Məhkəmə qərarları › İş №e-2(004)-3888/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3888/2024

26.07.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3888/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1321,81 manat, İşsizlikdən sığorta fonduna olan 293,65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1191,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix -xx xxxx 1968-ci il, Doğulduğu yer – Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudmüvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN MÜŞTƏRƏK CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1321,81 manat, İcbari Tibbi Sığorta Fonduna 1191,58 manat, İşsizlikdən sığorta fonduna 293,65 manat olmaqla, ümumilikdə 2807,04 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********177400, xx.xx.2023-cü il tarixli **********278800, xx.xx.2023-cü il tarixli **********508100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1321,81 manat, işsizlikdən sığorta fonduna olan 293,65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1191,58 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində X1 Sistemi İmzalayan şəxs: Eldəniz Əhmədov / Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini / baş vergi xidməti müşaviri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4246/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadı ilə maraqlı şəxsin direktoru olduğu "xxxx" MMMC qeyri-kommersiya təşkilatı olması səbəbilə ərizənin geri qaytarılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri:

1. Ərizəçinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

2. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

3. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.İş materialları:

xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən “İri Sığortaedənlərlə İş Departamenti”nə 1768,99 manat vəsait pul köçürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən “İri Sığortaedənlərlə İş Departamenti”nə 412,04 manat vəsait pul köçürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən “İri Sığortaedənlərlə İş Departamenti”nə 2935,24 manat vəsait pul köçürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən “İcbari Tibbi Sığorta üzrə DA”-ya 1664,24 manat vəsait pul köçürmüşdür. 25 oktyabr 2023-cü il tarixli, **********4177400 nömrəli vergi ödəyicisinə göndərilmiş bildiriş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 3036,89 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 1220,08 manat olmaqla, ümumilikdə 4356,97 manat borcu vardır. 25 oktyabr 2023-cü il tarixli, **********278800 nömrəli vergi ödəyicisinə göndərilmiş bildiriş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə “İcbari tibbi sığorta haqları üzrə” 922,55 manat, faizlər üzrə 269,03 manat olmaqla, ümumilikdə 1191,58 manat borcu vardır. 25 oktyabr 2023-cü il tarixli, **********508100 nömrəli vergi ödəyicisinə göndərilmiş bildiriş məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə “İşsizlikdən sığorta haqqı üzrə” 218,78 manat, faizlər üzrə 75,03 manat olmaqla, ümumilikdə 293,81 manat borcu vardır. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi”nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs 5826,63 məbləğində borcun ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

IV. Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. - Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

V. Məhkəmənin mövqeyi:

8. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxsin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu, eləcə də Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsi və müvafiq fondlara olan borcun ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanın rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

9. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

VI. Nəticə:

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, İnşaatçılar prospekti, 20, 81 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriyası- - AZE və nömrəsi ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar