Məhkəmə qərarları › İş №e-2(004)-394/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-394/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-394/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Usmanovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Usmanovna cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən İddiaçı xeyrinə 77462,25 ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 424 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 sentyabr 2014-cü ildə Xaçmaz Gömrük İdarəsində əşyalarının götürülməsinə dair 216 saylı protokolla saxlama kamerasına müvəqqəti olaraq yük yerləşdirmişdir. Həmin mallar tranzit olaraq Çin Xalq Respublikasına qaytarılmalı idi. Yükü başqa sürücü oradan almalı idi. Yükün içində ümumi qiyməti 93950 ABŞ dolları həcmində xəz şubalar olmuşdur. Bir müddət sonra o, həmin malları geri almaq üçün məntəqəyə müraciət etmişdir. 2014-cü ilin sonlarında malların məntəqədə olmaması barədə ona məlumat vermişlər. 2015-ci ilin yanvarında onun müraciətinə mənfi cavab verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Xaçmaz Gömrük İdarəsinin Samur postuna daxil olmuş, hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində iddiaçıya dəymiş 93950 ABŞ dolları həcmində ziyanın Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1193/2018 nömrəli iş üzrə 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6020/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Hacıyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5437/2019 nömrəli iş üzrə 18 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq X2 ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək apellyasiya instnasiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2542/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd edilən qətnamə cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında icra edilmiş və bununla da iddiaçının hüquqları 9 ildən sonra bərpa edilmişdir. Lakin, bu 9 il ərzində cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində 93.950 ABŞ dolları məbləğində pulundan məhrum olmuş, keçən həmin dövr ərzində həm ticarətində axsamalar yaranmış və yekunda müflisləşmə ilə nəticələnmiş, həm də inflyasiya nəticəsində əldə edilən pulun 9 ildən sonra alıcılıq qabiliyyəti xeyli azalmışdır. Bundan əlavə, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan pozulmuş hüquqlarının bərpa edilməsi üçün 9 il ərzində Azərbaycan Respublikasına mütəmadi olaraq gəlib-getməyə məcbur olmuş və bunun üçün əlavə xərcləri yaranmışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən rəsmi dərc edilmiş bank uçot faiz dərəcəsindən görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bank uçot dərəcəsi 5 faizdən aşağı olduğu üçün həmin dövr üçün Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilən mövqedən çıxış edərək əldən çıxmış faydanı illik 5 faizlə hesablanmış və həmin dövr üçün 5467,25 ABŞ dolları; xx.xx.2016-cı il - xx.xx.2018-ci il aralığında bank uçot faiz dərəcəsi 15 faiz olmuş və əldən çıxmış fayda 28.050 ABŞ dolları; xx.xx.2018-ci il - xx.xx.2019-cı il aralığında bank uçot faiz dərəcəsi 9,5 faiz olmuş və əldən çıxmış fayda 9.116,25 ABŞ dolları; xx.xx.2019-cu il xx.xx.2020-ci il aralığında bank uçot faiz dərəcəsi 7,5 faiz olmuş və əldən çıxmış fayda 7012,50 ABŞ dolları; xx.xx.2020-ci il - xx.xx.2021-ci il aralığında bank uçot faiz dərəcəsi 6.25 faiz olmuş və əldən çıxmış fayda 5843,75 ABŞ dolları; xx.xx.2021-ci il - xx.xx.2022-ci il aralığında bank uçot faiz dərəcəsi 7,25 faiz olmuş və əldən çıxmış fayda 6778,75 ABŞ dolları; xx.xx.2022-ci il - xx.xx.2023-cü ilaralığında bank uçot faiz dərəcəsi 8,25 faiz olmuş və əldən çıxmış fayda 7713,75 ABŞ dolları; xx.xx.2023- cü il - xx.xx.2023-cü il aralığında bank uçot faiz dərəcəsi 8 faiz olmuş və əldən çıxmış fayda 7.480 ABŞ dolları olmaqla ümumilikdə iddiaçıya 77.462,25 ABŞ dolları məbləğində ziyan dəymişdir Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X4 (bundan sonra - İddiaçı) cavabdeh Dövlət Gömrük Komitəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək təmin edilməsi, cavabdehdən 77462,25 ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 424 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında icra edildiyindən iddiaçının hüquqları 9 ildən sonra bərpa edilmişdir. Lakin bu 9 il ərzində cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində 93.950 ABŞ dolları məbləğində pulundan məhrum olmuş, keçən həmin dövr ərzində ticarətində axsamalar yaranmış və yekunda müflisləşmə ilə nəticələnmişdir. Bundan əlavə iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan pozulmuş hüquqlarının bərpa edilməsi üçün 9 il ərzində Azərbaycan Respublikasına mütəmadi olaraq gəlib-getməyə məcbur olmuş və bunun üçün əlavə xərcləri yaranmışdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə xx.xx.2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, lakin qeyd olunan xəz şubalara aid heç bir sənəd olmadığı üçün Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən xx.xx.2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə Dövlət Gömrük Komitəsinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, ona həmin malların qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. İddiaçı Xaçmaz rayon Prokurorluğuna müraciət etmiş, Xaçmaz rayon Prokurorunun cavab məktubunda həmin müraciətin mülki xarakterli olduğundan məhkəmə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə M.X5 idarəsinə qarşı hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində ona dəymiş 95.000 ABŞ dolları məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya məxsus 63 ədəd qadın xəz şuba və ya onların dəyəri olan 95.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Dövlət Gömrük Komitəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Dövlət Gömrük Komitəsinin apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə xx.xx.2016-cı il tarixli qətnamə qəbul etmişdir. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə yenidən iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə M.Cantəmirovanın şikayətini təmin etməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmədən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən M.Cantəmirova kassasiya şikayəti vermişdir. M.Cantəmirovanın kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsini ləğv edərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçının cavabdehlər Dövlət Gömrük Komitəsinə və Xaçmaz Gömrük İdarəsinə qarşı iddia tələbinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi iddiaçının iddia tələbini təmin edərək Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, vurulmuş maddi zərər kimi 93950 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçıya ödənilməsi barədə 24 10.2019-cu il tarixli qətnaməni qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Dövlət Gömrük Komitəsi tərəfindən kassasiya şikayəti verilərək həmin qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən Dövlət Gömrük Komitəsinin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmış və qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası istiqamətində tədbirlərin görülməsi məqsədilə yuxarıda qeyd olunan malların qorunub saxlanmasını təmin etməli olan məsul şəxslərin dairəsini müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin görülməsi üçün araşdırma aparılması zərurəti yaranmışdır. Bu səbəbdən də Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin 01,08.2022-ci il tarixli raportu Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə göndərilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000-190/0xx-xx/013177 nömrəli məktubu ilə toplanmış material Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işinin başlandığı bildirmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldıqdan sonra 5 aprel 2020-ci il tarixdən yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılmışdır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası istiqamətində tədbirlərin görülməsi məqsədilə xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilsə də, iddiaçı xx.xx.2021-ci il tarixli etibarnaməni, xx.xx.2023-cü il tarixli müqaviləni və bank rekvizitlərini təqdim etdikdən sonra cavabdeh xx.xx.2023-cü il tarixli 3-33/2-022662/2023 nömrəli məktubu "Azərterminalkompleks" Birliyinə göndərilmiş və nəticə barədə cavabdehə məlumat verilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehdən 77462,25 ABŞ dolları məbləğində zərərin əvəzinin ödənilməsini tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmiş həmçinin ödənilməsinin gecikdirildiyini iddia etdiyi (93.950 ABŞ dolları) 159760 manat məbləğində pulun iddiaçıya deyil, Qamidova Sefiat tərəfindən verilmiş etibarnamə əsasında S.Qamidovaya ödənilməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cı il tarixli, 2(102)-2542/2020 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11644/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 (doxsan üç min doqquz yüz əlli) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq X2 ödənilsin. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11644/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yasamal rayon İcra şöbəsinə ünvanladığı 1000-210/2xx-xx/019006 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)-11644/2019 nömrəli qərarının icrası ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hər il dövlət büdcəsindən onun üçün qanunla müəyyən edilmiş məbləğ hesabına maliyyələşdirilir. Məlumat üçün bildirmişlər ki, Dövlət Gömrük Komitəsi üçün dövlət büdcəsindən ayrılan vəsait üzrə xərclər smetasında növbəti ildə əlavə vəsait nəzərdə tutulacağı təqdirdə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)- 11644/2019 nömrəli qərarının icrası istiqamətində Komitə tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yasamal rayon İcra şöbəsinə ünvanladığı 1000-2xx-xx/004016 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-11644/2019 nömrəli qərarının icrası ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hər il dövlət büdcəsindən onun üçün qanunla müəyyən edilmiş məbləğ hesabına maliyyələşdirilir. Məlumat üçün bildirmişlər ki, Dövlət Gömrük Komitəsi üçün dövlət büdcəsindən ayrılan vəsait üzrə xərclər smetasında növbəti ildə əlavə vəsait nəzərdə tutulacağı təqdirdə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)- 11644/2019 nömrəli qərarının icrası istiqamətində Komitə tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yasamal rayon İcra şöbəsinə ünvanladığı 1000-210/2xx-xx/014923 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)-11644/2019 nömrəli qərarının icrası ilə bağlı bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hər il dövlət büdcəsindən onun üçün qanunla müəyyən edilmiş məbləğ hesabına maliyyələşdirilir. Məlumat üçün bildirmişlər ki, Dövlət Gömrük Komitəsi üçün dövlət büdcəsindən ayrılan vəsait üzrə xərclər smetasında növbəti ildə əlavə vəsait nəzərdə tutulacağı təqdirdə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)- 11644/2019 nömrəli qərarının icrası istiqamətində Komitə tərəfindən müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx- 1409xx/xx-4621 nömrəli məktuba əsasən Bakı Apelyasiya Məhkəməsinin (103)- 11644/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı tərəflərindən müraciət olunmasına baxmayaraq tələb hazıradək təmin edilməmiş, bu da tələbkarın haqlı şikayətlərinə səbəb olduğundan, tələbi qısa müddət ərzində təmin edib nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Yasamal rayon İcra şöbəsinə ünvanladığı 1000-210/0xx-xx/005798 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 (qırx beş) manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)-11644/2019 nömrəli qərarının icrası ilə bağlı bildirmişlər ki, qeyd olunan məsələ ilə bağlı Komitə tərəfindən Yasamal rayon İcra şöbəsinə xx.xx.2020-ci il tarixli, 1000-210/210- 24/019006 nömrəli və xx.xx.2021 -ci il tarixli, 1000-210/2xx-xx/004016 nömrəli məktublarla məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PAŞA Bankdan çıxarışa əsasən DGKnin 3-3312-**********3 saylı məktubu və məhkəmə qərarına əsasən maddi ziyanın kompensasiyası məqsədilə Gamidova Sefiiatın AZ101BAZ******************** nömrəli bank hesabına 159760 (bir yüz əlli doqquz min yeddi yüz altmış) manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən borclu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbəyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən tələb təmin edildiyindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (103)-11644/2019 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/1781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən əsas məbləğ 93.950 USD = 73.694,38 AZN olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq xx.xx.2014cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləği 57.113,66 AZN (33.596,27 USD); həmçinin əsas məbləğ 93.950 USD olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7. maddəsinin tələblərinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış faiz məbləği 43.543,22 USD məbləğində müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus 3 çantada ümumi dəyəri 95000 ABŞ dolları olan şubalar “Əşyaların götürülməsinə dair” 23 sentyabr 2014-cü il tarixli, 216 saylı protokolla rəsmiləşdirilməklə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda saxlanca verilmişdir. İddiaçı həmin malların cavabdeh orqan tərəfindən heç bir səbəb olmadan qaytarılmamasına istinad edərək, şubaların dəyəri kimi 93950 ABŞ dolları məbləğində pulun cavabdeh orqandan tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Xaçmaz Rayon Məhkəməsinin 28 iyun 2016-ci il tarixli qətnaməsi ilə iddiaçının Xaçmaz Gömrük İdarəsinə qarşı hər birində 21 ədəd qadın xəz şubası olmaqla üç bağlama yükün itirilməsi nəticəsində ona dəymiş 95000 ABŞ dolları məbləğində ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya məxsus 63 ədəd qadın xəz şuba və ya onların dəyəri olan 95000 ABŞ dollarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 28 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin işdə cavabdeh qismində göstərilən Xaçmaz Gömrük İdarəsi iddiaya cavab verməli olan şəxs olmadığından iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Xaçmaz Gömrük İdarəsinə qarşı eyni tələblə bağlı məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1193/2018 nömrəli iş üzrə 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6020/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (2(102)-5437/2019 nömrəli iş üzrə 18 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək vurulmuş maddi zərərin kompensasiyası kimi 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq X2 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cı il tarixli, 2(102)-2542/2020 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11644/2019 nömrəli iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11644/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. İcra sənədi borclu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı Usmanovna cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı sözügedən qətnamənin cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında icra edildiyini və bununla da hüquqlarının 9 ildən sonra bərpa edildiyini, lakin bu 9 il ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində 93.950 ABŞ dolları məbləğində puldan məhrum olduğunu, keçən həmin dövr ərzində həm ticarətində axsamalar yarandığını, yekunda müflisləşmə ilə nəticələndiyini, həm də inflyasiya nəticəsində əldə edilən pulun 9 ildən sonra alıcılıq qabiliyyətinin xeyli azaldığını, bundan əlavə, Rusiya Federasiyasının vətəndaşı olduğundan pozulmuş hüquqlarının bərpa edilməsi üçün 9 il ərzində Azərbaycan Respublikasına mütəmadi olaraq gəlib-getməyə məcbur olduğunu və bunun üçün əlavə xərclər yarandığını bildirərək, əldən çıxmış faydanı Azərbaycan Respublikası Mərkəzi Bankın gecikdirilmiş vaxt üçün müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablayaraq 77462,25 ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 424 manat dövlət rüsumunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11644/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 93950 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 45 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı Usmanovnaya ödənilməsinin qət edilməsinə, həmin qətnamənin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi icra sənədini xx.xx.2023-cü il tarixdə icra etmişdir. Göründüyü kimi, cavabdeh qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11644/2019 nömrəli, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixədək icra etməmiş, belə olan halda iddiaçının hüququ pozulmuş və iddiaçı həmin dövr ərzində bu vəsaitdən istifadə etmək imkanından və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuş, nəticədə həmin məbləğdən iqtisadi fayda əldə etmək imkanlarını itirmişdir. Bununla da, iddiaçının dəymiş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2020-ci il) tam icra olunduğu tarixədək (xx.xx.2023-cü il) Azərbaycan Respublikası Mərkəzi Bankının gecikdirilmiş vaxt üçün müəyyən etdiyi uçot faiz dərəcəsi nəzərə alınmaqla hesablanmış faiz dərəcələrinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən əsas məbləğ 93.950 USD = 73.694,38 AZN olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləği 57.113,66 AZN (33.596,27 USD); həmçinin əsas məbləğ 93.950 USD olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7. maddəsinin tələblərinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış faiz məbləği 43.543,22 USD məbləğində müəyyən olunmuşdur. Bütün bunlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının gecikdirilmiş vaxt üçün müəyyən etdiyi uçot faiz dərəcəsi nəzərə alınmaqla, hesablanmış faiz dərəcələrinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya cəmi 18657.98 manat (ekspert rəyinə əsasən xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri üçün 649,43 manat, xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri üçün 1184.23 manat, xx.xx.2020 xx.xx.2021-ci il tarixləri üçün 3428,84 manat, xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri üçün 545.54 manat, xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri üçün 673.48 manat, xx.xx.2021xx.xx.2022-ci il tarixləri üçün 593.65 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üçün 752.30 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üçün 3474.38 manat, xx.xx.2022xx.xx.2022-ci il tarixləri üçün 769.70 manat, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üçün 759.97 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün 991.80 manat, xx.xx.2023 xx.xx.2023-cü il tarixləri üçün 591.09 manat, xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri üçün 3260.98 manat, xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri üçün 835.20 manat, xx.xx.2023 xx.xx.2023-cü il tarixləri üçün 147.39 manat olmaqla) məbləğində maddi zərər vurulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, 18657.98 manat məbləğində pul cavabdeh “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq İddiaçı Usmanovnaya ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 424 manat məbləğində dövlət rüsumunun 146 manat məbləği və 50 manat məbləğində məhkəmə-mühasibatlıq ekspertizası xərci cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla, işin faktiki hallarını, cavabdehin icra sənədi üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 18657.98 manat məbləğində pul tutularaq İddiaçı Usmanovnaya ödənilməli və iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 50 manat məbləğində ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən 18657.98 (on səkkiz min altı yüz əlli yeddi manat doxsan səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 146 (bir yüz qırx altı) manat məbləğində pul tutularaq İddiaçı Usmanovnaya ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar