Məhkəmə qərarları › İş №e-2(004)-3890/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3890/2023

22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3890/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “ödənilməmiş 2356,96 manat kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “ödənilməmiş 2356,96 manat kommunal xərclərin ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nobel prospekti 15, Azure Residens ünvanında yerləşən binaya idarəedici təşkilat olaraq “X3” MMC xidmət göstərir. Sakinlərlə bağlanılan xidmət müqavilələri əsasında aylıq xidmət haqqı hesablanmışdır. Cavabdeh müvafiq xidmətlərdən yayınmasına baxmayaraq ödəniş etməkdən yayınır. Nəticədə, cavabdehin iddiaçıya 2356,96 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq iddia ərizəsində qeyd olunan xüsusatlar, iddiaçının tələbə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlar və iddia tələbi üzrə digər sübutlar (müqavilə, razılaşma, borcun yaranma əsasları, meyarları, borc məbləğinin hüquqi və faktiki əsasları, hesablanma qaydası, düsturu və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia olunan ödənilməmiş 2356,96 manat kommunal xərclərin hesablanma düsturu və məbləğin yaranması əsasları (ödənilməmiş ayların sayı və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia tələbi təmin olunsaydı belə, cavabdehdən tutulan pul məbləğinin həddi dəqiqliklə müəyyən edilməklə sübuta yetirilməlidir. Bundan əlavə, mülki iş üzrə elektron məhkəmə informasiya sistemində və iddia ərizəsində iddiaçı qismində İddiaçı MTK qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq materiallar “X3” MMC-yə məxsusdur. Məhkəmə qərarı qanuni və əsaslı olmalı, mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin şəxsi mülahizəsinə əsasən qərar qəbul edilməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən, İddiaçı MTK-nın müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququnun olması mülki iş materiallarına əsasən müəyyən edilmirr. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan xüsusatlar sübuta yetirilmədiyindən əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “ödənilməmiş 2356,96 manat kommunal xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar