Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3929/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz və əsassız hesablanmış borcun silinməsi, mənzillərdə təmir işlərinin aparılması üçün qoyulmuş qadağaların aradan qaldırılması” tələbinə dair iddiası; Cavabdeh MTK-nın İddiaçı qarşı “kommunal xidmətlər üzrə iki mənzilə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz və əsassız hesablanmış borcun silinməsi, mənzillərdə təmir işlərinin aparılması üçün qoyulmuş qadağaların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 27.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən əsassız və qanunsuz hesablanmış 2891,99 manat borcun silinməsi, ona məxsus Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda yerləşən 583 və 584 nömrəli mənzillərində təmir işlərinin aparılması üçün “AZMAN" MTK tərəfindən qoyulmuş qadağaların aradan qaldırılması, vəkilin göstərdiyi hüquqi yardıma görə 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MTK İddiaçı qarşı “kommunal xidmətlər üzrə iki mənzilə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda yerləşən 583 və 584 nömrəli mənzillər üzrə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış ümumilikdə 3.348,62 manat əsas borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 210 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.588,62 manat pulun İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən "Renessans Palace" yaşayış kompleksində 2 saylı binanın E bloku 12-ci mərtəbədə olan 583 və 584 nömrəli mənzillər İddiaçı məxsusdur. 14.04.2021-ci il tarixdə iddiaçıya şifahi olaraq bildirilmişdir ki, ona məxsus olan mənzillərin 18 aylıq kommunal xidmətlə əlaqədar borcu yaranmışdır, həmin borcu ödəmədiyinə görə mənzillərdə təmir işləri apara bilməz. "xxxx" Mənzil-Tikinti Koorerativi 06.05.2021-ci il tarixli 27 nömrəli məktubla əsassız olaraq Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən "Renessans Palace" yaşayış kompleksində iddiaçıya məxsus sahəsi 64,27 kv.m olan 583 nömrəli mənzil üçün 1221,13 manat kommunal xidmət üzrə borc və sahəsi 87,94 kv.m olan 584 nömrəli mənzil üçün 1670,86 manat kommunal xidmət üzrə borc müəyyən edilmişdir. Eyni zamanda məktubda iddiaçıya məxsus mənzillərdə təmir işlərinin aparılması üçün "xxxx" MTK ilə onun arasında "xxxx" müqaviləsi bağlanmalı olduğu qeyd edilmişdir. Lakin, "xxxx" müqaviləsi bağlansa da, kommunal xidmət üzrə borclar ödənilənədək, təmir işlərinin aparılmasına icazə verilməyəcəyi iddiaçıya şifahi olaraq bildirmişdir. "xxxx" MTK ilə iddiaçının arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Müqavilə olmadığı halda iddiaçıdan borcun ödənilməsi tələb edilə bilməz və iddiaçıya təmir işlərinin aparılmasına qadağa qoyulması qanunsuzdur. Həmçinin, qarşılıqlı iddia ərizəsində çoxmərtəbəli yaşayış binasının 01.10.2019-cu il tarixindən təhvil verildiyi göstərilsə də, "Mənzilin Alqı-Satqı" müqavilələri üzrə iddiaçıya aid olan mənzillərin açarları iddiaçıya təhvil verilsə də, bu barədə müvafiq akt tərtib edilməmişdir. İddiaçı mübahisəni sülh yolu ilə həll etmək üçün kommunal xidmət haqqı kimi 500 manat ödəməyi təklif etmişdir, lakin cavabdeh buna razı olmadığına görə barışıq alınmamışdır. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış 17.02.2016-cı il tarixli “mənzilin alqı-satqı” müqavilələrinə əsasən Cavabdeh MTK (icraçı) Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-cı məhəllədə inşa etdiyi “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzilləri İddiaçı təhvil verməyi, İddiaçı (sifarişçi) isə mənzillərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzillər 01.10.2019-cu il tarixdə iddiaçıya təhvil verilməsinə baxmayaraq, iddiaçı müqavilənin 3.4.1-ci və 3.4.3-cu bəndlərinin tələblərini yerinə yetirməkdən boyur qaçırır. Bina yaşamaq üçün 01.10.2019-cu il tarixdən təhvil verilib və həmin vaxtdan kommunal xidmətlər üzrə iddiaçının 2 mənzil üzrə 3.348,62 manat borcu yaranıb. Bundan əlavə Cavabdeh MTK məhkəmədə işin aparılması üçün 24 saylı Vəkil Bürosu ilə Xidmət Müqaviləsi bağlayaraq, 210 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəyib. Hesab edir ki, İddiaçı ümumilikdə 3.588,62 manat pul Cavabdeh MTK-nin xeyrinə tutulmalıdır. İddiaçı kommunal xidmət haqqını ödəmədiyinə görə, təmir işlərinin aparılması üçün inşaat materiallarını binaya gətirməyə icazə verilməmişdir. Həmçinin bina qorunan olduğuna görə İddiaçı təmir üçün dəvət edəcəyi ustaların siyahısını MTK-ya təqdim etməlidir. Belə ki, əmək müfəttişliyi tez-tez reydlər keçirir, əmək müqaviləsi olmadan binada işləyən şəxslərin MTK tərəfindən dəvət edilərək işlədilməsi qənaətinə gəlir və MTK-ya cərimə yazmaq istəyir. Bunun qarşısını almaq üçün həmin şəxslərin kimin mənzilində işlədiyini və mənzil sahibi tərəfindən dəvət edildiyini təsdiq etmək üçün işləyən şəxslərin şəxsiyyətlərini müəyyən edir və binaya buraxırlar. Cavabdeh mənzilləri 01.10.2019-cu ildə iddiaçıya təhvil verməsinə baxmayaraq, iddiaçı keçən müddət ərzində mənzillərinin təmir edilməsi üçün MTK-ya müraciət etməmiş və kommunal xidmət haqlarını ödəməmişdir. İddiaçı 22.04.2021-ci il tarixdə ərizə ilə MTK-ya müraciət etmiş və onun müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verilmiş, təmir müqaviləsi bağlanması təklif edlilmiş və müqavilə bağlanandan sonra öz mənzillərində təmir işlərini aparmasına, yəni tikinti materiallarının binanın lifti və ya pilləkənləri vasitəsilə mənzillərə daşınmasına, ustaların binaya buraxılmasına icazə veriləcəyi bildirilmişdir. Müqavilənin bağlanmasında məqsəd binanın digar mülkiyyətçilərinə zərər vurulmasının və rahatlıqlarının pozulmasının qarşısının alınmasından ibarətdir. İddiaçı müqavilə bağlamaqdan imtina etdiyinə və kommunal xidmət haqlarını ödəmədiyinə görə 06.05.2021-ci il tarixdən sonra onun binaya inşaat materialları gətirməsinə və ustaların binaya buraxılmasına icazə verilməmişdir. Hazırda İddiaçı 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 583 nömrəli mənzil üzrə 1.413,94 manat; 584 nömrəli mənzil üzrə 1.934,68 manat borcu vardır. Odur ki, ilki iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, işin faktiki hallarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı və Cavabdeh MTK arasında 17.02.2016-cı il tarixli MN-583/16 və MN-583/16 nömrəli “Mənzilin alqı-satqı” müqavilələri bağlanmışdır. İcraçı Cavabdeh MTK inşa etdiyi 17.02.2016-cı il tarixli MN- 583/16 nömrəli müaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 64,27 kv.metr olan 583 nömrəli mənzili; 17.02.2016-cı il tarixli MN-584/16 nömrəli müaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 87,94 kv.metr olan 584 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə İddiaçı isə müqavilələrlə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzillərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Cavabdeh MTK mənzilləri 01.10.2019-cu il tarixdə İddiaçı təhvil vermişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 17.02.2016-cı il tarixli MN-583/16 və MN-584/16 nömrəli “mənzilin alqı-satqı” müqavilələrinin 3.4.6-cı bəndinə əsasən yaşayış kompleksi təhvil verildikdən sonra 1 aydan gec olmamaq şərtilə Sifarişçi İcraçı və ya İcraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı və hər ay İcraçıya müəyyən olunmuş kommunal haqqı ödəməlidir. Cavabdeh MTK-nın 06.05.2021-ci il tarixli 27 nömrəli məktubundan müəyyən edilir ki, 01.10.2019-06.05.2021-ci il tarixə kimi İddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzilllər üzrə kommunal xidmətlərin göstərilməsinə görə müvafiq olaraq, 583 nömrəli mənzil üzrə 1.221,13 manat və 584 nömrəli mənzil üzrə 1.670,86 manat borcu yaranmışdır. İddiaçı məxsus olan mənzillərdə təmir işlərinin aparılması onunla Cavabdeh MTK arasında "xxxx" müqaviləsi bağlanılmamışdır. Təmir müqaviləs təmir zamanı MTK-nın digər mənzil mülkiyyətçilərinə zərər vurulmaması, rahatlıqlarının pozulmamasının təmin olunması məqsədi ilə bağlaır. Cavabdeh MTK-nın verdiyi 12.07.2021-ci il tarixli 46 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı Cavabdeh MTK-ya 17.02.2016-cı il tarixli K_MN-583/16 nömrəli müqavilə üzrə 01.10.2019- 12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.413,94 manat; 17.02.2016cı il tarixli K_MN-584/16 nömrəli müqavilə üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.934,68 manat borcu vardır. 27.05.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı hüquqi xidmət göstərilməsi üçün "xxxx" ASC vasitəsilə vəkilə 110 manat pul ödəmişdir. 291 nömrəli “Hüquqi yardım haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh MTK hüquqi yardıma görə vəkilə 210 manat pul ödəyir. 30.06.2021-ci il tarixli 40333 nömrəli qəbzdən müəyyən edilir ki, Cavabdeh MTK hüquqi xidmət göstərilməsi üçün "xxxx" ASC vasitəsilə Vəkil 210 manat pul ödəmişdir. Mənzil Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəllənin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Mənzil Məcəllənin 136.2.1 və 136.2.2-ci maddələrinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqından və kommunal xidmətlərə görə haqqından ibarətdir. Mənzil Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh mənzilləri 01.10.2019-cu ildə iddiaçıya təhvil verməsinə baxmayaraq, iddiaçı keçən müddət ərzində mənzillərinin təmir edilməsi üçün MTK-ya müraciət etməmiş və kommunal xidmət haqlarını ödəməmişdir. İddiaçı yalnız 22.04.2021-ci il tarixdə ərizə ilə MTK-ya müraciət etmiş və onun müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verilmiş, təmir müqaviləsi bağlanması təklif edlilmiş və müqavilə bağlanandan sonra öz mənzillərində təmir işlərini aparmasına, yəni tikinti materiallarının binanın lifti və ya pilləkənləri vasitəsilə mənzillərə daşınmasına, ustaların binaya buraxılmasına icazə veriləcəyi bildirilmişdir. Müqavilənin bağlanmasında məqsəd binanın digar mənzil mülkiyyətçilərinə zərər vurulmasının və rahatlıqlarının pozulmasının qarşısının alınmasından ibarətdir. İddiaçı müqavilə bağlamaqdan imtina etdiyinə və kommunal xidmət haqlarını ödəmədiyinə görə 06.05.2021-ci il tarixdən sonra onun binaya inşaat materialları gətirməsinə və ustaların binaya buraxılmasına MTK tərəfindən icazə verilməmişdir. İddiaçı 22.04.2021-ci il tarixli yazılı müraciətindən sonra Cavabdeh MTK-nın İddiaçı öz mənzillərində təmir işləri görməsi üçün kommunal xidmət borcunu ödəmədən tikinti materialarını binaya gətirməsinə və ustaları binaya buraxmamasına dair hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən İddiaçı iddia tələbi mənzillərində təmir işlərinin aparılmasına Cavabdeh MTK tərəfindən qoyulmuş qadağalar aradan qaldırılması hissəsində əsaslıdır, kommunal xidmət borcunun silinməsi hissəsində isə əsassızdır. Çünki, 17.02.2016-cı il tarixli müqavilənin tələbinə uyğun mənzil təhvil verildikdən ən geci bir ay ərzində kommunal xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzillərində təmir işlərinin aparılmasına Cavabdeh MTK tərəfindən qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Cavabdeh MTK-dan vəkilin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı iddia tələbi qalan hissədə, yəni hesablanmış 2891,99 manat borcun silinməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 1.413,94 manat; 584 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.934,68 manat olmaqla, cəmi 3.348,62 manat borc, vəkilə ödənilən 210 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.588,62 manat pul İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 və 584 nömrəli mənzillərində təmir işlərinin aparılmasına Cavabdeh MTK tərəfindən qoyulmuş qadağalar aradan qaldırılsın. Cavabdeh MTK-dan vəkilin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140 (yüz qırx) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 576-ci məhəllədə “Renesseans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 nömrəli binanın E blokunda 12-ci mərtəbədə yerləşən 583 nömrəli mənzil üzrə 01.10.2019-12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 1.413,94 manat; 584 nömrəli mənzil üzrə 01.10.2019- 12.07.2021-ci il tarixə kimi kommunal xidmətlərin göstərilməsinə görə 1.934,68 manat olmaqla, cəmi 3.348,62 manat borc, vəkilə ödənilən 210 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.588,62 (üç min beş yüz səksən səkkiz manat altmış iki qəpik) manat pul İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3929/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3929/2021
17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver