Məhkəmə qərarları › İş №e-2(004)-3876/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3876/2022

15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3876/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xx.xx.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 211448,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 280000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(004)-3876/2022 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(004)-3876/2022 nömrəli qərardadının ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(004)-3876/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(004)-3876/2022 saylı qərardadı ləğv edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa,hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-181/2022 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xx.xx.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 211448,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 280000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3638/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3638/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, eyni iddiaçın eyni cavabdehə qarşı eyni predmetlə bağlı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-181/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qəraradadından kassasiya şikayəti verilib-verilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-181/2022 saylı qərardadının qüvvəyə minməsi barədə sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hər iki halda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar