Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3711/2023 19.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçünçü şəxslər tərəfindən mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçünçü şəxslər tərəfindən mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulması; "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulması; xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulması; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı 21.000 ABŞ dolları borc vermişdir. Kredit müqaviləsinin təminatı üsulu kimi bağlanmış xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən İddiaçı 100.000 manat dəyərində 893,1 qram çəkidə müxtəlif qızıl-zinət əşyalarını "xxxx" MMC-yə girov qoymuşdur. İddiaçı zərgər olaraq daima "xxxx" MMC ilə əməkdaşlıq etdiyinə və uşağının təcili müalicəyə ehtiyacı olduğu üçün girov qoyduğu əşyalara xx.xx.2016-cı il tarixli girov müqaviləsində nə qədər qiymət yazılmasına əhəmiyyət verməmişdir. Məhkəmə mübahisələri zaman həmin müqaviləyə diqqət edən zaman girov predmetlərinin cəmi 16.671 ABŞ dolları qiymət qoyulmasını öyrənmişdir. Bu həqiqətə uyğun deyildir. Çünki, girov predmetinin qiyməti daima verilən kreditin məbləğindən yüksək olmalıdır. İddiaçı uşağını müalicə etdirdikdən sonra qısa zaman ərzində borcu qaytaracağına əmin olduğu üçün girov müqaviləsində qoyulan qiymətlə maraqlanmamışdır. Sonradan İddiaçı maliyyə vəziyyəti pisləşdiyinə görə krediti vaxtında ödəyə bilməmiş və "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-ci il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 23.706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı səhhətində yaranmış problemlərlə bağlı qətnamədən apellyasiya şikayətinin verilməsini üzürlü səbəblərdən ötürmüşdür. Bunun üçün xx.xx.2019-cu il tarixli ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, həmin qətnamədən ötürülmüş apellyasiya şikayətinin müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizənin təmin edilməsi barədə xx.xx.2019-cu il tarixli 2(032)-95/2018 nömrəli qərardad qəbul etmişdir. Həmin qərardadla müddət bərpa edilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, apellyasiya şikayəti üzrə müddətin bərpa edilməsi barədə ərizəyə hələ baxılmasına qədər, İddiaçı tərəfindən apellyasiya şikayətinin bir nüsxəsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə təqdim olunmuşdur Qeyd edilən qərardaddan iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən şikayət verilmiş olsa da, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-3076/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra icraatında baş vermiş qanunsuzluqlar işə baxan hakim tərəfindən aşkar edilmişdir. Apellyasiya instansiyasında müəyyən olunmuşdur ki, Şirvan şəhər Məhkməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra olunması üçün icra vərəqəsi verildikdən sonra, hazıki iş üzrə cavabdehlərdən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Lətifov xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul etməklə yanaşı, həmin tarixdə 22889/2019-10-2 nömrəli tələbin könüllü icra olunması barədə bildiriş tərtib etmişdir. Ancaq həmin bildiriş və qərar icra icraatı üzrə borclu İddiaçı göndərilməmişdir, yəni qəsdən gizlədilmişdir. Baxmayaraq ki, həmin qərar və bildiriş “İcra haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən bir gün müddətində işdə tərəf olan borcluya (yəni İddiaçı) göndərilməli idi. Daha sonra, xx.xx.2019-cu il tarixli Akt tərtib edilmiş və guya İddiaçı İcra Şöbəsinə çağırılmış olsa da, hansısa izahatı yazmaqdan imtina etməsi barədə aktlaşdırılmışdır. Baxmayaraq ki, ümumiyyətlə həmin Aktdan və icraata başlamaq haqqında qərar və bildirişdən heç zaman borclunun xəbəri olmamışdır. Hətta sonradan məhkəmə prosesi zamanı həmin qərar və bildirişin borcluya göndərilməsini və rəsmi qaydada çatdırılmasını təsdiq edən hansısa rəsmi sənədlər olmamışdır (yəni göstərilən sənədlərin İddiaçı tərəfindən alınmasına dair). Bundan sonra, icra məmuru tərəfindən yenə də gizlin şəkildə xx.xx.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. Hansı ki, bu qərar da iş üzrə borclu olan İddiaçı təqdim edilməli idi, bunu da icra məmuru etməmişdir. Həmin qərara istinadən, hazırki iş üzrə cavabdehlərdən "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli 153-19 nömrəli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” tərtib edilərək, girov predmeti olan qiymətlilərin ümumi dəyərini 38.112 manat müəyyən etmişlər. Lakin həmin qızıl-zinyət əşyalarının minimal dəyəri 100.000 manatdan aşağı ola bilməzdi. Qiymətləndiricinin hesabatının tərtib edildiyi xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi Yasin Ədilov tərəfindən 2033/10 nömrəli təkilf məktubu tərtib edilərək, "xxxx" MMC-yə qeyd edilən qızıl-zinyət əşyalarının əldə edilməsi üçün iş üzrə tələbkara təklif etmişdir. Çox maraqlıdır ki, qiymətləndiricinin rəyi tərtib edilən günü də icra şöbəsi tərəfindən təklif verilmişdir. Qiymətləndirmə barədə hesabatın hansı müddətdə İcra Şöbəsinə daxil olması şübhəli halları özündə müəyyən edir. Eyni zamanda da, təklif iş üzrə tələbkarın nümayəndəsinin imzası ilə qəbul edilməsi barədə müvafiq qeyd həmin təklif məktubunda da əks olunmuşdur. Bundan sonra, tələbkar "xxxx" MMC xx.xx.2019-cu il tarixli 123 nömrəli məktubu ilə qətnamədə göstərilən qızıl-zinyət əşyalarının, hansı ki, girov qismində qoyulmuşdur, onları borc əvəzi olaraq qəbul edilməsi barədə rəsmi qaydada Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə bildirmiş və icra icraatına xitam verilməsini xahiş etmişdir. Məktub xx.xx.2019-cu il tarixdə İcra şöbəsinə daxil olunması kimi rəsmiləşdirilmiş və İcra Şöbəsinin icra məmuru Dəyanət Lətifov da xx.xx.2019-cu il tarixli qərarla həmin iş üzrə icra icraatına xitam vermişdir. Yuxarıda göstərilən bu hallar xx.xx.2019-cu il tarixdə qərardan verilmiş şikayət üzrə işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən müəyyən olunmuşdur. Bu səbəbdən, işə baxmış hakim qərardaddan başqa, özünün həmin tarixli təqdimatını da tərtib edərək, Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin rəisi ədliyyə müşaviri Nizami Hüseynova rəsmi qaydada müraciət edərək, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi Yasin Ədilov və böyük icra məmuru Dəyanət Lətifov barədə müvafiq tədbirlərin götrülməsi və sonda da Şirvan Apellyasiya Məhkəməsinə rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyasında icraata xitam verilməsi barədə qərardan xəbər tutan iş üzrə borclu İddiaçı həmin qərardan xx.xx.2019-cu il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayət vermişdir. Şikayət Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi yenidən icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərar ləğv edildiyindən icra icraatı üzrə iş davam etdirilmişdir. Çünki, artıq həmin vaxt Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyasının icraatında olmuşdur. Bunun üçün icra icraatı “İcra haqqında” Qanunun 17-ci maddəsinə əsasən dayandırılmalı olduğundan, icra məmuru tərəfindən bu barədə müvafiq qərar qəbul olunmalı idi. Bundan başqa, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi xx.xx.2019-cu il tarixli 22889/10-2 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edərək, İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verildiyi və bunun da nəzərə alınmasını xahiş etmişdir. Həmin məktuba cavab olaraq da, "xxxx" MMC xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məktub isə xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Ancaq tələbkar yaddan çıxartmışdır ki, məktubu hazırlayarkən və onu da icra şöbəsi əldə etdiyi vaxt artıq xx.xx.2019-cu il tarixdə icraata xitam verilmə barədə qərar olmuşdur. Ümumiyyətlə, tələbkarın icraata xitam verilmə barədə qərardan xəbəri belə olmamışdır. Buna səbəb, İddiaçı tərəfindən müddətin bərpa olunması barədə ərizəni və apellyasiya şikayətini İcra Şöbəsinə verdiyi vaxt qəsdən əvvəlki tarixə belə bir qərar qəbul etmişlər. Bunun səbəbidir ki, tələbkarın belə bundan xəbəri olmamış və həmin qərar da məhkəmənin xx.xx.2019-cu il tarixli digər qərardadı ilə ləğv olunmuşdur. İcraata başlamaq haqqında qərar ləğv edildikdən sonra və apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə prosesləri davam etmişdir. İşə baxan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-442/2020 nömrəli yeni qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra icraatı davam etdirilməli idi. Çünki həmin qətnamə üzrə vaxtı ilə icra məmuru tərəfindən icraata xitam verilmə barədə qərar ləğv edildiyindən, icra icraatı yenidən bərpa olunmalı idi və məhkəmənin qətnaməsi qətnamədə nəzərədə tutulmuş qət etdi hissəsinə uyğun olaraq da icra olunmalı idi. Buna baxmayaraq, icra məmuru Dəyanət Lətifov yenidən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və həmin tarixdə də tələbin könüllü icrası barədə, 64508/2020- 10-2 nömrəli bildiriş tərtib etmişdir. Bu dəfə də hər hansı bir icra hərəkətlərinin getmədiyini görən, eləcə də şifahi qaydada aldığı məlumata əsasən qızıl-zinyət əşyalarının satılması barədə məlumat alan İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək sənədlərin surətlərini istəmişdir. Həmin tarixdə də sənədlərin kserosurətləri əldə olunarkən müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli Protokol tərtib edilmiş və həmin protokola əsasən də ona məxsus olan qızıl-zinyət əşyaları başqa şəxslərə satılmışdır. Ancaq protokolla tanış olarkən müəyyən olunmuşdur ki, protokol hərrac vasitəsi ilə deyil, iki müxtəlif aılıcı tərəfindən guya alınmışdır. Həmin protkoldan nə icra məmurunun xəbəri olmuş, nə də ki, qaydalara uyğun həyata keçirilməmişdir. Digər tərəfdən, ilk əvvəl tələbkar həmin qızıl-zinət əşyalarının icra məmurunun xx.xx.2019-cu il tartixli təklif məktubu əsasında borc əvəzinə götürdüyünü demişdir. Bunu da özünün xx.xx.2019-cu il tarixli məktubu ilə təsdiq etmişdir. Göründyü kimi, tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olan bir hərəkətlər həyata keçirməklə, borcluya məxsus olan və dəyəri dəfələrlə yüksək olan qızıl-zinət əşyaları dəyərindən neçə dəfə aşağı olan qiymətə satmaq adı altında ələ keçirilmişdir. Qeyd edilən protokol ilk növbədə tələbkarın xx.xx.2020-ci il tarixli məktubu ilə icra şöbəsinə göndərilmiş və hətta həmin qızılları almış şəxslər tərəfindən pulun ödənilməsini təsdiq edən qəbzlər də icra şöbəsinə təqdim edilmişdir. Baxmayaraq ki, yeni icraata başlamaq haqqında qərardan sonra qızılların satışı və digər istənilən icra hərəkətləri həmin qərara uyğun həyata keçirlməli olduğu halda, bunun heç biri edilməmişdir. Bundan sonra, icra məmuru özünün növbəti yeni qərarı ilə icra icraatına xitam vermişdir. Bütün bu yuxarıda qeyd olunanlar qanunvericiliyin kobud şəkildə pozulmasını özündə əks etdirməklə yanaşı İddiaçı məxsus olan qızıl-zinət əşyalarının qəsdən ələ keçirilməsini özündə göstərir. Belə olan halda, İddiaçı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və qızıl-zinət əşyalarının satılması barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı etibarsız hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və bu barədə müvafiq icra vərəqəsi verilmişdir. Bununla da müəyyən olunmuşdur ki, vaxtı ilə icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş icraata xitam verilmə barədə qərar əsassız olmuş və həmin qərarın verilməsi üçün əsas olmuş və icra icraatında tətbiq edilən hüquq müəyyənedici sənədlər məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. Çünki, icraata xitam verilməsi barədə qərar məhz bu sənədlər əsasında müəyyən olunmuş və onlara görə də yekun qərar çıxarılmışdır. Qeyd olunanlar onu göstərir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul olunmuş icraata xitam verilməsi barədə qərar ləğv olunmalı və Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi üzrə icraa icraatı davam etdirilməlidir . Hətta, Səbail rayon Məhkəməsinin qətnaməsindən sonra cavabdehə bu barədə rəsmi qaydada məlumatlandırsa da, cavabdeh özünün xx.xx.2022-ci il tarixli 1095/10-11 nömrəli məktubu ilə haqqında danışılan və mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Belə olan halda, Ağayev X1 şəhəri üzrə icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi üçün Şirvan şəhər Məhkəməsinə müraciət edərək, həmin qərardan apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması və qərarın ləğv olunmasını xahiş etmişdir. İşə baxmış Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)- 95/2018 nömrəli qərardadı ilə şikayət təmin edilmiş və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul olunmuş icraata xitam verilməsi barədə qərarı ləğv olunmuşdur. Qeyd olunan qərardaddan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2026/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardaddan şikayət verilməsi mümkün olmadığından, qanuni qüvvəyə minmiş və vaxtı ilə Şirvan şəhər Məhkəməsini xx.xx.2018ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin yenidən davam etdirilməsi üçün iş Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra, icra şöbəsi ilə daimi əlaqə saxlanılmış və icra hərəkətlərinin davam etdirilməsi tələb olunmuşdur. Ərizə ilə icra və probasiya şöbəsindən “Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi üzrə borclu olaraq tələbkar "xxxx" MMC-yə ödənilməli olan 23.706,51 ABŞ dolları kredit borcunun və eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tərəfindən ödənilməsi (icra olunması) məqsədi ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin bank (depozit) hesabının rəsmi qaydada bildirilməsi və icra icraatı üzrə həyata keçiriləcək bütün prosessual hərəkətlər barədə onu rəsmi qaydada məlumatlandırılması xahiş edilmişdir. Bundan sonra, İcra və Probasiya Şöbəsi girov predmetləri olan qızıl və zinət əşyalarının yenidən qiymətləndirilməsi barədə "xxxx" MMC-yə müfaiq sifariş məktubları göndərmişdir. Ancaq həmin sifarişin icra olunması mümkün olmamış və hətta "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli i-380/23 nömrəli məktubu ilə İcra və Probasiya Şöbəsinə bildirilmişdir ki, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023cü il tarixlərdə, yəni ümumilikdə 4 dəfə rəsmi qaydada müraciətlər edərək, qiymətləndiriləcək əşyalara mütəxəssisin qiymət qoyulması üçün şəraitin yaradılması xahiş edilsə də, qiymətləndirmənin həyata keçirilməsinin mümkün olmadığını göstərmişlər. "xxxx" MMC-nin qeyd edilən məktubundan sonra, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi xx.xx.2023-cü il tarixli “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul etmişdir. Bu qərardan İddiaçı tərəfindən yenidən şikayətlə Şirvan şəhər Məhkəməsinə müraciət olunmuş və işə baxan məhkəmə şikayətin təmin olunması barədə xx.xx.2023-cü il tarixli 2(032)-95/2018 nömrəli qəradad qəbul etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qəradadı qəbul edildikdən sonra, iş yenidən icra və probasiya Şöbəsinə qaytarılmışdır. Bununla da məhkəmənin mövqeyi belə olmuşdur ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tam yerinə yetirilməmiş və bunun üçün də icra hərəkətləri davam etdirilməlidir. İş yenidən İcra və Probasiya Şöbəsində olarkən, bir daha təsdiq edilmişdir ki, girov predmetləri olan qızıl-zinət əşyaları naturada mövcud deyildir. Eyni zamanda, həmin əşyaların satılmasını özündə təsdiq edən protokol da Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Nəticədə, qızıl-zinət əşyalarının qiymətləndirməyə təqdim olunması mümkün olmamışdır. Bütün bu xüsusatlar onu bildirir ki, qızılzinət əşyalarının yerində olmaması, icra işi üzrə tələbkarın da həmin əşyaları təqdim edə bilməməsi artıq icra işi üzrə borclunun məhkəmə qərarı üzrə olan borcunun ödənilməsini də mümkünsüz edir. Həmçinin, qeyd edilən əşyaların alqı-satqısını özündə əks etdirən proptokol da etibarsız sayılmışdır. Bu səbəblər Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 1167/10-11 nömrəli məktubu ilə rəsmi qaydada ətraflı bildirilmişdir Beləliklə, vaxtı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsinin icra olunması üçün nəzərdə tutulmuş icra icraatı təzələnmiş və yenidən icra hərəkətləri davam etidirlməsi məcburi hala çevrilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi tam icra olunmamış, protokol etibarsız hesab edildikdən sonra, həmin protokol üzrə olan və cavabdeh "xxxx" MMC-də girov saxlanılmalı olan qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Nə qədər ki, həmin əşyalar geri qaytarılmayıb, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə hal-hazırda Şirvan İcra və Probasiya Şöbəsində icra icraatında olan icra işinin həll olunması qeyri-mümkündür. Odur ki, haqqında danışılan əşyalar "xxxx" MMC-nin girovluğuna geriyə qaytarılmalı və icra işi üzrə icra hərəkətləri davam etdirilməlidir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdikləri ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, qızıllar satılıbsa onların bərpası çətin məsələdir. Qızıllar girov predmeti kimi qoyulduğu zaman qiymətləndirmə olmalıdır. Lakin girov müqaviləsinə əlavə olaraq qiymətləndirmə cədvəli, yaxud qızılların fotoşəkilləri məhkəməyə təqdim edilməmişdir. xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi bağlanmış girov müqaviləsi zamanı qızıl-zinət əşyalarının qiymətləndirilməsi olmuş və bu qiymətləndirmə hər iki tərəfin razılığı ilə olmuşdur. Qeyd edir ki, həmin müqavilə bağlandığı zaman o, "xxxx" MMC-nin rəhbəri olmamışdır. O, "xxxx" MMC-ni 2021ci ilin sentyabrında almışdır. Hazırda sənədlərin bir çoxu arxiv tərəfindən onlara təqdim edilmədiyi üçün yalnız məhkəmənin elektron sistemi vasitəsilə işdə olan sənədlərlə tanış olmuşdur. Bu səbəbdən ətraflı araşdırma apara bilmirlər. Məhkəmə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi elektron kabinetə yerləşdirilməklə, həmçinin “AZEMİS” vasitəsilə **********, ********** və ********* mobil nömrələrinə SMS bildirişi göndərməklə məlumat vermişdir. Lakin cavabdehlər, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC borcalan İddiaçı illik 29 faizlə, 30 ay müddətinə 20.277 ABŞ dolları kredit vermişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522-G saylı girov müqaviləsinə əsasən xx.xx.2016-ci il tarixli 08522 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyaları "xxxx" MMC-yə girov qoyulmuşdur. Girov müqaviləsi bağlanan zaman girov predmetləri qiymətləndirici tərəfindən 16.671 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-ci il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23.706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə pul tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predrnetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsində - çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov əmlakı borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində iddia ərizəsi rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, İddiaçı məxsus olan girov qoyulmuş 585 əyarlı, 190,3 qram çəkisində olan, 583 əyarlı, 284,9 qram çəkidə və 750 əyarlı 417,8 qram çəkisində olan qızıl-zinət əşyalarının bugünkü günə satış qiyməti 38.112,0 manat təşkil edir. Həmin hesabatdan görünür ki, qızıl-zinət əşyalarına baxış keçirilməsi üçün şərait yaradılmadığından məmulatların dəyəri, saxlanc girovun qiymətləndirilməsi, paketləşdirilməsi və təhvil-təslim aktının təqdim edilmiş surəti əsasında müəyyən edilmişdir. Qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-95/2018 nömrəli qətnaməsinə əsasən borclu İddiaçı cəmi 23.706,51 ABŞ dolları pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq “Viza Kredit BOKT“ MMC-yə ödənilməsi qət edilmişdir. Tələb girov qoyulmuş İddiaçı məxsus çəkisi 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən xx.xx.2019-cu il tarixdə daxil olmuş 2033/10-2 nömrəli məktubla “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə uyğun olaraq girov predmeti olan qızıl-zinət əşyaları tələbkar "xxxx" MMC-yə təklif edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 123 nömrəli məktubu ilə təklif qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə girov əmlakı olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Təqdim edilmiş hesabatda əmlakın qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: çəkisi 190,3 qram 585 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 7.231,4 manat, çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 10.826,20 manat, çəkisi 417,8 qram 750 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 20.054,4 manat, əmlakın ümumi dəyəri 38.112 manat təşkil edir. Qeyd olunan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixdə saat 10:00-da ünvan 1 ünvanda borc məbləğinin ödənilməsi üçün satışa çıxarılmışdır. Alqı-satqıda alıcı qismində Bakı şəhər sakinləri Cavabdeh1 (AZE № ********) və Cavabdeh2 (AZE № ********) iştirak etmişlər. Çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh1 18.057,6 manata satılmışdır. Çəkisi 417,8 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh2 20.054,4 manata satılmışdır. Satışdan əldə edilən 38.112 manat pul vəsaiti İddiaçı qətnamə üzrə müəyyən edilmiş borcunun ödənilməsinə yönləndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin rəisi N.Hüseynova ünvanlanmış Şirvan şəhəri İcra və Probasiya şöbəsinin rəisi Yasin Ədilov və böyük icra məmuru Dəyanət Lətifov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına yol verilməsi barəsində 2(106)- 3076/2019 saylı xx.xx.2019-cu il tarixli təqdimatından müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməsi üçün Şirvan şəhəri İcra və Probasiya şöbəsinə göndərilmiş və böyük icra məmuru Dəyanət Lətifovun icraatına verilmişdir. xx.xx.2019-cu il tarixdə böyük icra məmuru Dəyanət Lətifov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə borclu İddiaçı adına ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında həmin bildirişin borcluya rəsmi qaydada göndərilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında tələbin yönəldiyi girov predmeti olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və qiymətləndirməyə verilməsi üçün tələbkarın nümayəndəsinə təqdim edilmişdir. İş materiallarında həmin qərarın işdə iştirak edən digər tərəfə, yəni borcluya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə girov əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC- nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli hesabatı Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə də 38112 manat məbləğində qiymətləndirilmiş girov predmeti olan qızıl-zinət əşyaları onun mülkiyyətçisinə, yəni borcluya bu barədə məlumat verilmədən və ona həmin qiymətləndirmə hesabatına münasibətini bildirmək üçün hüquqi imkan yaratmadan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin rəisi Yasin Ədilov tərəfindən tələbkar təşkilata cəmi 23.706,51 ABŞ dolları, yəni hazırki məzənnə ilə (23706,51 ABŞ dolları x 1,70 manat) 40.301,067 manat borc əvəzinə təklif olunmuş, həmin təşkilat tərəfindən sözügedən qızıl-zinət əşyaları borc əvəzinə qəbul olunmuş və sözügedən icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixdə tələbkar "xxxx" MMC-nin xahişi nəzərə alınaraq 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, borclu İddiaçı sözügedən icra sənədi üzrə həyata keçirilən icra tədbirləri barədə, o cümlədən onun mülkiyyətində olan girov əmlakın qiymətləndirilməsi barədə qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərar və qiymətləndirmənin nəticələri barədə xx.xx.2019-cu il tarixli hesabat haqqında rəsmi qaydada məlumat verilməməklə borclunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-95/2018 saylı qərardadından müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarın ləğv edilməsi haqqında cavabdeh İddiaçı şikayəti təmin edilmiş, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)- 442/2020 saylı qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021-ci il il tarixli qərarından müəyyən edilir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə İddiaçı (3-cü şəxs qismində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və qızıl-zinət əşyalarının satılması barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı etibarsız hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-95/2018 saylı qərardadı ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2026/2022 saylı qərardadı ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-95/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-95/2018 saylı qərardadı ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icra edilmədən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsi verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 may 2023-cü il tarixli 1167/10-11 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə «Əmlakın qiymətləndirilməsinin nəticələri» haqqında hesabat və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmiş, lakin qızıl-zinət əşyalarının geri qaytarılmasını özündə ehtiva etməmişdir. Hazırkı vaxtadək qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair hər hansı icra sənədi şöbənin icraatına daxil olmamışdır. Qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə iddiasını məhkəmə qaydasına mübahisələndirməsi ona tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilsə də, tərəflər əvvəlki vəziyyətə qaytarılmamış, yəni xx.xx.2019-cu il tarixli protokol üzrə satılmış qızıl-zinət əşyaları girovluğa qaytarılmamış və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlar geri qaytarılmamışdır. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını təmin etmək, yəni girov predmetinə tutmanın yönəldilməsi üçün əşyaların qiymətləndirilməsini həyata keçirilməsi mümkün deyildir, həmçinin borclunun icra sənədi üzrə borcu könüllü ödəməklə, girov predmetlərini geri almasını qeyri-mümkün edir. Odur ki, məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli protokol üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalı, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Cavabdeh1 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulmalıdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı, həmin qızılzinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun Cavabdeh2 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulmalıdır. xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqları bərpa olunsun və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulmalıdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Cavabdeh1 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulsun. "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulsun, həmin qızılzinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun Cavabdeh2 qaytarılması "xxxx" MMC-nin öhdəsinə qoyulsun. xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqları bərpa olunsun və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3711/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3711/2023
19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver