Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3948/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sami oğlunun "xxxx" İstehsalat Birliyi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı "pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sami oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı "pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasında pandusun inşa edilməsi barədə Cavabdeh üzərinə öhdəliyin qoyulmasına, tərəflərindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdehnə aid edilməsinə və ondan tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN**********) hazırda Cavabdeh adlandırılır, və İddiaçı2 Sami oğlu arasında bağlanmış 30 dekabr 2006-cı il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən (hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi,11D) yaşayış binasının zirzəmisində 3,4, 15,16, 20, 21, 22, 23, 35, 36, 54, 55, 56, 57, 58, 59, 82, 83, 84, 85, 97 və 98 saylı 22 (iyirmi iki) ədəd yeraltı qarajlar haqqı tam həcmdə ödənilmək şərti ilə "xxxx" MMC tərəfindən İddiaçı2 Sami oğluna satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və İddiaçı3 arasında bağlanmış 12 noyabr 2006-cı il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən (hazırda ünvan 1) yaşayış binasının zirzəmisində 5, 6, 7, 8, 9, 10, 13, 14, 18, 19, 20, 21, 28, 29, 32, 33, 43, 44, 47, 48, 52, 53, 60, 61, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 88, 90, 93, 94 və 96, saylı 39 (otuz doqquz) ədəd yeraltı qarajlar haqqı tam həcmdə ödənilmək şərti ilə "xxxx" MMC tərəfindən İddiaçı3 satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və Kəlbiyeva (Ələkbərova) Günay Namiq qızı arasında bağlanmış 18 fevral 2007-ci il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasənBakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən (hazırda ünvan 1) yaşayış binasının zirzəmisində 11, 12, 17, 24, 25, 27, 41, 42. 51, 62, 63, 64, 65 və 91 saylı 14 (on dörd) ədəd yeraltı qarajlar haqqı tam həcmdə ödənilmək şərti ilə "xxxx" MMC tərəfindən iddiaçı Kəlbiyeva (Ələkbərova) Günay Namiq qızına satılmışdır. Bu günə kimi Cavabdeh tərəfindən ikinci pandus inşa edilmədiyindən yuxarıda qeyd edilən yeraltı qarajlardan iddiaçılar və digər qaraj mülkiyyətçiləri istifadə edə bilmirlər. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında “Blok 1-2-3 zirzəmi mərtəbəsinə düşən pandusun memarlıq həlli” Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən 20 noyabr 2019-cu il tarixində 02/1563 nömrəsi razılaşdırılmışdır. Digər tərəfdən bildirir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında əlavə pandusun inşa edilməsi üçün Cavabdeh MTK-nin adına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 28 fevral 2020-ci il tarixində “Obyektin tikintisinə icazə № 11” verilmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında inşa edilməsi nəzərdə tutulan pandusun yerləşəcəyi ərazidə qaz xəttinin yerinin dəyişdirilməsinə AzərQaz İstehsalat Birliyi tərəfindən 01 oktyabr 2024-cü il tarixində Cavabdehnə 00204/ƏTK-00260 saylı “Texniki şərt” verilmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasında əlavə pandusun inşa edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan bütün sənədləşmə işləri həyata keçirilmişdir. Lakin buna baxmayaraq Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış binasında əlavə pandusun inşa edilməsini məlum olmayan səbəblərə görə yubandırır. Bununla da istər iddiaçıların və istərsə də digər qaraj sahiblərinin hüquqları Cavabdeh tərəfindən pozulur. Məhkəmə prosesinin gedişində iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə əsasən, məhkəmə "xxxx" İstehsalat Birliyi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Cavabdeh "xxxx" MTK məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçılar ərizələrində iddia edirlər ki, "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən yaşayış binasının zirzəmisində İddiaçı2 Sami oğlu 22 (iyirmi iki) ədəd, İddiaçı3 39 (otuz doqquz) ədəd, İddiaçı1 14 (on dörd) ədəd qaraj sahibidirlər. Buna cavab olaraq bildirir ki, İddiaçı2 Sami oğlu və onun ailə üzvlərinə aid olduğu bildirilən qarajlara dair xx.xx.2009-cu il tarixli "Natiq-İnşaat” MMC-nin təhvil - təslim aktında və xx.xx.2009-cu il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsində heç bir məlumat verilməmişdir. Əgər qarajlara dair belə bir müqavilələr vardırsa necə ola bilər ki, 75 ədəd qaraja aid alqı-satqı müqavilələri təhvil-təslim zamanı təhvil-təslim aktında göstərilməsin və təhvil verilməsin? Digər tərəfdən "Natiq-İnşaat” MMC-nin keçmiş direktoru olmuş X12 necə ola bilər ki, yaşayış binasının zirzəmisini qardaşı İddiaçı2 Sami oğlu və onun ailə üzvlərinin adına sənədləşdirsin? Halbuki yaşayış binasının zirzəmisi mənzil sahiblərinin ümumi əmlakı hesab olunur. (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.) Belə hesab edir ki, İddiaçı2 Sami oğlu özündə "Natiq-İnşaat” MMC-yə aid saxta möhür saxlamış və həmin möhürdən istifadə edərək sonradan geri tarixə özünün və ailə üzvlərinin adına (arvadı: İddiaçı3; qızı: Ələkbərova (Kəlbiyeva) Günay Namiq qızı) saxta alqı-satqı müqavilələri və ödəniş qəbzləri hazırlamışdır. Bütün bunları nəzərə alaraq 30 dekabr 2006-cı il tarixli İddiaçı2 Sami oğlu ilə "Natiq-İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi, 12 noyabr 2006-cı il tarixli İddiaçı3 ilə "Natiq-İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi, 18 fevral 2007-ci il tarixli Kəlbiyeva (Ələkbərova) Günay Namiq qızı ilə "Natiq-İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. İddiaçılar ərizələrində iddia edirlər ki, bu günə kimi "xxxx" MTK tərəfindən ikinci pandus inşa edilmədiyindən iddiaçılar və digər qaraj mülkiyyətçiləri qarajdan istifadə edə bilmirlər. Buna cavab olaraq bildirir ki, halhazırda yaşayış binasının zirzəmisinə giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. (foto şəkil əlavə olunur). İddiaçılar ərizələrində bildirirlər ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının blok 1-2-3 zirzəmi mərtəbəsinə düşən pandusun memarlıq həlli Fövqəladə Hallar Nazirliyi nin Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində 02/1563 nömrə ilə razılaşdırılmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Bas İdarasi tərəfindən xx.xx.2020ci il tarixli Obyektin tikintisina icaza Ne 11 verilmiş, Azəriqaz İB tərəfindən xx.xx.2024-cü il tarixli 00204/ƏTK-00260 saylı texniki şərt verilmişdir.Lakin buna baxmayaraq "xxxx" MTK ünvan 2 ünvanında yerləşən yaşayış binasında əlavə pandusun inşa edilməsini məlum olmayan səbəblərə görə yubandırır. Bunlara cavab olaraq bildirir ki, "xxxx" MTK tərəfindən əvvəllər yaşayış binasının zirzəmisinə əlavə giriş üçün pandusun tikilməsi ilə əlaqədar müvafiq təşkilatlara müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış binasının blok 1-2-3 zirzəmi mərtəbəsinə düşən pandusun memarlıq həlli Fövqəladə Hallar Nazirliyi nin Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində 02/1563 nömrə ilə razılaşdırılmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli Obyektin tikintisinə icazə № 11 alınmışdır. ünvan 3 ünvanında yerləşən yaşayış binasının zirzəmisinə giriş üçün pandusun tikilməsi ilə əlaqədar olaraq tikinti sahəsindən keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla "Azəriqaz” İB müraciət etmişlər. Lakin sakinlərin və obyekt sahiblərinin yaşayış binasının zirzəmisinə iki ədəd giriş-çıxışın olduğundan əlavə üçüncü giriş-çıxışın açılmasına etiraz etdiklərini nəzərə alaraq və həmçinin bu işlərin görülməsi üçün maliyyə vəsaitinin olmadığına görə yaşayış binasının zirzəmisinə giriş üçün pandusun tikilməsini məqsədə uyğun hesab etməyərək pandusu tikməmək qərarına gəldilər və buna görə də "Azəriqaz” İB-nə texniki şərt almaq üçün nəzərdə tutulan rüsumu ödəmədilər. Buna baxmayaraq İddiaçı2 Sami oğlu MTK-dan xəbərsiz qanunsuz olaraq MTK-nın əvəzinə öz adından pul köçürərək xx.xx.2024-cü il tarixli, 00204/ƏTK-00260 nömrəli texniki şərt almış, "xxxx" MMC-yə işçi layihələr və digər sənədlər hazırlatmışdır. İddiaçı2 Sami oğlu bu işləri "xxxx" MTK-da heç bir səlahiyyəti olmadan qanunsuz olaraq MTK-dan xəbərsiz etmişdir. Bir neçə dəfə qanunsuz olaraq binanın zirzəmisinə giriş üçün cəhdlər etmiş ancaq qarşısı alınmışdır. İddiaçı2 Sami oğlunun bu qanunsuzluqları barədə və "xxxx" MTK-ya məxsus yaşayış binasının zirzəmisinə giriş üçün pandusun tikilməsi ilə əlaqədar olan bütün İcazə sənədlərinin ləğv edilməsi üçün müvafiq təşkilatlara həmçinin AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, AR Şəhərsalma və Arxitektura Komitəsinə və Azəriqaz İB-nə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişlər. Müraciətə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-35-1/2-1892/2025 nömrəli məktubla cavab verilmiş və qaraja əlavə girişin açılmaması barədə nəzarətin təmin edildiyi bildirilmişdir. Müraciətə "Azəriqaz” İB-də baxılmış və cavab olaraq xx.xx.2025-ci il tarixli, 14-2-2/2-Ə-4964-5/2025 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" MMC tərəfindən "Azəriqaz” İB-nə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən olunmuşdur. Bütün bunları nəzərə alaraq iddiaçılar İddiaçı2 Sami oğlunun, İddiaçı3 və İddiaçı1 iddia tələblərinin rədd edilməsini və 30 dekabr 2006-cı il tarixli İddiaçı2 Sami oğlu ilə "Natiq- İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini, 12 noyabr 2006-cı il tarixli İddiaçı3 ilə "Natiq-İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini, 18 fevral 2007-ci il tarixli Kəlbiyeva (Ələkbərova) Günay Namiq qızı ilə "Natiq-İnşaat” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız sayılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisə qarajla deyil, pandusun açılması ilə əlaqədardır. Mövcud panduslardan biri maili forma inşa edilmişdir. Bu səbəbdən qaraja giriş-çıxış zamanı sedan tipli avtomobillərin alt hissəsi, Jeep markalı avtomolillərinin isə üst hissısinə maneə yaradır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X4 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, pandusun tikilməsi ilə əlaqədar qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə "xxxx" ASC tərəfindən icazə verilməyəcəyi ilə əlaqədar cavab məktubu təqdim olunub. Həmçinin, qaraj iddiaçılara məxsus deyildir. Əlavə pandusun tikintisinə ehtiyac olmadığını hesab edir və sakinlər də narazıdırlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, çox mərtəbəli yaşayış binasının layihəsindən görünür ki, binanın zirzəmisinin planında 2 pandus tikilməsi nəzərdə tutulmuşdur. “Kon-Lay Project’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 02/1563 nömrəli Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, çox mərtəbəli yaşayış binası, Blok 1-2-3, Zirzəmi məryəbəsinə düşən pandusun memarlıq həllindən müəyyən edilir ki, layihə Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmışdır. Baş Planın Təsnifatına daxildir: 1. Mövcud 12 mərtəbəli yaşayış binası,
2. Elektrik yarımstansiyası (mövcud), 3. Uşaq oyun meydançası, 4. Yeraltı su anbarı (mövcud), 5. Maşın dönmə meydançası, 6. Pandus (mövcud), 7. Layihələndirilən pandus,
8. Yaşıllıq. Zirzəmidə yerləşən avtomobillərin sayı 69 ədəd ədəddir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11 nömrəli, xx.xx.2020-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, Bakı səhəri, Yasamal rayonu, Dadaş Bünvadzadə küçəsində yerləşən ünvanda 109,40 kv.m olan tikinti sahəsində yaşayış binası üçün pandus tikilməsinə icazə verilmişdir. Tikinti obyektinin sifarişçisi: Cavabdeh Mənzil-Tikinti Kooperativi, Tikinti obyektinin layihəçisi: “Kon-Lay Project’’ Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlasdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli, NQ 02/1563 nömrəli, Tikinti layihəsinə dair ekspertiza müəssisəsi xx.xx.2019-cu il tarixli NQ 28662 nömrəli rəy vermişdir. "xxxx" MMC tərəfindən "Ümid-Ə” MTK-nın 00204/ƏTK-24-00260-QT nömrəli sifarişinə əsasən ünvan 5 ünvanında yerləşən yeraltı qarajın girişi üçün pandusun tikilməsi ilə əlaqədar qaz xəttinin yerinin dəyişdirilməsi və layihələndirilməsinə dair 2025-ci il tarixli işçi layihəsi verilmişdir. "xxxx" İB tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü l tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" MTK yaşayış binasının yeraltı avtomobil qarajına giriş üçün pandusun tikilməsi ilə əlaqədar olaraq tikinti sahəsinə düşən orta təzyiqli yeraltı qaz xəttinin yerının dəyişdirilməsi ilə əlaqədar müraciətinizə "xxxx" İBdə baxılmışdır. Qeyd olunan unvanda qaz xəttinin yerinin dəyişdirilməsi üçün xx.xx.2024cu il tarixli 0204 ƏTK nömrəli texniki şərti təqdim edilmiş və hazırlanacaq LSS-ri əsasında işlərin görülməsini xahiş edilmişdir. Sözügedən qaz kəmərlərinin yeri normativ sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməli, mövcud qaz kəmərlərindən sökülən borular idarənin anbarına təhvil verilməli, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni çəkilmiş qaz kəmərlərinin mövcud qaz şəbəkəsinə qoşulması üçün LSS-i və texniki-icra sənədləri təqdim edilməklə Bakı RQİD-nə müraciət olunmalıdır. "xxxx" İB tərəfindən verilmiş ünvan 7ünvanında yerlasa MTK məxsus yeraltı qarajına giriş üçün pandusun tikilməsi ilə əlaqədar qaz xəttinin yerinin dayişdirilməsi və layihələndirilməsi üçün 00204/BTK-00260 nömrəli, 01 oktyabr 2024-cü il tarixli Texniki Şərtdən görünür ki, ünvan 8 ünvanında yerləşən "xxxx" MTK tərəfindən yaşayış binasının yeraltı avtomobil qarajına giriş üçün pandusun tikilməsi ilə əlaqədar tikinti sahesinə düşən qaz xəttinin yerinin dəyişdirilməsi əlavə olunan sxemə uyğun sifarişçinin vəsaiti hesabına həyata keçiriməlidir. Yeri dəyişdiriləcək qaz kəmərlərindən ayrılan qaz kəmərləri yeni çəkiləcək qaz kəmərlərinə qoşulmalıdır. Qaz kəmərlərinin tikintisində yeni istifadə olunmamış borulardan, material va avadanlıqlardan istifadə olunmalıdır. Qaz kəmərlərinin yerinin dəyişdirilməsi üçün nəzərdə tutulan yeni trasın Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən təyin edilməsi, Bakı Şəhər icra Hakimiyyətindən icazənin alınması, digər mövcud mühəndiskommunikasiya xətləri ilə kəsişmələrin texniki şərtlərin alınması və müvafiq qaydada sənədləşdirilməsi sifarişçi tərəfindən həyata keçiriməlidir. Obyektdə yalnız Azərbaycan Respublikası ərazisində istifadə olunması üçün uyğunluq sertifikatı olan materiallardan istifadə edilməlidir. Qaz kəmərlərinin yerinin dəyişdirilməsi Respublika ərazisində qüvvədə olan TN və Q-nin, "Qaz təsərrüfatının texnik istismarı qaydalar”nın "Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”-nın və digər normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Qaz kəmərlərinin sifarişçinin vəsaiti hesabına köçürülməsi xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilməlidir. Mövcud qaz kəmərlərindən sökülən borular "Azəriqaz” İB-nin anbarına təhvil verilməlidir. Layihə-smeta sənədinin hazırlanması qazlaşdırılma üzrə ixtisaslaşdırılmış, lisenziya almış layihə təşkilatlanna sifariş veriməlidir. Hazırlanmış layihə-smeta sənədləri "Azəriqaz İB-nin Layihə-Smeta və Ekspertiza şöbəsində razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X16 Agentliyində qeydiyyatdan keçirilməlidir. Bu texniki şərt 2 (iki) il müddətində etibarlıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı2 Sami oğlu (alıcı) arasında bağlanmış 30 dekabr 2006-cı il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən yaşayış binasının zirzəmisində 3-4, 15-16, 20-23, 35-36, 54, 55, 56, 57, 58, 59, 82-83, 84-85, 97-98 saylı avtomobil dayanacaqları üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ********* (iki yüz əlli milyon) manata alır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq-İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı3 (alıcı) arasında bağlanmış 12 noyabr 2006-cı il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən yaşayış binasının zirzəmisində 5, 6, 7, 8, 9, 10, 13, 14, 18, 19, 20, 21, 28, 29, 32, 33, 43, 44, 47, 48, 52, 53, 60, 61, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 88, 90, 93, 94 və 96 saylı avtomobil dayanacaqları üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ********* (dörd yüz altmış səkkiz milyon) manata alır. Müqavilə imzalanarkən alıcı müqavilənin ümumi dəyərinin 60%-ni, yəni ********* (iki yüz səksən milyon səkkiz yüz min) manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq-İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış 18 fevral 2007-ci il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən, alıcı Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən yaşayış binasının zirzəmisində 11, 12, 17, 24, 25, 27, 41, 42. 51, 62, 63, 64, 65 və 91 saylı avtomobil dayanacaqları üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ********* (bir yüz yetmiş beş milyon) manata alır. Müqavilə imzalanarkən alıcı müqavilənin ümumi dəyərinin 100%-ni, yəni ********** (bir yüz yetmiş beş milyon) manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq- İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 Sami oğlu tərəfindən müvafiq olaraq xx.xx.2006-cı il tarixdə ********* manat və xx.xx.2007-ci il tarixdə 50000000 manat vəsait ödənilib. Borc qalığı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı3 tərəfindən müvafiq olaraq xx.xx.2006-cı il tarixdə ********* manat və xx.xx.2007-ci il tarixdə ********* manat vəsait ödənilib. Borc qalığı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli mədaxil qəbzindən görünür ki, X6 tərəfindən həmin tarixdə ********* manat vəsait ödənilib.Borc qalığı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında bağlanmış 06 fevral 2009-cu il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”-nə əsasən, alıcı Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən yaşayış binasının zirzəmisində 15 saylı avtomobil dayanacaqları üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini 8000 (səkkiz) manata alır. Müqavilə imzalanarkən alıcı müqavilənin ümumi dəyərinin 30%-ni, yəni 3000 (üç min) manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq-İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli mədaxil qəbzindən görünür ki, X8 tərəfindən həmin tarixdə 2500 manat vəsait ödənilib.Borc qalığı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X7 arasında bağlanmış 30 may 2009-cu il tarixli "xxxx" MMC-nin X2 Satış Müqaviləsi”nə əsasən, alıcı Bakı şəhəri, Yasamal rayonu, X14 Massivindəki, Q.Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsində yerləşən yaşayış binasının zirzəmisində 3-4 saylı avtomobil dayanacaqları üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini 10.000 (on min) manata alır. Müqavilə imzalanarkən alıcı müqavilənin ümumi dəyərinin 100%-ni, yəni 10.000 (on min) manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq-İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən həmin tarixdə 10000 manat vəsait ödənilib. Borc qalığı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanmış 14 mart 2009-cu il tarixli "xxxx" MMC-nin binası üçün qarajların satış müqaviləsi”nə əsasən, "xxxx" MMC-nin direktoru Yusifli A.S. Dadaş Bünyadzadə küçəsində yerləşən binanın üçüncü blokunda 93 və 94 nömrəli qarajları alıcıya təklif edir. Qaraj payçıya suvanmış, elektrik xətti çəkilmiş vəziyyətdə verilir. Natiq İnşaat MMC-nin payçısı X9 ümumi dəyəri 12.000 manat olan qarajın qiymətinin 100% dəyərini ödəyir. Müqavilənin 4-cü bəndinə əsasən, Əgər "alıcı" qaraj dəyərindən olan borcunu "Natiq-İnşaat” MMC ilə razılaşdırılış vaxtdan 30 gündən artıq gecikdirərsə "Natiq-İnşaat” MMC-nin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda "alıcı" tərəfdən ödənilmiş əvvəlki pullar qaraj başqa bir şəxsə verildikdən sonra "alıcı"ya qaytarılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli mədaxil qəbzindən görünür ki, X9 tərəfindən həmin tarixdə 12.000 manat vəsait ödənilib. Borc qalığı yoxdur. ünvan 9 ünvanında yerləşən yaşayış binasının sakinləri Fəxrəddin Qaraşov, Leyla Əhmədova, Aidə Məmmədova, Akif Məmmədov və digərləri adından "xxxx" MTK-nın sədri Qanuni nümayəndə ünvanlanmış 18 may 2025-ci il tarixli müraciətdən görünür ki, sakinlərdə olan məlumata görə yaşadıqları binanın zirzəmisinə iki ədəd giriş-çıxışın olmasına baxmayaraq əlavə olaraq üçüncü giriş-çıxışın açılması üçün müvafiq orqanlara müraciət olunaraq müəyyən icazələr alınmışdır. Yaşadıqları binanın zirzəmisinə iki ədəd giriş-çıxışın olduğu halda əlavə olaraq üçüncü giriş-çıxışın açılmasına heç bir ehtiyac yoxdur. Yaşadıqları binanın texniki təhlükəsizliyinin və gələcəkdə yarana biləcək ciddi fəsadların qarşısının alınması üçün əlavə olaraq üçüncü giriş-çıxışın açılmasına alıınmış icazələrin ləğv edilməsi üçün müvafiq təşkilatlara müraciət edilməsini xahiş etmiş, bina sakinləri adından yaşadıqları binanın zirzəmisinə əlavə olaraq üçüncü giriş-çıxışın açılmasına etirazlarını bildirmişdirlər. Qanuni nümayəndə tərəfindən Azərqaz İB-yə ünvanlanmış 23 may 2025-ci il tarixli ərizədən görünür ki, ünvan 10 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının yeraltı qarajına giriş üçün pandusun tikilməsi ilə əlaqədar olan 1 oktyabr 2024-cü il tarixli 00204/ƏTK-00260 nömrəli texniki şərtin və digər icazə sənədlərinin ləğv edilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Qanuni nümayəndə tərəfindən Azərqaz İB-yə ünvanlanmış (surəti AR Fövqəladə Hallar Nazirliyinə, AR Şəhərsalma və Arxitektura Komitəsinə və d.) 23 may 2025-ci il tarixli ərizədən görünür ki, Ümid-Ə MTK-da qeyri-yaşayış sahəsi olan vətəndaş İddiaçı2 qanunsuz olaraq MTK adından müxtəlif dövlət qurumlarına və təşkilatlara müraciətlər edir, MTK-ya məxsus yaşayış binalarının qarajına 3-cü giriş açılmasına qanunsuz cəhdlər edir. Bu şəxs tam qanunsuz olaraq podratçı təşkilatla hər hansı bir səlahiyyəti olmadığı halda ÜMİD-Ə MTK-nın adından müqavilə bağlayaraq həmin təşkilatın işçi qüvvəsi ilə MTK-ya məxsus binanın qarajında 3-cü giriş açılmasına cəhd etmiş, buna haqlı və qanuni iradlarımızı bildirdikdə isə Yasamal RPİ-yə və 29-cu PB-nə şikayət etmişdir. Halbuki bu işlərin ÜMİD-Ə MTK-ya heç bir aidiyyatı yoxdur və MTK-nın yaşayış binalarının qarajına mövcud 2 giriş-çıxış olduğu halda 3-cü giriş-çıxışın açılması, qaz xəttinin dəyişdirilməsi və pandusun qazılmasına dair heç bir təşkilatla müqavilə bağlanmamış, ödənişlər edilməmişdir. İddiaçı2 MTK adından sui-istifadə edərək bunu öz adı ilə etmiş və Azəriqaz İB-dən xx.xx.2024-cü iltarixli 00204/ƏТК-00260 nomrəli texniki şərt almış, GASPROM MMC yə işçi layihə və sənədlər hazırlatmış, digər təşkilatlara müraciətlər etmişdir. Onun əməlləri hüquqazidd əməllər olmaqla yanaşı binanın texniki təhlükəsizliyinə və bütünlükdə tikinti normalarına ziddir.Bu şəxsin etmək istədiyi qazıntı-tikinti işləri reallaşacağı təqdirdə ciddi təhlükələr və fəsadlar yarana bilər. Odur ki, ünvan 11 ünvanında yerləşən ÜMİD-Ə MTK-nə məxsus yeraltı qarajın girişi üçün pandusun tikilməsi ilə əlaqədar olan bütün icazə sənədlərinin ləğv edilməsi, İddiaçı2 özbaşnalığının qarşısının alınması, binanın qarajına 3cü giriş-çıxışın texniki tələblərə cavab vermədiyi və ən əsası MTK-nın bundan xəbərsiz olduğu halda saxta sənədlər əsasında qazınti-tikinti işlərinin qarşısının alınmasında köməklik edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-1892/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli məktubundan görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən qaraja bir müddət öncə əlavə giriş açılmasına cəhd edilmiş, lakin cəhdin qarşısı alınmışdır. Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanda yerləşən qaraja əlavə giriş açılmaması üçün müvafiq nəzarətin təmin edilməsini, narazılığa səbəb olan digər amillərin aradan qaldırılmasını, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 7 (yeddi) gün müddətində məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Azəriqaz İB tərəfindən Qanuni nümayəndə ünvanlanmış 14-2-2/2-Ə-4964-5/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli məktubdan görünür ki, müvafiq lisenziya əsasında maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyətini həyata keçirən "xxxx" MMC tərəfindən Birliyə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə "xxxx" MMC-yə verilmiş lisenziyanın ləğvi ilə əlaqədar Birlik tərəfindən müraciətlər edilmişdir. Nəzərə alınması xahiş edilmişdir. "xxxx" MTK-nın sədri Qanuni nümayəndə tərəfindən "xxxx" İB Bakı Regional Qaz İstismarı İdarəsinə ünvanlanmış 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın ünvan 14 ünvanında yerləşən yaşayış binasının yeraltı avtomobil qarajına giriş üçün pandusun tikilməsi ilə əlaqədar olaraq tikinti sahəsindən keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla "Azəriqaz” İB müraciət etmişik.Lakin sakinlərin, qaraj və obyekt sahiblərinin yaşayış binasının zirzəmisinə iki ədəd giriş-çıxışın olduğundan əlavə üçüncü giriş-çıxışın açılmasına etiraz etdiklərini nəzərə alaraq texniki şərti almamaq qərarına gəldik və buna görədə nəzərdə tutulan rüsumu ödəmədik. Buna baxmayaraq vətəndaş İddiaçı2 Sami oğlu MTK-dan xəbərsiz qanunsuz olaraq MTK-nın əvəzinə öz adından pul köçürərək xx.xx.2024-cü il tarixli, 00204/ƏTK saylı texniki şərt almış, "xxxx" MMC-yə işçi layihələr və digər sənədlər hazırlatmışdır. Vətəndaş İddiaçı2 Sami oğlu bu işləri "xxxx" MTK-da heç bir səlahiyyəti olmadan qanunsuz olaraq MTK-dan xəbərsiz etmişdir. Sual olunur "Azəriqaz” İB Bakı Regional Qaz İstismarı İdarəsi hansı səbəbdən texniki şərti 2024-cü ilin oktyabr ayında "xxxx" MTK-ya yox İddiaçı2 Sami oğluna vermişdir? Vətəndaş İddiaçı2 Sami oğlunun bu qanunsuz işlərindən xəbər tutduqdan sonra xx.xx.2025-ci il tarixli (daxilolma:xx.xx.2025-ci il tarixli, 14-2-2/1-0-11459- 5/2025 nömrəli) ərizə ilə "Azəriqaz” İB-nə müraciət etmişlər. Müraciətlərinə "xxxx" İB-də baxılmış və cavab olaraq (xx.xx.2025-ci il tarixli, 14-2-2/2-2-4964-5/2025 nömrəli məktub) bildirilmişdir ki, "xxxx" MMC tərəfindən "Azəriqaz” İB-nə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. "xxxx" İB tərəfindən "xxxx" MTK-nın sədri Qanuni nümayəndə ünvanlanmış 14-2-2- 4/2-962/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış binasının yeraltı avtomobil qarajına giriş üçün pandusun tikilməsi ilə bağlı tikinti sahəsinə düşən mövcud D530 mm-lik yeraltı, orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq "xxxx" MTK (sədr Qanuni nümayəndə) tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq müvafiq sənədlər təqdim olunmaqla "xxxx" İstehsalat Birliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 00204/ƏTK saylı texniki şərt verilmişdir. Hal-hazırda qaz xəttinin yerinin dəyişdirilməsi işləri icra olunmamışdır və işlərin görülməsinə razılıq verilməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 37.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən, Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən, Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən, Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən, Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən yaşayış binasının sakinləridir. Həmin binanın zirzəmisində avtomobil qarajına giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. İddiaçılar panduslardan birinin maili formasının istifadə zamanı maneə yaratdığını iddia edirlər. Onların əlavə pandusun tikilməsinə dair müraciətlərinə baxmayaraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış binasında əlavə pandus inşa etməmiş, bununla da istər iddiaçıların və istərsə də digər qaraj sahiblərinin hüquqları Cavabdeh tərəfindən pozulur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, binaya məxsus 2 pandus mövcuddur və layihədə nəzərdə tutulmuşdur. Birinci pandus maili formada tikilmişdir. Digər pandusdan avtodayanacağa daxil olduqda avtomobillərin saxlanması üçün nömrələrin qeyd edildiyi görünür və yerlərə müəyyən işarələr çəkilmişdir. Həmin qarajın bir hissəsi qaranlıq vəziyyətdədir və həmin hissədə yerləşən qapı bağlanmışdır. Cavabdehin qanuni təmsilçisi qapının bağlanmasının səbəbinin isə kənar şəxslərin daxil olmasının qarşısının alınması olduğunu qeyd etmişdir. Həmin ərazidə su və qaz xətləri keçir. Növbəti pandusun açılmasının istənildiyi ərazinin yaxınlığında qeyri-yaşayış obyektləri yerləşir. İddiaçıların nümayəndəsi və vəkili həmin qapının qarşısında yerləşən yerdə pandusun açılmasını istədiklərini bildirmişdir. Cavabdehin qanuni təmsilçisi 2-ci pandusdan daxil olunan ərazinin qaraj kimi nəzərdə tutulmadığını və hündürlük az olduğu üçün giriş-çıxışa maneə yarandığını, həmçinin, 4 metr məsafə ilə avtomobillərin saxlanılmasının qeyd edildiyini bildirmişdir. Əvvəllər layihədə bloka daxil olmaq üçün pilləkanın tikintisinin nəzərdə tutulduğunu qeyd etmişdir. Əlavə olaraq, qarajın sakinlərin daxil olmaması üçün zincirləndiyini və onun tərəfindən açıldığını, sakinlərin əksəriyyəti avtodayanacağa daxil ola bilmədikləri üçün avtomobillərini binanın digər tərəfində saxladıqlarını qeyd etmişdir. Binanın sakini X5 birinci pandusdan avtomobillə daxil olmağın çətin olduğunu, lakin mütəxəssis tərəfindən divarın yerinin bir az dəyişdirilməsi halında problemin həll ediləcəyini bildirmişdir. Həmçinin, ikinci pandusa da çətinliklə daxil olunduğunu, əlavə olaraq, yeni pandus tikiləcəyi təqdirdə üzərindəki obyektlərin divarlarını gücləndirilməli olduğunu qeyd etmişdir. Yeni pandusun tikilməsinə etiraz etdiyini də bildirmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş binanın layihəsindən görünür ki, binanın avtodayanacağına giriş-çıxış üçün iki ədəd pandus mövcuddur. Məhkəmə tərəfindən yerində müayinə zamanı həmin pandusların faktiki olaraq mövcud olduğu, avtodayanacağa giriş-çıxış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan başqa bina sakinləri (Fəxrəddin Qaraşov, Leyla Əhmədova və s.) adından "xxxx" MTK-nın sədrinə ünvanlanmış 18 may 2025-ci il tarixli müraciətdə əlavə üçüncü giriş-çıxışın açılmasına heç bir ehtiyac olmadığı və texniki təhlükəsizlik baxımından etiraz edildiyi bildirilmişdir. MTK-nın qanunu nümayəndəsi də bu səbəbdən sakinlərin etirazı və maliyyə vəsaitinin olmaması səbəbindən pandusu tikməmək qərarına gəldiyini qeyd etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı2 Sami oğlu "xxxx" MTK-dan xəbərsiz texniki şərt almış, "xxxx" MMC-yə işçi layihələr hazırlatmış və digər təşkilatlara müraciətlər etmişdir. "xxxx" İB tərəfindən 30 iyun 2025-ci il tarixli məktubla "xxxx" MMC tərəfindən Birliyə təqdim edilmiş texniki şərtlərin saxta olduğu müəyyən edilmişdir. Bu, iddiaçıların ərizəsində pandusun tikintisinə dair qeyd etdiyi sənədlərin (layihələrin) etibarlılığını şübhə altına alır. Bundan başqa "xxxx" MTK-nın müraciətinə cavab olaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qaraja əlavə giriş açılmaması üçün müvafiq nəzarətin təmin edildiyini bildirmişdir. "xxxx" İB 13 avqust 2025-ci il tarixli məktubla qaz xəttinin yerinin dəyişdirilməsi işlərinin icra olunmadığını və işlərin görülməsinə razılıq verilməyəcəyini bildirmişdir. Bütün bunlar yeni pandusun tikintisi üçün lazımi icazə sənədlərinin etibarsız olduğunu göstərir. Göründüyü kimi, binanın ilkin layihəsində yalnız iki pandus tikilməsi nəzərdə tutulmuşdur və binada faktiki olaraq iki pandusun mövcud olması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, əlavə pandusun tikilməsi bina sakinlərinin narazılığına səbəb olacaqdır, belə ki, iddiaçılardan başqa digər bina sakinləri əlavə pandusun tikilməsinə razı deyillər və bunun texniki olaraq bina üçün uğurlu olmayacağını düşünürlər. Həmçinin, yerində müayinə zamanı binanın sakini X5 birinci pandusdan avtomobillə daxil olmağın çətin olduğunu, lakin mütəxəssis tərəfindən divarın yerinin bir az dəyişdirilməsi halında problemin həll ediləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, pandusların təşkili zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, o cümlədən yanğın təhlükəsizliyi, sanitar-epidemioloji və digər müvafiq normalara riayət olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, əlavə pandusun tikilməsi qaz xətlərinin yerinin dəyişdirilməsinə səbəb olacaqdır ki, bu da binanın qaz təchizatı sisteminin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Həmçinin, əlavə pandusun tikilməsi tələb olunan hissənin qarşısında qeyri-yaşayış obyektlərinin olması, bu obyekt sahiblərinin və ümumilikdə üçüncü şəxslərin hüquqlarını poza bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sami oğlunun "xxxx" İstehsalat Birliyi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı "pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sami oğlunun "xxxx" İstehsalat Birliyi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı "pandusun inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər..
Hakim: Ayşən Sultanova-Məmmədova