Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3794/2022 27.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və hərracın yenidən təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və hərracın yenidən təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx/xx-63906/188430 saylı xx.xx.2022 ci il tarixli sifarişi üzrə iddiaçının mülkiyyətində olan və Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilən ünvan 1 ünvanında yerəlşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin satışı ilə bağlı keçirilmiş hərracın etibarsız elan edilməsi və həmin hərracın yenidən təyin edilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 227/2018015 saylı icra vərəqəsinə əsasən, Yasamal rayon İcra şöbəsinin 17/72- 63906/188430 saylı xx.xx.2022 ci il tarixli sifarişi üzrə onun mülkiyyətində olan və Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələri satışa çıxarılmışdır. Ona məlumat verilmədən 20 may 2022-ci il tarixdə əmlakın satışına dair birinci hərrac keçirilmiş və iştirakçı olmaması səbəbindən hərrac baş tutmamış hesab olunmuşdur. Qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumatlara əsasən əmlakın satışına dair növbəti hərrac 08 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Onun ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvəqqəti təminat tədbiri kimi həmin tarixdə hərracın keçirilməsi dayandırılmışdır. İpoteka haqqında qanunun 42-ci maddəsinə əsasən "'Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsim dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir)”. Bütün bu müddət ərzində o, bankla mübahisənin hərracdan kənar həll olunması, kreditləşmə hesabına əmlakın dəyərinin tam ödənilməsi məsələsini müzakirə etmişdir. (buna dair bankla yazışmaları mövcuddur) və əmlakın artıq satışa çıxarıldığından ümumiyyətlə xəbəri olmamışdır. O, kifayət qədər ödəniş qabiliyyətli şəxsdir və hazırda Cavabdeh1 ASC-də onun istifadə olunmamış 1 000 000 manata yaxın kredit limitimin olması ilə Bank onun ödəniş qabiliyyətli olmağını özü də təsdiq edir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən xəbərdar olunsaydı, əmlakımın hərracdan alınması üçün maliyyə mənbələri tapmaq imkanları daxilində idi və əmlakını elə birinci hərracdan da ala bilərdi. Lakin bank danışıqlar görüntüsü yaratmaqla əmlakının hərraca çıxarılmasını ondan gizli saxlamış, hərrac təşkilatı və icra qurumu onu hərrac barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırmamış və bununla da ehtimal ki, əmlakının daha aşağı qiymətlə özlərinə yaxın şəxslər tərəfindsən alınmasına nail olmaq istəyirlər. Bildirişin göndərildiyi ünvandan da görünür ki, sənədlər onun qeydiyyat ünvanına göndərilməmişdir. İkinci hərracın təyin olunma vaxtından da göründüyü kimi, kifayət qədər az bir müddətimin olması səbəbindən, iddianın müvəqqəti təminat tədbirinə dair ərizə ilə müraciət etmiş və Yasamal rayon məhkəməsi tərəfindən ərizəsi təmin edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 ASC iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx/xx-63906/188430 saylı, xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba əlavə olunmuş 63906/18 saylı hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 227/2018-015 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon icra Şöbəsi tərəfindən verilmiş xx/xx- 63906/188430 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyyəsi, borclu X8 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə 2-ci səviyyəsi, borclu X2 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə ilkin hərracın keçirilməsi 20 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 20 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 20 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından təkrar hərrac 08 iyun 2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd olunur ki, hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X4 (Portalında) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022- ci il tarixli, 838/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq bildiriş verilmişdir. Hazırkı iş üzrə təkrar hərrac xx.xx.2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilsə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadı ilə hərrac sifarişinin icrası xx.xx.2022-ci il tarixinədək dayandırılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixinə təyin edilmiş təkrar hərracın keçirilməsi dayandırılmış və bu barədə xx.xx.2022-ci il tarixli, 990/22 saylı məktubla tərəflərə məlumat verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin “X5”-nın nəznində yaradılmış Cavabdeh2 MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli, xx/xx- 63906/18-12857 saylı məktuba (daxil olma xx.xx.2022-ci il) qoşma ilə göndərilən xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı icra vərəqəsi ilə müəyyən edilir ki, İddiaçı məhkəmədə iddia ərizəsi verilənədək Bakı şəhəri Yasamal rayon icra Şöbəsi tərəfindən verilmiş xx/xx- 63906/188430 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyvə, eləcə də 2-ci səviyyəsinin satışa çıxarılmasına dair xx.xx.2022-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir. Bununla da, hazırkı iş üzrə hərracın keçirilməsi davam etdirilərək təkrar hərrac 22 iyul 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın xx.xx.2022-ci il tarixə keçirilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də ( E- herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 22 iyul 2022- ci il tarixli protokolun surətindən görünür ki, 22 iyul 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 1466/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ipotekasaxlayana təklif olunmuşdur. Hazırkı vaxta hərracın ipotekasaxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilməmişdir. Nəzərə alınmalıdır ki, ipotekasaxlayan xx.xx.2022-ci il tarixinədək ipoteka predmetini əldə etmək hüququna malikdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də əlavə edilən sənədlərdən görünür ki, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. İddiaçı nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilmiş, həmçinin “AZEMİS” elektron informasiya sistemi vasitəsilə iddiaçıya SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılaraq, yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə və Yasamal rayon İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ipotekasaxlayana təklif olunmuş və bank tərəfindən təklif qəbul edilmişdir. Hərracın ipotekasaxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilmiş, həmçinin əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-227/2018 nömrəli icra vərəqəsindən görünür ki, 14 aprel 2016-cı il tarixli. K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, X1, X6 və X11 oğlundan iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə “1111796,34 manat əsas, 449536,09 manat faiz, 32155,81 manat cərimə, cəmi 1593488,24 manat məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və X1 iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat 20 faiz, 2767,63 manat cərimə, cəmi 242615,60 manat məbləğində pul vəsaiti, 07 avqust 2015-ci İl tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015- 129LG bank qarantiyası üzrə cavabdehlər ‘‘VENTTO ELEKTRONİKS” MMC-dən və X1 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898, 36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, X1, X7 və X3 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx/xx-63906/188430 saylı, xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba əlavə olunmuş 63906/18 saylı hərracın keçirilməsi haqqında sifarişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 227/2018-015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Yasamal rayon icra Şöbəsi tərəfindən verilmiş xx/xx-63906/188430 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyyəsi, borclu X8 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə 2-ci səviyyəsi, borclu X2 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İş materiallarında olan “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2022- ci il tarixli 192/22 nömrəli bildirişdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə ilkin hərracın keçirilməsi 20 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. İş materiallarında olan “Hərracın baş tutmamasına dair” 20 may 2022- ci il tarixli protokolun surətindən görünür ki, 20 may 2022- ci il tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin iş materiallarına əsasən müəyyəjn edilir ki, hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. İş materiallarında olan “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022- ci il tarixli 338/22 nömrəli bildirişdən görünür ki, təkrar hərracın keçirilməsi 08 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadına əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilməsi və məhkəmədə iddia ərizəsi verilənədək 1 (bir) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək Yaşama rayon İcra şöbəsinin xx/xx-63906/188430 saylıç xx.xx.2022 ci il tarixli sifarişi üzrə mülkiyyətində olan və Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 6 ünvanında yerəlşən qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrinin satışa çıxanlmasına dair xx.xx.2022ci il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 990/22 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadına əsasən hərrac sifarişi üzrə hərracın keçirilməsi xx.xx.2022-ci il tarixədək dayandırılmış və bu barədə xx.xx.2022ci il tarixli, 990/22 saylı məktubla tərəflərə məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh2 MMCyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-63906/18-12857 saylı məktuba qoşma ilə göndərilən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı icra vərəqəsi ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadından Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadı ləğv edilmişdir. İş materiallarında olan “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022- ci il tarixli 1284/22 nömrəli bildirişdən görünür ki, təkrar hərracın keçirilməsi 22 iyul 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. İş materiallarında olan “Hərracın baş tutmamasına dair” 22 iyul 2022- ci il tarixli protokolun surətindən görünür ki, həmin tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1466/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-227/2018- 015 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon icra Şöbəsi tərəfindən verilmiş xx/xx-63906/188430 saylı, xx.xx.2022- ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyyəsinin təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 280500 manat), borclu X8 mülkiyyətində olan, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-cı mərtəbə 2- ci səviyyəsinin təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 119.000 manat), borclu X2 mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 131.750 manat) 25 faiz az olmayan qiymətə əldə edilməsi ipotekasaxlayana təklif olunmuşdur. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 227/2018-015 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon icra Şöbəsi tərəfindən verilmiş xx/xx-63906/188430 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə, 1-ci səviyyəsi, borclu X8 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbə 2-ci səviyyəsi, borclu X2 mülkiyyətində olan, tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İlkin hərracın keçirilməsi 20 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 20 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından təkrar hərrac 08 iyun 2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X4 (Portalında) (WWW.birja.news.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) dərc olunmuşdur. Təkrar hərrac xx.xx.2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilsə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadı ilə hərrac sifarişinin icrası xx.xx.2022-ci il tarixinədək dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(004)-165/2022 saylı qərardadı ləğv edilmişdir. Daha sonra, hərracın keçirilməsi davam etdirilərək təkrar hərrac 22 iyul 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Təkrar hərracın xx.xx.2022-ci il tarixə keçirilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus” X4 (Portalında) (dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com”) yerləşdirilmişdir. 22 iyul 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. İpoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan tərəfindən təklif qəbul edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdlə təsdiq edilir ki, həm ilkin, həm də təkrar hərracların keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş, həmçinin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Odur ki, Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və hərracın yenidən təyin edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası X5 Əmlak Hərrac Mərkəzinə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi və hərracın yenidən təyin edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3794/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3794/2022
27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver