Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-383/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməklə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 evdən – iddiaçının payına düşən 8, 9, 10 saylı otaqlardan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və 8, 9 və 10 saylı otaqların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2021ci il tarixli çıxarışa əsasən ünvan 2 ev (daşınmaz əmlakın reyestr nömrəsi **********31) paylı mülkiyyətdə olaraq: X2 - ½ Cavabdeh3 - 2/6 İddiaçı - 1/6 hissəsinə pay hüququ təsdiq edilmişdir. Sonra İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı“paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 2(004)- 37/2023 saylı 18 aprel 2023 tarixli Qətnaməsi ilə iddianı qismən təmin edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın, İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələr qadağan edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 01 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin qət etmişdir. Həmin Qətnamə, apellyasiya şikayəti verilmədiyi üçün, qanuni qüvvəyə minmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7320 saylı xx.xx.2023 tarixli ekspert rəyinə əsasən, sözü gedən evə dair mülkiyyətçilərin hər birinə düşən sahələr: X2 - 86.8 kv.m Cavabdeh3 - 58.2 kv.m İddiaçı - 28.7 kv.m müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri əşyaları ilə birlikdə həmin evdən istifadə etdikləri üçün, mülkiyyətində olan evdə hələ də yaşaya və ondan istifadə edə bilmir. Dəfələrlə cavabdehlərlə bu məsələyə dair mübahisələr, davalar olub və olmaqdadır. Bununla yanaşı həmin evdə müəyyən konstruksiya dəyişiklikləri etdikləri üçün ona maddi ziyan da vurublar. Hesab edir ki, Bakı şəhəri,Yasamal rayonu, 18-ci Nərimanov döngəsi, 6 saylı evə dair 1/6 hissəsinə olan payına görə mülkiyyət hüququ məhdudlaşdırıldığı üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, idiaçı əvvəlcə məhkəməyə müraciət etmiş və qətnamənin icrasına xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəmdəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəmdəsnin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 37/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payının naturada ayrılması, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətində olan 10, 9 və 8 nömrəli otaqlarına köçürülməsi, Cavabdeh3 İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-37/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. İşin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-37/2023 saylı qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payının naturada ayrılması, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətində olan 10, 9 və 8 nömrəli otaqlarına köçürülməsi, Cavabdeh3 İddiaçı həmin mənzildə yaşamağına yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Həmçinin Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin mənzilin 10, 9 və 8 nömrəli otaqlarında qeydiyyatda olduqlarından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-37/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı ünvan 2 evdən – iddiaçının payına düşən 8, 9 və 10 saylı otaqlardan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və 8, 9 və 10 saylı otaqların boşaldılmasını məhkəmədən xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, ünvan 2 evdən – iddiaçının payına düşən 8, 9 və 10 saylı otaqlardan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı və mənzilin 8, 9 və 10 saylı otaqları boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 evdən – iddiaçının payına düşən 8, 9, 10 saylı otaqlardan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxarılsın və 8, 9, 10 saylı otaqlar boşaldılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-383/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-383/2024
16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver