Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-393/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Bakı şəhəri 43 saylı ofisinin notariusu X2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Bakı şəhəri 43 saylı ofisinin notariusu X2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 və Cavabdeh3 MMC arasında 25.05.2021-ci il tarixində bağlanmış müqavilələrin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada 20000 manatın, cavabdeh Bakı şəhəri 43 saylı ofisinin notariusu X1 92 manat müqaviləyə dair ödənilmiş rüsumun alınaraq ona qaytarılması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 ilə aralarında bağlanmış 25.05.2021-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdehlər fərdi yaşayış evi tikilib 25.09.2021-ci il tarixində ona təhvil verilməli idi. Lakin müqavilə ilə müəyyən edilmiş müddət bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş və buna dair hər hansı hərəkət etməmişdir. Hal-hazırda heç telefon zənglərinə belə cavab vermir. Cavabdeh1 ilə aralarında 25.05.2021-ci il tarixində bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında faktiki istifadəsində olan 166 kv.m. torpaq sahəsində olan inşa edilən 3.0 metr daxili hündürlüyü, daxili və xarici divarları mişar daşı, üzlüyü beton, dam örtüyü şifer, döşəmə taxta daxili qapılar taxta qapı, giriş qapısı dəmir seyf qapı pəncərələr (pvc) sanitar qovşağı kafel metlak yaşayış sahəsi 71 kvm. olan 1 mərtəbəli 10 daş kürsülü üzərində 3 otaqlı, mətbəxli, dəhlizli, fərtdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə 25.09.2021-ci il tarixindən gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin məbləği 50000 manat, 20000 manat ilkin ödəniş qismində, digər 30000 manat hissəsi isə hər ay 500 manat ödəmək şərtilə 25.05.2026-cı il tarixinədək ödənilməsi müəyyən edilmişdir. Müqaviləyə dair notariusun depoziti vasitəsilə 20000 manat məbləği 25.05.2021-ci il tarixində ödəmişdir. Bundan sonra Cavabdeh1 qanuni təmsilçisi olduğu Cavabdeh3 MMC ilə aralarında eyni predmetə dair eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq cavabdehlər tərəfindən hər hansı işlər görülməmişdir. Çoxsaylı şikayətlərdən sonra cavabdehin sözlərinə görə quya istifadəsində olan torpaq sahəsi torpağın mülkiyyətçisi tərəfindən ondan geri alınıb və bu səbədən hər hansı tikinti işləri apara bilmir. Podrat müqaviləsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təstiqlınmişdir. Vəkil sorğusuna cavab olaraq təqdim edilmiş notariat işindən müəyyən edilmişdir ki, Cavabdeh1 müqavilədə qeyd etdiyi “istifadəsində olan torpaq sahəsinə” dair hər hansı sənəd təqdim etməmişdir, bundan əlavə aldığı məlumata əsasən onun belə bir torpaq sahəsi mövcud deyil. Belə olan halda müqavilənin hansı predmetə və hansı məqsədə bağlandığı anlaşılan deyil. Belə ki, olmayan predmetə dair müqavilə bağlanıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, müqavilədə heç evin ünvanı belə qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və işə onlarn iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, icraçı Cavabdeh1 ilə sifarişçi İddiaçı arasında bağlanmış 25.05.2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında faktiki istifadəsində oran 166 kv,m torpaq sahəsində inşa edilən 3 metr daxili hündürlüyü, daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapısı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafei-metlax, ümumi sahəsi 71 kv.m. olan 1 mərtəbəli, 10 daş kürsü üzərində 3otaqlı, mətbəxli. dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 50000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 30000 manat pul vəsaitini isə hər ay 500 manat olmaqla 25.05.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürür. İcraçı sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 25.09.2021-ci iı il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi,sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Beləliklə, iş materiallarından müəyyən olunur ki, ünvan 2 ünvanında fərdi yaşayış evini tikintisi üçün İddiaçı ilə Cavabdeh1 arasında 25.05.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun ilkin ödəniş qismində iddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə 20000 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı 20000 manat maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 25.05.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, Cavabdeh1 20000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri 43 saylı ofisinin notariusu X2 münasibətdə əsaslandırılmadığına, bu səbəbdən də, əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 25.05.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul və 30 (otuz)manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-393/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-393/2022
06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver