Məhkəmə qərarları › İş №e-2(004)-3852/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3852/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3852/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin direktoru (nümayəndəsi) X6 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "maliyyə arayışının verilməsi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı "maliyyə arayışının verilməsi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin üzərinə yalnız iddiaçı X5 adma düzgün tərtib edilmiş maliyyə arayışını vermək öhdəliyinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 8000 A Z N məbləğində pulun, 100 A Z N dövlət rüsumu və 320 A Z N vəkilə ödənilən xidmət haqqmın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 iyul 2016-cı il tarixdə podratçı Cavabdeh MMC-nin direktoru X13 ilə sifarişçi X12 arasında “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” podrat müqaviləsi bağlanılmış və podratçı ümumi sahəsi 123.2 m2 olan 2-ci giriş, 9- cu mərtəbə, 3 otaqlı, 124 saylı mənzilin tikintisini öz üzərinə götürmüşdür. Müqavilə standart podrat müqaviləsidir, qeyd-şərtlə imzalanmamışdır. Hazırda mənzilə çıxarış almaq üçün "xxxx" MMC-dən maliyyə arayışı tələb olunur. Lakin MMC-nin direktoru Azər Şirinov tərəfindən 28 mart 2024-cü il tarixində verilən maliyyə arayışında iddiaçı ilə yanaşı digər iki şəxsin də (X7 və X14) adları qeyd edilmişdir. Bu şəxslərin iddiaçının əmlakımda heç bir sahibliyi mövcud deyil və onların adlarının arayışda qeyd edilməsi əsassızdır. Buna görə də, həmin maliyyə arayışı müqavilə şərtlərinə tamamilə zidd olduğundan etibarsızdır və nəticə etibarı ilə iddiaçı Şəbinə Şərifi həmin arayışla öz adına çıxarış ala bilmir. Bununla bağlı Azər Şirinova müraciət etdikdə, sadəcə İddiaçı adını yazaraq maliyyə arayışını verməyəcəyini bildirərək, düzgün qaydada tələb olunan maliyyə arayışını verməkdən imtina etmişdir. Bunun səbəbini soruşduqda isə, “X20 (iddiaçının keçmiş əri) və maliyyə arayışında göstərilən iki nəfərin (iddiaçının övladlarının) hüquqlarını müdafiə edirəm, onların hüquqlarını poza bilmərəm və həmin iki şəxsin də bu mənzil üzərində əmlak hüquqları vardır”, - deyir. Tərəflərindən “əmlak hüquqlarının kim təsdiq edir?”, - sual verildikdə, Azər Şirinov, - “MMC-nin Nizamnaməsində göstərilən fünksiyalara əsasən, o həmin şəxslərin əmlak hüquqlarını təsdiq edir” - cavabını vermişdir. Cavabdehin bu qanunsuz hərəkətləri İddiaçı mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Qeyd edək ki, iddiaçı mənzili satmaq istəmiş, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakını sata bilməmiş və nəticədə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh heç bir hüquqi əsas olmadan tələb edilən düzgün maliyyə arayışını verməkdən imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdeh 12 iyul 2016-cı il tarixli müqavilənin 3.1- ci bəndində müqavilənin ümumi dəyərinin ödənildiyini, iddiaçının mənzil tikintisi üçün borcunun olmadığı göstərilsə də, cavabdeh müqavilədə göstərilən qaydada yalnız iddiaçının adma maliyyə arayışını verməkdən imtina edir. Buradan da görünür ki, cavabdehin qanunsuz hərəkətləri iddiaçımn əmlakdan istifadə edə bilməməsinə və əmlakı barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdınlmasına hesablanmışdır. Hesab edirik ki, cavabdeh MMC-nin direktoru subyektiv fikirləri və qanunsuz məqsədlərinə görə iddiaçmın qanunla qorunan hüquqlarını pozduğu üçün məsuliyyət daşımalıdır. Hazırki iddia ilə bağlı sözügedən əmlakın özgəninkiləşdirilməsi üçün cavabdeh tərəfindən suni maneələrin yaradılması nəticəsində iddiaçı mənəvi ziyana uğramışdır. Qeyd edək ki, iddiaçı sözügedən mənzili sata bilmədiyindən müştəri itirmiş və gəlirlərindən məhrum edilmişdir. Belə ki, müqavilədə düzgün qeyd olunmasına baxmayaraq, məqsədli şəkildə yanlış tərtib edilmiş maliyyə arayışında adı çəkilən şəxslərin əmlaka heç bir hüququ olmadığı halda düzgü maliyyə arayışın verilməsindən imtina etdiyi üçün iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə uğramışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru (nümayəndəsi) Şirinov Azər məhkəməyə verdiyi izahatında göstərmişdir ki, sözügedən mənzil Cavabdeh MMC ilə X15 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən X1. Həmin mənzili X5 adına keçirilməsi üçün xx.xx.2016-cı il tarixində X15 Cavabdeh MMC-yə müraciət etmişdir. Bununla bağlı ərizə yazaraq, X15 həmin mənzilə X3 və X8 bərəbər hüququlu olmaqlarını qeyd etmişdir. Həmin ərizədə hazırkı iş üzrə iddiaçı X12 özü də bu şərtlə razı olduğunu qeyd etmişdir. Buna əsasən Cavabdeh MMC tərəfindən X5 adına müqavilə tərtib edilərkən bütün yuxarıda qeyd olunan şəxslərin bir ailə üzvləri olduqları (ata,ana, oğul, qız) üçün müqavilədə ancaq İddiaçı adı göstərilmişdi. Bu səbəbdən hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallaırnda olan: 08 fevral 2013-cü il tarixdə podratçı Cavabdeh MMC-nin direktoru X13 ilə sifarişçi X15 arasında bağlanılmış “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” podrat müqaviləsindən görünür ki, ümumi sahəsi 123.2 m2 olan İİ giriş, İX mərtəbə, İİİ otaqlı, 124 saylı mənzil X9 adına rəsmiləşdirilmişdir. X15 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, ümumi sahəsi 123.2 m2 olan İİ giriş, İX mərtəbə, İİİ otaqlı, 124 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsini, bərabər hüquqlu mülkiyyətçi kimi övladları X7 və X8 da qeyd edilməsini göstərmişdir. 12 iyul 2016-cı il tarixdə podratçı Cavabdeh MMC-nin direktoru X13 ilə sifarişçi X12 arasında bağlanılmış “çoxmənzilli yaşayış binasının tikintisi haqqında" podrat müqaviləsindən görünür ki, ümumi sahəsi 123.2 m2 olan İİ giriş, İX mərtəbə, İİİ otaqlı, 124 saylı mənzil X5 adına rəsmiləşdirilmişdir. Cavabdeh MMC-nin direktoru Azər Şirinov tərəfindən verilən 28 mart 2024-cü il tarixli 07 saylı maliyyə arayışından görünür ki, həmin arayışda “X2 (Ş/v AZE N 0******* xx.xx.2011-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilib) (bərabər hüquqlu mülkiyyətçilər X7,X14) ona görə ki, o həqiqətən Bakı şəhəri, İH-nin xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən Yasamal rayonu, Kənar Dairəvi 22A (keçmiş ünvan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi) ünvanında Cavabdeh MMC-yə ayrılmış 0.25 ha torpaq sahəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş 2 girişli, 12+1 (texııik) mərtəbəli yaşayış binasının 2-ci giriş,11-ci mərtəbəsində yerləşən sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilin dəyəri X12 (bərabər hüquqlu mülkiyyətçilər X7, X14) tərəfindən tam ödənilmişdir. Yuxarıda qeyd olunan mənzil vətəndaşın mülkiyyətidir və mənzilin alışı üçün borc qalmamışdır.” Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Tariyel” MMC-nin direktoru Azər Şirinov tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 07 saylı maliyyə arayışına Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə saxtakarlığının predmeti sayılmadığından toplanmış 172-C-24 saylı material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən qeyd olunduğu kimi, “vəzifəli şəxs olan Cavabdeh MMCnin direktoru Azər Şirinov tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli 07 saylı maliyyə arayışına 1-ci giriş,11-ci mərtəbəsində yerləşən sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilə bərabər hüquqlu mülkiyyətçilər X7, X4 yalan məlumatların daxil edilmişdir ki, bu da X12 tərəfindən müvafiq dövlət qurumlarından həmin mənzillə bağlı çıxarışın alınmasına mane olmuşdur.” 08 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkilin hesabına 320 manat məbləğində pul köçürülmüşdür. Azərbycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 08 fevral 2013-cü il tarixdə podratçı Cavabdeh MMC-nin direktoru X13 ilə sifarişçi X15 arasında bağlanılmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” podrat müqaviləsindən görünür ki, ümumi sahəsi 123.2 m2 olan İİ giriş, İX mərtəbə, İİİ otaqlı, 124 saylı mənzil X9 adına rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixdə X15 Cavabdeh MMC-yə ərizə ünvanlayıb mənzilin həyat yoldaşı İddiaçı adına rəsmiləşdirilməsinə dair müraciət etmişdir. Nəticə etibarilə, 12 iyul 2016-cı il tarixdə podratçı Cavabdeh MMC-nin direktoru X13 ilə sifarişçi X12 arasında bağlanılmış “çoxmənzilli yaşayış binasının tikintisi haqqında" podrat müqaviləsindən görünür ki, ümumi sahəsi 123.2 m2 olan İİ giriş, İX mərtəbə, İİİ otaqlı, 124 saylı mənzil X5 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Hazırki mübahisə mahiyyət etibar ilə maliyyə arayışında iddiaçıdan əlavə övladları- X7 və X8 da qeyd edilməsi ilə bağlı olmuşdur. Bununla da, iddiaçının daşınmaz əmlaka hüquqlarını dövlət qeydiyyatından keçirməklə müvafiq çıxarış almaq hüququ pozulmuşdur. Cavabdeh iddianı qəbul etmir, Nicat Şərifinin rəsmi müraciəti əsasında övladlarının bərabər hüquqlu mülkiyyətçi kimi maliyyə arayışında göstərdiyini bildirir. Halbuki, iddianın mahiyyətindən göründüyü kimi, mənzilin keçmiş sahibi X15 mübahisəli mənzillə bağlı hüququnu X10 ötürmüşdür. Mülki qanunvericiliyin tələbinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verdikdə, tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (Yeni qaydalarla: Yasamal rayonu, Kənar Dairəvi 22A) ünvanında inşa edilmiş yaşayış binasının ikinci giriş, on birinci mərtəbəsində yerləşən, sahəsi 123,2 kv.m olan 3 otaqlı, 124 saylı mənzilə olan hüququn İddiaçı verilidiyi halda, maliyyə arayışında övladlarının da göstərilməsi onun mənzilə dair hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi mənəvi zərər hissəsində yetərincə əsaslandırılmadığından təmin edilməlidir. Belə ki, mülki prosessul qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Tariyel" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (Yeni qaydalarla: Yasamal rayonu, Kənar Dairəvi 22A) ünvanında inşa edilmiş yaşayış binasının ikinci giriş, on birinci mərtəbəsində yerləşən, sahəsi 123,2 kv.m olan 3 otaqlı, 124 saylı mənzilin dəyərinin yalnız İddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MMC-nın üzərinə qoyulmalı; ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə olaraq, vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Tariyel" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (Yeni qaydalarla: Yasamal rayonu, Kənar Dairəvi 22A) ünvanında inşa edilmiş yaşayış binasının ikinci giriş, on birinci mərtəbəsində yerləşən, sahəsi 123,2 kv.m olan 3 otaqlı, 124 saylı mənzilin dəyərinin yalnız İddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MMC-nın üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə olaraq vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar