Məhkəmə qərarları › İş №e-2(004)-3717/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3717/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3717/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli C-MİC-1014/17 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 985,90 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci olmaqla, cəmi 1.016,30 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh mülkiyyətindəki “KİA PİCANTO” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Lexus ES 350” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncuya maddi zərər vurmuşdur. xx.xx.2017-ci il tarixli TYP 143735 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən hadisənin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. ”xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PB *** dövlət qeydiyyat nişanlı Lexus ES 350 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyan 5.985,50 manat müəyyən edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün Cavabdeh avtomobilinin icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC 5.000 manat sığorta ödənişini “xxxxxxxxxxxx” ASC-yə ödəmişdir, qalan 985,90 manat vəsaiti “xxxxxxxxxxxx” ASC zərərvuran Cavabdeh geriyə tələb edir. İddiaçı cavabdehə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdeh müvafiq sığorta ödənişini ödəməmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, mülkiyyətində olan “KİA PİCANTO” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində ** PB *** dövlət qeydiyyat nişanlı “Lexus ES 350” markalı avtomobilə vurulmuş 5985,50 manat zərərin 5.000 manatını onun avtomobilini sığorta etdiyi “xxxxxxxxxxxx” ASC iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödəmişdir, qalan 985,90 manat vəsaiti ödəməyə madi imkanı yoxdur. 985,90 manat vəsaiti hər ay 30 manat olmaqla hissə-hissə “xxxxxxxxxxxx” ASC-yə ödəyə bilər. Çünki, o, ayda 280 manat əmək haqqı alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiatəmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətindəki “KİA PİCANTO” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Lexus ES 350” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncuya maddi zərər vurmuşdur. xx.xx.2017-ci il tarixli TYP 143735 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən hadisənin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. ”xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PB *** dövlət qeydiyyat nişanlı Lexus ES 350 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyan 5985,50 manat müəyyən edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün Cavabdeh avtomobilinin icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC 5.000 manat sığorta ödənişini “xxxxxxxxxxxx” ASC-yə ödəmişdir, qalan 985,90 manat vəsaiti “xxxxxxxxxxxx” ASC zərərvuran Cavabdeh geriyə tələb edir. Bu səbəbdən, iddiaçı cavabdehdən subroqasiya qaydasında sığorta ödənişinin geri qalan məğləğini geriyə tələb etməkdə haqlı deyildir. Çünki, Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2017-ci il tarixli C-MİC-1014/17 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 985,90 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci olmaqla, cəmi 1.016,30 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli C-MİC-1014/17 nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 985,90 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci olmaqla, cəmi 1.016,30 (bir min on altı manat otuz qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar