olan İddiaçı ilə isə onların heç bir problemi yoxdur. İddiaçı əvvəldən özünə aid hissələrdə, yəni sxemdə qeyd edilmiş 10, 9 və 8 saylı otaqlarda yaşamış və onun ayrıca giriş-çıxışı olmuşdur. İlkin iddiaçının tələbi onların maraqlarına toxunmadığı üçün, sonuncu ekspert rəyini də nəzərə alaraq, ilkin iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmış, öz iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 həm ilkin iddia tələbinə, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə etiraz edərək bildirmişdir ki, ümumiyyətlə iddia tələblərinə etiraz edir, ekspertiza rəyi ilə razı deyil və hər hansı bir payının azalmasına səbəb ola biləcək naturanın bölünməsini qəbul etmir və ona yarım zirzəmidən pay verilməsi ilə razı deyil. Ekspert rəyinə görə o hazırda birinci mərtəbə olan evi Gündüzə verərək əvəzində yarimzirzəmiyə düşməlidir. Bu isə onun maraqlarına toxunur. Ümumiyyətlə bölgü ilə o vaxr razı olardıiki birinci mərtəbə və yarimzirzəmi hissələr bərabər bolünsün. O, nə üçün zirzəmiyə düşməlidir ki? Qardaşına niyə ancaq yuxarıdan pay verilir. Odur ki, rəylə razı deyil. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı 14 sentyabr 2002-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 paylı mülkiyyət hüququ üzrə ½ hissəsi X2, 2/6 hissəsi Cavabdeh2 və 1/6 hissəsi İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3420 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə əsasən mülkiyyət üzrə paylardan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. ünvan 1 ünvanda fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla 10, 9 və 8 nömrəli otaqlar 1/6 hissə pay hüququna malik, iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsinə, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla 5, 6 və 7 nömrəli otaqlar eləcə də, fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 3 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla 5, 3 və 4 nömrəli otaqlar 2/6 hissə pay hüququna malik, iş üzrə cavabdeh şəxs olan Cavabdeh2 istifadəsinə, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 1, 2, 3 və 4 nömrəsi ilə işarələnmiş otaqlar, eləcədə fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmaqla və 9 nömrəli otağa çöl hissədən qapı açılmaqla 6, 7, 8 və 9 nömrəli otaqlar 1/2 hissə pay hüququna malik olan X3 istifadəsinə verilə bilər. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli ekspert rəyində göstərilən sxemə əsasən ünvan 2 fərdi yaşayış evinin naturada bölgüsü nəticəsində mülkiyyətçilərin hər birinə ayrı-ayrılıqda düşən sahə aşağıdakı kimi təşkil edir: X9 - 81.8 kv.m.; Cavabdeh2 - 63.2 kv.m.; İddiaçı - 28.7 kv.m. Mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflər (mülkiyyəçilər) arasında naturada ayrılmasının, mülkiyyət üzrə paylardan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar 1/6 hissə pay hüququna malik, iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsinə, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla həmçinin, 5 nömrəli otağın 4.5 kv.m. hissəsinin 6 nömrəli otağa birləşdirilməklə 6 və 7 nömrəli otaqlar eləcə də fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 3 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla 3, 4, 5 və 9 nömrəli otaqlar 2/6 hissə pay hüququna malik, iş üzrə cavabdeh şəxs olan Cavabdeh2 istifadəsinə, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən texniki pasport sənədində 4 və 5 nömrəli otaqlar arasında qapı boşluğu açılmaqla 1, 2, 3 və 4 nömrəsi ilə işarələnmiş otaqlar, eləcə də 5 nömrəsi ilə işarələnmiş sahəsi 13.5 kv.m olan otağın 9 kv.m hissəsi və fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmaqla, 8 və 9 nömrəli otaqlar arasındakı qapı boşluğu isə bağlanmaqla 6, 7 və 8 nömrəli otaqlar ½ hissə pay hüququna malik olan X3 istifadəsinə verilə bilər. Belə olan halda bölgü nəticəsində mülkiyyətçilərin hər birinə düşən sahələr müvafiq olaraq aşağıdakı kimidir: X9 - 86.8 kv.m.; Cavabdeh2 - 58.2 kv.m.; İddiaçı - 28.7 kv.m. Məhkəmə hesab edir ki, ilk növbədə ilkin iddia tələbinə qiymət veriməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı atasına məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 ünvanında yerləşən və ümumi sahəsi 187,20 m2 olan fərdi yaşayış evinin 10, 9 və 8 saylı otaqlarında ailəsi ilə birlikdə daimi yaşamışdır. Atası vəfat etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh2 2/6 hissədə, İddiaçı isə 1/6 hissədə mülkiyyət hüquqları tanınmış və payları müəyyən edilmişdir. Mübahisəli evin digər ½ hisəsi isə X2 mülkiyyətindədir. İlkin tələb üzrə iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan hissədən istifadə etməsinə manələr yaratdıqlarını iddia edir. İşin halları ilə o da, müəyən edilmişdir ki, İddiaçı öz ailəsi ilə birlikdə, ayrıca giriş-çıxışı olmaqla daim mübahisəli evin 10, 9 və 8 saylı otaqlarında yaşamış, atası öldükdən sonra qardaşı ilə aralarında mübahisə yarandıqdan sonra, məhkəməyə müraciət edərək, səxsi əsyalarını yaşadığı mənzildə qoyaraq, aralarındakı mübahisə həll edilənədək oranı müvəqqəti tərk etmişdir. Bundan sonra Cavabdeh2 iddiaçının orada yaşamamasından istifadə edərək, onun istifadəsində olmuş 10 saylı otaqla, öz istifadəsində olan 6 saylı otağın arasında qapı açaraq həmin sahəni öz istifadəsində olan sahəyə qatmışdır. Bundan başqa cavabdeh tərəfindən həyətin ümumi giriş qapısının açarları da, dəyişdirildiyindən iddiaçı həyətə, eləcə də, 1/6 hissədə mülkiyyətində olan və istifadəsində olmuş mənzilinə daxil ola bilmir. Bu səbəbdən də, iddiaçı cavabdehlərə qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Paylı mülkiyyətdə olan mübahisəli evin 1/6 hissəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halı olmaqla, həmin evin 8, 9 və 10 saylı otaqlarının uzun illərdiki iddiaçının istifadəsində olması, işin halları, eləcə də, evin digər paylı mülkiyyətçisi olan və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin etirafedici izahatı ilə də, öz təsdiqini tapmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi daha geniş, əhatəli və dəqiq olduğundan məhkəmə həmin ekspert rəyini daha mötəbər sayaraq həmin rəyə istinad edilməsini məqsədə müvafiq sayır. Belə ki, qeyd olunan rəylə ünvan 2 fərdi yaşayış evinin naturada bölgüsü nəticəsində mülkiyyətçilərin hər birinə ayrı-ayrılıqda düşən sahənin, X5 - 81.8 kv.m.; Cavabdeh2 - 63.2 kv.m.; İddiaçı isə - 28.7 kv.m-dən ibarət olması, mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflər (mülkiyyəçilər) arasında naturada ayrılmasının, ilkin tələb üzrə İddiaçı münasibətdə texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar 1/6 hissə pay hüququna malik, iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsinə verilməlidir. İşin halları ilə müəyyən edimişdir ki, ekspert rəyində arasındakı qapı boşluğu bağlanılmalı olduğu qeyd edilən 10 saylı otaq əvvəldən iddiaçının istifadəsində olmuş, məhz cavabdeh Ramiz Rəhimov tərəfindən sonradan 6 saylı otaqla arasında qapı acılmaqla zəbt edilmişdir. Eyni zamanda ekspert rəyi ilə, paylı mülkiyyətdə olan mübahisəli evin 10, 9 və 8 nömrəli otaqlarının 1/6 hissədə pay hüququna malik, iş üzrə iddiaçı olan İddiaçı istifadəsinə verilməsinin, onun, paylı mülkiyyət olan 28.7 kv.m-dən ibarət payı ilə uyğunluq təşkil etməsi də, müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı yönəldilməsi hissəsində qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzilin mülkiyyətçisi deyil və iddiaçının iddia tələbinin bu cavabdehə qarşı yönəldilməsi düzgün olmamış, eləcə də, iddiaçı tərəfindən məhkəməyə Cavabdeh1 iddiaçının mülkiyyətində olan hissəsindən istifadəsinə maneələrin yaradılmasına dair sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazıli sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə ilkin iddiaçının iddia tələbinə hüquqi qiymət verərək onu da, qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində onun, paylı mülkiyyətdə olan mənzilinə köçürülməsinin təmin edilməsi və cavabdehlərə mənzildə yaşamağına qoyulan maneələrin qadağan edilməsi ilə bağlı tələb irəli sürülsə də, onun istifadəsində olmuş, köçürülməsi tələb edilən və hazırda Cavabdeh2 tərəfindən zəbt edilmiş 10 saylı otağın boşaldılaraq, Cavabdeh2 oradan çıxardılması ilə bağlı hər hansı bir tələb irəli sürülmədiyindən məhkəmə bunun müzakirəsini məqsədə müvafiq saymır. Belə ki, məhkəmə iclasında Cavabdeh2 mübahisəli evin yerləşdiyi həyətin ümumi giriş qapısının açarlarını dəyişməklə yanaşı, eyni zamanda, daim iddiaçının istifadəsində olmuş 8, 9 və 10 saylı otaqlardan, 10 saylı otağı öz istifadəsində olan 6 saylı otaqla, otaqlar arasında qapı açmaqla birləşdirərək zəbt etməsi və bununla da, iddiaçının öz sahəsindən istıfadə etməsinə və orada yaşamasına maneələr yaratması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq: fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar) naturada ayrılmalı, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətində olan 10, 9 və 8 nömrəli otaqlarına köçürülməli, Cavabdeh2 İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələr qadağan edilməlidir. Məhkəmə iddia tələbinin “və ya mənzilin naturada bölgüsü mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq mənzildə olan 1/6 hissə payına münasibətdə dəyərinin ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə “əmlakın naturada bölünməsi” hissəsində iddia tələbini artıq təmin etdiyindən, iddia tələbinin qalan hissəsinin müzakirəsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi verərək, ünvan 2 fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən, texniki pasporta əsasən 1, 2, 3, 4 və 5 (13.5 kv.m-dən ibarət olan otağın 9 kv.m hissəsinin 10/7320 nömrəli, 28 fevral 2023-cü il tarixli ekspert rəyinə görə, ünvan 2 fərdi yaşayış evinin 1-ci mərtəbənin mülkiyyətçilər arasında naturada bölgü variantındakı sxeminə uyğun 4 və 5 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğunun yaradılması, 5 və 7 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğunun bağlanması, 5 nömrəsi ilə işarələnmiş otağın 4 nömrəsi ilə işarələnmiş otaqdan 6 nömrəli işarələnmiş otağa doğru istiqamətdən başlayaq 2.6 kv.m-dən ibarət uzunluğunda irəliləyərək arakəsmənin yaradılması nəzərə alınmaqla) nömrəsi ilə işarələnmiş sahələrinin, fərdi yaşayış evinin zirzəmisində yerləşən, texniki pasporta əsasən 6, 7 və 8 (10/7320 nömrəli, 28 fevral 2023-cü il tarixli ekspert rəyinə görə, ünvan 2 fərdi yaşayış evinin zirzəmi hissəsinin mülkiyyətçilər arasında naturada bölgü variantındakı sxeminə uyğun 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğunun açılması, 8 və 9 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğunun bağlanması nəzərə alınmaqla) nömrəsi ilə işarələnmiş sahələrinin iddiaçı X3 ½ hissədən ibarət payına aid edilərək onun mülkiyyətində saxlanılması və fərdi yaşayış evinin zirzəmisində yerləşən, texniki pasporta əsasən evin 1 və 2 nömrəsi ilə işarələnmiş sahələrinin mülkiyyətçilərin ümumi istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin və digər Cavabdeh2 mülkiyyətində olan payların naturada bölgüsü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilən əsaslarla, yəni mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflər (mülkiyyəçilər) arasında naturada ayrılmasının, mülkiyyət üzrə paylardan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Yəni fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 5 nömrəli otağın 4.5 kv.m. hissəsinin 6 nömrəli otağa birləşdirilməklə 6 və 7 nömrəli otaqlar eləcə də, fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 3 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanmaqla 3, 4, 5 və 9 nömrəli otaqlar 2/6 hissə pay hüququna malik, iş üzrə cavabdeh şəxs olan Cavabdeh2 istifadəsinə, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən texniki pasport sənədində 4 və 5 nömrəli otaqlar arasında qapı boşluğu açılmaqla 1, 2, 3 və 4 nömrəsi ilə işarələnmiş otaqlar, eləcə də 5 nömrəsi ilə işarələnmiş sahəsi 13.5 kv.m olan otağın 9 kv.m hissəsi və fərdi yaşayış evinin zirzəmi hissəsində yerləşən, texniki pasport sənədində 7 və 8 nömrəsi ilə işarələnmiş otaqlar arasında qapı boşluğu açılmaqla, 8 və 9 nömrəli otaqlar arasındakı qapı boşluğu isə bağlanmaqla 6, 7 və 8 nömrəli otaqlar ½ hissə pay hüququna malik olan X3 istifadəsinə verilə bilər, yəni iddiaçı X3 payının 5 kv.m. artması digər cavabdehin 5 kv.m. azalması ilə mümkün ola bilər. İstər müstəqil tələb irəli sürən üçüncü şəxs, istərsə də, məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2, məhkəmənin, işi barışıq yolu ilə həll etməklərinə dair təklifinə münasibətdə hər hansı bir kompensasiyanın verilməsisin mümkünsüzlüyünü bildirmişlər. Bundan başqa işin halları ilə o da, müəyyən olunmuşdur ki, müvafiq ekspert rəyinə əsasən evin digər paylı mülkiyyətçiləri arasında naturada bölgü, hal-hazırda birinci mərtəbədə yerləşən və Cavabdeh2 istifadəsində olan 5 saylı otağın (otağın 4.5 kv.m. hissəsinin 6 nömrəli otağa birləşdirilməklə), evin ½ hissədə mülkiyyətcisi olan və müstəqil tələb irəli sürən üçüncü səxs G.Zalova verilməsi, bunun əvəzində isə yarimzirzəmi mərtəbədə yerləşən 9 saylı otağın Cavabdeh2 verilməsi ilə mümkündür. Beləliklə müəyyən olunmuşdur ki, 05 saylı otaq Cavabdeh2 istifadəsindədir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, ümumiyyətlə iddia tələbinə etiraz edir və hər hansı bir payının azalmasına səbəb ola biləcək naturanın bölünməsini qəbul etmir və ona yarım zirzəmidən pay verilməsini qəbul etmir. Göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh2 münasibətdə bərabər şəkildə paylarına toxunulmadan və faktiki istifadəsində olan sahələrin özlərində saxlanılmaqla bölünməsi paylardan kənara çıxılmadan mümkün deyildir. Belə bir bölgü isə cavabdehin mənafeyinə uyğun deyil. Ona görə də, məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 10/3420 nömrəli, xx.xx.2022 və 10/7320 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia iddia tələbi qismən təmin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə rədd edildiyinə görə, aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manatı ilkin iddia tələbi üzrə Cavabdeh2, 50 (əlli) manatı isə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətində olan 10, 9 və 8 nömrəli otaqlarına köçürülsün. Cavabdeh2 İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar