Məhkəmə qərarları › İş №e-2(004)-3705/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3705/2025

26.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3705/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "ödənilmiş alimentin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "ödənilmiş alimentin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 01 iyun 2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 307/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 17 may 2016-cı il tarixli nikahın pozulması, 01 iyun 2017-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün iddiaçının yanında qalması və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Nikahın pozulması işinə baxılarkən Yasamal rayon məhkəməsi tərəfindən Mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, tərəflərin birgə nikahından doğulmuş 01 iyun 2017-ci il təvəllüdlü X12 və 16 yanvar 2019-cu il təvəllüdlü X2 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçı X8 ödənilməsi barədə xx.xx.2019-cu il tarixli 6516/2019 saylıQərardad qəbul edilmişdir. Lakin iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli yekun qətnaməsilə müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 2019-cu il təvəllüdlü X9 bioloju atası olması faktı inkar edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilməsi, İddiaçı və X10 arasında Yasamal rayon Qeydiyyat Şöbəsində 17 may 2016-cı il tarixli, 121 №-li akt qeydinə əsasən bağlanılmış nikah pozulması, 01 iyun 2017-ci il təvəllüdlü X4 və tərbiyə edilməsi üçün anası X6 yanında qalması, 01 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi, Mülki iş üzrə müvəqqəti alimentin tutulmasına dair Yasamal rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)-6516/2019 saylı qərardadının ləğv edilməsi, İddia tələbinin 16 yanvar 2019-cu il təvəllüdlü X9 anası X6 yanında saxlanılması və yetkinlik yaşına çatanadək alimentin tutulmasına dair hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Buna baxmayaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 6516/2019 saylıQərardadının icrası məqsədilə iddiaçıdan onun övladı olmayan 16 yanvar 2019-cu il təvəllüdlü X5 üçün 1600 manat pul alınmışdır. Bu hal cavabdehin əsassız varlanmasına gətirib çıxarır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, ödənilmiş alimentin geri tələb olunması ilə bağlı məsələlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109-cu maddəsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 109.2-ci maddəsinə görə, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Beləliklə, qanunvericilik aliment məbləğinin geri tələb olunması bağlı konkret əsaslar müəyyən etmişdir ki, həmin əsaslar olmadıqda, ödənilmiş alimentin sonradan geri tələb olunması yolverilməzdir. Nəzərə alınsa ki, İddiaçı, öz ərizəsində Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərardadı ilə 16 yanvar 2019-cu il təvəllüdlü X3 üçün müvəqqəti alimentin tutulduğunu, sonradan, yəni Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının X11 bioloji atası olmadığı faktının müəyyən edildiyini göstərmiş, bu səbəbdən məhkəmənin qərardadı üzrə ödənilmiş 1600 manat alimentin geri qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi əsas aliment məbləğinin geri tələb olunmasına hər hansı hüquqi əsas vermir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin geri qaytarılmasına dair” iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə məhkəmə baxışını onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6516/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, tərəflərin birgə nikahından doğulmuş 01 iyun 2017-ci il təvəllüdlü X12 və 16 yanvar 2019-cu il təvəllüdlü X2 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq iddiaçı X8 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı və X10 arasında Yasamal rayon Qeydiyyat Şöbəsində 17 may 2016-cı il tarixli, 121 №-li akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 01 iyun 2017-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası X6 yanında qalması, 01 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi, mülki iş üzrə müvəqqəti alimentin tutulmasına dair Yasamal rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)- 6516/2019 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin 16 yanvar 2019-cu il təvəllüdlü X9 anası X6 yanında saxlanılması və yetkinlik yaşına çatanadək alimentin tutulmasına dair hissədə əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən nikahın pozulması iddiası ilə əlaqədər ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aliment tələbi ilə əlaqədər 13 (on üç) manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, aliment almaq uşağa məxsus olan hüquqdur və buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 109.2-ci maddəsinə əsasən, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6516/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək, tərəflərin birgə nikahından doğulmuş 01 iyun 2017-ci il təvəllüdlü X12 və 16 yanvar 2019-cu il təvəllüdlü X2 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq iddiaçı X8 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 307/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı və X10 arasında Yasamal rayon Qeydiyyat Şöbəsində 17 may 2016-cı il tarixli, 121 №-li akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 01 iyun 2017-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası X6 yanında qalması, 01 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi, mülki iş üzrə müvəqqəti alimentin tutulmasına dair Yasamal rayon məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)-6516/2019 saylı qərardadının ləğv edilməsi, iddia tələbinin 16 yanvar 2019-cu il təvəllüdlü X9 anası X6 yanında saxlanılması və yetkinlik yaşına çatanadək alimentin tutulmasına dair hissədə əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən nikahın pozulması iddiası ilə əlaqədər ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aliment tələbi ilə əlaqədər 13 (on üç) manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6516/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında onun tərəfindən ödənilmiş alimentin geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən normaları və işin halları nəzərə alınmaqla iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 109-cu maddəsinin tələbindən görünür ki, alimentin ödənilmiş məbləği həmin maddədə göstərilən 3 haldan başqa digər hallarda geri tələb oluna bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, məhkəmənin qərardadı ilə iş üzrə iddiaçıdan mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək müvəqqəti aliment tutulması qərara alınmış və həmin qərardad iş üzrə çıxarılmış yekun məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ödənilmiş alimentin geri qaytarılması üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "ödənilmiş alimentin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "ödənilmiş alimentin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar