Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-376/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar, xx.xx.2018 tarixdə Cavabdeh ilə Yasamal rayon İcra Hakimiyyəti arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən, sözügedən evin iddiaçının payına düşən 1/3 hissəsinin mülkiyyətçisi qismində 58.333.33 manat məbləğində kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşaması nəzərə alınaraq, iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%-i miqdarında çətinliklə bağlı ödənişin, ümumilikdə 75.833.32 manat, iddia ərizəsinin verilməsinə görə 318 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilıə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar, xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında bağlanan alqı-satqı müqavilələrinə əsasən, sözügedən evin payıma düşən 1/3 hissəsinin mülkiyyətçisi qismində 66795 (altmış altı min yeddi yüz doxsan beş) manat məbləğində kompensasiya və iddia ərizəsinin verilməsinə görə 291 manat dövlət rüsumu, ümümilikdə 67086 (altmış yeddi min səksən altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə üzrə tələbin ilkin formasının artması barədə təəssürat yaransa da, tələb mahiyyəti üzrə artmamış, ödənilmiş kompensasiya məbləğinin 1/3 hissəsinin tələb edilməsi xüsusatı olduğu kimi qalmışdır, tələb qalan hissədə isə azaldılmışdır. Odur ki, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7787/14 saylı qətnaməsinə əsasən Cavabdeh mirası qəbul etmə faktının tanınması tələbinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu, Muxtadır küçəsi 34/36 saylı evin Cavabdeh tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh və İddiaçı iddia tələbləri qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi 34/36 saylı evə mirası qəbul etmək faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə isə İddiaçı payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2445/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsi dəyişiklik edilmədən, şikayət təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsi qanuni qüvvəyə minərək, həmin tarixli icra vərəqəsinə əsasən icraya yönəldilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli **********56 nömrəli, xx.xx.2018- ci il tarixli **********23 nömrəli və xx.xx.2018-ci il tarixli **********03 nömrəli məktubları ilə Bakı şəhəri Yasamal rayonu, Muxtadır küçəsi 34/36 saylı evin 1/3 hissəsinə dair iddiaçının adına çıxarışın verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi qeyd olunan birinci məktubundakı imtinasında qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2425/2017 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı icra üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə daxil olmamış, Bakı şəhəri Yasamal rayonu, Muxtadır küçəsi 34/36 saylı evin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 5545/2015 saylı qərardadı ilə həbs qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məktubunda eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 saylı qətnaməsinin icaraya yönəldilməsinə dair icra sənədini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2425/2017 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat və müvafiq evin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadının Bakı şəhər Ərazi İdarəsinə rəsmi qaydada daxil olduğu təqdirdə ərizəyə qanuna müvafiq qaydada baxıla biləcəyini bildirmişdir. Bakı şəhəri Yasamal rayonu, Muxtadır küçəsi 34/36 saylı evin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-5545/2015 saylı qərardadı ilə qeyd olunan evin üzərinə həbs qoyulmasına dair Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-101/2017 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri, Səid Rüstəmov (keçmiş Muxtadır) küçəsi 34/36 saylı fərdi yaşayış evinin üzərindən həbs götürülmüş, lakin sözügedən qətnamə yenə icra edilməmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3522/2018 saylı qərarına əsasən, Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən “Çıxarış”ın verilməsi vəzifəsinin həvalə edilməsinə dair” tələbi təmin edilərək, Bakı şəhəri Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evin 1/3 hissəsinə dair mülkiyyət hüquqularının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən “Çıxarış”ın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3522/2018 saylı qərarından apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səid Rüstəmov (keçmiş Muxtadır) küçəsi 34/36 saylı evə dair yeni “Çıxarış”lar alana qədər mülkün dövlət ehtiyacları üçün sökülməsi məlumatını aldıqdan sonra dəfələrlə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal rayon Söküntü Komissiyasına rəsmi ərizələr və teleqram ilə müraciət edərək, həmçinin təxminən 12 dəfə Yasamal rayon Söküntü Komissiyasınn sədrinin və köməkçilərinin qəbulunda olaraq, sözügedən evin 1/3 hissəsin mülkiyyətçi kimi kompensasiya almağım üçün ayrıca kod verilməsini, həmçinin kompensasiyanın şəxsən iddiaçının özünə veriməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, Yasamal rayon Söküntü Komissiyası tərəfindən Cavabdeh adına 5022/12 saylı və iddiaçının adına 5022/13 saylı kodlar açılmış, lakin hər iki kodlar Cavabdeh təhvil verilmiş, sonuncu ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin Yasamal rayon filialından 177.250 manat məbləğində kompensasiya almışdır. Həmin dövrdə Cavabdeh iddiaçıya bildirmişdir ki, onun aldığı kompensasiya məbləği yalnız onun payına düşən 2/3 hissəsinə aiddir, iddiaçıya heç bir borcu yoxdur və iddiaçı qanunla almalı olğuğu kompensasiya məbləğini Yasamal rayon İcra Hakimiyyətindən tələb etməlidir. Bu məsələ ilə əlaqədar icra hakimiyyəti orqanına müraciət etdikdə,xx.xx.2018-ci il tarixli məktubu ilə kompensasiyanın ödənilməsindən imtina edilmiş və bildirilmişdir ki, xx.xx.2018 tarixdə Cavabdeh (birinci tərəf) ilə Yasamal rayon İcra Hakimiyyəti (ikinci tərəf) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar cavabdeh Bakı şəhəri, S. Rüstəmov küçəsi 34 saylı yaşayış evi üçün 177.250 manat kompensasiya almışdır və kompensasiyanın iddiaçıya çatmalı olan hissəsini əldə etmək üçün Cavabdeh və ya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilir. Buna görə, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə “yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə köçürülməyimlə əlaqədar kompensasiyanın ödənilməsinin həvalə edilməsinə dair” cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar mülkün 1/3 hissəsinin mülkiyyətçisi qismində kompensasiyanın ödənilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, evin dövlət ehtiyacları üçün sökülməsi məqsədi ilə 58333,33 manat məbləğində kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq ona ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%-i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 75833,32 manat məbləğində kompensasiyanın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir (2-1(112)-1357/2021 nömrəli iş). İkinci iddia üzrə iddiaçılar Cavabdeh və Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanının texniki pasportu və baş planında qeyd olunmuş 235 kv.m sahənin 2/3 hissəsinin, yəni 157 kv.m sahədən onun aldığı 53 kv.m sahə çıxıldıqdan sonra qalan 104 kv.m sahənin kompensasiyasının mövcud olan 1500 manat qiyməti ilə hesablanmasının və ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişlər (2-1(112)-508/2021 nömrəli iş). Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-508/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 508/2021 nömrəli və 2-1(112)-1357/2021 nömrəli inzibati işlər 2- 1(112)-1357/2021 nömrə ilə bir icraatda birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 28 aprel 2023-cü il tarixli, 2-1(112)-111/2023 nömrəli qərarı ilə İddiaçı Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi”, Cavabdeh və Nümayəndə Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı“kompensasiyanın ödənilməsi” barədə iddia tələbləri rədd edilmişdir. İkinci iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, ikinci iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2683/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarımübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İkinci iddia üzrə iddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1067/2024 saylı qərarı ilə ikinci iddia üzrə iddiaçılar Cavabdeh və Nümayəndə kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2683/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, uzun müddətli məhkəmə çəkişmələrindən sonra Cavabdeh qanunsuz olaraq, Bakı şəhəri, S.Rüstəmov (keçmiş Muxtadır) küçəsi 34/36 saylı yaşayış evinə dair mülkiyyətçi kimi payına düşən 1/3 hissəsinə dair dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin mənimsəməyi aşkar olunmuşdur. Cavabdeh bu illər ərzində (2018-2024) yalan məlumatlar verərək, işi qəsdən süni şəkildə uzadmışdır ki, həqiqət üzə çıxmasın. İddiaçının 76 yaşı var və səhhətimdə ciddi problemlər mövcuddur. Hazırda yaşamağa evi yoxdur, qohumlarıın evində məskunlaşmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Vəkil iddiaya dair yazılı etirazını məhkəmə təqdim etmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 5 ünvanı paylı mülkiyyətdədir, 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları ilə bağlı alınmasına dair kompensasiya məbləği və əlavə maddi yardım məbləğləri barədə müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan birinci tərəf Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanı 177250 manat kompensasiya qarşılığında birinci tərəf ikinci tərəfin xeyrinə hüquqlarından imtina etmişdir. İş materiallarında olan birinci tərəf Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə ikinci tərəflər Nümayəndə və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli yazılı razılaşmanın (müqavilə) 1-ci bəndinə əsasən müəyyən edilir ki, ünvan 6 ünvanı dövlət ehtiyacları üçün alınmış və 177250 manat kompensasiya ödənilmişdir. Həmin müqavilənin 3 və 5-ci bəndlərinə əsasən, ikinci tərəfə əlavə olaraq 23637 manat kompensasiya ödənilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçiləri tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını ayırmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına tərəflər arasında münasibətlərə dair məhkəmə qərarları (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı və digərləri) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Hazırki mülki iş üzrə hər üç dispozitiv şərt yerinə yetirilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddia ərizəsinin təsviriəsaslandırıcı hissəsində qeyd edilən faktiki hallar həqiqətə uyğundur. ünvan 5 ünvanı paylı mülkiyyətdədir, 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları ilə bağlı alınmasına dair kompensasiya məbləği və əlavə maddi yardım məbləğləri barədə müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir. Birinci tərəf Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanı 177250 manat kompensasiya qarşılığında birinci tərəf ikinci təərfin xeyrinə hüquqlarından imtina etmişdir. Birinci tərəf Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə ikinci tərəflər Nümayəndə və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli yazılı razılaşmanın (müqavilə) 1-ci bəndinə əsasən ünvan 6 ünvanı dövlət ehtiyacları üçün alınmış və 177250 manat kompensasiya ödənilmişdir. Həmin müqavilənin 3 və 5-ci bəndlərinə əsasən, ikinci tərəfə əlavə olaraq 23637 manat kompensasiya ödənilmişdir. Notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətinə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ev 34 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçiləri tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını ayırmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Mübahisə predmeti olan mənzil iddiaçı və cavabdehin mərhum anasında miras qalmışdır. İddiaçı 40 ildən artıq müddətdir ki, ailə qurmuşdur, öz evi vardır, ailəsi ilə birlikdə öz evində yaşayır və mübahisə predmeti olan ünvanda yaşamır (xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçının qızı, nümayəndə X2 bu fikirləri bildirmişdir, bu hallar məhkəmə iclas protokola qeyd edilmiş, iclasın audio-video yazılarına qeydlər düşmüşdür). İddiaçı sözügedən əmlak üzrə 1/3 hissədə paylı mülkiyyətçidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1067/2024 nömrəli qərarı (xüsusən 16 və 25-ci bəndlər) hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malikdir. Nəticə etibarilə, Cavabdeh hüquqi baxımdan vicdanlı davranmamaqla hüquqdan sui-istifadə edərək iddiaçıya məxsus mülkiyyət payı üzrə verilən kompensasiyanı əldə edərək əsassız varlanmışdır. Cavabdeh əldə etdiyi vəsait barədə iddiaçını məlumatlandırmamış, onun mülkiyyət payına uyğun müvafiq hissəni iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin müqavilə üzrə notarial qaydada qəbul etdiyi öhdəlikləri pozmuşdur. Nəzərə alınır ki, icra hakimiyyəti orqanı ilə müvafiq müqavilə bağlanarkən cavabdeh həmin əmlakın iddiaçı (bacısı) ilə mübahisəli olduğunu, aralarında əmlakla bağlı uzun illərdir məhkəmə mübahisəsinin getdiyini bilirdi. Nəticə etibarilə, ödənilmiş 177250 manat kompensasiya məbləğinin 1/3 hissəsi, yəni 59083,33 manat pul vəsaitinə münasibətdə cavabdeh əsassız olaraq varlanmışdır. İddia ərizəsində (ilkin formada) həmin məbləğ 58333.33 manat kimi qeyd edilsə də, məhkəmə hesab edir ki, bu, texniki (hesab) xətadır. Odur ki, iddia ərizəsinin nəticə hissəsi üzrə ödənilmiş kompensasiya məbləğinin mülkiyyət payına uyğun 1/3 hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hal tələbdən kənara çıxma hesab edilmir. Cavabdeh tərəf arqument olaraq bildirir ki, həmin kompensasiya iddiaçının paylı mülkiyyətində olan əmlaka münasibətdə deyil, Cavabdeh və qardaşı (hazırki iş üzrə nümayəndə) Nümayəndə tərəfindən tikilmiş daha geniş sahəyə malik olan evə görə ödənilmişdir. Mübahisə predmeti olan əmlak söküldükdən sonra iddiaçı tərəfindən əmlaka çıxarış alınmış, mülkiyyət hüququ dövlət reyestri xidmətində qeydə alınmışdır. Cavabdeh tərəfin arqumentlərinə münasibətdə məhkəmə bildirir ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeyd alınmış mülkiyyət payını və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məlumatları əsas götürür. İcra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həmin kompensasiya məhz iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka (ev 34/36) münasibət ödənilmişdir. Hər bir halda, iddiaçı müvafiq əmlaka dair 1/3 hissədə mülkiyyətçi olsa da, həmin əmlak bir neçə il əvvəl sökülmüş və kompensasiya məbləği cavabdeh tərəfindən tam şəkildə əldə edilmişdir. Bu səbəbdən, Nümayəndə Məmmədli oğlu və Cavabdeh eyni mövqedən çıxış etmələri anlaşılandır. Əmlaka mülkiyyət hüququ barədə dövlət reyestrindəki qeyd əmlak söküldükdən sonra aparılsa da, qəbul edilmiş miras əmlakı miras açıldığı andan etibarən vərəsənin mülkiyyəti hesab edilir. Yəni, burada mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı andan deyil, miras açıldığı andan əldə edilmiş olur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Mülkiyyətin müdafiəsi xəyali hal almamalıdır. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzildə faktiki olaraq yaşamadığından o, köçürülmənin təsirinə məruz qalan şəxs kimi qiymətləndirilə bilməz. İddiaçının həmin evdə yaşaması sübuta yetirilmir, əksinə müəyyən edilir ki, o, 1981-ci ildən etibarən ailə qurmaqla başqa evdə daimi əsaslarla yaşayır (bunun əski iddiaçı tərəfindən sübuta yetirilmir). Mübahisə predmeti olan ev isə tərəflər anasının evidir (miras əmlakı predmeti). Odur ki, iddia tələbi məhz ödənilmiş 177250 manat kompensasiyanın 1/3 hissəsində əsaslıdır. Əlavə olaraq ödənilmiş 23637 manat isə məhz köçürülmənin təsirinə (əlavə xərclər kimi) məruz qalmış Nümayəndə (iddiaçının qardaşı) və Cavabdeh (iddiaçının bacısı) sonuncuların cəhdləri nəticəsində icra hakimiyyəti orqanı tərəfindən ödənilmiş, həmin proseslərdə iddiaçı iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, Nümayəndə hazırki mübahisə üzrə tərəf (cavabdeh) deyildir. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır. MM-in 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik müddət kəsici müddət deyil, iddia müddətidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu qisminə ödənilmiş 319 (üç yüz on doqquz) manat məhkəmə xərcinin 200 (iki yüz) manat hissəsi cavabdehə, 119 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 59083,33 (əlli doqquz min səksən üç manat otuz üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 200 (iki yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 59083,33 (əlli doqquz min səksən üç manat otuz üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 200 (iki yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-376/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-376/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver