Məhkəmə qərarları › İş №e-2(004)-3959/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3959/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3959/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 237.96 manat pul vəsaitinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi əsasında istifadə olunan İddiaçı ASC tərəfindən RAZ ********** nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə xx.xx.2017-xx.xx.2018-ci il tarixədək sığortalanmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə yuxarı mərtəbədə yerləşən, Cavabdeh Qənbər qızının sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində “Beauty Salonu” adı altında istifadə olunan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Su basma hadisəsi “Beliy lebed menzil istismar sahəsi” tərəfindən tərtib olunmuş aktda öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən icbari sığorta ilə sığortalanmış həmin mənzilə yerli baxış keçirilərək rəy tərtib edilmiş, su basma nəticəsində vurulmuş ziyan 487 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 250 manat azaldılma məbləği çıxılaraq İddiaçı ASC mənzilə vurulmuş ziyana görə qeyri-yaşayış sahəsinin sahibinə 237 manat məbləğində sığorta ödənişi etmişdir. Hesab edirlər ki, 237.96 manat məbləğində sığorta ödənişi qanunvericilikdə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «ünvan düzgün deyil» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: RAZ ********** nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, X2 xx.xx.2017ci il tarixli sığorta müqaviəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini İddiaçı ASC tərəfindən xx.xx.2018ci il tarixədək sığorta etdirmişdir. "xxxx" Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasında qeyriyaşayış sahəsində yerləşən, X1 məxsus olan “Beauty Salon”-a üst mərtəbədə yerləşən Cavabdeh məxsus olan 357 saylı mənzildən su axaraq birini mərtəbədə yerləşən “Beauty Salon”un sahibi X1 müəyyən miqdarda zərər dəymişdir. İddiaçı ASC tərəfindən tərtib olunmuş 24 sentyabr 2018-ci il tarixli 3662-CFİ-117- 2018 saylı Sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən sığorta olunan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində dəyən zərərin məbləği 487.96 manat təşkil edir, həmin məbləğdən 250 manat azadolma məbləği çıxılmaqla 237.98 manat sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir. "xxxx" ASC-nin bank qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 237.96 manat məbləğində pul vəsaiti X1 məxsus bank hesabına köçürülmüşdür. Ödəniş qəbzinin (№**********) surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 237.96 manat sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 237.96 (iki yüz otuz yeddi manat doxsan altı qəpik) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar